banner banner banner

Aldanmış kəvakib – Мирза-Фатали Ахундов

Оценить:
Рейтинг: 0
Описание аудиокниги:

Mirzə Fətəli Axundzadə 1857-ci ildə yazdığı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur[1]. Povestdə Avropa maarifçilərinin «dünyanı sağlam aqil idarə edir» konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, «Aldanmış kəvakib» povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib. Amma povestdə şah obrazında I Şah Abbas göstərilib. Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, 15 gündən sonra şahı devir edəcəklər. Elə münəccimin bu xəbərindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Şah əsas vəzirlərini başına topluyur və məsləhətləşir. Baş münəccimin məşvərət ilə belə qərara gəlirlər ki, Şah Abbas bir müddətlik hakimiyyəti hansısa «kafirə» versin, və onların seçimi yəhərçi Yusif olur. Povestin ikinci hissəsi isə yeni şaha həsr olunub. Yusif Sarac qabaqcıl insan idi və hakimiyyətə gələn kimi ancaq özünü düşünən vəzirləri vəzifədən azad edir, onların yerinə onlardan daha ağıllı, düzgün insanları təin edir. Ölkədə yeni yollar, körpülər, karvan saraylar, məktəblər, xəstəxanalar tikilir. O, ağır vergiləri yüngül vergilərlə əvəz edir. Yusif şahın bütün etdikləri yalnız millətinin daha yaxşı həyat yaşaması üçün idi. İranda daha gözəl günlər başlayır. Yusif şah isə ideal hakimiyyətçi kimi göstərilir[2]. Amma o, öz məqsədinə çatammır, çünki belə rahat həyat yaşamağa adət etməmiş millət, başlıyır üsyan etməyə və onu taxtdan devirir. Onun yerinə isə zülümkar şah Abbas geri qayıdır. Bundan sonra hər şey öz yerinə qayıdır, və sanki Yusif şah olmamış kimi hər şey əvvəl ki kimi davam edir.

Информация об аудиокниге:

  • Язык книги: азербайджанский
  • Язык оригинала: русский
  • Формат: mp3, mp4

Полная версия:

Поделиться:

Комментарии к книге и рекомендации пользователей:

Вместе с этим произведением обычно скачивают книги:

О скачивании, разархивировании, чтении книг можно прочитать здесь.
В этот день...
24 ноября 1870 года ушел из жизни Граф Лотреамон (comte de Lautreamont), французский прозаик и поэт, поздний романтик, предтеча символизма и сюрреализма (р. 1846).
Новый отзыв
скачать книгу 'Когда-нибудь и я взмахну крылом'
limo7:
книга отличная!...
Новая подборка книг
В тренде
Детство. Время открытий. Время удивляться всему в мире. Радоваться, грустить, искать себя...