banner banner banner
Kitabi Dədə Qorqud
Kitabi Dədə Qorqud
Оценить:
Рейтинг: 0

Полная версия:

Kitabi Dədə Qorqud

скачать книгу бесплатно

Kitabi Dədə Qorqud
Yunus Zeyrək

Türk dünyasının ortaq dəyəri olan “Kitabi-Dədə Qorqud” öz çoxqatlı strukturu ilə həmişə ədiblərə ilham qaynağı olub. Araşdırmaçı Yunus Zeyrək də bu ümmandan qətrə kimi dastanı yenidən işləyib sadələşdirərək oxuculara təqdim edir. Hadisələrə müəllif təhkiyyəsi, fərdi yanaşma baxımından maraqlı mənbə hesab oluna biləcək kitabda bəzi dəyişikliklər, fərqli rakursdan baxış ön plandadır. Müəllif qeyd edir ki, dastandakı bəzi nüanslar yenidən qiymətləndirilib. Həmçinin bəzi adlar fərqli şəkildə verilib. Oxucularımızı 13 əsrlik tariximizlə baş-başa buraxırıq.

YUNUS ZEYRƏK

KİTABİ-DƏDƏ QORQUD

dastan Drezden nüsxəsinin orijinalından sadələşdirilib

Yunus Zeyrək

Yunus Zeyrək 1956-cı ildə Ərdəhanın Posof qəsəbəsində dünyaya gəlib. 1979-cu ildə türk dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb. 1988-1994-cü illərdə Almaniyanın Münhen şəhərində türk mədəniyyəti dərslərini tədris edib. Qazi Universiteti Sosial Elmlər İnstitutu Xalq Ədəbiyyatı fakültəsində təhsili alıb. 1997-ci ildən Qazi Universitetinin Türk dili fakültəsində dərs deyir. 2004-cü ildən Ankarada dərc olunan “Bizim Axıska” dərgisinin naşiridir. Əskişəhər 2013 Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyi tərəfindən “Türk dünyası elm, mədəniyyət və sənət mükafatı” ilə təltif olunub.

Zeyrək bu gün də xalq ədəbiyyatı, tarix, erməni məsələsi, şimal-şərqi Anadolu, Axıska bölgəsi və Acarıstan kimi bölgələrdə araşdırma və tədqiqat işləri aparmaqdadır. İndiyə kimi çapdan çıxmış kitabları bunlardır:

1. “Qafqaz yollarında – Xatirələr və duyğular” (Əhməd Rəfiqdən) 1981, 1984, 2001

2. “Posoflu Aşıq Zülali” (1986, 1988)

3. “Bu yolda” (şeir) 1998

4. “IV Sultan Muradın İrəvan və Təbriz səfəri ilə bağlı gündəliyi” (1990) (farscadan tərcümə, Tehran, 2011)

5. “Gürcüstan, Acarıstan və Türkiyə” (1999)

6. “Əcnəbilər üçün türkcə dil bilgisi-I”, 2000

7. “Hanaqlı Məzlumi” (2001)

8. “Axıska bölgəsi və Axıska türkləri”

9. “Acarıstan və acarlar” (2001)

10. “Osman paşanın tarixi” (2001) (farscadan tərcümə, Tehran, 2009, 2012)

11. “Əli Akış – həyat və fəaliyyəti” (2003)

12. “Posoflu Aşıq Zülalı” (2004)

13. “Posofun cizgiləri” (2004, 2013)

14. “Axıska araşdırmaları” (2007)

15. “Bu dosyeni qaldırıram” (erməni məsələsi) (2007, 2011)

16. “Amasyanın qızıl tarixi” (2009)

17. “Posof-Kol zəfəri” (2010)

18. “Yunusa doğru” (2013)

19. “Ərzurumun qara günləri” (2014)

20. “Kitabi-Dədə Qorqud” (əslinin surəti və tərcüməsi) (2014)

21. “Axıska gül idi, getdi” (2015)

Ömrü boyu “Kitabi-Dədə Qorqud”un araşdırmasıyla məşğul olan və “Dədə Qorqud oğuznamələri” adlı çox dəyərli əsər yazan müəllimim professor M.Fəxrəddin Kırzıoğlunun əziz xatirəsinə ithaf edirəm.

Yunus Zeyrək

Mündəricat

Ön söz

Müqəddimə

I

Dirsə xan oğlu Buğac xan boyunu bəyan edər, xanım, hey

II

Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər

III

Bəybura oğlu Bamsı Beyrək boyunu bəyan edər, xanım, hey

IV

Qazan xan oğlu Uruz bəyin dustaq olduğu boyu bəyan edər, xanım, hey

V

Duxa Qoca oğlu Dəli Domrul boyunu bəyan edər, xanım, hey

VI

Qanlı Qoca oğlu Qan Turalı boyunu bəyan edər, xanım, hey

VII

Qazılıq Qoca oğlu Yeynək boyunu bəyan edər, xanım, hey

VIII

Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər, xanım, hey

IX

Bəkil Oğlu Əmranın boyunu bəyan edər, xanım, hey

X

Uşun Qoca oğlu Seyrək boyunu bəyan edər, xanım, hey

XI

Salur Qazanın dustaq olduğu boyu bəyan edər, xanım, hey

XII

Dış Oğuzun İç Oğuza asi olub Beyrəyi öldürdüyü boyu bəyan edər, xanım, hey

Lüğət

Qaynaqlar

Bismillahir-rəhmanir-rəhim.

Bu göyləri qaldıranın,

Süsləyərək dolduranın,

Ol deyincə olduranın,

Doxsan doqquz adı ilə.

Dilək

Sənə dayadım belimi,

Qüdrətinlə tut əlimi,

Yoğuram ana dilimi,

Anamın ağ südü ilə.

Tanrım türk könlümü yastan,

Qılıncımı kirdən, pasdan,

Qurtarırsan, mən bir dastan

Derəm ağız dadı ilə.

Səs verməz Oğuz elləri,

Niyə susmuş bülbülləri,

Qoy tutuşsun könülləri,

Ərgənəkon odu ilə.

Qış günləri yaza gəlsin,

Qırx incə bel kilim sərsin,

Bayandur xan şənlik versin,

Qırx dəvənin budu ilə.

Hökm

Dədə Qorqud deyər “əvət”

,

Vardır düyün, dərnək, dəvət,

Fəqət oğuzlarda dövlət

Olmaz dedi-qodu ilə.

Pis sularda kir arınmaz,

Sisli gündə yol görünməz,

Düşmən üstünə yürünməz

Casus ilə, cadu ilə.

Quşa misal can dediyin,

Suya misal qan dediyin,

Bilənir

iman dediyin,

Ataların yadı ilə.

Ər odur ki, ün salası,

Qına girməyə palası,

Oğul hey, bozqurd balası