скачать книгу бесплатно
Altan Araslının Üsküpdə görüşdüyü Qocacıqlı Numan Qartalın verdiyi məlumatlar bu şəkildədir: “Əli Rza Əfəndi Monastır vilayə-tinin Debreyi-Bala sancağına bağlı Qocacıqda dünyaya gəlib. Qocacıqın əhalisi tamamilə türklərdən ibarətdir. Hamısı da yörük türkmənləridir. Anadoludan gəlibdilər. Biz müsəlman oğuzların türkmən boyundanıq. Atatürkün babası İşkodyalılar ailəsindən, ata nənəsi isə Qolalar nəslindəndir. İşkodyalılar İşkodyadan Qocacıqa köç edən hücumçu türklərin adıdır. Qolalar isə “sərhəd qaziləri” mənasını daşımaqdadır. Babası Qocacıqın Daşlı məhəlləsindən, nənəsi isə Yuxarı məhəlləsindəndir. Ayişə xanım Daşlı məhəlləsinə gəlin köçüb. Qırmızı Hafiz Mehmet Əfəndi Çinarlı məhəlləsində orta məktəb müəllimliyi edirdi. Qocacıqın Daşlı məhəlləsinin üst tərəfində bir yoxuş vardı, önündə isə kiçik dərə… “Dərə məhəlləsi” də deyilirdi. Atatürkün babasının evi oradadır. Qocacıqdan birdəfəlik köç etdikdən sonra evlərini Hətəm Maliklərə satmışdılar. Malikin oğlu Xeyrəddin İzmitdə yaşayırdı”
.
Yenə də Üsküpdə yaşayan Qocacıqlılardan Murad Ağa Altan Araslıya bu məlumatları verib: “Atatürkün babasının adı Qırmızı Hafiz Əhməd Əfəndidir. Ləqəbləri belədir. Amma əsl hafiz qardaşı Mehmet Əfəndidir. Ata nənəsinin adı Ayişə xanımdır. Daha sonralar Əhməd Əfəndiyə “fərari” deyilməyə başlanmışdı. “Fərari” Rumelində “qərib”, “qürbətə gedən” mənasını verir. Ancaq bu, Selanikdə baş verən bir hadisə ilə də bağlıdır. Qocacıqın torpağı münbit deyil. İmkanları çox məhduddur. Ona görə də Əhməd Əfəndi Yuxarı məhəllədən Feyzullah Pəhləvan və Daşlı məhəlləsin-dən Fazlı ağa ilə birlikdə Selanikə işləməyə getmişdi. 1876-cı ilin may ayında yolda bir hadisənin şahidi olurlar”
.
Murad ağa söhbətinin davamında doğruluğu şübhə doğuran hadisəni danışaraq sözlərini sona çatdırır. Murad ağanın burada qeyd etdiyi tarix də yanlışdır. Çünkü Atatürkün atasının təxminən 1839-cu ildə Selanikdə doğulduğunu bildiyimizə görə, ailənin onsuz da haqqında bəhs edilən tarixdə Selanikə köçməsinin deyilən za-mandan xeyli əvvəl gerçəkləşdiyi nəticəsinə gələ bilərik. Belə ki, A.Araslının verdiyi məlumata görə, Əhməd Əfəndinin Qocacıqdan 93 hərbindən (1877-1878-ci il Osmanlı-Rus Müharibəsi) təxminən otuz il əvvəl köçdüyünü, kənddən ilk çıxıb gedənin də Mustafa Kamalın böyük əmisi Qırmızı Hafiz Mehmet Əfəndi olduğunu kənddəki şahidlər söyləməkdədirlər
.
Qəzetçi Altan Araslı Üsküpdə yaşayan qocacıqlılardan bu mə-lumatları aldıqdan sonra “Birlik” qəzetindən (Üsküpdə türklərin dərc etdiyi qəzetdir) Rəmzi Canova ilə birlikdə getdiyi Qocacıqda yerli kəndlilərdən İsmayıl Yəhya Atatürkün babasının evini ona şəx-sən özü göstərib. Kənddəki digər şahidlər İsmayıl Yəhyanın sözlərini təsdiqləyiblər
.
Göründüyü kimi, mövcud məlumatlara görə, Atatürkün ata so-tərəfinin Aydın/Sökedən köçürülərək Makedoniyaya gəldiyi məsələ-sində şübhə yoxdur. Qocacıq nahiyəsinə (kəndinə) yerləşən ailə təq-ribən 1830-cu illərdə Selanikə köçüb. Mustafa Kamalın atası Əli Rza Əfəndi burada, təxminən 1839-cu ildə dünyaya gəlib. Onun atası Qızıl Hafiz Əhməd Əfəndidir. Qızıl Hafiz Əhməd Əfəndinin Qızıl Hafiz Mehmet Əmin Əfəndi adında bir qardaşı, Nimət və Xanım adında iki bacısı olub. Mustafa Kamalın ata tərəfinin nəsli böyük əmisi Qızıl Hafiz Mehmet Əmin Əfəndi tərəfindən davam etdirilib və bu günümüzə qədər gəlib çatıb
.
Selanikdə Abdi Hafiz Məktəbində
və Vəqflər İdarəsində ikinci katib kimi məmurluq etidiyini bildiyimiz Əli Rza Əfəndi, sonradan Rüsumat İdarəsinə işə düzəlib və gömrük məmuru vəzifəsini icra edib. Əli Rza Əfəndinin gömrük mühafizə məmurluğu vəzifəsi Sela-nik yaxınlığında, Olimp dağı ətəklərində yerləşən Katerin qəzasına bağlı Papaz körpüsündə (Çayağzında) idi. O, Selanikin, ətraf məntəqələrin, hətta İstanbulun odun və kömür ehtiyacını qarşılayıb, bu bölgədə bir neçə il məmurluq etdikdən sonra Rusumatdan da ay-rılıb. Vəzifəsindən kənarlaşmasına səbəb bu bölgədə asayişin getdikcə pozulması, Rum silahlı qruplaşmalarının davamlı basqınları olub. Əli Rza Əfəndinin buradakı vəzifəsinin 1870-ci illərdən etibarən, 1880-1881 illərə qədər davam etdiyi bilin-məkdədir. Məlumdur ki, Əli Rza Əfəndi evləndiyi və Mustafa Kamal doğulduğu ərəfələrdə Çayağzındakı həmin vəzifəsini icra edirdi. Belə ki, Zübeydə xanım Mustafa Kamalın doğulduğu günlər-dən danışarkən: “O zamanlar Əli Rza Əfəndinin məmurluğu Selanik yaxınlığındakı Çayağzında idi, bəzi gecələr evə gəlmirdi”, – demişdir
.
1935-ci ildə tapılan və Əli Rza Əfəndiyə aid olduğu təsbit edilən bir fotoşəkillə bağlı aparılan araşdırmaların nəticəsində onun 1876-1877-ci illərdə Selanikdəki Əsgəri-Milliyyə Taborunda birinci leyte-nant, baş leytenant rütbəsiylə vəzifəsini icra etdiyini öyrənirik. Mən-sub olduğu Selanik Əsgəri-Milliyyə Taboru 1876-cı il Osmanlı-serb müharibəsinin başladığı günlərdə Dövlət Şurasının rəhbəri olan Midhat Paşanın təşəbbüsü ilə qurulmuş könüllü taborlardan biri idi.
Selanikdə məmurlardan və xalq arasından yazılan könüllülər “Millət əsgəri” adı altında bir tabor qurmaq və döyüşə hazırlaşa bil-mək üçün hökumətdən silah istəmişdilər. Uğurlu təlim görən bu ta-borun İstanbula gətirilməsi haqqında düşünülmüş və Əli Rza Əfən-dinin də sıralarında olduğu batalyon Orhaniyyə zirehlisi ilə 24 de-kabr 1876-cı ildə İstanbula getmişdir. Əli Rza Əfəndi bu batalyonun ikinci bölüyündə baş leytenant vəzifəsi almışdı. O,Selanik İslahhanə məhəlləsində, Əmir Bostanda və Numan Paşa məscidinin həyətində “Əsgəri Milliyyə”yə təlim keçmişdir
.
Əli Rza Əfəndi 1881-ci ildən sonra Rüsumat İdarəsindəki vəzi-fəsindən ayrılaraq taxta-şalban ticarətinə başlamışdır. Kütahya mil-lət vəkili Hacı Mehmet Somerin dediyinə görə, Əli Rza Əfəndinin taxta-şalban ticarətinə atılmasında Çayağzında tanış olduğu və yaxşı pul qazandıqlarını gördüyü tacirlərin təsiri olmuşdur. Əlindəki bir miqdar pulu sərf edərək Cəfər Əfəndi ilə birlikdə ticarət həyatına atılan Əli Rza Əfəndinin əvvəlcə vəziyyəti yaxşı olsa da, sonralar iş-ləri pis getmişdir. Hacı Mehmet Somer bu vəziyyəti belə izah edir: “Əli Rza Əfəndi taxta-şalban ticarətinə varını-yoxunu vermişdi. İlk vaxtlarda böyük uğurla nəticələnən bu təşəbbüs Katerinin əzəli bə-lası olan quldurların ehtiraslarını coşdurub. Əli Rza Əfəndini pul göndərməsi üçün təhdid etdilər. Əgər pul göndərməsə, taxta-şal-banlarını yandıracaqlarını bildiriblər. Ona görə də meşədəki mən-təqəyə getmək, orada işlərə nəzarət etmək mümkün olmurdu. Emal edilmiş şalbanları sahilə daşıtmağa qorxurdu. Çünki bu şalbanlar quldurlar üçün girov mahiyyəti daşıyırdı. Nəhayət, Əli Rza Əfəndidən tələb etdikləri pulun gəlmədiyini görən quldurlar bütün şalbanları yandırıb, işçiləri də hədələdilər. Bundan sonra işçilər dağılışdılar. Əli Rza Əfəndi isə daşınması mümkün malını oradan çıxarmağa çalışdı. Buradakı quldurların hamısı siyasi qruplaşmalar idi. 1298 (1883) tarixində Teselya Yunanıstana verildikdən sonra Yu-nanıstanın sərhəddi Katerin qəzasına və Olimp dağlarına çatırdı. Bü-tün məsələ bundan irəli gəlirdi. 1877-ci il Rus müharibəsindən sonra Makedoniya quldur dəstələri ilə dolmuş, buradakı türklərin rahat-lığı qalmamışdı. Bu siyasi qruplaşmalar üzündən Əli Rza Əfəndinin ticarəti də pozuldu”
.
Məqbulə xanım da atasının işlərinin yunan quldurlarının fəaliy-yəti nəticəsində pozulduğundan bəhs etdikdən sonra onun ”… duz ticarətinə başladığını, mağazasında olan duzların hamısının əridi-yini, bu işdən də ziyan gördüyünü, təkrarən məmurluğa qayıtmaq istədiyini, amma istəyinə çata bilmədiyini”, – danışıb. Məmur-luqdan ayrıldıqdan sonra girişdiyi hər ticari fəaliyyəti bu cür uğur-suzluqla nəticələnən Əli Rza Əfəndi bu hadisələrdən çox təsirlənib, böyük ruh düşkünlüyünə qapılaraq həyatdan küsüb, ağır xəstəliyə tutulub. Zübeydə xanım xatirələrində bunları belə yada salır: “Mərhum son günlərində işinin çox pis getməsindən mütəəssir olmuşdu. Bütünlüklə ruh düşkünlüyü içərisində idi. Daha sonra da dərviş halı alaraq əridi getdi. Ərimin xəstəliyi getdikcə artdı, bundan artıq yaşaya bilməzdi”
.
Məqbulə xanımın bildirdiyinə görə, Əli Rza Əfəndi “İşlərinin pis getməsindən çox mütəəssir olmuşdu… Nəhayət, vərəmə tutuldu. Üç il xəstə yatdıqdan sonra vəfat etdi”
.
Əli Rza Əfəndinin ölümü ilə bağlı müxtəlif tarixlər göstəril-məkdədir. Mustafa Kamal xatirələrində tarix vermədən: “Şəmsi Əfəndi məktəbinə yazdırıldım. Bir müddət sonra atam vəfat etdi”
, – deyir. Bacısı Məqbulə xanım isə xatirələrində özünün doğulduğu 1885-ci ildə atasının xəstəliyinin başladığını, işə gedə bilmədiyini və bir yaşı tamam olduğunda isə xəstəliyin çox ağırlaşdığını, 1889-cu il-də anadan olan ən kiçik bacısı Naciyə qırx günlük ikən atasının vəfat etdiyini söyləyir”
.
Belə olduqda,Əli Rza Əfəndinin ölümünün 1889 və ya 1990-cu ilin ilk aylarında olması güman edilir. Mustafa Kamal da o ərəfə-lərdə doqquz yaşının içində idi, Şəmsi Əfəndi məktəbinin üçüncü sinfində oxuyurdu. Afət İnan: “Mustafa hələ ibtidai sinif şagirdi ikən atadan yetim qalıb”, – deyirdi. Əli Fuad Cebesoy da: “Atası öləndə Mustafa Kamalın 9-10 yaşlarında olduğunu”, – yazır”
.
Xatirə tipli əsərlərdə yer alan bu məlumatlara baxmayaraq Faiq Rəşid Unat Əli Rza Əfəndinin 28 noyabr 1893-cü il tarixində öldü-yünü bildirir. F.R.Unat sənədi dərc etmədən, bu tarixlə bağlı Məqbulə xanımın ilk ərindən ayrıldıqdan sonra atasından aylıq məvacib bağlanmasına aid sənədləri mənbə kimi göstərir
. Mustafa Kamalın Monastır Hərbi Liseyinə giriş tarixi olan 13 mart 1896-cı il tarixindən geri sayıldığı zaman Əsgəri-Rüşdiyyədə, Mülkiyyə Rüşdiyyədə və ciftlikdə
keçirdiyi təxminən dörd ay yarımlıq zaman nəzərə alınarsa, Faiq Rəşid Unatın müəyyən etdiyi tarixin doğru olması ehtimalı yüksəlir. Bu səbəblə Əli Rza Əfəndinin ölüm tarixi kimi 1893-cü ili qəbul etsək, onun 54, Mustafa Kamalınsa 12 yaşı var idi
.
III. Mustafa Kamalın ana tərəfindən soyu: “Konyarlar”.
Konyarların Yunanıstana yerləşməsi
Mustafa Kamalın ana tərəfi Anadoludan gələrək Yunanıstana yerləşdirilən köçərilərə və ya türkmənlərə bağlanır. Ana tərəfindən babası Vodina sancağı ilə əlaqəli olan və “Sarıgöl” adlandırılan Qa-yalardan köçərək Selanik yaxınlığındakı Lankazaya yerləşən Sofu-zadə (Sofizadə) Feyzullah Ağadır. Yerləşdikləri Sarıgöl bölgəsi Sofu-lar ləqəbi və ailədəki xatirələrin göstərdiyi kimi, Atatürkün ana tərəfi Konya/Karamandan Yunanıstana gələn və buna görə Yunanıstandakı digər köçəri qruplardan fərqli olaraq “Konyarlar” adı ilə anılan köçərilərdəndir.
Anadoludan yarımadaya köçüb yerləşən ilk türk qrupu Türkiyə səlcuqlarının mərkəzi Konyaya mənsub olan, elə Konyaya görə də adlandırılan “konyarlar”dır. XIX əsrdə və ya XX əsrin əvvəllərində Yunanıstanı gəzən, buradakı türklərlə şəxsən görüşərək onların xatirələrini toplayan, bölgədəki türk əhali haqqında əsər yazan qərbli səyyahlar, elm adamları da “konyarlar” haqqında əhəmiyyətli məlumatlar verirlər
.
Bu mövzuda yazanların hamısı “konyarlar”ı bəzən “yörüklər” və “Evladi Fatihan”la qarışdırmaqla bərabər Konyadan gələrək Yunanıstana yerləşmiş və ya yerləşdirilmiş kimi göstərməkdədirlər. Lakin bunların gəliş tarixi, gəliş formaları haqqında fərqli məlumatlar verilib. Bütün bu düşüncələri tənqidi şəkildə tutuşduran Tayyib Gökbilgin “konyarlar”ın Yunanıstana gəlişi və yerləşdirilmələri ilə bağlı belə bir dəyərləndirmə aparıb: “Sonuncu və nisbətən qəbul edilməsi mümkün ehtimal II Murad, xüsusilə də Fateh zamanlarında, Karamanoğulları ilə mücadilə ərəfəsində və bundan sonra Karaman, Konya, Ankara ətrafından türk tayfalarının bu məntəqələrə yerləşdirilmələridir. O ətrafın etnik baxımdan yad xalqına mənşəyinə görə bu xarakterik ad verilib və bu ad qonşular arasında yaşayıb, özlərində isə mənşələri haqqında məlumat, şifahi ənənə halında davam edib”
.
“Konyarlar”ın sıx halda yerləşdikləri yer Teselyada Kozan, şimalda “Sarıgöl” də adlandırılan Qayalar və Selanikin şimal-şərqidir. Say olaraq digər yörük qruplardan daha az olduqları, yarıköçəri həyat sürdükləri, alış-veriş mərkəzlərinin daha çox Yanya olduğu, xalçalarının xüsusi şəklinə görə (“Konyaren Fiqüren”) bölgədə məşhur olduqları bütün səyyahlar tərəfindən bildirilir. Bundan başqa, “konyarlar”ın daha demokratik yaşadıqları, şən, hərəkətli insanlar olduqları da deyilir
.
Osmanlı dövlətinin Yunanıstandakı köçərilərlə bağlı təşkilatlanması işində özləri üçün xüsusi qeyd dəftəri olmayan “konyarlar” yerləşdikləri ərazilərdə başlanğıcda, xüsusilə, Qocacıq və Selanik köçəriləri içərisində, sonra da Vodina, Sarıgöllər bölgəsi yörükləri içində “Evladi-Fatihan”
kimi qeyd edilmişdilər
.
Mustafa Kamalın soyu ilə bağlı araşdırma apararaq əmisi Qızıl Hafiz Mehmet Əmin Əfəndinin soyundan gələnlərin əllərindəki bəzi sənədləri dərc etdirən Burhan Göksəl konyarların Konya-Kara-mandan Fateh Sultan Mehmet zamanında, yəni 1466-cı ildə – Kara-manoğulları məğlub edildikdən sonra Yunanıstana köçürülərək yerləşdirildikləri bildirilməkdədir
.
B. Zübeydə xanımın ailəsi və həyatı
Mustafa Kamalın ana babası Selanikdən bir saatlıq məsafədə yerləşən Lanqazada ciftlik sahibi olan Sofuzadə Feyzullah Əfəndidir. Atatürkün və Məqbulə xanımın uşaqlıq xatirələrində haqqında danışdıqları ciftlik buradır. Sofuzadə Feyzullah Ağa Selanikin şərqindəki kiçik Lanqaza (indi Lanqaha) qəsəbəsində yaşayır, heyvandarlıq, əkinçilik və ticarətlə məşğul olurdu. Feyzullah Ağanın ailəsi Vodina (indiki yunan Makedoniyasında Edhsessa) kəndi yaxınlarından gəlmişdi
.
Zübeydə xanım Feyzullah Əfəndinin üçüncü arvadı Ayişə xa-nımdan olan yeganə qızı idi. Atatürkün bacısı Məqbulə xanım (1885-1956) ana soyları haqqında: “Anamdan tez-tez bunları eşitmişəm”, – deyərək bu məlumatları verib: “Bizim əsas soyumuz yörükdür. Buralara Konya-Karaman tərəflərdən gəlmişik. Babam Feyzullah Əfəndinin böyük əmisi Konyaya gedibmiş, Mövləvi dərgahına girib orada qalıb. Yəqin ki, yörüklüyü tutmuşdu…”
.
Doxsan yaşında vəfat edən Aydın millət vəkili Tahsin San Mustafa Kamalın anası Zübeydə xanımın atası haqqında aşağıdakı məlumatları verib: “Atatürkün anası Zübeydə xanım Sofuzadə ailəsindən olan Feyzullah Ağanın qızıdır. Bunlar Selanikdə anadan olmuşdular. Bu ailə 130 il əvvəl Sarıgöldən Selanikə gəlmişdi. Vodina qəzasının qərbində Sarıgöl nahiyəsində on altı kənddən ibarət olan “nahiyə ailəsi”, Makedoniya və Teselyanın fəthindən sonra Konya ətrafları əhalisindən Osmanlı Hökumətinin köçürdüyü və yerləşdirdiyi türkmənlərdəndir. Son zamanlara qədər beş əsr ərzində həyat tərzlərini, geyim-keçimlərini dəyişdirməmişdilər”
.
Bu mövzuda Lord Kinross mənbə göstərmədən aşağıdakı mə-lumatları verib: “Zübeydə xanım bolqar sərhədinin o üzündəki slavlar qədər sarışındı. Biçimli, ağ bədəni, dərin, amma saf, açıq-mavi gözləri vardı. Ailəsi Selanikin qərbində Arnavutluğa doğru sərt və çılpaq dağların geniş, donmuş sulara batdığı göllər bölgə-sindən gəlmişdi. Bura türklərin Makedoniyanı və Teselyanı aldıqdan sonra Anadolunun göbəyindən gələn kəndlilərin yerləşdikləri yerdi. Bu səbəbdən də Zübeydə xanım damarlarında ilk köçəri türk qəbi-lələrinin nəvələri olan və hələ də Toros dağlarında azad yaşayışlarını davam etdirən sarışın köçərilərin qanını daşıdığını düşünməkdən həzz alırdı
.
Mövcud məlumatlara görə, ailə 1466-cı illərdə Qaramandan gələrək Vodina sancağına bağlı Sarıgölə yerləşib, sonra Selanik yaxınlığındakı Lankazaya (Lanqaza) köçüb. Zübeydə xanım 1857-ci ildə burada dünyaya gəlib. Zübeydə xanımın atası Sofuzadə Feyzullah Əfəndi üç dəfə evlənib. Adlarını bilmədiyimiz digər iki arvadı kənara qoyularsa, Zübeydə xanımla birlikdə Həsən Ağa və Hüseyn Ağa Feyzullah Əfəndinin üçüncü arvadı Ayişə xanımdan olan övladları idi.
Zübeydə xanım 1857-ci ildə Lankazada doğulub, uşaqlığı və ilk gənclik illəri burada ailəsi ilə birlikdə keçib. Güclü iradəyə sahib Zübeydə xanım lazımi səviyyədə təhsil almasa da, öz imkanlarıyla oxumaq-yazmaq öyrənib. Anasına “Molla xanım” deyildiyi kimi, onu da “Zübeydə molla” çağırırdılar. Bu onun müdrik mənliyini ifadə edən ləqəb sayıla bilər. Mühafizəkar, adət-ənənələrə bağlı qadın idi
.
Əli Rza Əfəndi ilə evləndikləri 1870-ci ildə 13-14 yaşlarında olan Zübeydə xanım ərinin ölümündən sonra uşaqları ilə bir müddət Lankazadakı ailə ciftliyinə – qardaşlarının yanına qayıtmış, ona elçi düşən Raqib bəylə 36 yaşında ikən ikinci dəfə ailə qurmuşdu. Balkan müharibəsinin sonuna qədər Selanikdə məskunlaşan Zübeydə xa-nım Mustafa Kamalın 1906-cı ildə yoldaşları ilə birlikdə Şamda qur-duğu “Vətən və Hürriyyət” cəmiyyətinin bir şöbəsini burada açmaq üçün cəhd etdikləri zaman oğluna inanıbvə dəyərli fikirləri ilə ona yardım edib.
Balkan müharibəsinin sonunda Selanikin sərhədlərimizdən kə-narda qalması ucbatından bir çox türk kimi Zübeydə xanım və qızı Məqbulə xanım İstanbula gəliblər. Mövcud məlumatlara görə, Bi-rinci Dünya müharibəsindən sonra Selanikdə öldüyü söylənən Raqib bəyin, əslində, bu köç hadisəsindən bir qədər əvvəl vəfat et-diyini düşünmək olar. Çünki yaşasaydı, onun da ailəsi ilə birlikdə İstanbula gəlməsi lazım idi
.
Zübeydə xanım İstanbulda Beşikdaş tərəfdə, Akaretlərdə 76 nömrəli evdə, qızıyla birlikdə, yeni, amma çox çətin həyat yaşayıb. Mustafa Kamal Paşa Yeddinci Ordu komandanı olaraq Fələstinin cənubunda, Sina cəbhəsində ingilislərə qarşı döyüşərkən Müttəfiq Alman Orduları komandanı Fakenhaynla arasında yaranan anlaşılmazlıq nəticəsində vəzifəsindən istefa etmiş, Hələbə getmişdi. Burada ciddi sarılıq xəstəliyi keçirən oğluna görə narahat olan Zübeydə xanım Mustafa Kamalın üç yaşında övladlığa götürərək yetişdirməsi üçün anasının yanında qoyduğu Abdürrəhimi (Tunçok) götürərək Hələbə getmiş və kor olmasından qorxduğu oğlu Mustafa Kamalı ziyarət etmiş, sonra təkrar İstanbula qayıtmışdı
.
13 noyabr 1918-ci ildə İstanbula qayıtdıqdan sonra bir neçə gün “Pera Palas” hotelində qalan Mustafa Kamal yaxın yoldaşı Salih Fansanın Bəyoğlundakı evində qonaq kimi yaşayıb, sonra Şişlidə madam Kasabyanın üçmərtəbəli evini kirayə tutaraq Beşiktaş Akaretlərdə qalan anasını və bacısını da öz yanına gətirib.
Samsuna çıxışla birlikdə başlayan günlər Mustafa Kamal üçün olduğu kimi, anası və bacısı üçün də çətin dövrün başlanğıcı ola-caqdı. Bu ərəfədə Mustafa Kamalın “öldüyü” haqqında heç bir əsli olmayan xəbəri eşidən Zübeydə xanım iflic keçirir. Onun üçün bu çətin günlərdə yeganə sevindirici hadisə hərbi xidmətdən ayrılaraq ticarətlə məşğul olmağa başlayan Mustafa Məcid bəylə qızı Məqbulə xanımın evlənməsiydi. Bu evlilikdən sonra Zübeydə xanım yenidən Akaretlərdəki evə dönərək qızı, kürəkənilə birlikdə yaşamağa başlayıb.
Bu ərəfədə Mustafa Kamal anası ilə uzun müddət ayrı qalıb, sadəcə, məktub və teleqram yoluyla xəbərləşmək imkanı tapa bilib. Üç il anasından uzaqda olan Mustafa Kamal Qurtuluş Savaşının sonlarına yaxınlaşdığı zaman onu Ankaraya gətirməyə qərar verib. Adabazarında görüşüb və 24 iyun 1922-ci ildə onunla birlikdə Ankaraya dönüb
.
Çankaya köşkündə Əbdürrəhim və Raqib bəyin bacısı oğlu Fik-riyə ilə birlikdə yaşayan Zübeydə xanımın xəstəliyi ağırlaşmışdı. Qismən iflic keçirmiş qadının revmatizm ağrıları da artdığı üçün onu İzmirə gedib bir müddət orada qalması məqsədilə dilə tutublar. Bu səyahətin digər səbəbi də Mustafa Kamalın evlənmək istədiyi Lətifə xanımı Zübeydə xanımla tanış etməkdi.
İzmirdə xəstəliyi daha da artan Zübeydə xanım 15 yanvar 1923-cü ildə – 66 yaşında vəfat edib. Qazi Mustafa Kamal Paşa anasının ölüm xəbərini elə həmin gün Eskişəhərdə almışdı. Gün çıxma-mış yavəri çavuş Əlini çağırıb: “Bir xəbər varmı?” – soruşub, sonra da: “Şifrə gəldi, amma açılmayıb”, – deyə cavab verən Əli çavuşa kədərlə baxan Mustafa Kamal Paşa: “Anamın öldüyünü bilirəm”, – demişdi: “Bir yuxu gördüm, yaşıl tarlalarda anamla dolaşırdım. Birdən fırtına qopdu, anamı alıb apardı”. Deşifrə edilmiş teleqram əlinə verildiyi zaman oxuyub gözlərini yummuş, bir an düşünmüş və “İzmirə getmirik. Qatarı İzmitə istiqamətləndirsinlər”
, – demişdi. Eyni gündə İzmirdəki baş yavər Salih Bozoka teleqram göndərmişdi: “Verdiyiniz xəbər məni çox mütəəssir etdi. Mərhumənin dəfn mərasimini münasib tərzdə keçirin. Allah millə-timizə ömür və salamatlıq versin”.
Təxminən 12-13 gün müxtəlif yerləri dolaşan, proqramına uy-ğun olaraq dövlət işlərini yerinə yetirən Mistafa Kamal Paşa 27 yan-var, 1923-cü ildə Manisa üzərindən İzmir-Karşıyaka stansiyasına gəlmişdi. Yanında ordu komandirləri, nazirlər, millət vəkilləri və ya-vəri var idi.
İzmir valisi Əbdülxaliq Renda, korpus komandiri Fəxrəddin Al-tay və baş yavər Salih Bozok onu qarşılayanlar arasında idi. Yenə də stansiyaya çoxlu adam toplaşmışdı. Çiçəklərlə bəzədilmiş avtomobil onu gözləyirdi. Sağlığında ziyarət etdiyi kimi, yenə də əvvəlcə anasına baş çəkdi. Həmin gün anasının məzarı önündə duyğulu və mənalı bir nitq söylədi. Onu yetişdirən, milli mücadilə illərində hər zaman yanında olan anasının çəkdiyi əziyyətləri, fədakarlığını xatırlatdı. Ona görə çəkdiyi əzabları, əziyyəti dilə gətirərkən anasının qədrini bildiyini də dilə gətirmiş oldu.
Mustafa Kamal həmin gün dərin həyəcan içərisində idi. Ən səmimi, ən duyğulu nitqini məhz anasının məzarı üstündə, məhz həmin gün söylədi. Çıxışında qısaca anasının sıxıntılarından bəhs edən Mustafa Kamal Paşa bunları demişdi: “Şübhəsiz, anamın vəfatından mütəəssirəm. Lakin bu təəssüfümü aradan qaldıran, mənə təsəlli verən bir məsələ var: o da anamın vətənini məhv edən və xarabalığa çevirən quruluşun çökdürüldüyünü görməkdir. Anam torpağın altındadır, lakin millətin hakimiyyəti gərək əbədi olsun. Mənə təsəlli verən ən böyük qüvvə budur. Bəli, milli hakimiyyət mütləq davam edəcək. Anamın və bütün əcdadlarımızın ruhuna borclu olduğumu, vicdan andını təkrar edirəm. Anamın məzarı önündə, Allahın hüzurunda and içir və əhd edirəm: bu qədər qan tökərək millətin qurduğu, seçdiyi hakimiyyətin mühafizə və müdafiəsi üçün, lazım gələrsə, anamın yanına getməkdə əsla tərəddüd etməyəcəyəm. Milli hakimiyyət uğrunda canımı vermək mənim üçün vicdan və namus borcu olsun”
.
“Fəzilətinə və yüksək qadınlığına inandığım anam və bacım in-qilab işlərində mənə güvənib, xidmət ediblər”, – deyərək Zübeydə xanıma olan bağlılığını ifadə edən Mustafa Kamal Paşanın anasının sevdiyi bir mahnını eşitdiyi zaman həmişə gözləri yaşararmış. Hər səhər oyandığında ziyarət üçün anasına xəbər göndərər, icazə istərmiş. Zübeydə xanım da eyni şəkildə hazırlıq gördükdən sonra oğlunu qəbul edərmiş. Bu görüşlərdə Mustafa Kamal Paşa anasının əlini öpər, onun xeyir-duasını alar, bir müddət söhbət edərdi.
Zübeydə xanım oğluna: “Mustafam”, “Sarı Mustafam”, – deyə xitab edər, çox zaman bunu da az hesab edib: “Paşam” və ya “Sarı Paşam”, – deyə, əlavə edərdi.
Atatürkün həyatının böyük bir hissəsində yanında olan yavər-lərindən Cavad Abbas Gürərin “Atatürkün çox sevdiyi, saydığı anası ilə tərbiyə və zəka baxımından vəziyyətləri”ni anlatdığı bu sözlər bir milli qəhrəmanı dünyaya gətirən, tərbiyə edən türk ana-sının tərbiyəsini, fəzilətlərini ortaya qoymaqdadır: “Zübeydə xanımın xarakterini, zəkasını və ətrafındakı insanlara qarşı davranışını izah etmək üçün uzun-uzadı yazmaq lazımdır. Yalnız anası olduğuma görə deyil, eyni zamanda, ağır, ciddi, hədsiz də-rəcədə ağıllı böyük türk qadını olduğuna görə onu ziyarət etmək Atatürkün qarşısında vəzifə idi. Bu ziyarətlər əvvəlcədən xəbər ve-rilərək baş tuturdu. Çünki ana ilə oğul hazırlaşmadan bir-biriləri ilə görüşməzdilər. Aralarındakı münasibətlərin əsas qaydası ziyarətçi qismində daim Atatürkün olmasıydı. Əbədi Şef səhər oyanar-oyanmaz – əgər o gün anasını görəcəksə – kimisə göndərib ondan icazə aldırar, sonra böyük bir mərasimdə iştirak edəcəkmiş kimi hazırlaşmağa başlardı… Zübeydə xanım da xəstə yatağında olsa belə, Atatürkü qəbul etmək üçün diqqətlə hazırlıq görərdi. Saçlarını da-radar, işləməli baş örtüsünü örtər, makedoniyalı gəlinlərin zəngin cehizlərindən olan işləməli köynəyinin üstündən ipək əntarisini
geyinər, istanbulsayağı rəngli maşlahı
ilə qiyafətini tamam-ladıqdan sonra oğluna onu gözlədiyi xəbərini göndərərdi. Zübeydə xanım Atatürkə: “Mustafa”, – deyə, xitab edərdi. Uzun illərdi ki, bu böyük ailənin üzvlərinin rahatlıq, etimad və məhəbbət qazanmaq bacarığına alışmışdım. Bu görüşlərində əksər hallarda iştirak edirdim. Böyük, qiymətli övlad yetişdirmək bəxtiyarlığı ilə dəyərli, böyük anaya sahib olmaq qürurunu bir arada toplayan gözlərim se-vinirdi. Bəli, türk toplumu quruluşundakı tərbiyənin və o tərbiyənin təməllərinin nə qədər dərin, köklü olduğu, nə qədər sadə, nə qədər ciddi, nə qədər səmimi olduğunun canlı nümunələrini gördükcə duyğulanır, özümü xoşbəxt hiss edirdim… Bu ana oğluna vətən, millət sevgisini hələ beşikdəykən oxuduğu laylalarla aşılayıb, onu hər çağında duyğularla böyüdüb, təhsilə yönləndirib, elm və mədəniyyət öyrədib. Yetişən, öz məqamını tapan xilaskar oğlunu məhz o Mustafa Kamal kimi yaratmışdı”
.
IV. Əli Rza Əfəndi və Zübeydə xanımın evliliyi
Əli Rza Əfəndi ilə Zübeydə xanım 1870 və ya 1871-ci ildə ev-lənmişdilər. Məqbulə xanımın xatirələrinə görə, evləndiyi zaman 13-14 yaşında olan Zübeydə xanım gözəl qızmış: “Anamın gəncliyi gözümün önündədir. Hündürboy, incə bədən quruluşlu, qızılısaçlı, yaşılgözlü qadındı… Uşaqlar analarını hər zaman dünyanın ən gözəl qadını hesab edirlər. Lakin anam, həqiqətən gözəl idi”
.
Əli Rza Əfəndi evləndiyi zaman 31-32 yaşındaymış. Vəqflər İdarəsində məmur kimi çalışırmış. Almaq istədiyi Zübeydədən 16-17 yaş böyük idi. Mustafa Kamalın dayısı Hüseyn Ağa ailəni razı sal-dıqdan sonra evlənmişdilər. Məqbulə xanımın xatirələrində detalları ilə haqqında danışdığı bu evlilik Əli Rza Əfəndinin yuxusunda gör-düyü və bəyəndiyi qıza bənzər həyat yoldaşı axtarması ilə başlamış, bacısı, Mevlevi Kapu şeyxinin gəlini olan Xədicə xanımın Zübeydəni görüncə sevinc içində ona şad xəbər verməsindən sonra baş tutmuş-du
.
Evləndikdən dərhal sonra yaşamaq üçün Əli Rza Əfəndinin Se-lanikdəki ata evinə köçüblər. Əvvəlcə Fatma (1871/1872-1875) adını verdikləri qızları dünyaya gəlib. Daha sonra isə Əhməd (1874-1883) və Ömər (1875-1883) adlı oğulları doğulub. Sonrakı öv-ladlarının sırası Mustafa (1881-1938), Məqbulə (1885-1956) və Naciyə (1889-1901) ilə davam edib.
Yoluxucu xəstəliklər ucbatından ilk üç uşaqları müxtəlif illərdə ölüb. Daha sonra Əli Rza Əfəndinin nizamlı olmayan iş həyatında çətinliklər və sıxıntılar başlayıb. Nəhayət, Mustafanın dünyaya gəlməsilə həyata bağlanan ailə bu dəfə də Əli Rza Əfəndinin vəfatı ilə sarsılıb
.
Əli Rza Əfəndi 1893-cü ildə öldükdə 36 yaşında üç uşaqla dul qalan Zübeydə xanım Lankazada qardaşı Hüseyn Ağanın idarə et-diyi Rapla ciftliyinə sığınıb. Hüseyn Əfəndi yeznəsinin ölüm xəbərini alan kimi Selanikə, bacısı Zübeydənin yanına gələrək: “Bu ömürsüz adama səni mən ərə verdim. Bundan sonra da sizə mən baxacağam”, – deyərək ailəni özü ilə Rapla ciftliyinə aparıb
.
Gənc yaşda dul qalan Zübeydə xanım oğlu Mustafanı Əsgəri Rüşdiyyəyə verdikdən sonra maddi cəhətdən çətin günlər keçirib. Uşaqlarla birlikdə ona təyin olunan iki məcidiyyəlik təqaüd ailənin dolanışığını təmin edə bilmirdi. Belə sıxıntılı zamanda Yunanıstana verilən Teselyanın mərkəzi Larisadan (Yenişəhər) köç edənlərdən biri – Reji İdarəsi
məmurlarından Raqib Əfəndi ona elçi düşür. Raqib Əfəndi də xanımını itirmiş dörd uşaqlı dul adam idi
.
Zübeydə xanım Qılıcoğlu Haqqı bəyin qayınatası olan Şeyx Rıfat Əfəndinin təşəbbüsü ilə Raqib Əfəndi ilə evləndirilib. Varlı adam olmasına baxmayaraq Raqib Əfəndi Zübeydə xanımın evinə köçüb orada yaşamağa başlayıb, buna görə də Mustafa Kamal bu evliliyə etiraz edərək evi tərk edib, Horhor məhəlləsində yaşayan bibisi Əminə xanımın yanına köçüb. Monastır hərbi liseyinə gedənə qədər də evə nadir hallarda gedib, bibisinin yanında yaşayıb
.
Raqib bəy, əslində, çox kübar, xoşrəftar insandı. Mustafa Kamal aradan illər keçəndən sonra ögey atası ilə bağlı Afət İnana bunları söyləyəcəkdi: “… Sonradan bu əsil bəylə aramızda dostluq yarandı. Mənə yaxşı təlimatçı oldu. Anamın gənc yaşında belə ailə qurmasını təqdir etdim. Ancaq uşaqlıqda duyduğum o hiss atamı itirməyimə qarşı üsyandan ibarətdi”.
Mustafa Kamal Əli Fuad Cebesoya da Raqib Əfəndi ilə bağlı: “Mənə qarşı çox hörmətlə davranıb, böyük adam kimi rəftar edib. Nəzakətli və kübar insandı”, – demişdi. Mənbələrə görə, Raqib Əfəndi Birinci Dünya müharibəsindən sonra Selanikdə vəfat edib, bəzi məlumatlara görə isə Çanaqqala döyüşündə şəhid olub. Lakin yuxarıda da deyildiyi kimi, Zübeydə xanım və Məqbulənin Balkan döyüşlərindən sonra İstanbula köçdüyünü bilirik. Raqib bəyin onlarla birlikdə İstanbuıla gəlməsilə bağlı isə heç bir məlumat yoxdur. Buna görə də Raqib bəy, çox güman, Balkan döyüşləri zamanı və ya ondan sonra vəfat edib. Hər halda, bu, qüvvətli ehtimaldır.
V. Mustafa Kamalın dünyaya gəlişi
Atatürkün 1881-ci ilin 1 yanvar ilə 12 mart tarixi arasında
dün-yaya gəldiyi və arxiv qeydlərinə görə, Selanikdə o zamanlar Qoca Qasım Paşa məhəlləsi, İslahhanə küçəsində olan ev bugünkü Aya Dimitriya məhəlləsində və Apostolu Pavlu küçəsində, 75 nömrə al-tında qeyddədir. Hazırda muzey kimi fəaliyyət göstərən ev
zirzə-misi ilə birlikdə üçmərtəbəlidir və Selanik Türk Baş Konsulluğu ilə eyni bağçada yerləşir.