Xaqani Şirvaninin ərəbcə şerləri (Xaqani Şirvani) - слушать книгу онлайн или скачать аудиокнигу в MP3 (МП3)
bannerbanner
Аудиокнига Xaqani Şirvaninin ərəbcə şerləri (Xaqani Şirvani)
Xaqani Şirvaninin ərəbcə şerləri
Оценить:

3

Поделиться
Sample.mp3
  • 01.mp325:10
  • 02.mp320:50
  • 03.mp314:00
Для продолжения необходимо купить аудиокнигу
Купить и скачать

Аудиокнига Xaqani Şirvaninin ərəbcə şerləri (Xaqani Şirvani)

Автор: Xaqani Şirvani
Язык: az
Размер: 385662 Кб
Бесплатный фрагмент: fb2.ziptxttxt.ziprtf.zipa4.pdfa6.pdfepubfb3

Полная версия:

Описание аудиокниги:

Xaqani Şirvani – klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Həmçinin o qədim dövr ədəbiyyatının yaradıcılarından biridir. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, «Töhfətul-İraqeyn» poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə «„Şiniyyə“» və «Mədain xərabələri» qəsidələri, «Həbsiyyə» şeirləri və «Töhfətul-İraqeyn» poeması daxildir. Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Layihənin rəhbəri Səlim Babullaoğlu kitabla bağlı deyir: "Klassiklərə yeni və təkrar-təkrar müraciətlər çağdaş sənət mühitləri üçün əvəzolunmaz xidmət göstərir, olduqca əhəmiyyətlidir. Xaqani kimi olduqca ciddi, "Ümumşərq ədəbi-mədəni hadisəsi”ndən söz gedəndə isə bu əhəmiyyət birə beş artır. Çünki təkcə estetik planda deyil, bəlkə də, daha çox etik planda biz öz keçmişimizlə görüşür, ona baxmaq və keçmişin o cür ""qənirsiz güzgüsü”ndə bu günümüzü qiymətləndirmək imkanı qazanırıq, unudulmuş mənəvi xəzinələrə yenidən qovuşuruq…”

Спасибо за оценку! Будем признательны, если Вы оставите комментарий о данном произведении.

Добавить отзыв:

bannerbanner