скачать книгу бесплатно
İsa Muğanna yaradıcılığı İDEAL işığında
Şəmil Sadiq
Çağdaş ədəbiyyat #29
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin bu monoqrafiyası giriş və iki fəsildən ibarətdir. “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı bu tədqiqat işində yazıçı, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (Muğanna) yaradıcılığının ikinci mərhələsinə aid əsərlər tədqiqata cəlb edilmişdir. Bu Monoqrafiya böyük sənətkar haqqında ilk irihəcmli elmi əsərdir. Yazıçının “İdeal” romanından sonra yazdığı "Cəhənnəm", "İlan dərəsi", “GurÜn”, “Qırx kisə qızıl”, “Qəbiristan”, “İsahəq, Musahəq”, “Türfə”, “Mənim məhəbbətim” kimi bədii əsərlər tədqiqata cəlb edilmiş, Hüseyn Cavid, Kamal Abdulla, Zəlimxan Yaqub kimi yazarların əsərlərinin ideoloji fikri ilə İsa Muğanna yaradıcılığı arasında paralellər təhlil edilmişdir.
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
MÜNDƏRİCAT
I fəsil
Tarixilik və mistika dini-mifoloji aspektdə
Ön söz ............................................................................................... 6
Giriş ................................................................................................. 12
1.1. İsa Muğanna romanlarında vahid
din konsepsiyası ......................................................................... 32
1.2. İsa Muğannanın "Cəhənnəm" romanı dini-mifoloji
kontekstdə .................................................................................... 54
1.3. İsa Muğannanın "İlan dərəsi" silsiləsində tarixilik və
mistika............................................................................................ 83
1.4. Magik realizm və “GurÜn” romanı .............................. 99
3
1.5. Yarımçıq əlyazma və bütöv ədəbi və əbədi
dünya ........................................................................................... 124
II fəsil
İsa Muğanna yaradıcılığına müqayisəli baxış
2.1. İsa Muğanna həqiqəti Hüseyn Cavid işığında ...... 148
2.2. İsa Muğanna yaradıcılığının "Ün" poemasındakı
poetik təhlili .............................................................................. 169
2.3. Postmodern Azərbaycan romanında “Kitabi-Dədə
Qorqud” dastanı və təhrif edilmiş tarix ......................... 183
Müsahibələr
İsa Muğanna ilə ilk tanışlıq ................................................. 201
İsa Muğanna ilə son söhbətim.. ........................................ 225
Zəlimxan Yaqub Tənhalıqdan tənhalığa ........................ 248
İsasız Firuzə Muğanna ilə söhbət ..................................... 275
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI ................... 284
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
4
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Əsər Ruhani sədaları altında ustad sənətkarın
5
90 illik
yubileyinə ithaf edilir
Firuzə xanım:
Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə
etibar edə bilmərəm.
İsa Muğanna:
– Onda gərək əbədi yaşayasan!
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
6
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Ön söz
“Ədəbi döyüşlər cəngavəri” Mehdi Hüseyn hələ
ilk əsərlərini yazıb nəşr etdirdiyi illərdə İsa Hüseynovu zarafatla “etiraf olunmamış dahi” adlandırar, onun ədəbiyyata təsadüfən deyil, xüsusi missiya ilə
gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan, təbii ki, məmnunluq duyarmış. Ancaq güman etmək çətindir
ki, Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi-ədəbiyyatşünas belə İsa Hüseynovun dünyaya İsa Muğanna olaraq yenidən gələcəyini təsəvvür eləmiş
olsun.
“Yanar ürək”dən “İdeal”a, İsa Hüseynovdan İsa
7
Muğannaya yüksəlişin səbəbləri, yəqin ki, XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai təfəkkürünün üzərində ən çox düşündüyü, ancaq əsas-
lı bir nəticəyə gələ bilmədiyi mövzulardandır. Və
məsələni daha da mürəkkəbləşdirən cəhətlərdən biri, heç şübhəsiz, böyük yazıçı-mütəfəkkirin özünün vaxtaşırı olaraq söylədiyi mülahizələr olmuşdur ki, həmin mülahizələrdə yaradıcılığın bir dövründən di-gərinə keçmək kimi, əslində, tamamilə təbii (və qa-nunauyğun) qəbul edilməli olan bir proses xeyli dərəcədə mistikləşdirilərək o həddə çatdırılır ki, gu-ya müəllif “İdeal”dan başlayaraq “ün” eşitmiş və bütün sonrakı əsərlərini həmin ilahi “ün”ün diqtəsilə
qələmə almışdır.
Əlbəttə, məsələnin bu cür qoyuluşuna bizim adət
etdiyimiz normativ şüur (və yaradıcılıq) təcrübəsi baxımından interpretasiya vermək, prinsip etibarilə,
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
mümkün deyil. Ancaq ortada hansı enerjidən gəlib-gəlməməsindən asılı olmayaraq yüksək sənətkarlıqla seçilən mükəmməl yaradıcılıq məhsulları var… Və
onların adət etdiyimiz metodoloji texnologiyalarla tədqiqi tamamilə mümkündür.
İsa Muğanna yaradıcılığını yeni rakursdan –
“İdeal” işığında araşdıran tanınmış yazıçı, ədəbiyyatşünas və redaktor-naşir Şəmil Sadıq qarşısına kifayət qədər cəsarətli (və çətin) bir vəzifə qoysa da, fikrimcə, onun öhdəsindən uğurla gəlmiş, hətta demək olar ki, İsa Hüseynov – Muğanna yaradıcılığı barədə indiyə qədər deyilmiş ən müxtəlif (çox hallarda isə pərakəndə) fikirlərin fövqünə qalxaraq sistemli bir “muğannaşünaslığ”ın əsaslarını müəyyənləşdir-8
mişdir.
“İsa Muğanna yaradıcılığı” “İdeal” işığında”
müəllifi yazır:
“… İsa Muğanna yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal”
silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də
qorxmadan, çəkinmədən “İsahəqq, Musahəqq”i,
“GurÜn”ü, “Türfə”ni, “İlan dərəsi”ni, “Cəhənnəm”i,
“Qəbiristan”ı əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün”.
Və əlavə edir:
“ … Bu tədqiqat işində Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dönə-dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq”.
Göründüyü kimi, miqyas xeyli möhtəşəmdir,
lakin nəzərə alsaq ki, Şəmil Sadıq uzun illər İsa Muğanna ilə sıx-sıx görüşmüş, onun nəinki əsərlərinin, bütövlükdə ruhunun dərinliklərinə bələd olmuş, hətta ustadla yaradıcılıq əməkdaşlığı da etmişdir, on-da miqyası bu qədər geniş götürməyə müəllifin həm mənəvi, həm də peşəkar səlahiyyəti olduğuna şübhə
yeri qalmır.
9
İsa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəx-
siyyət kimi nə qədər yüksək intellektual səviyyədə
dayanırdısa, o qədər də pak, səmimi və ünsiyyətcil bir insan idi, həmsöhbətini öz geniş (və kifayət qədər mistik) dünyagörüşünə tabe eləmək fikrindən də
uzaqdır. Az-çox ağıllı mülahizə eşidəndə onun müəllifini layiq olduğundan da artıq qiymətləndirir, da-xildən (ruhunun lap dərinliklərindən) gələn bir məhəbbətlə tərifləməkdən çəkinmirdi. Və mən heç şüb-hə etmirəm ki, bu, İsa müəllimin mənəvi zənginli-yinin tükənməzliyindən qaynaqlanırdı…
“İdeal”a qədərki yaradıcılığını hərdən özü kəskin tənqid edir, “Yanar ürəy”i elə də dəyərli əsər saymırdı. Görüşlərin birində xalq yazıçısı Anar İsa müəllimə dedi ki, “belə bir fikrim var: İsanın özünü özündən müdafiə cəmiyyəti yaradaq… İmkan vermək olmaz ki, ədəbiyyatımızın “Yanar ürək” kimi
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
qiymətli əsəri onun tərəfindən bu qədər haqsız tənqidə məruz qalsın”… Anar müəllimin haqlı sözü hamının ürəyindən oldu. Hətta İsa müəllimin də…
Bir söz demədi, ancaq razılıq əlaməti olaraq ürəkdən güldü…
Həm İsa Hüseynov, həm də İsa Muğanna haq-
qında mən də bir sıra yazılar yazmışam, televiziya-larda, müxtəlif yığıncaqlarda çıxışlar eləmişəm. Ancaq bunların çoxunda elmi təhlil azdır. Sadəcə olaraq, dərinliyinə lazımi qədər vara bilmədiyim möhtəşəm yaradıcılıq qarşısında heyranlığımı ifadə etmişəm.
Şəmil Sadıq – mənim keçmiş tələbəm isə bu kita-
bında İsa Muğanna dünyasının dərinliklərinə enir. O
10
məqamlara (məsələn, mistika, din, magik realizm, postmodernizm və s.) diqqət yetirib geniş (və sözün geniş mənasında müqayisəli!) interpretativ təhlil verir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun dünyagörüşünün fəlsəfi mahiyyətini, metafizik
poetikasını anlamağa əhəmiyyətli kömək göstərir.
Müəyyən mübahisəli tərəfləri olsa da, ümumiləş-dirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas da odur ki, Şəmil Sadıq İsa Muğanna “mətn”ini həm bir əsər, həm də ümumi yaradıcılığı miqyasında kifayət qədər müfəssəl hiss etdiyinə görə, gəldiyi nəticələr bugünkü ədəbi-tənqidi təfəkkür üçün heç də az səciyyəvi olmayan sxematizmdən uzaqdır.
Müəllif hərdən gileylənir ki, nə oxucular, nə də
ədəbi tənqid İsa Muğannanın müasir dövrün qlobal problemlərini dərk etməkdə, doğrudan da, çox fay-