banner banner banner
Balaca Delfinin macəraları
Balaca Delfinin macəraları
Оценить:
Рейтинг: 0

Полная версия:

Balaca Delfinin macəraları

скачать книгу бесплатно

Balaca Delfinin macəraları
Həmid Piriyev

Uşaq ədəbiyyatı #16
Bu kitab ucsuz-bucaqsız okeanın dərinliklərində yaşayan delfin balasının başına gələn macəralardan bəhs edir. Tək üzməyə çalışan balaca delfin çox uzağa getməyəcəyinə dair anasına söz verir. Sualtı dünyanın gözəlliklərini gördükcə heyran olur. Amma içində məktub olan şüşə tapması balaca delfini suyun üzünə çıxmağa və faydalı bir işi sona çatdırmağa sövq edir. Bu işdə sarı balıqla xərçəng ona necə kömək edə bilər? Bu üç dostun “Şüşədəki məktub” macərası çox maraqlı hadisələrlə davam edir. Sən də onlarla birgə macəra yaşamaq istəyirsənsə, kitabı oxumağa başlaya bilərsən!

HƏMİD PİRİYEV

Balaca Delfinin macəraları:

Şüşədəki məktub

(Sekil 1)

Balaca delfin artıq anasından ayrılıb tək üzəcək qədər böyümüşdü. O, hər gün gəzməyə çıxırdı. Balaca delfin okeanın altını kəşf etməklə məşğul idi. Anası hər dəfə çox uzaqlaşmamağı tapşırırdı, çünki balaca delfin köpək balığına rast gələ bilərdi. Birdən köpək balığı balaca delfini yesəydi, onda anası neyləyərdi? Balaca delfin də hər dəfə anasına söz verirdi ki, çox uzaqlaşmayacaq. Amma gəzməyə başlayan kimi verdiyi söz yadından çıxırdı. O daha çox gəzmək, daha çox öyrənmək istəyirdi.

Balaca delfin tez-tez gəmilərdən qırılıb düşən lövbər tapırdı. Amma köhnə gəmilərə də rast gəlmək olurdu. Hətta bir neçə gün qabaq təyyarə də görmüşdü balaca delfin. Soruşanda anası demişdi ki, hərdən təyyarələr də qəzaya uğrayıb okeana düşür. Belə hadisələr az olur, amma olur.

Balaca delfin gəmilərin içini gəzməyi çox sevirdi. Əvvəlcə göyərtənin üstündə üzür, sonra kayutlara düşür, hətta gəminin motorxanasını da gəzirdi. Suyun altında qalmaqdan mamır basmış gəmilər elə gözəl görünürdü ki!

Hər şeylə maraqlanırdı bizim balaca delfin.

Bir dəfə yenə adəti üzrə gəzintiyə çıxmışdı. Üzə-üzə yosun evlərindən xeyli uzaqlaşdı. Hətta axırıncı tapdığı gəmini də üzüb keçdi. İlk dəfə idi, bu qədər uzağa gedirdi. Birdən dəniz otlarının arasında nəyinsə parıldadığını gördü. Yaxına gəlib baxdı. Parıldayan şüşə idi. İçində də bükülmüş kağız vardı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)