banner banner banner
Uşaqlar üçün hekayələr
Uşaqlar üçün hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Uşaqlar üçün hekayələr

скачать книгу бесплатно

Saksoniya şahzadəsi:

– Mənim ölkəm zəngindir, çox varlıdır. Qüdrətim isə sonsuzdur!

Mənim ölkəmin dağları da dərinliklərinə qədər gümüş mədən-ləri ilə doludur, – deyirdi.

Saksoniya şahzadəsi belə danışanda Reyn şahzadəsi o biri yan-dan özünü ortaya atdı:

– Mənim ölkəmin vadilərində başaqlar qızıl rənginə bürü-nübdür.

Bağlarımızda ən gözəl üzümlər yetişir.

Bavariya şahzadəsi dilləndi:

– Mənim yurdumda böyük-böyük şəhərlər, ən gözəl və ən bə-zəkli kilsələr var. Mənim torpaqlarım öz varına-dövlətinə görə sizin torpaqlardan heç də geridə qalmaz.

Saqqallı Vürtenberq şahzadəsi isə sözə belə başladı:

– Mənim ölkəmdəki şəhərlər çox balacadır. Dağlarımızda gümüş mədənləri də yoxdur. Özünüz bilirsiniz, geniş vadilərimizdə yoxsul əlindən tərpənmək olmur. Ancaq sakitlik və əmin-amanlıq içərisində başımı xalqımın dizləri üstünə rahatlıqla qoya bilirəm.

Reyn, Saksoniya və Bavariya şahzadələrinin gözləri yaşardı. Onlar bir ağızdan dilləndilər:

– Şahzadə Eberxard!.. Ən varlı, ən zəngin ölkə sənin ölkəndir, şərəf medalını da sənin ölkən daşımalıdır…

ÇOBAN UŞAĞI

Bir vaxtlar hər soruşulana insanı çaşdıracaq cavablar verən ağıllı bir çoban uşağı var imiş. Onun şöhrəti ətrafa o qədər yayılıbmış ki, hətta padşah da marağa düşüb həmin uşağı bir gün saraya çağırtdırır:

– Sənə üç sual verəcəyəm. Əgər mənə doğru-düzgün cavab ver-sən, səni sarayda saxlayacağam və sənə öz oğlum kimi baxacağam, – deyir.

Çoban uşağı çəkinmədən:

– Soruşun, deyə cavab verir.

– Birinci sualım belədir. De görüm, dünyadakı bütün dənizlərdə neçə damla su var?

– Padşah sağ olsun… Yer üzündəki bütün çayların axınını bir müddətə dayandırın ki, damcıları sayarkən səhvə yol verməyim. Sonra isə sizə söyləyərəm ki, dənizlərdə neçə damla su var.

Belə ağıllı cavaba heyrət eləyən padşah ikinci suala keçir:

– İndi de görüm, göy üzündə neçə dənə ulduz var?

Çoban uşağı:

– Mənə böyük bir kağız verin, – deyir.

Ona böyük və qalın bir kağız gətirirlər. Kağız gətiriləndən sonra çoban uşağı həmin kağızın üzərinə bir qələmlə çoxlu sayda nöqtələr qoyur. Nöqtələr o qədər çoxmuş ki, saymaqla qurtarmaq olmazmış. Kağızı nöqtələrlə doldurandan sonra, uşaq həmin kağızı padşaha uzadaraq:

– Bu kağızın üzərində nə qədər nöqtə varsa, göy üzərində də o qədər ulduz var. Əgər inanmırsınızsa sayın.

Padşah axırıncı sualını verir:

– Sonsuzluq nədir?

Çoban oğlu deyir:

– Bizim kənddə bir dağ var. Yüksəkliyini, genişliyini və uzun-luğunu qət eləmək düz bir saat çəkir. Oraya yüz ildə bir kərə bir quş gəlir və dimdiyini bir qayaya sürtür. Bütün dağ yox olana qədər sonsuzluğun, əbədiyyətin ancaq bir anı keçmiş olur. Yerdə qalanını siz özünüz hesablayın.

Uşağın ağlına, zəkasına heyran qalan padşah da deyir:

– Sən soruşduqlarımın hamısına ən ağıllı, ən bilikli bir adam kimi cavab verdin. İndən belə mənim sarayımda yaşayacaqsan. Və özün də doğma oğlum kimi hörmət, ehtiram görəcəksən.

HƏYAT TULUĞU

Xəlifə əl-Mötəsim bir gün sarayının eyvanında oturubmuş. Özü də gəlib keçənlərə tamaşa eləyirmiş. Bu zaman onun gözləri yoldan keçən yaşlı bir adama sataşır. Həmin adam eşşəyin belinə ağır bir su tuluğu yükləmişdi. Özü isə min bir əziyyətlə, qan-tər içində ayaq-larını sürüyə-sürüyə yeriməyə çalışırdı. Xəlifə suçunu çağırır. Ondan:

– Rahatlıq, bolluq içərisində yaşayanlar necə olur ki, ömürlərinin bahar çağında bu dünyadan gedirlər, sən isə bu qədər ağır, bu qədər əziyyətli işinə baxmayaraq, yenə də uzun ömür yaşaya bilibsən? – deyə soruşur.

Suçu alnının qırış-qırış qatlarına bir fərəh və aydınlıq gətirən təbəssümlə cavab verir:

– Bunun çox asan bir izahı var, möhtərəm xəlifə. Həyat çeş-məsindən bizə bu damcı-damcı axıb gəlirsə, zənginlərin, var-dövlət sahiblərinin üzünə həyat bulağının gözü birdən-birə açılır və bütün gücüylə sel olub aşır-daşır. Buna görə də onların həyat tuluğunun suyu çox tezliklə boşalır.

Cavab xəlifənin yaman xoşuna gəlir. Fikirləşir ki, yaşlı adamdır, ömrünün qalan günlərini bir kimsəyə möhtac olmasın. Bunun üçün içi qızıl dolu bir balaca kisəni ona hədiyyə eləyir.

Aradan çox keçmir ki, xəlifə su daşıyan qocanın öldüyü xəbərini eşidir. Eşidəndə acı bir təbəssümlə yanındakı adamlara tərəf dönür və deyir:

– Adam haqlı imiş… Sözlərinin doğru olduğunu hətta öz ölümü ilə də sübuta yetirdi… Onun həyat tuluğunun suyu, demək ki, birdən-birə boşaldı…

AĞILLI HAKİM

Bundan çox-çox əvvəl, hələ ta 1506-cı ildə bir tacir şəhərin damlar qaynaşan böyük bazarında gəzərkən içərisində səkkiz yüz qızılı olan pul qabını əlindən salır, ya necə olursa itirir. Pul qabını bir dülgər tapır, götürüb evinə gəlir. Pul qabının ağzını açıb baxanda nə görsə yaxşıdır?! Görür ki, qabın içi doludur pul ilə. Qərara gəlir ki, sahibi ortalığa çıxana qədər pul qabını gizlətsin.

Ertəsi gün bazar günü imiş. Kilsənin keşişi bazar yerində bir tacirin pul qabını itirdiyini, tapana da yüz qızıl verəcəyinə boyun olduğunu söyləyir. Həmin dülgər o günü kilsəyə getmədiyinə görə, əlbəttə ki, bunu bilmirdi. Kilsədən qayıdan arvadı isə yemək ye-dikləri vaxt bir tacirin bazar meydanında içərisində səkkiz yüz qızıl olan pul qabını itrdiyini, tapana da yüz qızıl verəcəkləri xəbərini söylədi və sonra da:

– Ah… nə olardı. Kaş ki, pulları biz tapaydıq, yüz qızılı da biz alardıq… deyə əlavə elədi.

Dülgər qayıdıb arvadına:

– Ay arvad, yuxarıdakı otağımıza çıx, masanın yanındakı divarın oyuğunda dəri bir çanta var. Onu götür bura – aşağıya gətir.

Arvad dülgər deyən kimi də eləyir. Dəri çantanı götürüb gəlir aşağı. Həqiqətən də, keşişin dediyi kimi pul qabının içində səkkiz yüz qızıl vardı. Dülgər yollanır birbaşa keşişin yanına. Keşişdən soruşur ki, içi pul dolu dəri çantanı tapan adama yüz qızıl hədiyyə ediləcəyi söhbəti doğrudur, ya yox.

Keşiş başı ilə təsdiq edərək:

– Əlbəttə, doğrudur. Belə deyəndə dülgər qayıdır keşişə ki:

– Yaxşı, elə isə taciri çağırın gəlsin, pulu mən tapmışam.

Tacir isə sevindiyindən az qalırmış uça. Qaça-qaça gəlir keşişin yanına. Pullarını diqqətlə sayandan sonra çıxarır dülgərə beş qızıl uzadır.

– Bu beş qızılı da hədiyyə eləyirəm sənə. Ona görə ki, vəd elə-diyim yüz qızılı onsuz da götürmüsən. Pul qabında düz doqquz yüz qızıl vardı.

Dülgər tacirin bu sözlərindən elə hiddətlənir ki, rəngi qıpqırmızı olur.

– Bunu mənə söyləməyə necə dilin gəlir. Tapdığım bu pulların içindən bircə qızıl da olsun götürməmişəm… Namuslu, vicdanlı bir adamam mən…

Tacir dediklərinin üstündə ayaq dirədiyindən iş gedir məhkəmə-yə çıxır. Hakim tacirdən soruşur ki, doqquz yüz qızıl itirdiyinə and içə bilərsənmi. Tacir:

– Əlbəttə-əlbəttə, deyə and içir.

Hakim bu dəfə dülgərdən soruşur:

– Sən də səkkiz yüz qızıldan artıq pul tapmadığına and içə bilər-sənmi?

Dülgər “bəli” deyib and içir.

Hakim bu dəfə üzünü hər ikisinə – həm tacirə və həm də dülgərə tutub deyir:

– İkinizin də doğru and içdiyinizə inanıram. Biriniz deyirsiniz ki, doqquz yüz qızıl itirmişəm. O biriniz də səkkiz yüz qızıldan artıq pul tapmadığınızı söyləyirsiniz. Tapılan pul qabında səkkiz yüz qızıl olduğuna görə tacir getsin doqquz yüz qızıl tapan adamı axtarsın. Dülgər də səkkiz yüz qızıl itirən bir adam ortalığa çıxana qədər pul qabını bir yanda gizlətsin.

Beləcə, haqq-ədalət öz yerini tapır. Sözünün üstündə durmayan, acgöz, tamahkar tacir bütün pulundan-parasından olur.

ŞORBA

Balaca uşaq süfrəyə təzəcə oturmuşdu ki, “bu şorba yaman duzludur, mən yemirəm“, – deyib qaşığı əlindən yerə qoydu.

Anası da onu çox məcbur eləmədi:

– Yaxşı… Axşama sənə daha gözəl yemək hazırlayaram, – deyib süfrəni yığışdırdı.

Ana bir azdan sonra tərəvəzə getdi. Tərəvəzdə yeri qazıyıb kartof çıxarmağa başladı. Balaca uşaq da gün batana qədər qan-tər içində anasına kömək elədi.

Axşam düşdü. Onlar evə qayıtdılar. Ana süfrə saldı. Yeməyi çəkdi. Balaca uşaq yeməkdən bir qaşıq ağzına aparan kimi:

– Oho… Bax bu yemək həqiqətən gözəldir. Gör nə gözəl də tamı var, – dedi.

Uşaq iştahla bir qab dolusu şorbanı tez içdi. Anası gülə-gülə:

– Mənim əziz balam. Bu, həmin günorta bişirdiyim şorbadır.

Bəyənməmişdin. Ancaq indi yaman xoşuna gəldi. Çünki bütün günü axşama qədər ürəklə işləyibsən, – dedi.

TAXTA ÇANAQLAR

Bir zamanlar çox yaşlı bir adam vardı. Gözləri yaxşı görmür, qulaqları eşitmir və dizləri də titrəyirdi. Süfrəyə oturanda əlləri əs-diyinə görə qaşığı tuta bilmir, şorbanı süfrənin üstünə dağıdırdı. Yeməyin suyu ağzından çənəsinə, çənəsindən də üstünə-başına tökü-lürdü. Oğlu ilə gəlini isə onu bu halda görəndə qızışır, onu acılayır, qəlbini qırırdılar.

Axırda da bu qocanı süfrə başında oturmağa qoymadılar. Soba-nın yanında ona yer göstərdilər ki, bundan sonra orda otursun, yemə-yini də ordaca yesin. Üstəlik ona gildən düzəldilmə bir çanaq da verdilər.

Qoca onun üçün ayrılan küncdə oturar, süfrəyə də həsrətlə baxardı. Nuru çəkilən gözləri isə yaşla dolu olardı.

Günlərin bir günü qoca çanağı titrəyən əllərindən salıb qırdı. Gəlini nalayiq sözlərlə qocanın üstünə çığırıb bağırdı. Onun oğlu sə-həri günü bazardan çox eybəcər görünüşü, özü də çox kobud dü-zəldilən bir taxta çanaq aldı. Qoca bundan sonra yeməyini həmin əcaib çanaqda yeyəcəkdi.

Bir gün evin xanımı və qocanın oğlu mətbəxdə oturarkən dörd yaşlarında olan oğlu içəri girdi. Uşağın əlində bir neçə dənə taxta parçası vardı.

Atası oğlundan:

– Oğul bala, bu taxtaları nə eləyəcəksən? – deyə soruşdu.

Uşaq dedi:

– Bir taxta çanaq düzəldəcəyəm, ata. Düzəldəcəyəm ki, yaş-lananda siz də o çanaqdan yemək yeyəsiniz…

Bu sözləri eşidəndə atanın da, ananın da gözləri yaşla doldu. Elədiklərindən utanıb peşman oldular. Babanı yenidən süfrə başında oturtdular. Yeməyini üstünə-başına töksə belə, artıq ona qəlbinə toxunacaq, güldən ağır söz də demədilər.

BALACA HƏSƏNLƏ ANASI

Balaca Həsən bir axşam atasının ödəməli olduğu borcları he-sabladığını görəndə tez öz otağına getdi. Çünki ağlına bir fikir gəl-mişdi; anasına göstərdiyi xırda-para yardımların haqqını pul şəklin-də çox rahatlıqla istəyə bilərdi.

Ertəsi gün kiçik Həsənin anası mətbəxdə stolun üstündə bir parça kağız gördü. Kağız parçasında bu sözlər yazılmışdı:

Ananın, oğlu Həsənə olan borcu:

Bazardan çantaları evə daşımaq haqqı – 550 lirə

Məktubları poçta aparmaq haqqı – 300 lirə

Yaxşı bir övlad olduğuna görə – 1500 lirə

Çiçəklərə su vermə haqqı – 900 lirə

Cəmi: 3250 lirə

Həsənin anası kağızın üzərində bu yazılanları oxuyandan sonra heç nə demədi.

Həsən həmin axşam mətbəxdəki stolun üstündə 3250 lirə pulu görəndə o qədər sevindi ki… Görən kimi də tez götürüb cibinə qoydu. Lakin pulun yanında bir hesab kağızı da vardı. Kağızda yazılmışdı:

Həsənin anasına olan borcu:

Evdə xoşbəxtlik içində keçirdiyi on ilin haqqı – sıfır

On il ərzində evdə yediyi yeməyin haqqı – sıfır

Xəstələndiyi zaman baxmaq xərcləri – sıfır

Yaxşı bir anası olduğuna görə verməli olduğu haqq – sıfır

Cəmi – sıfır

Balaca Həsən kağızda bu yazılanları oxuyanda yaman peşman oldu. Elədiyi səhvi başa düşdü. Gözləri yaş içində anasının yanına qaçdı. Onun qolları arasına atılaraq bağışlanmasını istədi və 3250 lirəni yavaşca anasının cibinə qoydu.