скачать книгу бесплатно
Günəşin nağılı
Xalq yaradıcılığı (Folklor)
Uşaq ədəbiyyatı #3
“Azərbaycan nağılları” silsiləsində xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, ibrətamiz əhvalatlar, xeyirlə şərin əbədi-əzəli mübarizəsi və s. kimi mövzulara rast gələ bilərsiniz. Bu kitabda "Günəşin nağılı", "Göyərçin və qarışqanın nağılı", "Hiyləgər keçinin nağılı", "Tülkü, tülkü, tünbəki" və "Hatəm və qoyun dərisinə girmiş qurdun nağılı" yer alıb.
Günəşin nağılı (http://www.nagillar.az/article/a-241.html)
Azərbaycan nağılları
GÜNƏŞİN NAĞILI (http://www.nagillar.az/article/a-241.html)
Biri varmış, biri yoxmuş, parlaq bir Günəş varmış. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri – adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:
– Qoy gedib Günəşə yalvarsın, bəlkə, onun sözünə baxıb yataqdan qalxdı.
Günəşin evi sıx meşənin, uca dağın, axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər. Dedilər:
– O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
Tovuzquşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu:
– Kimsən, nə istəyirsən?
– Mən Tovuzquşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx, işlər çətinə düşüb.
– Kimin işidir çətinə düşən?
– Lap elə mənim. Qaranlıqda Qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür.
Günəş hirsləndi.
– Deməli mən sənin quyruğuna lazımam. Rədd ol, burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm.
Tovuzquşu əliboş qayıtdı. Sonra Günəşin yanına Bülbülü göndərdilər. Hamı düşünürdü, onun qəşəng səsi var. Günəşi birtəhər razı salar.
Doğrudan da, Günəş Bülbülün nəğməsini eşidəndə həyəcanlandı, köks ötürdü, yuxulu-yuxulu dedi:
– Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa, söylə, səninçün hər şeyə hazıram.
– Xahiş edirəm, dünyanı işıqlandırın. Qoy gecə qurtarsın!
Günəş maraqla soruşdu:
– Məgər sən gecələr mahnı oxuya bilmirsən?
– Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gün də səhər açılmasa, səsim tutulacaq.
Günəş onun sözündən pərt oldu.
– Deməli, mən yalnız ondan ötəri yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs, öz istirahətim necə olsun? Rədd ol, burdan!
Bülbül də kor-peşman geri qayıtdı.
Bu dəfə Günəşin yanına Tutuquşunu göndərdilər. O, dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı:
– Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm.
Günəş cavab vermədi. Qorxdu ki, Tutuquşu onun özünü də yamsılayar.
Tutuquşu da yerə əliboş qayıtdı. Elə bu vaxt Xoruz xahiş etdi ki, Günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmırdı. Deyirdilər ki, Xoruz gözəl deyil, kobuddur. Amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar.
Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səksənib ayıldı. Az qala yıxılacağdı. Yorğanı üstündən düşdü, bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdura qışqırdı:
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: