banner banner banner
Günahsız günahkar. Roman. Hissə – 1
Günahsız günahkar. Roman. Hissə – 1
Оценить:
Рейтинг: 0

Полная версия:

Günahsız günahkar. Roman. Hissə – 1

скачать книгу бесплатно

Günahsız günahkar. Roman. Hissə – 1
Fatma Axmed kızı Nabieva

Сам роман сосредотачивается на одной девушке, которая на протяжении всей своей жизни сталкивается с различными неприятными ситуациями, основанными на реальных событиях. Сюжет повествует о нелёгкой судьбе девушки, которая теряет своих родителей из-за автокатастрофы. На протяжении всего романа она превозмогает боль, помогает таким же беззащитным и беспомощным людям, как она. Несмотря на все унижения и оскорбления со стороны общества, она сохраняет мужество. Главная сила – это вера в добро.

Günahsız günahkar

Roman. Hissə – 1

Fatma Axmed kızı Nabieva

© Fatma Axmed kızı Nabieva, 2021

ISBN 978-5-0055-1728-9 (т. 1)

ISBN 978-5-0055-1727-2

Создано в интеллектуальной издательской системе Ridero

Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Aylın əlindəki gül dəstəsini nənəsinin məzarı üstə qoydu. Gözlərinin yaşını silib məzara baxıb öz – özünə: anamın – atamın yoxluğundan sonra həyatda tutunacaq tək dayağım sən qalmışdın, səndə məni tərk etdin biçarə qoydunuz, haqsızlıq etdiniz mənə qarşı. Ata – anasının məzarlarina yaxınlaşıb baş daşlarına əlini çəkib gözləri yaşlı baxaraq – olara: sizinçün çox darıxıram, mən sizsiz yaşaya bilmərəm belə tək – tənha, yanınıza gələçəyim o günümü səbirsizliklə gözləyəcəm. Dayısı dərindən nəfəs alaraq – Aylına: qızım belə demə sən tək deyilsən, səninlə biz varıq. «Aylın bilirdi dayısi arvadının pis xasiyyətli olduğunu, anasi dəfələrlə danışmışdı özlərini sevmədiyini və, köbut davrandığını deyərdi hər zaman». O səbəbdən heç buralardan dayısıyla getmək istəmirdi. Anasının məzarına baxaraq – dayısına: anamın – atamın üstünə yük maşınını sürən o şərəfsizi hələdə tapa bilməmişlər polislər. Mənim əlimdən valideyinlərimi alanı tutuqlayaraq haq cəzasına çatdığını görmədən, necə gedim buralardan? sizin məzarlarınızı hər gün ziyarət edərək buranı ikinci evimiz kimi sevməyə başadım mən. Bir vijdansız səbəb olaraq əlimdən sevdiklərimi aldı apardı qara torpağa. Mənim ürəyim rahat olmaz o alçaqı tapmayinca. Dayisi çarəsiz baxışlarla baxaraq, yazıği gəlirdi Aylın elə dedikcə çox üzülürdü, arvadınında xasyətıni yaxşı bilirdi. Bunuda yaxşı bilirdi ki, Aylını burdan aparmağıyla qıza orda xoş günlər yaşatmayacaqdı. Ancaq başqa çarəsi yox idi, qızı burda tək qoyub gedə bilməzdi. Evdən çıxdığında Aylının ardınca getdiyini bildiyində arvadı gətirməsinə mane olmağa çalışamışdı, hətta təhtid edərək davalaşmışdı gətirməsin deyə. Dayısı – Aylına: qızım bir gün haq yerini tapacaq inan mənə, o qaçan qatil cəzasını çəkəcək mütləq, indi isə gedək uçağımıza az vaxt qalıb. Yaxınlaşıb Aylinin qolundan tutdu, son dəfə ürək acısıyla məzarlara nəzər salıb – Aylına: üzmə oların ruhlarını gedək mənimlə. Aylin çarəsiz dayısıyla gedərkən, dönüb arxaya baxırdı gözləri yaşlı. Dayısınında ürəyini göynədirdi qızın bu halına. Aylını ordan uzaqlaşdırmaqçün məcbur qolundan tutub yanınca aparırdı arxaya baxmadan. Gəlib maşına əyləşdilər, dayısı – şoferə: vaxdımız azdır uçaqa çatmalıyıq, şofer maşını işə salaraq güzgüdən baxıb – dayısına: narahat olmayın mən sizi çatdıracam vaxdında hava limanına, qaza basdı. Maşın uzaqlaşdıqca Aylın həyəcanlanırdı, dayısıyla başqa şəhərə getmək istəmirdi. Sanki anası gillərdən zorla alıb qoparırdılar yazığı, gözlərindən süzülən yaş üzünə damcılayırdı.

Uçaq hava limanına enmişdi. Aylın dayısyla əllərində çantalarla hava limanindan çıxdılar. Dayısı ətrafa nəzər yetirib, özlərini qarşılamaqçün gələcəyinə söz vermiş oğlunu axtarırdı. Aylın o qədər fikirli idi ki, dayısının kimi axtardığını belə soruşmurdi. Biraz vaxtdan cavan oğlan yaxinlaşdı gülümsəyərək, – olara: xoş gəldiniz. Oğlan çantaları əllərindən götürüb yardım etmək istədıyində dayısı əsəbləşidi, – oğlana: burax nə edirsən? çantaları əlindən geri çəkərək acıqıandı. Oğlan gülümsəyərək, Həsən dayı məni oğlunuz Ramiz göndərib sizi qarşilayım, narahat olmayın verin çantalarınızı baqaja qoyum. Dayısı oğlunun adını eşitdikdə anladı yad birisinin olmadığını. Dayısı – oğlana: hardan biləydim səni yaramaz oğlum göndərmiş bizi qarşılmağa? burda bəzən taxsi şoferləri söz dinləmədən çantanı əlindən alıb aparıb baqaja qoyurlar. Məndə səni taxsi şoferi zənn etdim, oğlan gülümsəyərək – dayısına: artıq bildiniz taxsi şoferi olmadığımı, əllərindən çantalari götürüb maşına tərəf getdi. Maşının baqajını açıb çantaları qoyub baqajı örtüb baxdı, Ramizin söz verərək qarşılamağa gəlməməsindən əsəbi olduğu üzündən bəlli idi atasının. Oğlan – olara: orda niyə dayanmısınız? artıq bildiniz kiməm, buyurun gəlin əyləşin. Maşının qapılarını açaraq əyləşmələrini gözlədi, dayısı – Aylına: gəl qızım gəl, görünür oğlumun bizi qarşılamağa vaxtdı olmayıb, maşına yaxınlaşdılar. Aylin keçib arxada əyləşdi, dayısıda qabaqda oğlanın yanında əyləşdi. Oğlan qapıları örtüb tez gedib sükan arxasına əyləşdi, əlini uzadaraq mehribanlıqla gülümsəyərək, Həsən dayı mən Ramizin ən yaxın dostuyam, adım Kamildir. Dayısı əlini sıxaraq – Kamilə: çox gözəl Kamil sevindim tanışmamıza, mərəfətli oğlana bənzəyirsən. Bax bizi qarşılamaqçündə vaxt tapmışsan oğlumdan fərqli olaraq. Oğlumun yaxın dostusan dedin, elə deyilmi? Kamil maşını işə salaraq qaza basdı, maşını idarə edərək – Həsənə: hə elədir, yaxın dostuyam Həsən dayı. Həsən – Kamilə: bəs mən niyə səni görmədim indiyə qədər bizdə? Kamil gülumsəyərək, Həsən dayı mən gəldiyimdə siz işdə olursunuz. Siz evdə olanda mən gələ bilmirəm, məndə şirkətdə atamla çalışıram və o üzdən bu günə qədər rastlaşmadıq sizinlə, qismət bu günəymiş tanış olduq sonunda. Arxada kefsiz oturan Aylina baxdi maşının güzgüsündən, – Aylına: şəhərimizə xoş gəldiniz, ümid edirəm xoşunuza gələcək buralar. Aylın cavab vermədi Kamilə, heç ürəyindən deyildi bura gəlməyidə, yazıq içindən yanıb qovrulurdu. Maşinin aynasından dışarı baxdı fikirli – üzgün, Kamil qızın kefsiz – üzgün olduğunu anladı üzünün ifadəsindən. Dayısı – Kamilə: Ramizin nə mühüm işi çıxdı ki, səni göndərmiş qarşımıza? Kamil biraz şaşaraq dostunun yalanının üstünü necə ört – basdır edəcəyini düşündü, – atasına: Həsən dayı demədi mənə nə işi olduğunu. Sadəcə məndən xayiş etdi ki sizi qarşılayım, məndə dedim baş üstə dostum narahat olma qarşılayaram. Heç pis olmadı baxın sonunda sizinlədə tanış olduq, atası narazı baxışlarla baxaraq – Kamilə: vardır onun qarışdırdıgı birşeyləri, yəqin həmişəki kimi içmiş mən görməyim deyə səni göndərmiş. Anası həmişə məndən gizlədir onun səhvlərini, hər dəfə ört – basdır edib mənim gözümü bağlamağa çalışır ki, mən oğlunu acılamayım. Səndə yaxın dostusan deyirsən, oğlumun xasyətini məndən dahada gözəl bilirsən, elə deyilmi Kamil? yenə təxmin etdiyim kimidir, içmiş və mən acılamayım deyə gəlməmiş. Kamil nə deyəcəyini bilmədi susdu, atası əsəblə öz – özünə: evə çataq mən onun dərsini verəcəm yaramaz uşaq. Oğlu böyümüş mənim boyda olmuş boyu, bu hələ uşaq kimi başına dönür ərköyün öyrədir yaramaz oğlunu. Atasına vaxt tapmamış oğlan çox məşğulmuş, göstərəcəm mən sənə bu dəfə vaxtını. Kamil cavab vermədi Ramizin içdiyini bilirdi, dostunun atasından alacağı vardı bunuda yaxşı anlayırdı, gözü arxada fikirə dalaraq səssiz oturmuş Aylında idi. Maşının güzgüsündən baxırdı ara – sıra, çox yorgun və dərtli görünürdü. Ramiz qızın başına gələnləri danışmışdı ona qısada olsa, atasının anasıyla davalaşaraq qızı gətirməyə getdiyinidə demişdi. Kamil bilirdi dostunun anasının bəzi pis xasiyyətlərini, qız orda dahada üzüləçəkdi. Kamil dərindən nəfəs alaraq – atasına: əsəbləşməyin Həsən dayı. Ramizdə bir gün çalışacaq və, hər şeyi öz öftəsinə götürəcək görəçəksiniz. O hələ qarşıda siz varsınız deyə bəlkədə ərköynlük edir azacıq, azacıq dediyində atasının özünə tərs – tərs baxdığını görüb baxışların qaçırtdı, maşının sürəətini artrdı.

Gəlib çatdılar evin qarşısında Kamil maşını saxladı, dayısı maşından enib qapını örtdü. Aylın fikirli olduğundan çatdıqlarını hiss etməmişdi, Kamil zarafatla – Aylına: çatdıq qəşəng qız. Əgər dayın evinə getmək istəmirsənsə gedək bizə qonağım ol. Aylın çatdıqlarını görüb, cavab vermədən tez maşının qapısını açıb endi. Kamil gülümsəyərək, sükan arxasından enib gəlib baqajı açib çantaları götürdü. Dayısı – Aylına: sən əvəllər heç gəlmədin bizə qısmət olmadı, gəl qızım xoş gəldin öz evindir bundan sonra burası, mehribanlıqla Aylının qolundan tutub apardı evə tərəf. Kamildə çantaları götürüb evə tərəf getdi ardlarınca. Qapını həyətdə qulluq göstərən yaşlı bir kişi açdi, xoş gəldiniz Həsən bəy. Həsən – kişiyə: çox sağol Məlik xoş günün olsun, Məlik baxdı mehribanlıqla – Aylına: xoş gəldin qızım. Aylın kişini birinci idi görürdü, Məlik nədən isə kövrəlmişdi Aylını gördüyündə. Aylın – Məliyə: çox sağolun xoş gününüz olsun sizində, Kamildə əlində çantalarla arxada dayanmışdı. Dayısı səslədi, – Aylına: gəl qızım orda niyə dayanmısınız? Məlik – Aylına: buyur qızım keçin içəri. Aylın çəkinə – çəkinə həyətə keçib getdi, ardıncada Kamil gəlirdi. Məliyin üzünün ifadəsəndən artıq anlamışdı evdə xoş şeylər gözləmirdi qızı, öndən gedən Aylının necə çəkindiyini görürdü, yazıgı gəlirdi.

Sənubər içəridə idi hazır dayanmışdı sancmağa. Aylını görüb tərs – tərs süzdü başdan ayağa kimi, ən azından Aylın bilirdi başına gələsiləri və, artıq peşmanda olsa geri dönüş yox idi. Qarşısında dayanmış zəhər yağan sifətiylə özünə baxan – Sənubərə: salam Sənubər xala. Arvad zorla cavab verdi, – Aylına: salam, sənə xoş gəldin deməyəcəm. Arxadan gələn Kamil arvadın dediklərini eşitdi pərt oldu, şaşqın halda əlində tutmuş çantalarla – arvada: Sənubər xala hara qoyum çantaları? Sənubər – Kamilə: qoy bura oğlum. Niyə sən daşıyıb zəhmət çəkirsən? qız balaca uşaq deyil ki, özü daşıya bilməsin çantalarını. Maşallah böyük qızdır özü aparar lazım olan yerinə, Kamil çantaları yerə qoydu. Gələn kimi arvadın qızı kobutlamasından heç xoşlanmadı, kefi pozuldu. Sənubər Aylını göstərib – Kamilə: indi sən de oğlum mənə, bax valideyinlər öz evladına zor tərbiyə verirlər bu zamanda, dinləmirlər böyüklərinin sözünə qulaq asmirlar. Mənim sözümümü dinləyəcək bu qız bura gəlib? dayısı eşitmədi məni, gedib başıma bəla gətirdi. Aylın səssizcə baxa qalmışdı, anası haqliymış bunun üzünü kimsə görməsin deyərdi həmişə sağlığında. Allah bilir yazıq anasınada nə haqsız sozlər demişdi bura qonaq gəldiklərində. Aylın – Sənubərə: bağışlayın xala, dayım sizi dinləmədiyi kimi mənədə qulaq asmadı zorla gətirdi məni bura. İnanın ki gəlib sizi narahat etmək istəməzdim, çox üzgünəm – peşmanam gəldiyimə. Sənubəri elə bil ilan vurdu, – Kamilə: bax indidən qabağıma söz qaytarir, gördünmü oglum? haqlı olduğum sübut olundumu? al sənə Həsən bravo, bu vaxtdı paltarını dəyişib dayısı gəldi. Aylının ayaq üstə arvadıyla üz -üzə dayndığını görüb – Aylına: sən hələ burdasanmı qızım? keç yuxarı otagına üstünü dəyiş yol yorğunuyuq. Cantalarını qaldırmağa Kamil yardım etsin, otağına çantalarını qoy gəl bura gözləyirəm. Aylın – dayısına: xalamla salamlaşırdıq dayı, arxada dayanmış – Kamilə: çantalarımı mən apararam otağıma zəhmət çəkmə, çox sağol bura qədər əziyyət verdik sənə. Kamil – Aylina: nə zəhmətidir? mən apararam sən buyur keç. Aylin bilmirdi ki hansı otaqdı ona ayrılan və, hara getməli idi? birinCi dəfə idi bu evdə olduğu. Sənubər – Kamilə: oğlum onun otağı Ramizin otağının yanındakıdır, sənə bir daha zəhmət olsada apar göstər xanıma hazırlatmışam otağını. Kamıl – Aylına: bu tərəfə buyurun, qarşıdan özü getdi ki ardınca Aylın gəlsin, evi tanımadan çəkindiyi üzündən bəlli idi. Kamil Ramizin yanına gəlib – gedirdi, tanıyırdı hansı otağı işarə edirdi arvad. Aylında kefsiz – yorğun – biçarə ardınca getdi Kamilin.

Deyilən otağın qarşısına çatıb çantaları yerə qoydu, qapını açdı. Çantaları götürüb otağa öndən girdi, – Aylına: bu da sənin otağın demək istəyirdi, sözü ağzında yarımçıq qaldı, pərt oldu. Çantaları yerə qoyub baxdı otağa. Aylında gəldi ardınca dayandı yanında, otaqda bir yataq çarpayısı vardı və, paltarlarını asmaqçün heçnə yox idi. Birdə balaca masa və stul vardı. Kamil öz – ozünə: anlamadım bu nə deməkdir? Aylın baxıb anladı arvad nəyə görə heçnə qoymamışdır otaqda, heç şaşırmadı. Kamil ətrafa baxıb – Aylına: paltarını hara asaçaqsan bəs? Aylın keçib əyləşdi çarpayıda yorğun idi çox, – Kamilə: narahat olamayın siz. Hər şeyə görə təşəkkür edirəm sizədə zəhmət oldu, Kamilin fikri hələdə otağın boş olmağında idi. Kamil – Aylına: nə zəhməti? xoşdur deyərdim, ancaq təssüflər olsun ki deyə bacarmıram. Sənubərin səsi gəldi – Aylına: bəyəndinmi otağını? Aylın ayağa qalxdı. Qapının açıq olduğundan gəldiyini duymamışdılar. Aylın özünü sındırmadan – arvada: hə çox sağolun bəyəndim, Sənubər göz – qaşını oynadaraq təhtidlə danışdı. Anlamadım bəyənməmək fikrində vardimı? Aylın yavaş səslə – arvada: yox hər şey çox gözəl olmuş, çox sağol zəhmət olmuş sizədə. Kamil nə deyəcəyini bilmirdi, Aylının çıxılmaz vəziyyətdə qaldığına çox üzülürdü. Sənubər yenədə təhtidlə danışmağa başladı, – Aylınla: qulaq as mənə diqqətə, mənimlə danışdıqda səsini ucaltmadan danış. Yan tərəfdəki oğlumun otağıdır, səs etmirsən anladınmı? oğlum gec oyanır yuxudan, onu narahat edəcək bir şey etmirsən buralarda səs edərək. Sən duydunmu məni? beləcədə əlini – qolunu sallayaraq boş durmaq yoxdur burda. Ev işlərində xadimələrə kömək edəcəksən, anladınmı dediklərimi? Aylın yavaş səslə – arvada: anladım xala. Dərindən nəfəs alıb kənara baxıb düşündü, dayısına hardan bu ilan ucah olmuşdur. Kamil daha dözə bilmədı arvadın qızı açılamasına, – arvada: mən gedim Sənubər xala. Arvad o saniyədə zəhər daman dilini dəyişərək, – Kamilə: hara gedirsən oğlum? dayan sənə qəşəng çay hazırladım. Aylın baxıb düşünürdü, «insanlar bir anda necə üz – sifət – dil dəyişə bilirlər?» Kamil – arvada: başqa vaxtda qalsın çox təşəkkür edirəm Sənubər xala. Sənubərdə Kamillə çıxdı otaqdan, – Kamilə: gəl oğlum görürsənmi mənim başıma gələnləri? deyinə – deyinə arvad otaqdan çıxdı. Kamildə ardınca otaqdan çıxarkən, Aylına dönüb baxdığında bi ixtiyar ürəyi sızladı. Aylın elə peşman görünürdü ki, sözlə ifadəsi qeyri mümkün idi. Arvad gözlədi Kamil çıxan kimi, otağın qapisni bərkdən çırpdı acıqla, Aylın dərindən nəfəs alaraq çarpayıya əyləşdi. Əlləri ilə başını tutub öz – özünə: mən niyə gəldim bura? Allahım sən mənə səbir ver, dərdinin üstünə dərt gəlirdi düşündükcə. Arvadın belə kobut rəfdarı, dahada gününü qara edəcəkdi bunuda yaxşı bilirdi.

Sənubər Aylının ardınca deyinə – deyinə gəldi, – Kimilə: oğlum mən indi sənə qəşəng bir çay hazırlayım getmə. Kamil kefsiz idi Aylını belə sifətlə qarşılamasından, – arvada: Sənubər xala mən gedim işə çatmalıyam, başqa vaxt içərik. Həsən gəldi, – Kamilə: işinmi var oğlum? – dayısına: yeni iş üzərində çalışmalıyam, atam məni gözləyir getməliyəm. Həsən – Kamilə: o zaman söz ver ki başqa günü gələcəksən vaxt tapıb, səninlə oturub yaxından tanış olarıq, danışdıqmı? görnüşündən hiss olunur mədəni ailədə böyümüsən. Mən xoşlayıram sənin kimi hörmət sevən uşaqları. Kamil yaxınlaşıb əl tutub sağollaşdı, – dayısına: söz verirəm sizində evdə olduğunuz bir günü gələrəm oturarıq Həsən dayı, mənədə cox xoş oldu sizinlə tanışmağım. Kamil – arvada: sağolun Sənubər xala getdi, arvad Kamilin ardınca baxıb öz – özünə: bax əvvəlindən tərbiyə almış uşaq bilinir. Əri – arvadına: nə demək istəyirsən? oğlunun tərbiyəsi ilə məşğul olan sənsən, mən deyiləm. Əlbətddə indi başqalarının uşaqlarına baxıb həsrət aparacaqsan, oğlun demişgən oğlun hardadır? kecib divanda əyləşdi baxdı arvadına sual dolu baxışla. Sən bilməmiş olmassan harda olduğunu, elə deyilmi? – ərinə: evində otursaydın – maraqlansaydın, bilərdin hardadir oğlun. Sən gedib başqalarının dərdini çək öz evladını unudub, sonrada məndən soruş hardadır deyə. Əri əsəbəşdi – arvadına: bəsdir dedim sənə yum ağzını, oğlanın yanında demədim, indi isə qulaqlarını aç məni yaxşı dinlə. O qız bundan sonra bu evin evladıdır, axlına sox bunu birdəfəlik təkrarlamağa məcbur qoyma məni. Sən qəbul etsəndə – etməsəndə, o qız burda qalacaq anladınmı? anladın məncədə. Çatan kimi sənin qıza etdiyin dır – dırını duymadım sanma, o ağzına yiyəlik etdə, bir daha qulaqlarım duymasın acı sözlərini. Oğlunlada axşam eve gəldiyimdə çox ciddi danışacam. Bundan sonra qaçış yoxdur nə sənə – nədə oğluna, anladınmı? sən boş buraxıb qudurtmusan onu bu qədər. Sən pozursan onun tərbiyəsini uşaqdır toxunma deyərək, o arada zəng gədi ev telefonuna. Arvad tez gedib telefona cavab verdi, alo salam Rəşid sənsənmi? biraz qulaq asıb, bəli gəlib evədədir, tamam çatdıraram sağol. Əsəblə telefonu yerinə qoyub gəldi ərinin qarşısında dayandı, Rəşid səni soruşdu iş yerində önəmli imzalanası dokumentlər var dedi. Neçə günlərdi evdən cıxdığın iş yerindən səni axtarırlar – soruşurlar, sən məndən oğlunu soruşunca işinlə evində oturub maraqlanardın. Əri ayağa qalxdı, əsəblə – arvadına: sənin dilindən zəhər yağır zəhər. Biraz o dilinə sahib çıxsan yaxşı olar mərəfətsiz, əsəblə getdi Aylının otağına.

Dayısı otağa çatıb qapını döydü, Aylın gəlib qapını açdığında dayısını görüb, içərini görməsin – əsəbləşməsin deyə, qapının ortasında dayandı. Dayısı – Aylına: yatırdınmı qızım? Aylın yalandan gözünü ovdu, yuxuya getmişdim yol yorğunuqdandır yəqin. Bağışla qızım oyatdım səni, – dayısına: eybi yox dayı narahat olma sən. Qızım məni iş yerindən çagırdılar getməliyəm indi işə, işdən döndüyümdə səninlə söhbət edərik, danışdıqmı? nə lazım olsa mənə zəng et, yada Məliyə de. Mənim arvadımın dili çox zəhərlidir ona fikir vermə, danışdıqmı? – dayısına: danışdıq dayı, ürəyın məndə qalmasın rahat get işinə uğurlar olsun. Dayısı üzündən öpüb – Aylına: axşama görüşərik qızım, getdi. Aylın dərindən nəfəs alıb öz – özünə: görüşərik dayı, qapını örtüb gəlib yatağında əyləşib üzgün baxışlarla baxdı.

Əri çantasını götürüb evdən çıxırdı arvadi deyindi ardınca, – ərinə: mənim dilimi sən belə acı – zəhərli etmisən, öz dediyini edərək ömrün boyunca. Əri cavab vermədən getdi, bu birinci deyildi arvadı acılayırdı onu. «Bəzi qadınlar ərlərinin qədirlərini bilmirlər, nə qədər işləyib hər şeyləri ilə təmin etsələrdə, yenədə az olur elələriçün. Buda olardan biridir və, olardan fərqli olaraq gərçəkdən qəddarlığının həddi – hüdudu yox idi arvadının». Sənubər ilan vurmuş kimi əsəblə keçib əyləşdi divanda. Aylının gəlməsinə dahada əsəb olmuşdu, öz – özünə: sən məni bu evdə saymırsan Həsən, sayma görərik kim deyən olacaq, sonunda min peşman edəcəm sənidə o ölüb dərinə getmiş bacın kimi.

Həsən iş yerinə gəldi, katibəsi Leyla yaxınlaşıb Həsən bəy xoş gəldiniz, – Leylaya: xoş günün olsun Leyla xanım, işlər mənsiz biraz yüklənmiş deyəsən. Leyla əlindəki kağizlara baxıb – Həsənə: bəli Həsən bəy, işlərimizdə bəzi çətinliklər yaranmış siz olmayan günlərdə. Həsən – Leylaya: sən Rəşidə bildir gəldiyimi gəlsin iş otağıma, – Həsənə: bu dəqiqə Həsən bəy, getdi. Həsən iş otağına gəlib, çantasını masaya qoyub yerinə keçib əyləşdi, arvadının hərəkətləri çox sıxırdı onu. Qapı döyüldü içəri dostu Rəşid girdi gülümsəyərək, – Həsənə: xoş gəldin mənim əziz dostum. Həsən ayağa qalxdıb dostuyla qucaqlaşıb görüşdülər. Həsən- Rəşidə: xoş günün olsun dostum, necəsən? bilirəm mənsiz İşlər qalmış başında. Rəşid – Həsənə: sən işləri boş ver, de görüm qızı gətirə bildinmi? Həsənın yaralı yerinə toxundu dostu soruşmağı ilə. Əyləş anlatacam hər şeyi, dostu keçib əyləşdi və anladı bir tərslik olduğunu üzündən. Həsəndə yerinə əyləşib telefonun düyməsini basaraq – katibəsinə: bizə iki qəhvə gətir Leyla xanım, dərindən nəfəs alıb dostuna baxdı. Gətirdim dostum gətirməyinə, sağolsun qizim mənim sözümdən cıxmadı, ancaq arvadımın xasiyyətinidə bilirsən ağzı dayanan deyil, getdiyimdə qızı gətirmə deyə mənimlə çox dava etdi. İndi isə başladı qızı acılamağa çatan kimi, duymadım nə dediyini, ancaq ilan kimi sancdığını hiss etdim. Mən bacımın bircəcik yadigarını orda tək qoya bilmərəm, o istəməsədə. Dostu dərındən nəfəs alıb – Həsənə: əsas odur ki gəldi qız bura yanındadır, artıq gözünün önündə olacaq üzülmə sən, qalanı yavaş – yavaş düzələcək inşallah. Yazıq qız düşmən deyil ki yoldaşına? sonunda anlayarcaq, qəbul edib sevəcək öz qızı kimi görcəksən. Həsən – Rəşidə: bilmirəm Rəşid bilmirəm, qızı dəli etməsə yaxşıdi evdə mən olmadıqda. Qapı döyüldü, içəri əlində sinidə iki qəhvə fincanları ilə Leyla girdi, qəhvələri gətirib masanın üstə qoyub – Həsənə: başqa əmriniz varmı Həsən bəy. Həsən – katibəyə: təşkkür edirəm yoxdur hələki çıxa bilərsiz, Leyla – olara: nuş olsun, otaqdan çixib getdi. Rəşidlə qəhvələrini götürüb söhbətə davam etdilər, – Rəşidə: bu gün mənim oğlumun məni qarşılamağa vaxtı olmamış. Atasının qarşısına dostunu göndərmiş ki qarşılasın bizi, sağolsun oğlan gəldi qarşıladı. Başqa uşaqların necə mərəfətli – qanacaqlı olduğunu gördüyümdə, paxıllığım tutur bi ixtiyar. Hansından danışım? dərt bir deyil dostum bilmirəm, dönə – dönə tapşırmışdım gəlsin qarşılasın bizi. Düşünürdüm bəlkə qızında ürəyi açılardı qarşısına dayısı oglunun gəldiyin görsəydi, tanış olardılar bir yaşıtdırlar. Dayısı arvadından xoş kəlmə eşıtmədi yazıq qız çatan kimi, o evdə olsaydı anasına icazə verməzdi qızı sancsın. Oğlum avara olsada, ürəyi yumşaqdır anasına bənzəməyib o cəhətddən çox şükür. Arvadım oğlanı pis tərbiyələndirib, elə düşünür mən bilmirəm o içib gəldiyində gizlıtdiyini. Bəzi qarışdırdıqlarının üstünü ört – basdır etdiyindəndə guya bi xəbərəm, elə düşünür öz aləmində. Rəşid güldü, – Həsənə: ay dostum bizdə cavan olmuşuq, unutdunmu etdiklərimizi? bizim analarımızda bizi qoruyardılar atalarımızdan. Həsən gülümsəyərək, hə yadımdadır bir dəfə səninlə dışarda yatmışdıq heç unutmaram. Rəşid güldü ürəkdən xatırlayıb, – Həsənə: havada necə soyuq idi o gecə. Dışarda bir – birimizə qısılıb yatmışdıq pişik balaları kimi, səhəri çox çətin açdıq ən uzun gecəmiz olmuşdu. Bax üzülmə deyirsən oğlunun gözəl xasiyyəti var, inanıram qızla mehriban olacaqlar tək xanımın onu istəməsədə. Qızı çox incidərsə gəlsin bizdə yaşasın, mənim qızımda evdə təkdir bilirsən. Həsən – Rəşidə: çox sağol dostum mən hələ ölməmişəm, o evdə mənim sözüm keçir arvad xoşlamasada, xoşu deyil getsin başqa yerdə yaşasın özü. Qız bizimlə yaşayacaq vəssəlam, telefonuna zeng gəldi götürüb baxdı, – dostuna: adını çək dostum zəngi gəlsin. Dostu anladı arvadı idi zəng edən, qəhvəsini içərək gülümsədi. Həsən telefona cavab verdi alo buyur xanım, heç axlıma gəlməzdı belə tez darıxacaqsan mənimçün. Biraz qulaq asıb, nə ad günü? evə qızı gətirmişəm beş dəqiqə vaxt tapmadım sohbət etməyə, indi durum ad günlərimi gəzim səninlə? arvadının telefondan bağıran səsi eşidildi. Həsən telefonu qulağından kənara tutub baxdı dostuna. Rəşid işare etdi ki getməyə razı olsun, əkis halda evdə qızın üstünə tökəcək azarını. Həsən əsəblə baxaraq telefonu qulağına yaxınlaşdırıb cavab verdi, tamam bağırma gələcəm. Birlikdə gederik möhtərəm qiymətli rəfiqənin ad gununə, başqaları candır səninçün özünkünü düşmən görsəndə, telefonu söndürüb masanın üstünə əsəblə qoydub başını narazılıqla sirkələdi. Kimin əlində qalmışam mən? heyif deyildimi o soyuq gecədə dışarda yatdığımız günlər – gecələr? bilsəydim gələcəyim – ömrüm beləsiylə çürüyəcək, heç evlənməzdim. Rəşid dostunun halını yaxşı anlayırdı, çox üzülürdü olanlara görə.

Kamil evə gəlib kefsiz öz otağına getdi, anası oğlunun gəldiyini görüb səslədi, Kamil oğlum gəldinmi? Kamil otağına getmişdi anasını duymadı, anası gəlib qapını döyüb içəri girdi. Kamilin kefsiz olduğunu görüb, xeyirdi oğlum? nə olub üzgün görünürsən, Kamil demək istəmədi olanları anasına. Anası oğlunun xasiyyətini bilirdi, ciddi bir şey olmasaydı oğlu belə kefsiz olmazdı. Kamil çarpayısında əyləşdi, anasıda gəlib oğlunun yanında əyləşdi. Oğlunun saçlarını sığalayıb mehribanlıqla, kim üzmüş mənim yaraşıqlı oğlumu? Kamil dərindən nəfəs alib – anasına: bu gün Ramiz məndən xayiş etdi ki, atasıyla başqa şəhərdən gələcək bibisi qızını qarşılayım. Anası gülümsəyərək, unutdunmu oları qarşılamağa? ona görəmi üzgünsən oğlum? – anasına: yox unutmadım qarşıladım, gəldilər evlərinə çatdırdım. Ancaq anlaya bilmirəm o günahsız qızın günahı nə idi? çatan kimi yazığı açıladı dayısı arvadı. Yazıq ata – anasını itirmiş yol qəzasında, indidə nənəsi rəhmətə getmiş tək qalmış, orda artıq doğmalarından kimsəsi yoxmuş. Sənubər xala ürək – dirək vermək əvəzinə qızı elə acıladı ki, qapıdan girər – girməz. Hələ bir ona hazırlayan otağı görsən, dəridnən nəfəs aldı danışmağada çətinlik çəkirdi. Ana çarpayıdan başqa heçnə yoxdur otaqda anlayırsanmı? paltarını asmağa belə yer yoxdur, bom – boş otaq hazırlamış vijdansız. O qız orda necə yaşayacaq ana? anası oğlunun könlünü almağa çalışdı, üzülmə oğlum tək deyil qız orda dayısı var, inanıram ki qoymaz onun xətrinə dəysin kimsə. Bax Ramiz yaxşı oğlandır, oda qıza göz – qulaq olar tək qoymazsınız. Səndə qızın yanında olarsan, vaxdın olanda şəhərə çıxararsan gəzməyə onunla, bizədə gətirərsən bacınla – bizimlə taniş olar başı qarışar. Sən üzülmə oğlum hər şey yaxşı olaçaq, tamammı? hər şey bu həyatda birdən yoluna düşərək düzəlmir təssüflər olsun, bəzən uzun zaman gərəkir nələrəsə layiq olmağımızçün. Allahımız səbir tələb edir bizlərdən, bir – birimizə dayaq olaraq insan olduğumuzu unutmamağımızçün, bəzəndə çətin sınaqlara çəkir bizləri. Kamil anasıni qucaqladı, hər kəsin anası sənin kimi anlayışlı olsaydı dünya cənnət olardı. Anasıda oğlunun üzündən öpüb saçlarını oxşadı, mənim kövrək ürəkli balam, gözümün ağı – qarası yaraşıqlı oğlum. Bütün anaların evladlarıda sənın kimi qanacaqlı – hörmətli olsaydılar, dünya gərçəkdən cənnət olardı. Çox təssüflər olsun ki insanlara başqa – başqa ürəklər verilmiş, sən üzülmə qalx yemək vaxtıdır oğlum. Kamil ayağa qalxdı və, mehribanlıqla anasına ayağa qalxmağa yardım etdi qolundan tutub. Anası oğluna verdiyi tərbiyələrini düzgün qavrayaraq hörmətçil – qayğıkeş olduğunu gördüyündə, hər dəfə qürur duyurdu. Oğluna baxıb gülümsədi, – anasına: yaxşı ki varsan canım anam, – Kamilə: hər şey yaxşı olacaq oğlum görəcəksən. Mən hər zaman yanındayam, indi isə gedək yeməyimizi yeyək. Kamil qolunu anasının boynuna salaraq, otaqdan çıxdılar mehriban davranışla.

Məlik içəri gəldi əlində məktubla, – arvada: xanım sizə məktub var, arvad divanda oturmuşdu üzündən zəhər yağırdı. Kobut davranışla – danışıqla – Məliyə: gətir nə durursan orada? Məlik gətirib məktubu arvada verib getmək istəyirdi, arvad səsldi. Çıx yuxarı təzə gələn başımın bəlasını bura çagır. Məlık anladı kimi deyirdi tez getdi, piləkənlərlə yuxarı çıxaraq tələsik addımlarla catıb qapını döydü. Aylin gəlib qapını açdı, – Aylına: bağışla qızım narahat etdim səni, xanım yanına çagırır. Məlik əlini uzatdı – Aylına: bayaq imkan olmadı qızım səninlə görüşməyə, adım Məlikdir, bir daha xoş gəldin səni gördüyümə çox sevindim. Uzun illərdir bu evdə çalışiram, dayına və ailəsinə sadiq biriyəm. Aylin Məliyin əlini sıxaraq, məndə şad oldum sizi görməyimə Məlik dayı. Sağlığında anam sizdən bəhs edərdi, çox hörmətçil insan olduğunuzu deyərdi. Kişinin gözləri doldu, – Aylına: sənin adını demışdı mənə rəhmətlik anan unutmadım. Qızıma Aylın adı verdim ki, adının mənası kimi həyatını işıqlı – parlaqlıqlı yaşamasını arzu etdim demişdi. Səni çox istəyirdi anan, məkanları cənnətlik olsun qəbirləri nurla dolsun inşallah, bir namərd səbəb olub həyatdan tez getdilər yazıqlar. Aylin ağlamamaqçün zorla saxlayırdı özünü, Allah olardan kəsən ömürlərini sənin ömrünə calasın qızım. Aylın – Məliyə: mənə oların ömürləri lazım deyil Məlik dayı, hər kəs verilən ömrünü yaşasaydı haqsızlıq olmazdı dünyada bu qədər. Məlik gözlərinin yaşını sildi, – Aylına: düz deyirsən qızım səninlə bu fikirdə razıyam, çox haqsızlıqlar edir bəzən bizlərə qarşı zalım fələk. Qismətimizdir qaçılmazdır deyib, vaxtsız dözülməz dərtlərlə düçar edir. Aylın qarşısında yaşlı insanın ağlamasını istəmirdi, – Məliyə: anam yanılmadı mənə Aylın adını qoymasında. Bir bilsə həyatım necə işıqlı – parlaqlı oldu oların ölümündən sonra, dərindən nəfəs alıb baxdı Məliyə. Aylın gördü kişinin əlləri əsir, tez söhbəti dəyişdi, bilmirsənmi xanım nəyçün çağırır məni? heç onunla üzləşmək istəmirəm. Məlik əsən əlləriylə gözlərinin yaşını silib – Aylına: bilmirəm qızım demədi səbəbini. Sənə kobutluqmu etdi gələn kimi? dayının xətrınə döz bir təhər yola ver qızım. Mən uzun illərdi burda çalışıram və, tək məni bu evə bağlayan Ramizin varlığıdır. Əlbəddə sözsüz birdə dayının mənə qarşı insan davranışıdır. Aylın dərindən nəfəs alaraq – Məliyə: indi burda olmağımın səbəbi elə dayıma görədir Məlik dayı. Oğlunu tanımıram görmədim heç, yəqin xanım kimi oda üstən aşağı baxandı bizim kimilərinə. Məlik – Aylına: yox – yox qızım Ramiz başqadır, gördüyündə sevəcəksən onun gözəl ürəyni. Aylın – Məliyə: o hələ kəsilməmiş qarpızdır gördüyümüzdə qiymətləndirərik, ancaq bunu deyim mən səni çox sevdim Məlik dayı. Məlik – Aylına: sağol qızım mənimçündə evlad sayılırsan, bundan sonra nə lazım olsa mənə de çəkinmə, tamammı? arvadın səsi gəldi bağıran. Nə oldu Məlik hansı cəhənnəmdəsiniz? harda qaldınız. Aylın – Məliyə: gedək Məlik dayı mən səbəb olub xanım sənidə acılmasın.

İkisidə aşağı gəldilər, arvadın qarşısına çatıb dayanıb gözlədilər nə deyəcəyini. Arvad əlindəki məktubla özünü yelləyərək, kobutca – Məliyə: bunu evdə görüləcək işlərlə tanış et. Həyətdə sənə kömək etsin nə iş görsən yanında olsun, indidən işə başını qatsın ki, sonra ipini çəkməyə rahat olsun. Aylın baxıb düşünürdü, “ bu qadın insan üzündə dünyaya gəlmiş şeytan idi sanki, özündən başqasını adam yerinə qoymurdu, mərhəmət yoxdu ürəyində». Bura istirahətə gəlmədiyini anlasın vaxtında, Məlik başını aşağı salaraq yavaş səslə – arvada: xanım bunu Həsən bəy görsə – duysa mənə acıqlanar. Arvad kişinin üstunə yüksək səslə bağırdı, sənə dediyimi et cəhənnəmə acıqlansın, anladınmı? sənə nə deyirəm qabağıma söz qaytarmadan yerinə yetir. Anlamıram yoxsa səndə məni öyrətməyəmi çalışırsan? kişi yavaş səslə – arvada: yox xanım əstəfrüllah. Arvad bağırdı kişinin üstünə, o zaman dediklərimi et cavab qaytarmadan. Aylın gördü ki arvad özünə görə yazıq kişini acılayır, böyük – kiçik qanmır mədəniyyət yoxdur, özünü zor tutdu arvada cavab qaytarmamaqçün. Aylın – kişiyə: Məlik dayi sən məni görüləcək işlərlə tanış et, mən sevirəm iş görməyi. Narahat olma dayım heç bir söz deməz sənə, birdə sənin kimi gözəl ürəkli insanın yanında çalışmağımla qürur duyaram. İnana vaxtımızda gözəl keçər, gedək tanış et işlərlə məni. Yazıq kişinin kövrəldiyini görüb mehribanlıqla qolundan tutdu, gedək Məlik dayı baxcanı göstər mənə. Kişi könülsüz halda – Aylına: buyur qızım. Aylın gedərkən arvada tərs – tərs baxaraq Məliklə getdi həyətə, oturduğu yerdən ardlarınca deyindi öz -özünə: yüksək səslə bağıraraq. Bunun dayısı istəməzmiş, acılayarmış, mən dayısınıda o gətirdiyinidə peşman etməssəm, adım Sənubər olmasın. Masanın üstə məktubu atıb əsəblə ayağa qalxıb bağırdı! – xadiməyə: hansı cəhənnəmdəsən otağıma qəhvə gətir, üzünü turşudub getdi ilan vurmuş kimi otağına.

Kamil atasınada danışmışdı olanlar haqda. Anası çayları gətirib masaya qoydu, – arvadına: çox sağol Solmaz xanım əllərinə sağlıq. Arvadı ərinin zarafatçıl və özünə qarşı çox hörmətçil olduğunu bilirdi, – ərinə zarafatla: nuş olsun Nadir bəy, qızı anasına çayları paylamağa kömək etdi. Anası – qızına: çox sağol qızım əyləş, Nərgiz yaxında olacaq imtahanlarına hazırlaşırdı, qardaşından özünə kömək etməsini xayiş etdi. Bacısı – Kamilə: qardaşım mənə kömək edərsənmi? – Nərgizə: edəcəm ancaq sonra indi yox, biraz işim var həll edim yardım edəcəm söz. Nərgiz uşaq kimi şıltaq idi, – qardaşına: sən demişdin imtahanlarımı yüksək balla qazansam məni istədiyim yerə aparacaqsan, elə deyilmi? Kamil fikirli idi – bacısına: hə aparacam, sən hələ qazan yüksək balını. Nərgiz gülümsəyərək, ana bax sizdə eşitdiniz qardaşım aparacam dedi, – qızına: ay mənim hələdə böyüməyən kiçik qalmış gözəl qızım, yaxşı bilirsən ki qardaşın sənə verdiyi sözünü tutandır. Səndə dərslərinin üstüdə ciddi duraraq çalış ki yüksək bal qazana bilərsən, sonrada qardaşın səni gəzməyə aparsın dediyin yerlərə. Nərgiz – anasına: görəcəksiniz mən sözümü tutacam və, ən yüksək bal toplayacam. Atası qızının şıltaqlığına baxaraq gülümsədi, – inanıram mən qızıma inşallah toplayacaqsan yüksək bal, çaylarını götürüb içdilər. Kamilin axlı qalmışdı Aylının yanında, bunu ata – anası artıq anlamışdılar, biri – birilərinə baxdılar. Əri arvadına işarə etdi ki hər şey yaxşı olacaq, anası istəmirdi oğlu üzülsün dərt çəksin, dərindən nəfəs alıb oğluna baxaraq çayını içdi.

Aylın Məliklə həyətə gəlmişdilər. Məlik əli ilə həyətı göstərib – Aylına: buraların işinə mən baxıram qızım, sən xanımın dediyinə baxma hər işin öfdəsindən gəlirəm mən. Aylın – kişiyə: Məlik dayı məndə sizə kömək edəcəm narazılıq istəmirəm. Dayım mənə görə üzülməsin xalamın dır – dırını eşidib, xanımın gözü önündə olmaqdansa, sənin yanında olmaq xoş olar mənə. Kişi Aylının sözünə gülümsədi, qızım sənin ananda çox mərəfətli qadındı idi, hər gəldiyində mənimlə söhbət edərdi hal – əhvalımı soruşardı. İnan oda eyni sənin kimi deyərdi, çoxu vaxdını bizimlə keçirdərdi. Arvadımla söhbət edərdi, bizimlə bir masada çörək yeyərdi, çox saf ürəkli biriydi rəhmətlik, səndə anana çox bənzəyirsən qızım xasyyətindən, bəxtin oxşamasın. Dayın səslədiyində getmək istəməzdi, sevməzdi xanımın yanında qalmağı, bilirdi söz – söhbət edərək gününə acılıq qatacaqdı qardaşının. Mənə deyərdi, səninlə vaxt keçirmək mənə xoşdur Məlik dayı, o yad planetlinin yanında qalmaqdansa, zarafatlaşıb gülümsəyərdi. Xanım bu planetdəkiləri sevmir, o başqa planetdən gəlmiş deyərdi. Aylın anasının dediyi zarafata ürək acısıyla gülümsədi, – kişiyə: Məlik dayı sizin ailəniz yaxındamı yaşayır? kişinin gözləri doldu yaşla bir anda, aravadımı bir – neçə il qabağa itirdim qızım. Aylın pis oldu duyduğunda, – kişiyə: Allah rəhmət etsin bilmirdim çox üzüldüm, kişi göz yaşını silib – Aylına: ölənlərinə rəhmət olsun qızım. Bizim gözümüzün ağı – qarası bir oğlumuz vardı, başqa şəhərdə təhsil alırdı və çox savadli idi. Həmişə deyərdi, ata mən təhsilimi bitirdikdən sonra artıq nə sən, nədə anam çalışmayacaqsınız, bilmirəm nə oldu hansı səbəbdən oğlumu öldürdülər. Kişi göz yaşlarını saxlaya bilmirdi sel kimi üzünə axırdı, Aylında çox pis təsir etdi oğlunuda itirdiyini duyduğunda, yaxşı anlayırdı qarşısındakı gözü yaşlı çarəsız insanın yaşadıqlarını. Kişi gözlərinin yaşını uşaq kimi qoluna silib, əsən əllərini bir – birinə sıxıb tutdu, necədə ürək acıdıcı bir mənzərə idi, bir atanın qarşında əlacsız qaldığını görmək. Anası xəstə düşdü oğlumun ölümündən sonra, yazıq dözə bilmədi oğlumuzun yoxluğuna. Gecə – gündüz dediyi tək söz oğluma istəyirəm deməsi idi, çox yaşamadı sonunda onuda oğlumun yanında dəfin etdim. Məndə anasının son istədiyini yerinə yetirdim, mənidə oların yanında dəfn et deyə Ramizə vəsiyyət etmişəm. Başqa deyəcəyim kimsəm yoxdur qızım, artıq buralarda başımı qataraq oların yanına gedəcəyim günümü səbirsizliklə gözləyirəm. Ramiz mənim gözümün önündə böyüyüb, oğlumla bir yerdə böyüyüblər bu həyətdə qaça – oynaya, oğlum bura yanımıza gələrdi dərslərini bitirdikdən sonra, orta məktəbdə oxuduğunda. Ramizlə oynayardılar vaxtlarını gözəl keçirərdilər, oğluma olan həsrətimi – istəyimi – ürəyimin yanğısını, indi Ramizə baxaraq onun varlığıyla azda olsa təsəlli tapıram. Aylının gözlərindən yaş süzüldü bi ixtiyar, analayırdı sevdklərini itirməyin necə ağır bir dərt olduğunu. Başına gəlməyənlər bilə – bilməzdilər, hiss belə etməzdilər necə ağır dərt olduğunu. Oğlumun kim tərəfindən öldürüldüyünü bilməməyim mənim ürəyimi daha çox acıtır. Aylın bir söz deyə bilmirdi, ürəyində küt bir ağrı hiss edirdi. Sağolsun xanıma oxşamayıb, Ramiz mənə qarşı çox mərərfətlidir qızım, evdə olduğunda yanımdan ayrılmır məni tək qoymur. Yazıq hər zaman çalışır yanımda dəstək olsun mənə, oğlumun yoxluğunu unutdura bilməsədə, ürəyimə güç – qüvvət gəlir o yanımda olanda. Aylın gözlərinin yaşini silib – Məliyə: ancaq çox təssüflər olsun ki, sevdiklərinin qədər kimsə – kiminsə əvəzini verə bilməz. Bəzən yaxşı olan birilərində ümid yeri tapmağa çalişir insan çarəsizliyindən. Bizim yaramızın ustünə inçə pərdə çəkilmiş sadəcə. Heç dəyməmişdən – toxunmamışdan qanayıb ürəyimizə axır qanımıza işləyir acısı – ağrısı, ürəyimizi sızladır – göynədir. Məlik əlini Aylinin çiyninə qoyub mehribanlıqla, sən cavansan qızım möhkəm olacaqsan bu zalım həyatda. Dizini heç vaxtdı yerə qoymayacaqsan, yıxılmadan ayaqda qala biləcəksən və güclü olaraq hər kəsin önündə enməyəcəksən. Ananın – atanın yarımçıq qalmış işlərini başa vuracaqsan. Allah sənin yolunu açacaq yardım edəcək, oların bitirə bilməyən işlərinə sən nöqtə qoyacaqsan, inşallah mən inanıram sən bacaracaqsan. Aylin anlamadı Məlik nə yarımciq qalan işdən danışır deyə, soruşmaq istirdi ki nədir yarımcıq qalan işləri? bu vaxdı qapıdan kimsə içəri girdi çağırdı. Məlik dayı hardasan? Məlik dərindən nəfəs alıb, of oğlum yenə içmisənmi sən. Məlik – Aylına: dayın görsə heç yaxşı olmayacaq, tez oğlanın qabağına qaçdı.

Aylin anladı ki gələn Ramiz idi, Məlik tez qolunu öz çiyninə salıb mehribanlıqla – Ramizə: gedək oğlum gəl. Yardım edərək evə tərəf aparırdı, Ramiz kişinin üzündən öpərək, Məlik dayı mən səni çox istiyirəm. Kişidə Ramizin saçini siğallayıb çiyninə əlini vuraraq, – Ramizə: məndə səni çox istəyirəm oglum. Ramiz dayanıb baxdı üzünə, – kişiyə: Məlik dayı sən ağlamısanmmı? kişi gizlətdi Ramizdən, yox oğlum ağlamadım. Gəl gedək dinlən, anası oğlunun içkili gəldyini görüb qabağına yüyürdü, ah oğlum ah, yenə nə gündəsən sən. Kimdi mənə qulaq asan sözümü dinləyən bu evdə? dedim bu gün atan gəlir içmə, oduee başıma bəla gətirib gəlib, bəladır – bəla, Aylını göstərdi əli ilə. Ramiz dodaqlarına barmağnı tutaraq anasına suss deyə işarə etdi. Anası – Məliyə: atası gəlir birazdan nə baxırsan üzümə? kişiyə acıqlandı haqsız yerdə. Ramiz acıqlandı – anasına: bağırma Məlik dayıma, səsini qaldırma onun üstünə anladınmı? anası oğluna məhəl qoymadan, obir qolunu çiyninə salıb eve tərəf apardılar. Aylın aravadın bu hala düşməsinə sevindi baxıb, dayısının qorxusu vardı azda olsa canında. Dərindən nəfəs alıb ətrafa baxdı və bunuda yaxşı anladı ki, arvad aktiyorluq rolunu gözəl oyna bacarırdı.

Ramizi anasıyla Məlik gətirib yatağına uzatdılar, – Məlyə: birazdan gedəcəyik evdən, duydunmu məni? biz dəvətliyik ad gününə, bax gözün oğlumun üstən əksik olmasın anladınmı? soyundur paltarını rahat yatsın. Kişi – arvada: narahat olmayın xanım mən həll edərəm siz gedin, – kişiyə: bura bax o beykərə xeyirsizlə dır – dır edib dalımca vaxdını itirmə, anladınmı? gözüm üstünüzdədir ikinizində unutmayın. Elə bilmə görmürəm – duymuram sizi, kişini təhtid edərək kobutladı. Sən oğlumun yanında qal burda otağında, mən təzə gəlmiş baş bəlasına deyim dayısının yanında agzından qaçırmasın gördüyünü. İşim dərdim yoxdu gəl haranın yetimcəsinə anlat evinin qanun – qaydarını – sirrini, əsəblə otaqdan çıxıb getidi. Məlik Ramizin corablarını çıxardı, başını narazılıqla sirkələyərək arvadın nə qədər kobut və özündən razı olmasına özü öyrəşsədə, Aylına yetimçə deməyindən çox üzüldü.

Arvad aşağı endiyində, Aylının dayısıyla söhbət edə – edə içəri gəldiyini görüb öz – özünə: eyvahh bu heyvan gördüklərini dedisə dayısına yandıq. Aylın arvadın həyaçanla özünə baxdığını görüb anladı fikrini, yalandan gülümsəyərək – dayısına: dayı siz gedin, narahat olma mənə görə hər şey yaxşıdır. Məlik dayıyla biz yaxından tanışdıq, və əl zəhməti az olmayan gözəl həyətinizlədə tanış etdi məni. Gərçəkdən çox gözəl saxlamış, cənnətə bənzətmiş ətrafı. Dayısı – Aylına: hə qızım Məlik buraları beş barmağı kimi tanıyır, və ürəkdən qulluq edir həyətdə güllərə – ağaclara. Həmdə çox yaxşı insandır, mən ondan bir ömür boyu razıyam bəzilərində fərqli olaraq, arvadını işarə etdi. Şad oldum bir – birinizlə dil tapdığınıza görə. Aylın dərindən nəfəs allaraq – dayısına: yaxşı insanlardan gözəl sözlər duymaq insana güc verir hər zaman, arvada qandırdı işarə etdi bu sözüylə. Arvad gəldi qarşılarına, – ərinə: get əynini dəyiş gec oluruq gedək vaxdında. Dayısı – Aylına: Ramiz gəlməyibmi hələ? arvad tez yalan danışdı özünü soxaraq ortaya, – ərinə: zəng etmişdi birazdan gələçək yoldaymış. Ərinin əlindən portvelini götürüb – sən get hazırlan gec olmayaq bir dəfədə olsun getdiyimiz yerə. Dayısı dərindən nəfəs alıb – arvadına: bu gedəcək yerlərimiz bir bitsəydi, məndə xarabamda rahat oturub qızla söhbət edərdim, əsəblə getdi.

Məlik gəldi, arvad pıçıltıli səslə əsəbləşdi – Məliyə: demədimmi sənə yanında qal? Məlik yavaş səslə – arvada: xanım Ramiz sərin su istəyir, aparım yanındayam narahat olmayın. Arvad əlini yelləyib get apar tez deyə işarə etdi. Məlik – Aylına: sənədə çay süzümü qızım? arvad kişiyə acıqlandı dişlərini bir – birinə sıxaraq, nə münasibətlə? mən sənə deyirəm işə öyrət bunu, sən başıma çıxarmağa çalışırsan? get rədd ol su apar oğluma gözüm görməsin səni. Kişi başını aşağı salaraq küskün üzlə getdi mətbəxtdə. Aylın dayısının xətrinə dilini – dişinə sıxıb zorla dayanırdı arvadın həyasızlığına. Bu vaxdı yuxardan dayısı gəldi köynəyinin qol düymələrini bağlaya – bağlaya, – Aylına: de qızım mənə sıxılmırsan ki burda? Aylın arvada o qədər əsəbi idi ki, özünü zor tuturdu. Yox dayı sağolsun xalam darıxmağa qoymur kimsəni çox hörmətcildir, böyüklə – böyük kimi, kiçiklə – kiçik kimi rəftar edir. Məlikdə əlində su bakali ilə gəldi, Həsəni gorüb pərt oldu. Əlində su ilə yuxarı çıxsaydı o dəqiqə biləcəkdi Ramizin içib gəldiyini. Aylın kişinin əlindən suyu götürüb təşəkkür etdi, sizə zəhmət verdim Məlik dayı ayıb oldu mənə, sudan istəməsədə bir qurtum içdi. Dayısı baxıb – olara: nə gözəl, şad oldum qızım artıq bir – birinizə alışmışsınız, həmişə belə mehriban olun. Dayısı – Aylına: bizim xanımın dəvətləri heç bitməz qızım. Getməyə məcburuqmuş, çünki başqalarının yanında özümüzü göstərməsək ayıb olarmış, bağışla qızım sənə vaxt ayıra bilmədim bu gün. Aylın arvada acıga dayısına mehribanlıqla, siz gedin dayı narahat olma mənə görə. Biz Məlik dayıyıa qəşəng çay hazırlayıb, söhbət edə – edə oturaraq gözəl vaxt keçirəcəyik. Avadı elə bil ilan sancdı, ancaq ərinin yanında daha söz deməyə çəkindi ki, birdən Aylın deyər oğlunun içdiyini. Arvad – ərinə: gedək boş – boş danışıb vaxt itirməyək, – arvadına: boş – boş danışan sənsən. Danışığına fikir ver demişəm sənə yüz dəfə, deyibdə sənə nə xeyri var ki? dərindən nəfəs alıb yaxınlaşıb, Aylının alnından öpdü. Hələlik qızım axşam görüşərik, sizədə gözəl söhbətlər. Məlik qızıma qulluq et darıxmasın, yanında ol tamammı? – Həsənə: baş üstə Həsən bəy sən narahat olma.

Dayısı arvadına evdən çıxarkən acıqlandı, – arvadına: bu sonuncu olsun sənin ad günlərin filan bil, sonra demədi demə. Arvatda məcbur ağzını yumub tərs – tərs baxaraq getdi yanınca, dayısı arvadını hələdə qapıdan çıxdıqda da danlayırdı. Sənsən gedib rəfiqələrinlə orda burda boş – boş danışan mərəfətsiz, davalaşa – davalaşa getdilər. Aylın dərindən nəfəs alib kişiyə baxıb gülümsədi, – Aylıa: qızım xanım sənə acıqlanacaq gəldiyində, sən Allah basma onun quyruğunu xayiş edirəm. Aylın əlindəki su bakalına baxıb – Məliyə: o bizi elə – belədə sancacaq Məlik dayı. Onun quyruğunu basmağa gərək yox ki? sən get bax onun oğluna, məndə otağıma gedim. Buralar sıxır məni, sanki ev deyil açıq zindandır. Məlik dərindən nəfəs alıb üzgün baxışlarla baxaraq – Aylına: məndə su aparım Ramizə, səndə dincəl qızım.

Kamil Ramizə zəng edirdi telefona çavab vermirdi, öz – ozünə: sənə dedim axı vaxdında qalx masadan eşitmədin məni. Telofonunu masanın üstünə qoyub düşündü, fikri Aylında qalmışdı. Ramizdə içkili olduğuna görə bəhanə edib gedədə bilmirdi ki, birdən atası bilərdi içdiyini və davalaşardı oğluyla özü səbəb olub, qapı döyüldü. Kamil gəl deyə səslədi, içəri bacısı girdi əlində dəftər – kitab vardı. Kamil anladı baçısına kömək lazımdır imtahanlara hazırlaşmağa, – bacısına: gəl baxım nədir anlamadığın yardım edim. Bacısı gəlib qardaşının yanında oturdu, dəftər – kitabı açıb barmağıyla işarə edərək göstərməyə başladı. Bax bunu anlamıram, sonra bunu anlamıram, bir – bir göstərdi. Kamil başını qaşıyaraq baxdı, – bacısına: anladığın burda bir şey varmı? bacısı küskün baxışlarla baxdı qardaşına. Kamil gülümsəyib, – bacısına: indi həll edərik bilikdə, çox mehribandı bacısına qarşı, bacısıda o an sevindi uşaq kimi.

Aylın otağında çarpayısında uzandı gəlib, qulağına yan otaqda yatmış Ramizin ziyaranan səsi gəlirdi ara – sıra. Arvad tapşırmışdı girmə narahat etmə filan deyə baxmırdı, çantasından ata – anasının rəsimlərini çıxarıb baxdı. Mən nə edəcəm sizsiz? Məlik dayı sənin xətrini çox istəyirmiş bilirsənmi ana? bu gün səndən danışdıq, sənin kimi dedi oda mənə. Həyatda güclü olmaq gərəkirmiş, səndə həmişə belə deyərdin yadındadırmı? rəsimlərini öpüb sinəsi üstə qoyub öz – özünə: mən sizsiz necə güclü olaram ki? sözlə demək rahatdır əlbətdə. Gözlərini yumdu biraz vaxlıq, gözlərini açıb dərindən nəfəs aldı. Məlik dayı dedi ki mən sizin yarımçıq qalmış işinizi davam etməliyəm, sizin həyatınıza vaxtsız nöqtəni qoymağa səbəb oldu şərəfsiz. Allah ən pisindən versin ona həyatı boyunca. Görəsən sizin bitirə bilmədiyiniz yarımçıq qalmış nə işnizdir ki? mənim nöqtəsini qoymağım gərəkirmiş. Bəs niyə bundan mən xəbərsizəm? hiss etdim ki təkcə Məlik dayı bilir bu haqda, dərindən nəfəs alıb düşündü. Yenədə yan otaqdan Ramizin ziyaranan səsi gəldi, nə dediyi aydın eşidilmirdi, ancaq hiss olunurdu ona yaxşı deyildi. Aylln biraz qulaq asıb öz – özünə: Məlik dayı yanında demi bunun? ayağa qalxıb otaqdan çıxıb gəlib qapının önündə dayanıb qulaq asdı.

Su, su, deyə ziyaranırdı Ramiz içəridə, əliylə qapıdan tutub açıb baxmaq istədikdə arvadın sözlərini xatırladı, oglumu narahat etmirsən səs etmirsən. Əlini qapıdan çəkdi, getmək istəyirdi yenə ziyarandı su deyə. Aylın Məliyin sözlırini xatırladı. Ramiz yaxşıdır mənim xətrimi çox istəyir xanıma bənzəmir xasiyyətindən, dözmədi qapını açıb içəri baxdı Məlik yox idi. Ramiz su, su, deyib ziyaranırdı yatağında. Aylın baxdı masada su vardı dolu bakalda, gəlib bakalı götürüb uzatdıb, Ramiz bəy açın gözlərinizi için suyunuzu. Ramiz gözlərini zorla açıb baxdı Aylına hlsız – halzsız. Aylını tanımadı, heç yadınada gəlmədi ki bu gün bibisi qızı gələcəkdi özlərinə, sən kimsən? Aylının əli uzanılı qalmışdı su bakalıyla Ramizə tərəf. Heç vaxtdı qarşılaşmadıqlarından biri – birilərini tanımırdılar. Aylın zarafatla – Ramzə: mən mələyəm, duydum su istəyirsənmiş sənə su gətirmişəm al iç. Ramiz yerində oturdu gözlərini ovub baxdı, yuxumu görürdü? bir anlıq şaşırdı. Nə mələk mən ölmüşəmmi, yoxsa yuxudayammı? başını tutub bagırdı qorxub! Məlik dayııı. Səsə kişi gəldi qaçıb, nə oldu oğlum pis yuxumu gördün? sakit ol oğlum yanındayam qorxama burdayam. Aylın su bakalını masaya qoyub otaqdan çıxdı. Ramiz bərk – bərk kişinin boynunu quçaqlayıb – kişiyə: burda kimsə vardı gördüm, mənimlə danışırdı. Məlik anladı Aylından qorxmuşdu Ramiz, birdən anası duyar deyə ehtiyat edirdi yazıq kişi qalmışdı ortalıqda susaraq. Yaxşı bilirdi ki, anası bilsə ağzından qurtarmazdılar acıqlanardı Aylına. Ramizi sakitləşdirib yerını uzandırdı, yat oğlum mən yanındayam qorxama. Ramizi sakitləşdirib yanında oturub, söz dinləmədən bu qədər çox içməsinə narazı – üzgün baxışlarla baxdı.

Aylın otağına gəlib yerinə uzandı, öz – özünə: adamı ruh görə biləçəyin qədər içməsən olmazmı? Allahım sən kömək ol, belələrinə axıl ver. Yastığını quçaqlayıb anası gilin rəsimlərinə baxaraq – anasına: qardaşının oğlu zarafatımdan qorxdu anacan, gülümsədi.

Gecəc saat 10 olurdu, Ramız yuxudan oyanıb gelib divanda əyləşdi, başı yaman ağrıyırdı. Məlik əlində su bakalıyla gəldı, əlındəki ilacı suya salıb – Ramizə: al iç oğlum başının ağrısı azalsın. Ramiz ilaclı suyu götürüb içdi, bakalı qaytarıb sağol Məlik dayı sən olmasan işim çətin olardı. Məlik – Ramizə: oğlum sənə yemək hazırlayım ye biraz. Ramiz başını tutub, yox heçnə istəmirəm başım çox ağrıyır ofuldayıb ziyarandı, anam hanı? – Ramizə: atanla ad gününə gediblər. Ramizi elə bil tok vurdu bir anlıq baş ağrısını unutdu, atamlamı? offf – offf bu gün gəlirdilər axı, qarşılamağada unutdum. Kişi – Ramizə: sən unutmamısan oğlum, dostun Kamildən xayiş etmisən oları qarşılaşın, oda sağolsun qarşılayıb evə kimi gətirdi narahat olma. Ancaq atan çox əsəbləşdi sən qarşılamadığına görə, içdiyinidə bilmədi səni həmişəki kimi gizlətdik ondan. Atam təkmi gəlib? gəlmədimi bibim qızı bizə? kişi külümsədi, Ramizin sözünə. Oğlum sən hələ ayılmamısanmı? sənə su verən kimiydi otağına gəlib? Aylın idi bibin qızı, səndə qızdan qorxub bagırdın. Ramiz pərt oldu duyduğunda, burdadı indi? kişi başını narazılıqla sirkələyib güldü, burdadı oğlum harda olacaq artıq? yuxarıda otağındadır. Ramiz tez ayağa qalxdı, mən gedib görüşüm yaxşı olmadı heç, başını qaşıyıb baxdı. Tələsərək gedib piləkənlərlə yuxarı qalxırdı Məlik zarafatla, – Ramizə: qorxsan məni çağır oğlum burdayam. Ramiz arxaya baxaraq – kişiyə: sən gül Məlik dayı eybi yox.

Qapı döyüldü yavaşdan, Aylın yastığını qucaqlayıb yatmışdı anası gilin rəsiminə baxan yerində. Qapının döyülən səsinə oyandı, tez ayağa qalxıb gəlib qapını acdı. Ramizi görüb əlini üzünə çəkib gözlərini ovub baxdı. Zarafala – Ramizə: oyandınmı Ramiz bəy? bağışla səni qorxuzduğuma görə üzür istəyirəm. Bilmədim mələklər filan gözünüzə görsənirmiş içdiyinizdə, istəmədən qorxutdum səni. Ramiz başını qaşıyaraq Aylına baxdı, heç belə qorxmamışdım ömrümdə, yaxşı olmadı belə tanışmamız utandım düzü sizdən məndə. Düzü mən gəlməliydim sizi qarşılamağa, alınmadı. Atamdan öncə məni qorxuzaraq yaxşıca cəzalandırdın gülümsədi, qarşınıza gəlsəydim tanıyardım belə olmazdı əlbətddə. Necə demişlər? yerində və haq oldu mənə, bagışlayın dost – tanışla başım qarışıb, dostum Kamildən xayiş etmişəmmiş sizi qarşılamağı. Aylına əlini uzatdı gülümsəyərək, xoş gəldin səni görməyimə şadam bibimin qızı. Aylında Ramizin əlini sıxıb, məndə şadam səni görməyimə Ramiz bəy, dayım oğlunu görməyə bu günə qismətmiş. Ramiz – Aylına: Ramiz bəy nədir? Ramiz de yad deyilik biz səninlə. Dəridnən nəfəs alıb – Aylına: başın sagolsun olanlara görə çox üzüldüm. Mehribanlıqla Aylının boynunu quçaqladı, bağışla əslində gəlməliydim yanında olmalıydım, ancaq nə edim mən beləyəm gördüyün kimi, içki düşgünü və avara. Atam danlasada düzəlmirəm, Aylında Ramizin boynunu quçaqlayaraq kövrəldi, – Ramizə: səndən incimirəm eybi yox üzür istəmə, gəlsəndə geri qaytara bilməyəcəkdin öldüklərimi. Ramizin boynundan buraxıb üzgün baxışlarla baxdı. Mən sizə yuk olmaq istəməzdim, əslində bura gəlmək fikrim yox idi dayım zor etdi, əl çəkmədi gəlməlisən sənsiz getmərəm deyib tutdurdu. Ramiz üzünə baxaraq – Aylına: bir dəqiqə mənə bax, səni burda üzən xətrinə dəyənmi oldu? de mənə düzünü çəkinmə. Aylının yaşlı gözlərini mehribanlıqla əliylə silərək, bilirəm anamın agzı dinc durmaz sancmış yəqin səni, o atamlada düzgün yola gemir evdə. Bax burda mən varam, bir daha eşitməyim bizə yük filan olursan sözlərini, danışdıqmı? Aylın gözlırinin yaşını silib – Ramizə: yox anan heçnə deməyib narahat olma. Sadəcə olaraq mən narahat hiss edirəm özümü burda, evdən heç uzaqlaşmadım bu günə qədər. Ramiz Aylının könlünü almaqçün otaga baxıb, yəqin hər şeyini yerləşdirmisən, sözü agzında yarımçıq qaldı bir anlıq. Eyni Kamilin kimi şoka düşdü, gördüyündə otaqda çarpayıdan başqa heçnə yox idi. Ramiz otağa girdi nəzər salıb əsəblə baxdı. Aylin istəmirdi Ramiz otağı görsün söz – söhbət olsun, Ramiz otağa baxıb üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb öz – özünə: haqlısan belə mərəfətlə qarşılansam məndə heç istımızdim burda qalmağa. Aylının canını dərt bürüdü – Ramizə: Allahını sevirsənsə bax heç kimə bir şey deməyəcəksən söz ver. Ramiz dönüb baxdi, – Aylına: orasını unut, mən kimsəyə tuta bilməyəcəyim sözü vermirəm bu həyatda. Aylının kefinin qalanıda getdi Ramiz belə dediyində, – Aylına: gedək aşağı mənimlə biraz söbet edək. Burda havam çatmır boğulmağa başlayıram, Aylin getmək istəmədi çəkindi ki, anası gələr yenə acılayar özünü. Ramizin eyni dayısı kimi hörmətçil olduğunu anlamışdı, bilirdi yanında tərs bir söz desə anasını acılayacaqdı. Ramiz gərçəkdən oxşamırdı anasına xasiyyətindən, haqsızlığı qəbul etmədiyi otağa girdiyində gördüklərini necə qarşıladığından bilindi. Ramiz hiss etmişdi Aylının anasından çəkindiyini. Aylının qolundan tutaraq, gəl gedək çəkinmə söhbət edək yaxından tanış olaq, dedim axı mən burdayam çəkinmə kimsədən. Aylın dərindən nəfəs alaraq – Ramizə: bir şərtlə, az vaxlığa tamammı? – Aylına: tamam az vaxlığa gedək. Aylınla otaqdan çıxarkən Ramiz əli ilə işarə edərək, xanım öndən buyursun. Aylin anladı nə dediyini otaqdan birinci çıxdı. Ramiz otaqdan çıxarkən, qapını əsəbindən bərk çirparaq örtdü. Aylın səsdən səksənsədə dönüb baxmadı, Ramizin üzünü nifrət dolu bir ifadə almışdı, ardınca addımladı.

Sənubər ad günündə varlı – karlı tanışlarıyla söhbət edərək gülürdü. Başqaları ilə özünü mülayim – mehriban göstərməsinə əri qıraqda dayanıb baxırdı əsəblə, tez – tez qolundaki saata baxırdı sıxılırdı evə getmək istəyirdi. Sonunda dözmədi arvadına yaxinlaşıb yavaş səslə, vaxtdı artıq biz gedək yorğunam mən. Arvadı üzünü turşudub – ərinə: nə olub evdə körpə uşağınmı qalıb? hara tələsirsən nə xəbərdi, yavaş səslə – arvadına: yorğunam başa düş bütün günü yolda – izdə olmuşam. Arvadı saymadan – ərinə: gəzməyəydin lazımsız yerlərdə, kim idi səni vadar edən? yalandan gülümsəyərək, yenə tanışlarıyla söhbətinə davam etdi. Əri dərindən nəfəs alaraq ətrafa baxdı, kimsə arxadan səsləndi baxın mən kimi görürəm, Həsən dönüb baxdığında, çoxdan rastlaşmadığı keçmiş tanışını gördü. Vayyy mən kimi görürəm, qucaqlaşıb görüştülər, heç qocalmamısan maşallah Həsən. Tanışıyla zarafatlaşdılar, səndə heç dəyişilməmisən mənim qədər cavan qalmısan, zarafatlaşıb gülüşdülər.

Ramiz – Aylına: başın sağolsun bir daha, çox dərt çəkdin bu aralar sən, məndə üzüldüm olanlara. Atamla səni bura çoxdan gətirmək istəyirdik, nənənə görə gətirmirdik, bilirdik ki tək qoyub gəlməyə razı olmayacaqsan, gəldiyinə sevindim. Bilməyini istəyirəm dərdinə şərikəm, və bu dəqiqədən yanındayam söz verirəm. Nə istəyin olarsa mütləq mənə deyəcəksən, danışdıqmı? Aylın əli ilə alnını ovaraq – Ramizə: çox sağol hörmətinə görə, deyərəm lazım nə isə olarsa, varlığınız yetir mənə. Mən orda böyüdüm, pis anlama mənə orda rahat idi, dayım dinləmədi məni xətrinə dəyə bilmədim gəldim. Burda sıxılacam mən, heç olmadım buralarda tanış yerlər deyil mənə, orda mən itib – batmazdım ən azından doğma şəhərim idi. Burası tanımadığım şəhərdir, öz şəhərimdə iş tapıb çalışa bilərdim rahatca. Ancaq burda dayım icazə verməyəcək çalışmağıma bilirəm, çox təşəkkür edirəm hörmətinə və anlayışına görə. Bir şey lazım olsa deyərəm sənə, ancaq özünü bir anlıq mənim yerimdə hiss et. Gərçəkdən çətindir, başa düşürsənmi məni? çox çətin olacağınıda hiss edirəm. Qarşıda məni yaxşı heçnə gözləmir, həyatım alt – üst oldu anam gili itirdiyim gündən, məhv oldum mən. Ramiz – Aylına: anama görə çəkinirsənsə narahat olma mən onunla danışacam. Aylın başıyla narazılığını bildirdi, – Ramizə: dedim axı xayiş etdim səndən, nə olar rahat qoy ananı. Bax deyirəm indidən, əgər bu evdə kimsə xalamla mənə görə dava edib onun xətrinə dəyərsə, burda bir dəqiqə belə dayanmaram, mənə görə kimsənin rahatsız olmağını istımirəm. Bu gün bura gəldiyimdə Məlik dayıyla tanışdiq, çox dəstək oldu mənə çatan kimi sağolsun. Yazığında başı az bəlalar çəkmiş, ailəsini vaxtsız itirmiş mənim kimi. Ramizdə çox yanmışdı oğluyla arvadı rəhmətə getdiyində, dərindən nəfəs alıb – Aylına: hə oğlunu itirdi, sonrada həyat yoldaşıni. Aylın – Ramizə: Məlik dayı səni çox istəyir bilirsənmi? Ramiz gülümsədi, bilirəm məndə onu çox istəyirəm. Balaçalığımdan Məlık dayının yanında böyüdüm mən, həyətdə yanında oynaya gəzə. Hər içdiyimdə məni gizlədir, istəmir atam acilasın – danlasın xətrimə dəysin, – Ramizə: bu gün gözlərimin şahidi oldum, səni nə qədər çox istəyir deyə gördüm. Ramiz divana söykənib baxdı, dərindən nəfəs alıb üzülürdü olanlara. Vaxtsız Məliyin oğlunu və arvadını itirməsinə yandığı üzündən bəlli olurdu. Ramiz qollarını bir – birinə dolayıb – Aylına: təssüflər olsun ona doğma oglunu əvəz edə bilmərəm nə etsəmdə, hər gün yanında olsamda. Aylın əlını ovaraq – Ramizə: səninlə razıyam, kimsə – kiminsə doğmasını və sevdiklərini sağ olduqları kimi əvəz edə bilməzlər. Ancaq yenədə ümid edir insan, çarəsiz tək qaldığında kimdənsə anlayış – mərhəmət gözləyir bi ixtiyar. Ramiz zarafatla – Aylına: mənim hər dediklərimlə razı olacaqsan elə deyilmi? Aylın Ramizin nə haqda dediyini anladı. Bax birdənəm canım dayım oğlu, – Aylına: birdənənmi? – Ramizə: Ramiz bəy deyirəm qəbul etmirsən. Ramiz deməyim biraz yad göstərir bizi bir – birimizə, bayaq demədinmi mən səninləyəm? – Aylına: hə dedim, əlbətddə yanındayam şüphən belə olmasın. Aylın – Ramizə: o zaman birdənəm deyilsənmi? səndən başqa dayım oğlu varmı mən bilməyən? Ramiz güldü Aylının sözünə, hələlik yoxdur canım onu dəqiq bilirəm. Çox zarafatçilsan, mən biləni hələki təkəm, çətin atam anamın şiddətindən kiməsə meyil salsın. Ancaq sonrasını deyə bilmərəm, siz qadınlar demiş kişilərə etibar yoxdur, bəlkədə oldu qardaşım ya bacım. Aylın – Ramizə: canımda nədir? – Aylına: bəs mənim bilmədiyim başqa bibim qızı varmı? – Ramizə: yoxdur mən birdənəyəm. Ramiz gülümsəyərək – Aylına: artıq birdənəm sözü mənə ayit olduğuna görə qalır canım sözü, bizdə döğma olduğumuzçün sən mənim canım sayılırsan. Artıq sənə canım deməyimidə qəbul et birdənən tərəfindən. Aylın dərindən nəfəs alıb – Ramizə: mənim sizdən artıq kimim var ki başqa? əlbətddə bundan sonra bir can – sirdaş olacağıq, düz deyirsən dayım oğlu. Aylının kefi qaçdı üzüldü yetim qalmasından sarsıldı, Ramiz Aylının üzüldüyünü görürdü hiss edirdi. Başını qatmaqçün zarafatla – Aylına: səndə deyə bilərsən canım mənə. Aylın baxdı – Ramizə: canınmı? Ramız gülümsəyib, – Aylına: o zaman canım sözünün üstündən xətt çəkdik oluram birdənən, səndə mənim gözəl bibimdən yadigar qalmış canımsan. Aylın kefsiz – üzgün, -Ramizə: kaşki qalmayaydım olardan yadigar mən belə tək, olan mənə olaydı bu günlərə düşməyəydim, gözləri yaşardı. Ramiz yerindən qalxıb gəlib yanında əyəşdi, – Aylına: elə demə canım günahdır Allaha xoş getməz, kimsə alnına yazılan qismətini poza bilmir təssüflər olsun. Aylıni mehrinbanlıqla özünə sixib qucaqlayaraq təsəlli verməyə çalişdı. Bax artıq mən varam, atam var sən tək deyilsən, mən yaxşı bilirəm anama görə sıxılırsan burda. Ancaq oda öyrənəcək sonunda qəbul edəcək, azacıq səbir et mənim xətrimə, atamın xətrinə getmə qal burda bizimlə. Məndə təkəm bax heç kimim yoxdur nə qardaşım, nədə bacım var. Anaçaq sən olsan bəlkə evdə oturaram darıxmaram – sıxılmaram, əyyaşlıq etmərəm dayında az danlayar məni.

Arxadan atasının səsi eşidildi, – oğluna: bax bunu düz dedin oğlum, əyyaşlıq etməssən.

Ramiz atasına tərəf baxdı dodaqlarını dişlədi, indi danlayacaq özünü düşündü, yavaş səslə – Aylına: vayy canım mən batddım. Aylın tez ayağa qalxdı dayısının gəldiyini görüb. Ramizdə qalxıb atasının qarşısına gəldi çəkinə – çəkinə ki, alacaq payı vardı atasından, bilirdi qarşısında hər zaman olduğu kimi günahkar idi. Acılanaçaq balaca uşaq kimi başını qaşıyaraq, üzünə baxmadan yavaş səslə – atasına: xoş gəldin ata. Atası oğlunun Aylına dediklərini eşitmişdi və, Ramizin Aylına olan mehribanlığından – dəstəyindən fərəh hissi keçirdi. Oğlunun qıza qarşı bu insan davranışı ürəyinə ümid – təsəlli vermişdi, birdən oğlunu qucaqlayıb saçlarını qarışdırıb, başından dişlədi öpdü. Ramizin başı acıdı – atasına: of ata başımı acıtdın. Atası zarafatla – Ramizə: səndə xoş gəldin evinə oğlum, eşitdim mühüm işin çixmış gələ bilməmişsən bizi qarşılamağa. Ramzin bir anlıq atasından yaşadığı sevinci məhv oldu, qarşılamadın sözünü duyduğunda. Həmişəki kimi o arada yalan danışmağa nəsə düşününcə atası imkan vermədi. Bilirdi nə isə yalan düşünərək çıxış yolu axtardığını, zarafatla üzunə yavaşca şillə vurub, alnını oğlunun alnına dayadı. Atası kövrək səslə – Ramizə: sağol oğlum, gördüklərim – duyduqlarım mənə ümid verdi. Qızı tək qoyma səndən tək istədiyim budur, bundan sonra. Heç istəmirəm gəlmə qarşılama məni, bircə bilim artıq tək deyil bacımın mənə qalmış yadigarı. Atasının gözləri yaşla doldu, mənim bu həyatda tək ümid etdiyim sənsən oğlum, eşidirsənmi? Ramiz atasının içkili olduğunu hiss etdi, yazıq üzgün – yorğun görsənirdi. Ramiz – atasına: söz verirəm ata narahat olma sən, hər şey yaxşı olacaq tək qoymaram inan mənə. Atasına təsəlli verdi dayaq oldu, dayısı ayaq üstə dayanıb özlərinə baxan Aylına əlini uzadıb, yanına gəl deyə işarə etdi. Aylının gözləri yaşardı dayısını yorğun – üzgün kövrək görüb, yaxınlaşıb gəlib balaca uşaq kimi qucaqladı sarıldı. Dayısı Ramizidə, Aylınıda, qollarına sarıb bağrına basıb saçlarından öpdü ikisinində, siz mənim canlarımsınız canlarımmm. Ramiz – atasına: gedək ata biraz yat yol – iz yordu sənidə, – Ramizə: mən qiziımla bu gün heç söhbət etməyə imkan tapmadım oğlum, ananın ad günləri – dəvətləri nə vaxt bitəcək bilmirəm. Aylın – dayısına: dayı yorğunsan get dincəl sabah söhbət edərik, narahat olma mən yaxşıyam.

Arxadan arvadın səsi eşidildi kobutca yenədə sancdı, – Aylına: nə söhbət edəcəksinizmiş? Ramiz dönüb anasına baxdı. Anası yaxınlaşdı üzündən zəhər yağırdı sanki düşmən vardı evində, – olara: oturub boş – boş söhbət edincə xadimələrə kömək edəcək bacın qızı bu evdə, deyim bilin. Dayısıda acıqlandı arvadına, sən nə pis alçaq adamsan? mən sənə qızı nökərmi gətirmişəm ay vijdansız. Sən get özünkülərə əmir ver anladınmı? evində yetdik qədər xadimələr saxlayırsan, əlin ağdan – qaraya dəyməyib bu günə qədər azıb qudurmusan. Təqsir səndə deyil ee məndədir – məndə, insan sayaraq səhvə yol vermişəm səni qudurtmuşam başıma çıxarmışam. Belə boş qaldıqca, son zamanlar çənəndə boşaldı sahib çıxa bilmirsən qurumuş ağzına. Dayısı çox əsəbləşdi arvadının sözünə, arvad yenə susmadı – ərinə: eşitmədin məni getdin gətirdin bura bunu. Qarışmayacaqsan bu gündən işimə, onu mən tərbiyələndirəcəm nə deyirəm onuda edəcək. Ramiz anasına acıqlandı, sən nə danışırsan axlınımı itirmisən? nə deməkdir sən tərbiyələndirəcəksən. Aylın çox tərbiyəlidir, insan kimi oturub söhbət etsən şüphən olmazdı tərbiyəsindəndə, içini acıdan dərdindəndə. Sən istərsən zəhmət çəkmə, bibim çox gözəl tərbiyələndirmiş böyütmüş qızını. Arvad nifrətlə baxdı – Aylına: bu gün gəlib məni oğlumadamı tərs qoydun? Aylın nə deyəcəyini bilmədi, qalmışdı ortada baxa. Arvadın kobut sözləri elə təsir etmişdi ki yazığa, dayısını dahada üzməməkçün susurdu məcbur bir söz demədən, – dayısına: gecəniz xeyirə, tez yuxarı çıxıb otağına getdi. Dayısı nifrətlə baxaraq – arvadına: imansız – mərıfətsiz insan deyilsən sən, o yetimin ürəyini qırmaqdan həzzmi alırsan? vijdansız qadın. Qalanınıda sən qir məhv et vijdandan bi xəbər, sözlərini titrək səslə dedi, gözləri yaşardı bi ixtiyar. Gözlrinin yaşı üzünə süzüldü – arvadına: nə etdi o yazıq sənə? yerin bu qədər böyük evdə darmı oldu? əgər sənə dar gəlirsə bu ev rədd ol get istədiyin yerdə yaşa, qızı rahat qoy anladınmı? arvadının üstünə bağırdı. Ramiz atasının ürəyının xəstə oldugunu bilirdi, qorxdu əsəbləşsə yıxılacaq deyə, gəl ata gəl gedək biraz dincəl, qolunu boynuna salıb zorla otağına aparırdı. Atası gedə – gedə səsləndi arvadına, rədd ol get duydunmu? rədd ol get hara istəyirsənsə, gözüm görməsin səni mərəfəsiz. Aravadı ardınca gözlərini qıyaraq nifrətlə baxaraq öz – özünə: o dediyin yerə bacın kimi qızıda gedəcək heç şüphən olmasın. Mən sənə göstərəcəm lənətə gəlmiş yetimcə, baxarıq kim rədd olacaq bu evdən həyatdan.

Aylın çarpayıda oturub gözlərinin yaşını silib öz – özünə: yox mən sabah gedəcəm burdan bu belə olamyacaq, qapı döyüldü. Aylın tez göz yaşlarını silib gəl deyə səsləndi, qapını Ramiz açdi, gələ bilərəmmi? buyur əlbətdə özünü toparlamağa çalışdı üzünü – gözünü sildi. Ramiz qapını örtüb gəlib yanında əyləşib üzünə baxdı üzgün baxışlarla. Aylının agladığı hiss olunurdu, Ramiz dərindən nəfəs alıb – Aylına: bax canım sənə nə deyəcəm qulaq as mənə xayiş edirəm. Aylın Ramizin sözünü yarımçıq kəsdi, heçnə demə birdənəm tamammı? çox xayiş edirəm demə. Ramiz başa düşürdü, haqlıydıda kim olsa incıyərdi qəbul etməzdi belə haqsızlığı. Ramiz yavaş səslə – Aylına: tamam deməyəcəm, sadəcə bilməni istəyirəm atamın ürəyi xəstədir. Anam onun ürəyini xəstə etdi belə mərəfətsiz hərəkətləri ilə. Ramiz ayağa qalxıb – Aylına: indi axlında olanı bilirəm, ancaq dedim ki bilərsən dayının ürəyinin ciddi xəstə olduğunu. Gecən xeyirə deyərdim, belə gecənin mən sözünün ardını gətirmədi, əsəblə otaqdan çıxıb getdi. Aylının gözləri yaşardı, dayısının xəstə olmasını duyduğunda çox pis oldu, ümidlərinin qalanıda alt – üst oldu bir anda. Dayısının xəstə olması getməsini əngəlləyirdi, iki əlləri ilə başını tutub öz – özünə: Allahım mən nə günah işlədim bu günlərə düşdüm? nə etdim mən axı bu qədər zülüm çəkirəm. Çarəsiz oturduğu yerdə gözlərindən yaş yanaqlarına süzüldü, sən mənə yol göstər məni çarəsiz buraxma anacan nə olar. Baxın mən artıq sizsiz nə günlərə qaldım, sakit – sakit ağladı içinə səsini salaraq.

Səhər açılmışdı, Aylın tezdən yerindın qalxıb həyətə çixdı, elə sakitçilik idi. Dərindən nəfəs alıb, çox zor üzünə açılan səhərin təmiz havasından ciyərlərinə aldı. Sanki axşamdan bu yana aldığı nəfəsidə zəhər olmuşdu canına, həyətin qapısına tərəf gedirdi arxadan səs eşitdi, xeyir ola? dayandı, qızım xeyir ola belə tezdən? Aylın bir anlıq dönmədən səsin kimı ayid olduğunu anlamağa çalışdı. Səsin Məlik kişiyə ayid olduğunu anladığında, dönüb baxdı üzgün baxışlarla. Sabahın xeyir Məlik dayı, balacalığımdan vərdişimdir səhər tezdən qalxıb təmiz hava alaraq dolaşmaq. Məlik yaxınlaşıb – Aylına: sabahın xeyir qızım, məndən nə qədər gizlətməyə çalışsada, üzündən bəllidir qızım kefsizliyin – üzgünlüyün, axşam olanları eşitdim. Xanımın acı sözlərini duydum sənə dediyində, bu qədər günüh işlədir sabahını düşünmədən. Aylın – kişiyə: siz nədən tez qalxmısız Məlik dayı? kişi anladı Aylın özünün üzülməməsiçün söhbəti başqa tərəfə dəyişdi. Dərindən nəfəs alıb ah çəkdi, – Aylına: özüm tək yanaram deyirsən qızım, eləmi? anladım yaşının az olmasına baxmayaraq, dərdini bölüşmədən tək çəkənlərdənsən. Aylın dərindən nəfəs alıb baxışlarını kişidən qaçıraraq, sualını cavablandırmadan susaraq ətrafa nəzər salıb baxdı üzgün – peşman. Məlik – Aylına: sən indi qaçırsan hər kəsdən, başqalarına yük olmamaqçün tək götürmək istəyirsən bütün yükü çiyinlərinə. Başqalarını üzməməkçün, bütün gücunlə dişinə sıxıb dözməyə çalışırsan haqsızlıqlara. Hər kəsdən qıraqda qalaraq, zalım dünyada sakit yaşamaqçün yol axtarırsan. Belələrinə tək yananlar, tək çəkənlər deyillər qızım eyni sənin kimi. Məni soruşursansa niyə belə tez oyanmışam? mən yuxu nədir unutdum oğlumu – arvadımı itirdikdən sonra. Hər gün gecənin tez ötüb keçməsini oturub gözləyirəm səbirsizliklə, sübh tezdən oğlumun və anasının ziyarətınə gedirəm. Olarla salamlaşıram və, olarsız üzümə daha bir mənasız səhərimin açıldığını deyirəm.

Bilirsən artıq xasiyyətini, xanım oyandıqdan sonra burdan ayrılmağım biraz çətin olur, o üzdəndə tez gedib – gəlirəm ki, söz – söhbət etməsin. Axşam xanımın sənə dediklərini duydum, çox üzüldüm qızım. Ürəyimə azacıqda olsa rahatlıq gəldi, bilirsənmi niyə? Aylın susaraq baxdı, dayınla – Ramizi sənin tərəfində olduqlarını görməyim, bu yaralı ürəyimi azaçıqda olsa sakitləşdirir. Məsəl var, haqsızlığa çoxluq həmişə qalib gəlmiş demişlər. Haq olanlar burda yanında səninləyik, Aylın yavaş səslə – Məliyə: mən ana – evladın və ya əriylə aralarında dava olmasını istəmərəm. Ramiz çox yaxşıdır axşam danışdıq tanış olduq, anasına gərçəkdən bənzəmir pis xasiyyətindən. Mənimdə eyni sənin kimi yaralı ürəyimə azacıqda olsa məlhəm oldu Ramizin ona bənzəməməsi, əks halda dayım çox yazıq olardı əllərində qalardı. Bu ailənin mənə görə dağılmasını və davalaşaraq bir – birinə girməsinə razı ola bilmərəm. Mən səninlə doğmalarını ziyarətə gələ bilərəmmi? kişinin gözləri yaşardı Aylının sözlərini duyunca. Əlbəttə qızım bilərsən, yol yoldaşı olarıq bir – birimizə, birazda söhbət edərik dərtləşərik səninlə. Xanım oyanınca qayıdarıq, – Məliyə: o zaman gedək yubanmayaq bizim əjdaha oyanınca, Aylınla həyətdən çıxıb getdilər.

Kamildə tezdən yerindən qalxıb sportivni paltarını geyinib, idman etməkçün yola çıxıb qaçmaga başladı. Xeyli qaçdıqdan sonra dayanıb saatına baxdı, saat 6:20 – ni göstərirdi, yenə qaçmağa davam etsədə, fikrindın heç çıxmirdı Aylının dərtli üzü. Çox qaça bilmədi, dayanıb əllərini dizlərinə tutub əyilib başqa bir şey haqda düşünməyə çalışsada alınmırdı. Axlından çıxara bilmirdi, dərindən – dərindən nəfəs alıb yenə qaçmağa başladı.

Aylınla Məlik məzarlığa çatmışdılar, Aylın məzar daşına əl çəkib yavaş səsələ, mənim anam – atamda sizin olduğunuz yerdədirlər. Baxın mənim kimi Məlik dayıda tək qalmış həyatda bi çarə, nədən sevdiklərinizi yarı yolda buraxıb getdiniz. Məlik oğlunun məzar daşiı öpüb ağladı, sabahın xeyir oğlum, sabahın xeyir hər zaman gözəl ürəyə sahib olmuş can yoldaşım, yenə gəldim gördüyünüz kimi heç bir şey dəyişməmiş. Sizinlə hər sabah görüşüb – salamlaşıb bu mənasız həyatda yaşamağa davam edirəm, əgər buna yaşamaq demək olarsa. Aylın göz yaşlarına hakim ola bilmirdi, süzülüb yanaqlarından axırdı sel kimi, necə içi yandığını anlayırdı, alın yazıları çox oxşardı. İkisidə sevdiklərini ərkən itirmişdilər, eyni dərtdən alışıb yanirdılar məzarlara baxıb. Məlik göz yaşlarını silib – Aylına: qızım bəzən bu həyat çox qəddardir deyirik, ancaq başqa tərəfindən baxarsaq, insanlarıda acımasız – imansızdırlar və çox qəddardırlar. Bax sevdiklərimizi əlimizdən gözlərini qırpmadan aldılar apardılar o dünyaya. Qızım söz ver mənə, ananın ruhunun xətrinə and et ki kimsınin qarşısında sınmayacaqsan – yixılmayacaqsan. Oları sənə, sənidə olara həsrət qoyan şərəfsizi taparaq layiqi cavabını verəcəksən. Mənim gücüm yetmədi oğlumun qatilini tapım, yaşlı olduğumçün bacarmadım. Ancaq o kimdirsə hiss edirəm, çox imkanlılardan biri məndən aldı oğlumu vaxtsız. Mən onu Allahıma tapşırdım bildiyi kimi etsin inşallah, ancaq sən o şərəfsizi tapıb cəzalandırılmasını tələb edəcəksən qanundan. Günahsız valideyinlərinin qanı yerdə qalmayacaq, söz ver dediklərimdən güc alaraq həyata küsüb enilmədən, hər çətinliklərə sinə gələcəksən. Bəzən bizə təsəlli verməkçün bu imtahandır deyillər. Həyatda alnımıza yazılan qismətimizdir deyillər, çox inanmaq istəyirəm sənə, məndən fərqli olaraq sən yazılmış səhv və haqsız qismətlərin üstlərindən xətt çəkərək, haqq olana doğru addımlayacaqsan.

Həyat imtahanı məktəb imtahanına bənzəməz, çox çətindir keçilməsi bilirəm. Ancaq bütün gücünü toplayıb inamla ayaqda qalmağı bacaracaqsan, bu dediklərimi bir böyüyün kimi məni dinləyərək qulağında sırğa edərsənsə, inan bir gün mütləq çatacaqsan haqq olana. Bax bizi nələrlə həyat sınaga çəkir, zalımla – zalım ol, tək bir özünə qarşı zalim olma bu həyatda. Əks halda mənim kimi yıxılarsan, ümidlərin qarışıq məhv olarsan. Nə olar ümidlərini puça vermə sinə gəl qarşındakı hər pisliklərə, o ananın dediyi adının mənası olan parlaqlıqlığı – işığı gözlərində gərçəkdən görürəm mən sənin. Heç vaxtdı bacarmaram demə, ananda demədi bu sözü sağlığında.

Aylın yaşlı gözlərini silib – Məliyə: sən bacararsanmı sinə gəlməyə yerimdə olsan? ama sözlə demək çətin deyil, elə deyilmi? ürəyimizin yerindəki daş olsaydı bəlkə bacarardıq. Kişi oğlunun məzarına baxıb – Aylına: evlad dərdi başqa dərtlərə bınzəmir qızım, onun yanğısı tam başqadır inan mənə. Xanımımla bir olduğumda güclüydüm, azda olsa o mənə həyatda qalmağıma güc verirdi. Oda məni tərk etdikdən sonra, qalan gücümüdə – ümüdümüdə aldı əlimdən apardı özüylə. Yəni təslim oldum yıxıldım məhv oldum mən. Sən cavansan – güclüsən, nə qədər göz yaşı axıtsanda, mən o göz yaşlarının içindən sənin gözlərində olan cəsarətli – mərdliklərini tam aydın görürəm. Sənin görəcəyin yaxşı – pis günlərin qarşıdadır, sən o günlərinə doğru addımlayacaqsan başını dik tutaraq qürurla. Bu dediklərimi etmiş olsan, bil ki mənimdə günahsız cavan həyatından getmiş oğlumun ruhunu şad etmiş olacaqsan. Mənim edə bacarmadığımı sən edərək, onunda nahaq tökülmüş qanını yerdə qoymayacaqsan. Aylın anlamadı niyə kişi özünə belə deyirdi? kimdən almalı idi onun oğlunun nahaq tökülmüş qanını? fikirləri qarışdı. Aylın anlamadı, başıyla yox deyə işarə edib – kişiyə: sən mənim gözlərimin içindəki parlaqlıqlığı görə bilərsən Məlik dayı. Ancaq icimdən xəbərin yoxdur, çoxdan param – parcadır ürəyim. Nahaqdan vurulmuş yaraların qanı içimə axır acıtır, – Aylına: qızım sənin anan güclü bir qadın idi. Bəlkədə bunu sən mənim qədər bilməssən, yazığın həyatında tək arzusu yetim uşaqlara yardım etmək idi. Hər zaman haq olanları önə yürüdərək, çarəsiz yavruları hər tərəfli qorumağa çalışmaqdı, yaşadığı sürəcə kimsəsiz uşaqlar evlərinə yardım edirdi. Yuxarılarda oturanlardan belə evlərə pul ayırsınlar deyə tələbləri olurdu. Lazım olan dəstəkləri tələb edərək, uşaqların dışarda qalıb diləndirilmələrinin əleyhinə idi. Həmişə məmurlarla dava edərdi ki vaxtında yardım ayırılmır, bəzi dırnaq arası bi qeyrət vijdansızlar, belə halları görə – bilə göz yumurdular. Sözü gücünə çox uşaqların həyatlarını qurtara bilmişdi. Mərd insanlardı sənin valideyinlərin, və səndə oların yolunu davam edəcəksən, oların bitirə bilmədiyi işlərinə nöqtə qoyacaqsan mən inanıram sənə. Anan sonuncu dəfə bura gəldiyində mənə dedi ki, az qalıb arzusuna yetişməsiçün, bu dəfə özüdə borc alıb yardım edəcəkdi yeni açılaçaq uşaq evinə. Ancaq onun dediyi az qalıb sözündə başqa bir şeydə vardı hiss etmişdim, soruşmağa imkan vermədi dediyin o evdəki tək başlı əjdaha. Bilmirəm yazığı sıxan nə idi elə çox, o uşaqlar haqda danışdığında göz yaşlarına hakim ola bilmirdi, hər dəfə ağlayırdı. Məlik gözlərini oğlunun məzarına dikib fikirə dalaraq – Aylına: bilirəm dünyamız haqsızlıqlarla doludur, ancaq onu sıxan tam başqa bir şey vardı, mən buna iki gözüm kimi əminəm. Aylın – Məliyə: nə idi, demədimi sizə? Məlik əlini üzünə çəkib gözlərini bir nöqtəyə zilləyib baxdı, – Aylına: yox demədi qızım, bəlkədə deyərdi imkan tapmadı. Hər dəfə o haqda söruşduqda tam deyəcəkdi dərdini, ancaq sözü ağzında yarımcıq qaldı, o anda xanım peyda oldu imkan vermədi. Aylına çox maraqlı gəlmişdi, nə idi anasının araşdırdığı və ya gizlin bildiyi sirri? bunu öyrənməsi artıq bəlkədə qeyri mümkün idi. Məlik – Aylına: biz bu dünyada müvəqqəti qonağıq qızım, geci – tezi bir gün sevdiklərimizə bizdə qovuşacağıq, artıq yazan – yazmış qismətimizi belə acılı – üzücü. Ancaq bütün bu dediklərimi onların ruhlarının xətrinə sən edəcəksən, elə deyilmi qızım? Aylın Məliyə baxdı şüphəli baxışlarla, sanki kişi bilirdi anasının sirrini demirdi özünə. Aylın yavaş səslə öz – özünə: qələmi qırılsın belə qismət yazanın. Məlik Aylının dediyini eşitdi – Aylına: qarğış etməyək qızım, Allaha ağır gedər. Aylın – Məliyə: sənin günahın nə idi bu qədər çəkdirdi sənə? mənim günahım nə idi bütün sevdiklərimi aldı əlimdən. Belə haqsız yazı olarmı sən de, bir insana bu qədəri yazılarmı – çəkdirilırmi? İman – insaf yoxmuş bunu yazanda. Məlik yaxınlaşdı – Aylına: məndə razı deyiləm bütün bu haqsızlıqlarla, dərindən nəfəsini alaraq yuxarı göy üzünə baxıb, vardır bidiyi Allahımın ona qarşı heç bir söz deməyə haqqım yoxdur. Gedək qızım, mən artıq inanıram bəzlərinə qarşı olan nifrətinlə irəli addımlayacaqsan. Aylın Məlikdən şüphələnməyə başladı, sanki bunları deyərək içində bilmədiyi şeylərə qarşı addımlamasını istəyirdi. Məlik Aylının qolundan tutub, çox qaldıq gecikməyək gedək, əks halda xanım oyandıqda qatacaq hər şeyi bir – birinə. Aylın Məliklə yanaşı gedə – gedə ona şüphəli baxışlarla baxırdı, tam əmindi vardı kişinin bildikləri, çox üstü örtü sözlər deyirdi anlamaq çətin idi.

Kamil evə gəlib duş alıb sacıni qurulaya – qurulaya gəlib divanda əyləşdi, anası gəldi – Kamilə: sabahın xeyir oğlum, – anasına: sabahın xeyir ana, anası mətbəxtdə getdi. Atasıda gəlib Kamilin yanında əyləşib sabahın xeyir oğlum, – atasına: sabahın xeyir ata, sən artıq unutmusan səhər idmanında mənimlə qaçmırsan, nə oldu sənə belə Nadir bəy? atasıyla zarafat etdi. Atası – oğluna: oğlum aramızda qalsın mən artıq yaşlaşmışam, arvadının səsi eşidildi mətbəxtdən – ərinə: axır ki boynuna aldın əzizim artıq yaşlandıgını. Kamil gülümsədi, atasının bu vəziyyətdən necə çıxacağını və anasına nə cavab deyəcəyini gözlədi. Əri – arvadına: yox – yox canım biz oğlumla başqa şey haqda danışırdıq səhv duydun, nə yaşlanmağıdır? arvadı əlində çay dolu sinini gətirib masaya qoyub gülümsədi. Hə canım mən yaşlaşdım o zaman qulaqlarım səhv eşitməyə başlayır. Kamil özünə gülür deyə atası qoluyla dümsəklədi ki gülmə halıma, Nərgizdə gəlib hər kəsin sabahı xeyir olsun. Anası – atası, – qzına: sabahın xeyir qızım, Nərgiz qardaşının yanında əyıəşib – Kamilə: bu gün məni gəzməyə aparacaqsanmı qardaşım? Kamil bacısına təcüblə baxıdı. İmtahanlarını verdikdən sonra aparacam demədimmi, indi hardan çıxdı gəzmək? bacısı kefsiz oldu. Anası – oğluna: Aylınıda dəvət et oğlum gedin gəzin birlikdə, özün dedin qız çox üzgündür, biraz ürəyi açılar fikri dağılar yazığında. Yaxından tanış olarsıznız söhbət edərsiniz, bacınlada tanış olar çəkinməz buralar ona yad bir yerdir. Nərgiz anasının uzatdıgı çayı göturub, Aylın kimdir ana? qardaşımın sevgilisidirmi. Kimdir mən niyə tanımıram? Kamil bacısının qoluna vurdu ki sus deyə, bacısı ofuldayıb – qardaşına: nə dedim ki? niyə vurursan. Anası – qızına: axşam danışmışdıq qızım unutdunmu? Ramizin başqa şəhərdən yeni gəlmiş bibisi qızıdır Aylın. Nərgiz xatırladı, ayy çox yazığım gəldi mənimdə. Adı Aylındı eləmi? – qardaşına: aparacaqsanmı qardaşım Aylınla bizi gəzməyə? Kamil öz – özünə fikirləşdi, dünəndən onu görməyə istəsədə qalmışdı nə bəhanə ilə gedib yaxından tanış olmalıydı? artıq bir ümid yeri oldu getməkçün. Ancaq o andada xatırladı dünən Aylına arvadın dediklərini, tezdə kefi qaçdı üzünün ifadəsi dəyişdi. Anası – oğluna: nə oldu oğlum fikrimi bəyənmədinmi? Kamil dərindən nəfəs alıb – anasına: Allah bilir qıza nə gün yaşadır Sənubər xanım, heç inanmıram belə tez icazə verər şəhərə çıxmağa ona. Atası – oğluna: sən get maraqlan oğlum qızın yanında olun yazıqdır, mən o qızı görmədim, ancaq sən danışdıqdan sonra hələdə ürəyim göynəyir. Yetim qalması bəs deyilmiş kimi, dayısı arvadıda gün verməyəcək ona. Belə sayqısızlıqmı olar? insaf yoxmu o qadında? bizimlədə tanış et mütləq o qızı, tamammı? anası əyləşdi sinidə qalan çayları uzatdı oğluna – ərinə. Dərindən nəfəs alıb – olara: inşallah yaxşı olar hər şey, bizdə yanında dəstək olarıq qıza. Artıq üzülmə mənim yaraşıqlı oğlum, hər şey yaxşı olacaq Allahımın yardımı ilə. Kamil çayıni icərək üzgün baxışlarla baxaraq, – anasına: inşallah ana inşallah, ümid edirəm olar yəqin ki, Nərgiz sevindi uşaq kimi, urrraa qardaşımın sevgilisiylə gəzməyə gedəcəyik. Kamil bacısına tərs – tərs baxıb başını narazılıqla sirkələdi. Nərgiz çayını içib anasına baxdı gülümsəyərək, anası işarə etdi ki qardaşını incitmə.

Yol gələrkən Aylın – Məliyə: Məlik dayı mən mağazaya gedib gəlirəm, varmı istədiyin bir şey? – Aylına: yox qızım sağol. get al lazım olanı mən burda gözləyirəm səni. Aylın – Məliyə: mən tez qayıdıram, getdi yaxındakı magazaya. Biraz vaxtdan qayıtdı əlində yeyəcək bir şeylərlə, gedək Məlik dayı aldım, Məlik Aylının özünə yemek aldığını görüb pərt oldu. Məlik – Aylına: qızım sən yeməkmi aldın özünə? Aylın əlindəki su şüşəsni kişiyə uzatdı. Məlik – Aylına: yox sagol içmirəm mən qazlı suları, sən niyə yemək aldın ki qızım? yoxsa gəldiyindən bir şey yemədinmi? birdən kişinin üzünün ifadəsi dəyişdi öz – özünə: Allah məni öldürsün necə anlamadım bunu. Hələ bir soruşuram əlbətddə ki yemədin, off qızım off, Aylın şüşəni açıb biraz su içdi, – kişiyə: narahat olma Məlik dayı elə demə inciyərəm, sənin günahın yoxdur. Mən uşaq deyiləm mənidə yedirdərsən, Ramiz yetdik yük olur sənə içib gəldiyində başından ayrılmırsan, kişi başını narazılıqla sirkələdi. Gəldiyindən xanım səni acıladı, sonrada başım Ramizə qarışdı unutdum sənə göz – qulaq olmağı, sən gəldiyindən heçnə yeməmisən deməli, xəçalət oldu kişiyə, axx qızım axx. Aylın kişini sakitləşdirməyə çalışdI, hər şey yaxşıdı Məlik dayı üzülmə sən. Mənim o evdə boğazımdan heçnə keçməz qüsura baxama, versəndə yeyə bilmərəm. Gecə səhərimi zor açdım, heçdə rahat olmaz onunla bir masada yemək yemək, yeməkdə bir kənara qalsın, o əjdahayla üz – üzə oturmağımızı belə axlıma sığışdıra bilmirəm. Məlik – Aylına: indicə evə çatan kimi mənimlə yemək yeyəcəksən başqa söz eşitmək istəmirəm qızım, anladınmı? məni üzməyəcəksən. Mənimlə keçər boğazından yemək, elə deyilmi? mən öz qaldığım həyət evində yeyirəm yeməyimi. Dayın bunu bilsə yaxşı olmayacaq, Aylın yavaş səslə – kişiyə: elə edərik dayım bilməz, o zaman mən səninlə yeyərəm Məlik dayı, gülümsədi.

Həyətin qapısına çatdılar, Aylını elə bil geri zindana qaytarırdılar evə deyil. Məlikdə anlayırdı üz ifadəsindən könlündən keçənləri, – Aylına: gəl qızım bu haqda artıq danışdıq, mənimlə indicə yeməyə gedirik. Aylın könülsuz kişinin ardınca girdi həyətə, c gəldiyi bu az vaxtda artıq diksinməyə başlamışdı o evdən və arvadın murdan üzüdən.

Kamil yeməyini yeyib ayaga qalxdı, anası – Kamilə: zəng et bax Ramizdən soruş hal xəbər al, – nasına: yaxşı ana indi edərəm zəng, otagına getdi. Əri arvadına baxıb gülümsəyərək, oğlun deyəsən vurulub qıza hiss edirsənmi əzizim? arvadı ərinə baxıb, mənim oğlum kövrək ürəkdir eyni atası kimidir, gözəl ürəkli mərhəmətli. Sənubərin qızı acılamasına çox üzülmüş oğlumda, həqiqətən yazıqdır bütün ailəsini itirmiş qız, künah deyilmi belə edir acılayır? günahsız insanı acılamaq özü böyük günahdır. Allahdan qorxusu yoxmu bu qadının? oğluna baxsan necə gözəl ürəkli uşaqdır, heç bənzəməmiş anasına. Nərgiz masanın üstündəki qabları toplayıb mətbəxtdə apardı, əri arvadının üzüldüyünü görüb mehribanlıqla, canım tək deyil qız dayısı var, Ramizdə yaxşı oglandır dediyin kimi. Qoymazlar onu tək, bizimlədə yaxınada tanış olar bizdə dəstək olarıq qıza üzülmə sən. Arvadı dərindən içini çəkərək – ərinə: eh canım mən yaxşı bilirəm nahaqdan deyilən söz insanın ürəyinə ox kimi necə batır, yaralayır. Unudulmur illər keçsədə, ananda məni həmişə nahaqdan acılayaraq günümü qara edərdi, ərı arvadının yanına yaxın oturub qolunu boynuna salıb özünə sıxdı. Keçdi canım o vaxtları xatırlayıb üzülməyək, tamammı? arvadı ərinə baxıb, tamam canım tamam. Əri arvadının saçlarından öpüb – arvadına: hər şey yaxşı olacaq inşallah.

Her kəs oyanıb masa arxasında səhər yeməyini yeyirdilər. Aylının hələ yatdığını düşünüb oyatmaq istəməmişdilər, axaşam olanlardan sonra heç kimin kefi yerində deyildi. Ramizin telofonuna zəng gəldi, telefonunu çıxarıb baxdığında atası tərs – tərs baxdı ki, heç yerə getməyəcəksən qızı bu ilanla tək qoyub anlamında. Ramiz – atasına: Kamildir, alo Kamil eşidirəm. Biraz qulaq asıb evdəyəm gəl, yox gedəcək yerim yoxdur, getsəmdə bibim qızıyla çıxacam şəhərə gəzməyə evdə sıxılmasın çox, anasına baxdı tərs – tərs, axşam etdiklərindən hələ əsəbiydi ona qarşı. Atası oğlunun sözlərindən razı qaldı, Ramiz – Kamilə: tamam gəl gözləyirəm hələlik, telefonu söndürub masanın üstə qoydu. Anası oğlunu əsəblə süzdü, oğlunun Aylının tərəfində olmasından razı deyildi heç, sançmağa imkan axtarırdı ikisinidə. Atası – Ramizə: mənim işlərim çoxdur bu aralar, evə sən göz – qulaq olacaqsan anladınmı? Aylina telefon ver telefonsuzdur qız. Özüylə tez – tez əlaqə saxlaya bilim ki canını sıxan olmasın, nömrəsinidə mənə mesajla atarsan, telefonlarımada cavab ver eşitdinmi? Ramiz – atasına: tamam verəcəm söz. Aylının dışardan gəldiyini görüb dayısı təcüblə baxdı, hardaydın qızım? Ramizdə dönüb baxdı Aylına. Dayısı – Aylına: biz sən yatırsan deyə düşünmüşdük oyatmaq istəmədik. Aylın nəsə demək istəyirdi arvad başladı dirildamağa, – olara: sizin hələ haranızdır? bugün bacın qızını yatmış bilirsən, ama səhər tezdən dışardan gəlir evə. Sabahda gecə yarısı gələcək, indidən deyim heç şaşaırmasın dayısı. Sənində – mənimdə başımızı aşağı edəcək xəbərin olsun, görəcək günlərin qabaqdadır Həsən bəy. Əri acıqlandı arvadına bir sus qadın, susmağıda öyrən dırıldamağa öyrəndiyin kimi, dilinə yiyəlik et bəsdi əsəbimi oynatma səhər – səhər, bəsdir dedim sənə. Aylın dayısının yemək üstə əsəbləşdiyinə görə xəcalət çəkdi. Arvad susmadı Aylın tərəf dönüb, hansı cəhənnəmdəydin xanım əfəndi bilmək olarmı? nə durmusan gözlərini günahsız quzu kimi zilləyib üzümə. Cavab ver hardaydın tanımadığın – bilmədiyin yerdə səhər tezdən nə gəzirsən? bura bax məni yaxşı dinlə, mən başqasını bilmərəm maraqlıda deyil heç, mənim evimin rahatlığını pozmana imkan vermərəm qulaqlarından sırğa et bu sözümü. Ramiz əsəbləşdi – anasına: bəsdi bir sus imkan ver qıza danışsın, anası – Ramizə: mənə bax səndə əsəblərimlə oynama haa, sənidə elə bir susduraram ki, özünü unudarsan. Sən dünən gələn yetimin qabağında mənimi susdurursan?

Məlik gəldi – olara: sabahınız xeyir, Aylın mənimlə idi xanım. Arvad Məliyin üstünə bagırdı, rədd ol gözümdən bir sən qalmışdın məni susdurmağa. Onun zibillərini gizlətməyəmi başladın? burda fədakar qəhrəmanları azmış kimi, yuyulmamış qaşıq kimi ortadan çıxma. Məlik başını aşağı salıb susdu, Aylın – arvada: tezdən oyanmışdım vərdişimdir tezdən oyanmaq, həyətə çıxdım ki biraz nəfəs alım təmiz havadan. Aylın arvada o qədər əsəbi idi ki, yazıq Məliyi kobutladığıçün, sözünü dişlərinə sıxıb zorla deyirdi. Məlik dayıda oyanmışdı ailəsini ziyarətə getdiyini dedi, məndə onunla getdim məzarlığa. Sizi oyadıb narahat etmək istəmədim gedəcəyimi deməkçün, birdə ki gəzməyə getmədik ziyarətə getdik ailəsini. Dayısı – arvadına: sənin o dilin necə qurumur bilmirəm, yersiz – yersiz bu qədər danışırsan. Utan biraz mərəfətsiz, özündən böyük adamın üstünə necə səsini yüksəldirsən? ay vijdansız sən insan deyilsənmi? dayısı – Aylına: gəl qızım əyləş səhər yeməyini ye, sən fikir vermə buna. Məliyin ailəsi bizim ailəmizin ən yaxın üzvülərindən sayılırdılar. Allah rəhmət eləsin hər birinə, yaxşı etmisən qızım savabın artıq olsun, hər kəs sənin kimi qanacaqlı olsaydı, dünya cənnətə dönərdi. Bizim xanım anlamaz elə şeylərdən, qüsura baxma bu özünün kimilərini insan sayır, ancaq yanılır belələri insanlıqdan nə anlarlar ki? başqalarına nə hörməti var, nədə imanı – dini, əsəblə baxdı. Aylın – dayısına: sən demişdin Məlik dayıya etibar edə bilərəm, o üzdəndə səhər yeməyimizi birlikdə onunla yedim. Ancaq dayısının sözündən çıxmadı, keçib Ramizin yanında əyləşdi. Məlik getdi üzgün dışarı, arvad Aylın əyləşdiyində ayağa qalxıb – ərinə: bəli mən özümün səvyəsində olanlarla oturmağı daha üstün tuturam, anladınmı? getdi quyruğu basılmış ilan kimi zəhərinidə yeməyin içinə töküb. Dayısıyla – Ramizə, anasının dediyi bu düşünçəsiz söz çox pis təsir etdi, İkisidə utandılar Aylının qarşısında xəcalət çəkdilər. Aylın dayısı üzülməsin deyə söhbəti dəyişmək istədi. Dayı mən Məlik dayıyla gedə bilərəmmi ara – sıra məzarlığa? – Aylına: hə qızım bilərsən. Məliklə hara desən gedə bilərsən, ən güvəndiyim insandır o mənim. Xadimə gəlib Aylına çay süzdü təşəkkür etdi, xadimə – Aylına: nuş olsun Aylın xanım, getdi. Ramiz Aylına çörəyə pasta sürtüb uzatdı, çarəsiz üzmədi götürüb – Ramizə: çox sağol dayı oğlu, yalandan gülümsədi. Dayısının necə üzüldüyünü görürdü, dərdinin üstə dərt gəlirdi. Özünə baxdıqlarını gördüyündə, çarəsiz verdiyi çörəkdən dişlədi ki dayısıyla Ramiz çoxda üzülməsinlər. Aylının yediyini gördüyündə, dayısının ürəyi biraz rahat oldu. Oğlunun Aylına qarşı olan hörmətindən razı idi, Aylında çarəsiz çeynədiyi tikəni çox zor uda bildi, o qədər arvadın sözləri təsir etmişdi ki, bəlkədə əsəbindən yeyirdi dişinə dilni sıxıb susurdu. Dayısı – Aylına: Ramizlə şəhərə çıxın gəzin qızım evdə çox vaxdınızı keçirməyin, görürsən ilan quyruğu basıldı – basılmadı sancır adamı. Sənə telefon – nomrə verəcək Ramiz, mənim zənglərimə cavab verin ikinizdə, aydındırmı? Aylın yalandan gülümsəyə çalışdı – dayısına: tamam dayı aydındır. Ramiz – Aylına: birazdan Kamil gələcək gedərik birlikdə həm gəzərik, həmdə sənə telefon və nömrə alarıq, bizim şəhərlə tanış olarsan. məncə bəyənəcəksən. Atası – Ramizə: Kamilə təşəkkür edə bilmədim o günü bizi qarşıladığına görə, sənin mühüm işin çıxmışdı oğlum yadındadırmi? gələ bilməmişdin. Ramiz Aylına baxıb, aydaa yenə söhbət döndü – dolaşdı mənə gəldi. Atası – Ramizə: aydaa demə, üzünə vururam ki evimizin durumu əvəlki kimi deyil anla o səhvləri təkrarlama, xoşum gəldi mərəfətli oğlana oxşayır. Ramiz – atasına: tam əmin ola bilərsən ata çox mərəfətlidir, hətta məndəndə çox mərəfətlidir. Atası – Ramizə: buna şuphəm yoxdur oğlum, sübut etdi o günü bizi qarşılayaraq, deməyinə gərək yoxdur. Ramizin hər dəfə başına çaxırdı qarşısına gəlmədiyinə görə, artıq gününü qara etmişdi hər defə deyərək. Aylın altdan – altdan baxdı atasının Ramizi danlamasına.

Atası ayağa qalxdı, mən işə gec qalmayım işim çoxdu bu aralar, gəlib Aylının üzündən öpüb – Aylına: sizə nuş olsun qızım. Dediklərimi unutmayın tamammı? Aylın ayağa qalxıb – dayısına: işin – günün ugurlu olsun dayı. Dayısı – Aylına: sağol qızım, sənin kimi başqalarıda bu evdən məni hər gün işə gözəl sözlərlə uğurlasaydılar dərdim olmazdı, axşama görüşərik getdi. Aylın dayısının getdiyi an masanı tərk etməyə çalışırdı, Ramiz qolundan tutub çəkib otuzdurdu yanında. Ramiz – Aylına: hara gedirsən? atam getdi iş bitmədi, mən varam burda qaçma yanımdan. Aylın hiss edirdi sıxılırdı, düşünürdü indi arvad gələcəkdi Ramizlə dava – şava edəcəkdi yenə, düşündükcədə az qalırdı hər şeyi buraxsın başını götürüb qaçsın o evdən. Ramiz dərindən nəfəs alaraq – Aylına: bax canım belə olmayacaq, səni istəməyənin gözü önündə olacaqsan ki alışsın anlasın varlığına, problemdən qaçmaga çalışma heç vaxtı. Bilirsənmi niyə? Aylın əsəblə – Ramizə: niyə? – Aylına: niyəsi budur canım, qaçsan həmişə ya gözünün önündə olacaq o həll etmədiyin problemlərin və bəlaların, yada kölgən kimi ardınca sürünəcək. Sinə gəlmən lazımdır üstünə sənə tərs gələnə, möhkəm ol bu həyat zəyiflərçün deyil, bilirsən uşaq deyilsən artıq. Aylına bu sözləri Məlkdən demişdi bu sabah. Ramizdə onun yanında böyüdüyüçün, görünür qavramışdı dilinə alışdırmışdı Məliyin vəsiyyətləri. Aylın – Ramizə: bu sözləri bu gün ikinci dəfədir təkrar eşidirəm, Ramiz Aylının Məliklə məzarlığa getdiyində duya biləcəyini anladı. Ramiz – Aylına: bax dahada yaxşı oldu ikinci dəfə duymağın, söz ver mənim xətrimə, atamın xətrinə güclü olacaqsan. dişinə sıxacaqsan az vaxtlıq. Aylın dərindən nəfəs alıb – Ramizə: yaxşı birdənəm söz çalışacam möhkəm olum bu zalım həyatda büdrəməyim – yıxılmayım. Hər şeyə sinə gəlim nağıllardakı qerkulesəm axı mən, pəhləvan kimi enilmərəm heç vaxtdı söz. Ramiz Aylının əsəbləşərək dediyi sözərə gülümsədi, – Aylına: sənin bu birdənəm sözün tam başqadır bilirsənmi? axşamdan bu yana həsrət gedirəm nə vaxtı təkrar deyərsən deyə. Gərcəkdən mənə çox xoşdur bu sözün. Aylın dərindən nəfəs alıb – Ramizə: xoş olan bir kəlmə söz insana məlhəmdir, bunuda sən bilirsənmi? elə bilmə sən Məlik dayının sözlərini – məsəllərini mənimsəmisən deyə, başqaların ehtiyat söz yatağı yoxdur.

Arvad gəldi sifətindən zəhrimar yağırdı, kobutca əmir etdi – Aylına: çıx yuxarı evin təmizlik işləriylə məşğul ol, sonra mətbəxtdə qabları yuyacaqsan. Narahat olma tapşırmışam xadiməyə axşamdan qabları yumağa qoymamışam, başın işə qarışsın ki, boş yerə çənə döyməyə vaxtın az qalsın. Aylın ayağa qalxdı, – arvada: anladım dediyin işlərlə məşğul olacam, getmək istəyirdi Ramiz ayağa qalxıb Aylının qolundan tutub saxladı. Heç yerə getməyəcəksən, anladınmı məni? bu vaxtdı Kamildə gəldi. Dayanıb baxdı nələr olurdu yenədə? Ramiz – anasına: o bura nökər gəlməyib bu bir, ikinci yetdik evdə çalışan işçilərin var bunu axşam atamda dedi sənə. Bir daha məndə deyim unutma, üçüncü o artıq bu evin üzvüdür – xanımıdır, qəbul et ki sənində xətrinə dəyməyək ana. Anası Ramizə elə bağırdı kəs səsini yerini bil, məni bu yetimin qabağında alçaltmağa kim ixtiyar verdi sənə? mən sənin ananam unutdunmu? halal etmərəm sənə etdiklərimi. Ramiz acıqlandı – anasına: ötən axşamdan utanıram sənin kimi anam olduğundan, bilirsənmi niyə? düşünürəm səndə gərçəkdən iman – insaf yoxmu? ürəyinin əvəzinə daşmı gəzdirisən içində? bəsdir əl çək qızı rahat burax. Aylın acıqlandı, – Ramizə: bu nə sözdür anana deyirsən? o sənin anandır danışma onula mənə görə belə, qolunu dartdı Ramizin əlindən. Xalam sayılır məni stəməsədə, bir daha səndən anana qarşı belə söz eşitməyim. Aylın istəmirdi Ramiz anasıyla özünə görə pis düşsün, Ramizin ürəyi göynəyirdi. Anladı Aylının fikrini nəyçün elə deyirdi, anlayırdı ki qanacağı olan hər insan bu durumda Aylının kimi düşünərdi. Ancaq təssüf ki qarşısındakı anası bunu anlamırdı, yada anlayırdı anlamaq istəmirdi. Aylının dediyi sözdən incimədi Ramiz. Arvad Aylına yaxınlaşdı əsəblə quduz it kimi, o qədər yaxın gəldi ki, burnunun ucuna dirənib əsəbindən öküz kimi fisqıra – fısqıra nəfəs alırdı. Mənə bax döşəmə dəsmalı, mən sənin xalan filan deyiləm, bir daha bu sözü dilinə gətirmə ki dilini kəsməyim, anladınmı? Aylın arvadın murdar niyyətli gözlərinin içinə birinci idi ki belə yaxından baxirdi. Kamil yerində heykəl olub qalmışdı duyduqlarından dəhşətə gəlmişdi, “ düşünürdü bir insanın gözündə günahsız qıza qarşı nə qədər haqsız nifrət dolu baxışları olarmış? arvada baxdıqca nə qədar qəddar olduğunu anlayırdı, və nifrət etməyə başlayırdı». Aylın yavaş səslə – arvada: mən sizə nə pislik etdim? xala deməyimi belə istəmirsiniz. Hətta məni birinci görürsünüz, bəlkədə xatırlamıram sizi gördüyümü bu günə qədər. Hardandır sizin ürəyinizdə mənə qarşı bu qədər nifrət – kin? varmı etdiyim bir pisliyim sizə. Arvad bağırdı – Aylına: mənə xala demə, şükür mənim qan dogmalarım var, olarçün xalayam anladınmı? sənin sözünə qalmadım. Haranın qanıda bizə çatmayan yetiminə xala olmağa ehtiyacımda yoxdur.

Kamil eşitdiklərindən dəhşətə gəlmişdi əliylə ağzını tutub baxdı, artıq dözmədi Ramiz anasının qarşısına keçdi dayandı, nifrətlə baxdı. Anasına söz demədən əsəbi baxışlarla baxırdı gözlərnin içinə. Aylın Ramizin arxasında qalmışdı, o qədər pis olmuşdu ki ayaqda zor dururdu, sanki yıxılacaqdı indi sarsılmışdı. Yazıq çarəsiz başını Ramizin kürəyinə qoyub dayandı, ağlamaq – sınmaq istəmirdi arvadın önündə. Məliyin bu səhər dediyi sözləri necədə gərəyi olmuşdu indi onuçün. Ramiz Aylının sarsılaraq çarəsiz öz kürəyinə alnını qoyub dayandıgını hiss etdi, gözləri yaşardı bir ixtiyar bir anda anda. Anası oğlunu əsəbi baxışlarla süzüb getdi artıq söz demədən. Ramiz o qədər pis vəzyyətdə qalmışdı ki, dönüb Aylının üzünə baxmağa cürəəti qalmamışdı, utanırdı xəcalət çəkirdi anasının əvəzinə. Ramizdə Məliyin məsəllərini xatırladı, aglamamaqçün özünü toparlamağa çalışdı. Birdən qıraqda dayanıb şok halda özlərinə baxan Kamilə gözü sataşdı, carəsiz baxışlarla dostuna baxıb, bələ olmur mənasında başıni sirkələyərək işarə etdi. Çürəətini toparlayıb, çevrilib kürəyinə söykənib qalmış Aylını qucaqlayıb özünə sıxıb tutdu. Aylın içinə salıb qalmışdı səsini ağlayada bilmirdi arvadın duymasını istəmirdi, birdən Ramizi qucaqlayıb səssiz – səssiz aglamağa başladı içini çəkərək. Əlləri ilə Ramizin qollarından bərk – bərk sıxıb tutdu, elə yanmışdı ki nahaq sözlərdən – davranışdan. Yazıq içini çəkə – çəkə aglayırdı, ürəyinə güc olurdu səsini içinə salaraq ağlaması. Ramiz gözlərini yumub dayandı bir anlıq. Kamildə çox pis oldu Aylının halını görüb kənara baxdı, Aylının agladıgını Məlikdə eşidirdi qapıda dayanmışdı gözləri yaşlı uşaq kimi. Məlik yavaş səslə öz – özünə: of qızım bağışla qarşında dayana bilmədiyimçün, insafsız qadın Allahın yoxmuş sənin, göz yaşları üzünə süzülürdü.

Günorta olmuşdu dayısı iş yerində idi, qolundakı saatına baxaraq telefonuna baxdıb yoxladı ki Ramiz mesaj atıbmı. Ramızdən yeni nömrə haqda mesal gəlməmişdi öz – özünə deyindi, bu evlad nə vaxt mənim dediyimi edəcək axı? əsəbləşib Ramizə zəng etdi, yazıq evdə olanlardan xəbərsiz idi.

Ramiz Aylını öz otağına gətirmişdi, Kamildə qıraqda oturub baxırdı üzgün – peşman Aylının yazıq olmuş halına. Ramiz mehribanlıqla saçlarını sığallaya – sıgallaya sakitdəşdirməyə çalışırdı. Aylın sinəsinə başını qoyub yuxuya getmişdi yozğunluğundan – üzüntüsündən. Ramizin telefonuna zəng gəldi, cəld Aylın oyanmasın deyə telefonuna baxdı. Atasının olduğunu görüb, of ata bilmirsən olanları nə olardı indi aramasan? alo ata deməyi ilə atasının bagıramagı bir oldu. Ramiz telefonu qulagından kənara tutub dayandi sakit, atasının danlayışlı sözləri eşidilirdi kənardan, – Ramizə: sən nə vaxt adam olacaqsan? kimə oxşadın belə etibarsız. Hardasan günorta olmuş, nə dedim sənə? Ramiz agzını büzərək baxdı Kamilə. Atasının səsi gəldi – Ramizə: ordasanmı? telefonu qulağına yaxınlaşdırda cavab ver mənə. Ramiz telefonu qulağına tutub yavaş səslə hə ata burdayam. Aylın yatır nə olar yavaş ol haqsız yerdə məni danlama, atası narahat oldu duyduğunda yatır dediyində. Atası – Ramizə: niyə yatır? nəyi var qızın? yoxsa yenə ananmı incitdi qızı? Ramiz demədi hə deyə. Atasının xəstə ürəyindən qorxurdu! – atasına: yox ata bir dinlə, nə olar imkan ver deyim sözümü. Gəzməyə çıxdıq Kamildə bizimlə idi, Aylın yoruldu, gəlib söhbət etdiyimiz yerdə baxıram yuxulamış. Dediyin telefon işini həll etdim, axşam gəldiyində verəcəm nömrəni narahat olma. İndi Aylının otagıyla maraqlanmalıyam bəzi şeylər xoşuma gəlmir, çatışmayan əşyaları qoydurub yenilik etmək istəyirəm Aylın oyanınca. Atası oğlunun işindən razı qaldı, – Ramizə: çox gözəl oğlum, şad oldum nə gözəl fikirləşmisən, o zaman sən işinə bax, mən axşam gələndə götürərəm nömrəni. Qız necə istəyir elədə səliqəyə saldır otağını anladınmı? – atasına: tamam ata anladım, narahat olma. Atası – Ramizə: o zaman axşama görüşərik oğlum, – atasına: görüşərik ata, telefonu söndürüb baxdı – Kamilə: qızın otagında heçnə yoxdur. Anam hər şeyi götuzdürüb, bir görsən adam olan düşməninə belə etməz. Kamil dərindən nəfəs alaraq – Ramizə: xəbərim var gördüm. Ramiz Kamilə baxdı təcüblə ki, hardan görmüsən anlamında. Kamil – Ramizə: o günü otagına çantalarını qoydugumda gördüm, düzü çox pis oldum. Ramiz anladı xəcalətli baxışlarla baxdı dostuna. Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: düzü bu haqda sənlə danışacaqdım, otağa bir şeylər qoydur deyə, yazıq qızın paltarını asmaqçün bir şey yoxdur otaqda. Ramiz dərindən nəfəs alıb, üzgün baxışlarla sakit sinəsində yuxuya getmiş Aylına baxdı. Anam onu etdirmiş ki qız bezib burdan getsin, – Kamilə: sən burda qal yanından ayrılma. Anam gəlib qızı oyadıb yuxulu halında dəli etməsin, mən otağa lazım olan şeyləri qoydurum işcilərə, – Ramizə: yaxşı sən get mən burdayam. Ramiz Aylını ehtiyatla oyatmadan yatağına uzatdı, üstünü örtdü ehtiyatla – Kamilə: görünür yazıq bura gəldiyindən yatmamış. Ehtiyatlı addımlarla otaqdan çıxdı. Kamil gəlib Aylın yatan çarpayının yanında yerdən əyləşdi, kürəyini çarpayıya söykəyib kefsiz – kefsiz baxaraq düşündü.

Axşam olurdu Aylın hələdə oyanmamışdı, Kamil oturduğu yerindən tərpənməmişdi ki, birdən arvad gələr Aylını oyadardı bağırıb. Qapını açıb içəri Ramiz girdiyində, Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: qorxuzdun məni, elə bildim anandırmı gələn. Ramiz yaxınlaşıb baxdı yatan Aylına, – Kamilə: oyanmadımı yazıq hələ? Kamil yavaş səslə, yox oyanmadı, sən həll etdinmi otaq işini? Ramiz əlini üzünə çəkib, hə etdim hər şey qoydurdum otağa. Kamil ayağa qalxdı, oturmaqdan canı tutulmuşdu biraz dartınıb bədənini açdı, – Ramizə: mən gedim artıq atanda gələr birazdan, görməsin bizi belə pərişan. Ramiz – Kamilə: getmə qal burda sən lazımsan mənə, Aylın yuxudan oyandı gözlərini açıb Ramizlə – Kamilə baxdı, çox yatdığından başı keyləşmişdi. Nələr olduğunu bir an düşündükdə xatırladı yataqda oturdu kefsiz – üzgün, Ramiz mehribanlıqla – Aylına: oyandınmı canım. Aylın – Ramizə: yatmışammış xəbərimdə olmayıb, çoxmu yatdım mən? bağışla sənidə narahat etdim birdənəm, qalxdı yerindən. Kamil – Aylına: mənim dostum başqadır yəni dediyin kimi birdənədir, narahat olmaz kimsəni narahat edəsi bir şey etmədin sən, ürəyini sıxma istədiyində yat dincəl biz yanındayıq. Aylın səssiz dayandı Kamilə cavab vermədi, artıq deməyədə söz tapmırdı qarşılarında xəcət çəkirdi hər kəsin, özünə görə dava – şava olurdu evə gəldiyindən sıxılırdı. Çarəsiz vəziyyətdə qalmışdı bilmirdi nə etsin, nə desin, dayısının ürəyinə görə qatlanmaq zorundaydı xalasının alçaldıcı sözlərinə. Aylın – Ramizə: dayım gəlibmi? olanları bilməsin üzülməsin yazıq mənə görə, çox xayiş edirəm aramızda qalsın. Ramiz yaxınlaşıb mehribanlıqla – Aylına: bilməz canım demərik narahat olma sən. Aylın Ramizin otağından çıxdı artıq bir söz demədən, arvad oğlunun otağında özünün olduğunu görsə böyük vətən müharibəsi başladacağını yaxşı bilirdi.

Ramiz Kamilə baxıb dərindən nəfəs aldı, atama görə çox qorxuram, belə davam etsə ürəyi dözməyəcək olanlara. Kamil dayaq olmaqçün – Ramizə: ümid edirəm inşallah bu son davası olar, anan bilir axı atanın xəstə olduğunu. Ramiz – Kamilə: eh dostum gözlərinin şahidi olmadınmı, görmədinmi nələrə qadirdir? bu yazıq qıza nəyə görə ilişir anlamıram, nədir bunun dərdi axı? bu qədər böyük ev – eşik uşaq deyil dalıyca töküntüsünü yığışdırsın. Gəib catmış qızdır nə narahatçılığı var anlamıram, Kamil – Ramizə: bilmirəm dostum heç anlamadım məndə ananın bu davranışını, nədən qorxur ki? qız başına bəla olar deyəmi? çoxda tərbiyəli – mərəfətli qızdır Aylın, düz dedin bibin ona gözəl tərbiyə verib, Allah yerini cənnətlik etsin. Qızı gələn günü qapıda elə acıladı ki, yazığım gəldi kimsə götürməzdi elə haqsız sözləri, məncə o bura çarəsizdir deyə yox, təkcə atanın xətrinə dişinə sıxaraq bi çarə qalmağa razı oldu. İnan belə rəfdara heç kim dözməzdi, çəkər gedərdi qapıdan, – Kamilə: bilirəm atama görə gəlib bura Aylın, söhbət etdiyimizdə dayımın sözünü yerə salmamaqçün gəldim dedi mənədə, onun orda evi var ailəsindən qalan. Anamın düşünmə qavranışı zəyifdir, elə bilir evsiz – eşiksizdir qız, atamla düşündük məsləhət etdik ki, bizimlə yaşasa yaxşı olar tək qalmaqdansa, qıza yaxşılıq etməyə çalışarkən əksinə oldu. Başını bəlaya saldıq gətirməyimizlə, yazığın duymadıqları qalmadı baxsana, burda ona bir tək anam düşmənçilik edir gördüyün kimi, dünyasını burnundan gətirdi gəldiyindən. Ramiz keçib çarpayıda əyləşdi, baxdı üzgün baxışlarla xəcalət çəkirdi dostunun – Aylının, qarşısında anasına görə. Kamil – Ramizə: bu qızın günü nə olacaq burda? – Kamilə: bilmirəm dostum bilmirəm nə olacaq, bunu bilirəm ki çətin olsada burda bizimlə qalacaq, və bunu anam istəsədə – istəməsədə qəbul edəcək.

Aylın otağına gədi qapını örtüb otağa baxdı, otağın çox dəyişib gözəl olmuş görnüşünü görüb qalan dünyasıda başına yıxıldı, anladı Ramiz otağa hər şey qoydurmuşdu, köhnə çarpayınıda tezəsiylə dəyişdirmişdi. Qapı döyüldü, Aylın Ramiz olan bilib qapını açıb demək istirdi ki, sən niyə ananın acığına gedəcək şeylər edirsən? qapını açdğında qapıda dayısını görüb pərt oldu. Dayısı Aylının bitəhər baxdığını görüb – Aylına: axşamın xeyir qızım yaxşısanmı? Aylın – dayısına: axşamın xeyir dayı xoş gəldin, yaxşıyam. Dayısı otağa boylandı, – Aylına: izin varmı olarmı keçim otağına? Aylın tez kənara çəkildi, buyur dayı əlbətddə olar. Dayısı içəri keçib otağa göz gəzdirib baxdı, başıyla razılığını bildirib – Aylına: çox gözəl olmuş, bravo oğlum bu dəfə yalan danışmadan evdə qalıb çalışmıış sevindim, sən bəyəndinmi qızım otagını? Aylın – dayısına: hə dayı çox gözəl olmuş təşəkkür edirəm. Vallahi bu qədərinə həqiqətən gərək yoxdur, – Aylına: sən yaxşısanmı qızım, bir şey olamadı ki? Aylın dayısına baxdı, anlamadı nəyə görə sotuşurdu kimsə demişdimi olanları? düşündü. Dayısı – Aylına: Ramiz dedi yatmışdın, xəstə deyilsən ki? bəzən hava dəyişəndə olur kiçik nasazdıqlar, – dayısına: yox bir şeyim yaxşıyam dayı narahat olma, səni gördüm dahada yaxşı oldum. Dayısı dərindən nəfəs alıb – Aylına: oglum məni şad etdi sonunda ömründə bir dəfədə olsa, bilirsən qızım bu onun mənə yalan danışmadan gördüyü birinci işdir, həmdə yeri – yerində həll etmiş başarmış işini bravo. Atası oğlundan çox razı qalmışdı, otağın hər şeylə təmin etdirməsindən və səliqəli olması ürəyinə fərəh gətirmişdi, – Aylına: gedək qızım biraz söhbət edək səninlə, oğlumada təşəkkürümü bildirim bayaq nahaqdan onu acıladım. Aylının çiyninə mehribanlıqla əlini qoyub gəl qızım, Aylının canını dərt aldı bilirdi arvadın ağzı durmayacaqdı, dayısına deyə bilmədi bir söz boğulub qaldı, çarəsiz getdi otaqdan çıxıb dayısıyla.

Kamillə Ramiz söhbət edirdilər otaqda, Ramiz Aylina verəcəyi telefona yeni sim kartını salıb hazırdır, telefona baxdı. Kamil – Ramizə: mənə zəng et nömrə qalsın məndə, bilmək olmaz nə olar – nə olmaz, gərəkdiyində araya bilsin. Ramiz Kamilin telefonuna yeni nömrəylə zəng etdi, Kamil telefonuna gələn nömrəni yaddaşına Aylının adını yazaraq nömrəni qeyd etdi. Kamil – Ramizə: mənimdə nömrəmi yaz yaddaşda qalsın, nəsə lazım olsa zəng etsin mənə, Ramiz Aylına verəcək telefona atasının, özünün, Kamilin, nömrələrini qeyd etdi. Kamil – Ramizə: belə davam edə bilməz məncə dostum, geci – tezi qız bezəcək bu qədərini qəbul etməz heç kim, küsəcək tərk edər buranı hiss edirəm pisinə gəlməsin dediyim söz. İnsan günahsız yerə o qədər alçaldırılmaz künahdır vallahi, hər kəsin mənliyi – qüruru var, kiminsə mənliyini – qürurunu tapdalamaq olmaz bu dərəcədə. Ramiz – Kmilə: haqlısan, ancaq o tək başına orda nə edəcək? Kamil çiyinlərini çəkərək – Ramizə: bilmirəm nə edəcək, ancaq ən azından doğma şəhəridir məncə ona orda daha rahat olar. Kamil öz – özünə: burda qalsa əlbəddə daha rahat olardım, Ramiz təcüblə Kamilə baxdı elə dediyində, Kamil tez sözünə düzəliş verdi – Ramizə: yəni rahat olardıq demək istədim.

Aylın dayısının yanında əyləşmişdi, dayısı Aylını özünə sıxıb tutmuşdu mehribanlıqla, – Aylına: danış qızım bu gün haralara getdiniz? Aylın nə deyəcəyini şaşırdı bu sualdan anlamadı heç bir şey, – dayısına: məncə yatmışam axşama qədər. O arada düşündü sualı anlamağa çalışdı, Ramiz nə demişdi atasına? tamam qarışdı fikirləri, dayısı baxıb güldü, – Aylına: qızım sən hələ oyanmamısanmı tam olaraq? nə bərk yormuşlar səni. Bu gün çoxmu gəzdiniz? Aylını özünə sıxıb qucaqlayıb oxşadı gözəl qızım mənim, Ramiz şəhərə getdib gəzdiniz çox yoruldun demişdi, gərçəkdəndə yorulubmuş mənim canım qızım güldü. Bu vaxtdı Ramizlə Kamil gəldilər, Ramiz əlindəki telefonu gətirib Aylına verdi, bu sənin yeni telefonun və nomrədə var içində hazırdır, orda atamın, mənim, birdə Kamilin nömrəsi yazılıb. Kamil gəlib görüşdü Həsən dayı axşamınız xeyir, kişi əlini sıxaraq – Kamilə: axşamın xeyir oğlum necəsən? – kişiyə: yaxşıyam çox şükür Həsən dayı. Həsən – Kamilə: buyur əyləş səni görməyimə şadam, Kamil keçib əyləşdi. Ramiz – atasına: ata telefonunu ver Aylının yeni nömrəsini qeyd edim, atası telefonunu cibindən çıxarıb oğluna uzatdı, al oğlum qeyd et gözüm eynəysiz yaxşı görmür. Ramiz telefonu götürüb nömrəni qeyd etməkçün qurdaladı, telefona nömrəni qeyd edərək – atasına: bu gün Aylınla biraz parkda gəzdik, anacaq tez yoruldu döndük. Ramiz Aylına baxdı ki anlasın yalanının üstünü açmasın. Aylın heç yalan danışmağı sevmidi, ancaq çarəsiz qaldı məcbur – dayısına: hə sagolsunlar məni gəzdirdilər. Şəhəriniz çox gözəldir yəqin, yalanınıda düzgün danışmaqda çətinlik çəkdi, sözləri qarışdırdığında Kamillə – Ramiz ikisidə baxdılar Aylına ki, düzəliş versin səhvən dediyi sözünə. Aylının boğazı qovuşdu, – dayısına: şəhəriniz demək istədim, mən bilmirəm nədən tez yoruldum, dönək dediyim yadımdadır, ordan gəlib necə yatmışamsa yuxuda gəzdiyim kimi xatırlayıram. Dayısı Aylının alnından öpüb gülümsədi, – Aylına: hava dəyişmisən qızım ondandır yorğunluğun, örgənəcəksən yavaş – yavaş buranın havasınada. Aylın yalandan gülümsəməyə çalışdı, dayısının dediyi bu söz heç ürəyindən deyildi üzünün ifadəsindən anlaşılırdı, Kamil o an anladı necə çıxılmaz vəzyətdə qalmışdı yazıq. Çarəsiz nəyə gülümsəyib, nəyə gülümsəməyəcəyini şaşaırmışdı ortalıqda qalaraq, dərindən nəfəs alaraq üzgün baxışlarla kənara baxdı. Ramiz telefonu atasına qaytardı, – atasına: hazırdır buyur qeyd etdim nömrəsini, telefonu götürüb – oğluna: bu gün səndən çox razı qaldım oğlum bilirsənmi? Ramiz – atasına: şadam həyatım boyunca bir dəfədə olsa səni sevindirə bildim ata. Atası gülümsəyib, Aylın özünə sıxdı – oğluna: səbəbkarı mənim bacımın gözəl ürəkli yadigarıdır, elə deyilmi qızım? o arada Aylın fikirləşirdi ki, bircə nə olur olsun dayısının kefini qaçırmayaydı xalası gəlib. Aylın fikirli olduğundan yenə şaşaraq hə – yox dayı dediyində, dayısı ürəkdən güldü, Aylının hə yox deməsinə. Qızım sən yuxudan doymamısanmı? Aylın nə deyəcəyini bilmirdi çarəsiz qalmışdı, beyni kütləşmişdi acı sözlərdən, dayısına qısılıb Ramizə baxdı ki, qarışdırıram sözlərimi. Bir daha yalan danışmağa məcbur etmə mənasında baxışlarıyla anlatdı, Ramiz anladı işarə etdi ki, hər şey yaxşıdır narahat olma.

Atası baxaraq – Kamilə: səndə çox sagol oğlum birlikdə gözəl gün keçirdiyinizə görə, Kamil – atasına: Ramiz həmişə haqqınızda danışır sizi çox istəyir, ancaq üz – üzə gəlib sizinlə tanışma fürsətimiz olmamışdı. Mən çoxu vaxdımı Ramizlə bir yerdə keçirirəm bir ailə sayılırıq. Aylında artıq bizə yad deyil, borcumuzdur yanında olmaq və lazımı işində dəstək olmaq. Atası fərəhlə oğluna baxaraq – Kamilə: məndə şadam oğlumun ətrafında sənin kimi hörmətli – qanacaqlı dostu var. Səni boya – başa çatdırmış valideyinlərinə təşəkkürümü yetirərsən mütləq, imkan olduqda olarlada yaxından tanış olarıq inşallah. Kamil – atasına: çox sağolun Həsən dayı çatdıraram mütləq. Hamıya xadimə qəhvə gətirdi, sinini masaya qoyub bir – bir keçib qarşılarına qəhvə fincanlarını payladı. Dayısı qəhvə fincanını götürüb bir qurtum içib gülümsəyib, dərindən nəfəs alıb fərəhlə baxdı hamısına. Aylın sakitcə danışanları dinləsədə, fikri başqa yerdə olduğu hiss olunurdu.

Kamilin Anası saata baxdı, saat 10:00 olmuşdu Kamil hələ gəlməmişdi evə, əri gəldi – arvadına: gəl çanim gedək yatmağ, a burda niyə oturmusan? Kamil uşaq deyil gələr. Dedi axı Ramiz gildədir, birincidirmi evə gec gelir, niyə narahat olursan bu qədər? qalx çanım gedək, arvadının qolundan mehribanca tutaraq qaldırdı ayağa, apardı.

Beləcə bir ay ötdü, Aylının dayısı arvadı hər gününə zəhər qatsada, dayısının xətrinə dözürdü susurdu, Ramizdə artıq çox evdən ayrılmırdı heç yerə getmirdi. Çalışırdı atası bilməsin evdə olan bəzi hadisələri üzülməsin, əsəbləşməsin, atasının ürəyinə görə çox narahat idi. Aylında dayısına bir neçə dəfə işləmək istədiiyini bildirsədə, heç cürə razılıq verməmişdi. Aylın qapını döyüb Ramizin otağına gəldi. Ramiz kampyuterdə filim izləyirdi, əli ilə Aylına gəl yanında otur deyə işarə etdi, Aylın gəlib Ramizin yanında əyləşdi çox üzgün idi. Ramiz filim izləyən arada Aylına baxdı, nəsə narahat olduğunu hiss edib filimi yarımçıq saxlayaraq, kampyuteri qucagından kənara qoydu. De canım sözünü səni dinləyirəm, Aylın sıxılırdı – Ramizə: bax birdənəm məni düzgün anla, – Aylına: sən de canım mən anlayaram səni narahat olma. Aylın boynuna əlini sürtərək – Ramizə: mən çalışmaq istəyirəm, – Aylına: yox olmaz unut atam duymasın, özün duydun ki əsəbləşdi dediyində, yox olmaz dedi, duydun elə deyilmi? ol – maz, hecayla təkrarladı. Atamın sözünə qarşı getməyəcəyik, tamammı? bax mənin işləməyimə hələ icazə vermir, sənədə verməz unut bunu canım. Mənim kartımdada yetdik qədər həmişə pulum olur, sənində kartın var hara lazımdır xərclə çəkinmə, danışdıqmı? vaxdı gəldiyində çalışarıq ikimizdə.

Aylın küskün baxışlarla baxıb, – Ramizə: mənə pul lazım deyil səhv anlama məni, işləmək istəyirəm anlayırsanmı? pulsuzda çalışaram, inan təki başımı qatacağım bir işim olsun yetər. Ramiz – Aylına: mən anlayıram səni, sən bunu birdə get atama anlat və həmdə pulsuz çalışmaq istədyinidə de, icazə verməyəcək nə cür çalışmaq istəsəndə. Bax mən sənə bu haqda kömək edə bilməyəcəm bağışla, Aylın kefsiz ayağa qalxdı – Aylına: otur filim izləyək, hara gedirsən? Aylın dərindən nəfəs alıb – Ramizə: mənim həyatım elə filimə bənzərdir. Başqalarının yazdıqlarına baxmağa həvəsim yoxdur sən izlə, otaqdan çıxdı getdi. Ramiz bilirdi Aylın sıxılır, işləməklə anasından biraz kənar olmaq istəyirdi. Ancaq atası bilmirdi ki, arvadı hər gün qızı acılayaraq ilan kimi zəhərini axıdırdı canına – qanına, gizlədirdilər ondan olanları məcbur. Ramiz əlini üzünə çəkib baxdı, onunda artıq filim izləməyə həvəsi qalmadı, öz – özünə: belə izləyəcək filimin mən, sözünün ardını demədi baxdı peşman baxışlarla.

Aylın otağına gəlib yerinə uzandı, anası gilin rəsmini götürüb baxdı kövrək səslə, nə olar mənidə yanınıza aparın tək sizsiz darıxıram, bi çarəyəm. Birdən rəsimə baxıb bir ay qabaq Məliyin dediyi sözü xatırladı, ananın yarımçıq qalan işini sən bitirəcəksən qızım, yerində oturub fikirləşdi öz – özünə: nə işdi o elə? tez yerindən qalxıb otaqdan çıxıb getdi.

Məlik həyətdə idi, Aylının gəldiyini görüb gülümsədi, Aylın kişinin yanına çatıb sanki bir daha soruşmağa imkan tapmayacağından qorxan kimi tələsərək, – kişiyə: Məlik dayı yadındadırmı mənə dediyin söz? kişi biraz fikirləşdi. Hansı söz qızım? bağışla dünən yediyimi unuduram mən, – Məliyə: sən dedin ki, namın yarımçiq qalan işini mən davam etməliyəm güclü olmalıyam, nə işi qalıb anamın mən bilməyən? kişi nəsə deməyə istəyirdi ki, arvadın səsi gəldi. Arvad – Aylına: indidə camaatı işindənmi edirsən sən? Aylın arxaya çevrilmədən dərindən nəfəs aldı. Məlik – arvada: mən çağırdım xanım həyətdə biraz mənə kömək etsin, – Məliyidə: işini bacarmırsansa oduee ordandır çıxış qapısı, rədd ola bilərsən. Aylın geri çevrilib arvada nəs isə demək istəyirdi, – Aylına: sus qızım, nə olar sus cavab qaytarma, mən alışdım xanımın sözlərinə dayının xətriçün burdayam, nə olar səbir et. Aylın çox əsəbləşdi, – kişiyə: mən ona heç cavab qaytarmadım, sizi mənə görə neçəncidir acılayır günahsız yerdə? olmaz axı bu qədər, uşağı deyilsiniz onun. Mən cəhənnəm kiçiyəm dözürəm, arvad – Aylına: gəl kömək et xadiməyə. Aylın – Məliyə: başqa vaxt söhbət edərik soruşduğum haqda, gedim yoxsa o yazıqlarıda sancacaq günahsız yerdə bu vijdansız qadın. Bilmirəm bu nə növ ilandır, zəhəri bitmir hər gün yüz dəfə sancsada. Aylının dediyi sözə bi ixtiyar Məliyin gülməyi tutsada, özünü toparladı ki, xanım görsə dəli olardı, – Aylına: yaxşı qızım səbirlə get. Aylın öz – özünə: o səbir dediyin… mənim əlimə keçsəydi gününü göstərərdim ona, kişi başını narazılıqla sirkələyib Aylının deyinməsinə gülümsədi.

Kamil bacısına imtahanlarına hazırlaşmasında kömək edirdi, bacısı cox yorulmuşdu, – Kamilə: qardaşım qalsın sonra edərik qalanını yoruldum mən, qalxıb getdi otaqdan. Kamildə yorulmuşdu oturmaqdan, qollarını açıb bədənini açdı biraz dartınıb, masanın üstən telefonunu götürüb Aylının nömrəsini tapıb baxdı, öz-özünə: nə edir görəsən yazıq qız? Nərgiz qapını açıb – qardaşına: yemək vaxtıdır gəl. Qapını örtüb getdi, Kamil fikirləşirdi zəng edimi – etməyimi Aylına? dərindən nəfəs alıb düşündü.

Aylın mətbəxtdə qabları yuyrdu, arvad qabların içinə bilərəkdən sınmış fincan qoymuşdu ki, Aylının əlini kəssin, pisliyinin həddi – hüdudu yox idi yazığa qarşı. Aylın fikirli olduğundan görmədi, fincanı yumaq istədikdə əlinin içini çox pis kəsdi qanatdı. Qanı axdı qabların üstə tez əlini dəsmala sarıyıb tutdu, bu vaxtdı telefonuna zəng gəldi. Dayısı olduğunu düşünüb obir əliylə telefonunu çıxardi cibindən baxdı, Kamildən idi gələn zəng, telefonu açıdı ancaq qulağına yaxınlaşdırıb cavab verməyə imkan tapmadı, arvad gəldi. Əlinimi kəsdin? – arvada: hə sınıq fincan varmış yuyulacaq qabların arasında, görmədim ehtiyatsızlıqdan əlim kəsildi. Arvad yaxınlaşıb kinlə gülümsədi, – Aylına: hələ çox şeylər olacaq sənə, o fincan sənə kiçik bir billdiriş idi, unutma birdəkində daha böyük xətalar olacaq sənə. Aylın – arvada: canınız sagolsun xanım, dayımın xətrinə canımdan belə keçərəm mən bilirsiniz. Nə edim başqa çarəm yoxdur ki? dözməliyəm məcbur sınıq fincanlarınıza və sizin tərəfinizdən qurulacaq nəməlum başqa xəta – bəlalı oyunlarınıza. Siz birdəki qurduğunuz tələni ciddi edin ki mən sag qalmayım, belə xırda – para kəsiklərlə zülüm çəkməyim, sizdə dəyərli vaxdınızı sərf etməyin mənə. Arvad – Aylına: oda olacaq canını heç sıxma sən, yavaş – yavaş zülümlə son qoyacam sənin həyatına heç şüphən olmasın, sənə rahat ölüm haramdır. Zəhər yağan sifətini döndərib heç yardım etmədən mətbəxtdən getdi. Aylın unutmuşdu telefonu açıq idi cavab verməyə imkan tapmamışdı, telefonu masanın üstə qoyub əlinə baxdı. Qan sarıdığı dəsmaldanda süzülüb axırdı, Aylın öz – özünə: gözləyəcəm o günü səbrsizliklə, əlindən gələni ardına qoysan haram olsun sənə.

Kamil hər danışılan sözləri eşitmişdi telefon qulagında baxa qalmışdı, eşitdiklərinə inana bilmirdi şoka düşmüşdü bir anlıq, tez ayaga qalxıb qaçaraq otaqdan çıxdı getdi, anası gil yeməyə otururdular. Kamil gəlib masanın üstündən maşının açarlarını götürüb qaçaraq getdi, anası səslədi: oğlum nə oldu hara belə? Kamil eşitmədi. Hamısı bir – birinə təcüblə baxdılar ki, nə olduda bu evdən qaçaraq getdi? anası narahat oldu.

Kamil qaçaraq gəlib maşınına əyləşib, maşını işı salaraq qaza basıb getdi, anası hələdə baxa qalmışdı ərinə, qızına, nə oldu buna? demədən hara getdi ki? bacısı çiyinlərini çəkərək – anasına: bilmirəm ana mən nə olduğunu. Atası qalxıb telefonu götürüb Kamilə zəng etdi, Kamil cavab verdi, ata mən birazdan zəng edəcəm sən, ə indi sükan arxasındayam danışa bilmirəm, telefonu söndürdü. Atası telefonu yerinə qoyub həyəcanla baxan – arvadına: dedi ki birazdan zəng edib deyəcək sükan arxasındadır, keçib yerinə əyləşdi – arvadına: yəqin dostuna, tanışına nə isə olmuş. Birazdan zəng edər sən narahat olma canım, anası dərindən nəfəs alaraq, ah oğlum ah üzəcəksən ürəyimi sonunda, – arvadina: sakit ol inşallah heç kimə bir şey olmamışdır. Arvadı inşallah olmasın, Allah qorusun hər kəsin balasını, – olara: yeməyinizi yeyin bilərik nə olduğunu sonra. Nərgizə anası yemək çəkib verdi, Nərgiz götürüb təşəkkür etdi. Anası ərinədə yemək çəkib verdi, əridə təşəkkür edib yeməyini götürüb yeməyə başladı, – arvadına: əllərinə sağlıq canım çox dadlı olmuş həmişəki kimi. Arvadıda əyləşdi, ancaq yeməyə toxunmadı, yenə ürəyi qalmışdı Kamilin ardınca, üzgün baxışlarlarla baxıb – ərinə: nuş olsun canım.

Kamil maşının sürətini artırdı, Aylınin yanına çatmağa tələsirdi çox əsəbiydi arvadın dediyi sözlərə görə, öz – özünə: artıq sən yolunu yaxşıca azdın Sənubər xanım.

Aylında arvadın bilərəkdən qırıq finçanı qoyaraq etdiyi pisliyinə görə və, üstəlikdə gəlib özünü gözünün içinə baxaraq təhtid etməsinə çox əsəbləşmişdi. Əlindən süzülüb dəsmaladan axan qanını unudub, bir nöqtəyə gözlərini zilləyib baxırdı əsəblə, arvadın səsı qulağinda cingildəyirdi hələdə, öz – özünə: nə etdim axı mən sənə? bu qədər qəddar oldun sən mənə qarşı. «Aylına düşünürdü, həyatda bir insanın, o biri insana qarşı bu qədər qəddar olmasında ciddi bir səbəb olmalıydı, əks halda bəlkədə düşmən belə alçaqlığı etməzdi».

Ramiz otağından çıxıb aşağı gəlirdi Kamil gəldi qaçaraq, bir söz demədən mətbəxtdə tərəf qacdı getdi, Ramiz öz – öünə: nə olur burda? Kamilin ardınca qaçaraq mətbəxtdə getdi. Kamil gəlib Aylının əlindən necə çox qan axdığını gördü həyəcanlandı, özünü itirmədən başqa dəsmalla Aylının əlini sarıdı tutub. Ramizdə gəldiyində gördü yerə tökülmüş qanı, – olara: nə olur burda? Aylının əlini Kamil sarıdığında anladı ki, əlini kəsdiyini. Ancaq Kamilin hardan xəbəri olduğunu anlaya bilmədi hələlik, Kamil – Aylına: Aylın gedək həkimə baxsın əlini pis kəsmisən. Aylın fikirdən ayılıb Ramizlə – Kamilə baxdı. Kamil anlamışdı Aylının şokda olduğunu, – Aylına: əlinə baxsın həkim gedək qolundan tutub apardı Aylını. Ramiz masanın üstündən yerə axan qana baxa qalmışdı, tez mətbəxtdən çıxıb ardlarınca getdi. Aylın əlini sıxaraq tutub getdiyi yerdən dayanıb baxdı, – Kamilə: mən getmirəm heç yerə, gərək deyil mənə yardım – həkim, zəhmət çəkmə. Qolunu Kamilin əlindən çəkib öz otagına getdi. Ramiz – Kamilə: nə oldu əlinə, niyə kəsmiş? Kamil – Ramizə: onu həkimə apamaq lazımdır, sonra danışarıq qalanını.

Aylının ardınca gəldilər otağa, Aylın – Ramizə: mənə ilac qutusunu gətirsənə zəhmət olmasa. Ramiz tez otaqdan çıxıb ilac qutusunu gətirməyə getdi, Kamil Aylına baxırdı çarəsiz baxışlarla. Aylın hələdə fikirli idi, yadından çıxmırdı arvadın dediyi ağır sözlər ürəyinə toxunmuşdu. Kamil dərindən nəfəs alaraq – Aylına: gedək həkim baxsın əlini dərin kəsmisən, belə qanın dayanmayacaq. Aylın başıyla yox deyə işarə etdi, – Aylına: mən bilirəm hər şeyi eşitdim, Ramiz içəri əlində ilac qutusuyla girdiyində, Kamilin dediyi sözü eşitdi. Ramiz – Kmilə: nəyi bilirsən sən? məndə bilə bilərəmmi, Aylının əli kəsiləndən başqa nələr olur burda. Aylın əlindən qutunu götürüb amağa çalışdı bir əliylə alınmadı, Kamil yaxınlaşıb cəld kömək etdi. Açdı içindən lazım olan ilacı – binti götürdü, Aylın əlinə sarınmış dəsmalı açarkən heç ağrısına fikirdə vermirdi. Qan yerə tökülməsin deyə açdığı dəsmalı əlinin altına tutdu. Kamil – Aylına: icazə ver yardım edim xayiş edirəm bunada yox demə, Ramiz Aylının dərin kəsilmiş əlinin yarasını görüb pis oldu. Əlini gözlərinin üstünə tutub – Aylına: off nə etdin canim sən, belə ehtiyatsızlıqmı olar? Kamil əsəblə – Ramizə: o bilərəkdən kəsməmiş əlini, yardım etmişlər kəsilməsinə. Ramiz anlamadı baxdı sual dolu baxışlarla Kamilə, Kamil əlindəki ilcdan Aylının əlinin yarasına töküb – Aylına: kəsilməsinə yardım etmişlər, elə deyilmi? üzünə baxdı. Aylında Kamil belə dediyində baxdı ona təcüblə, hardan bildi əlinin arvad tərəfindən kəsilməyə səbəbinin olduğunu? birdən xatırladı son anda Kamildən zəng gəldiyini və, telofonu açaraq cavab verməyə imkan tapmadığını. Aylın – Kamilə: sus Allahın xətrinə sıx dilini dişlərinə, Ramiz Kamilin qolundan tutub özünə tərəf çevirdi üzünü, – Kamilə: nə olur burda? nəyi deməyəcəksən dişinə sıxaraq susacaqsanmış. Kamil Ramizin gözlərinin içinə baxaraq, mənim səndən gizlin saxlayacaq bir şeyim yoxdur dostum. Aylının əlinin belə kəsilməsində ananın əli var, o qoymuş qabların içinə qırıq fincanı. Sonrada Aylını qabları yumağa çağırmış, bravo gözəl qurmuş tələsini alqışlar əksikdir. Ramiz Kamilin yaxasından tutub acıqlandı, sən nə deyirsən? agzından çıxanı qulağın duyurmu sənin? Kamil Ramizin əlini əsəblə yaxasından qırağa çəkib, cibindən telofonunu çıxardı. Kamil – Ramizə: mən sübutsuz söz deməyi sevmirəm bilirsən məni, al dinlə son zəngimdə yazılıdır hər şey. Telefonunu verdi – Ramizə: mən qıza yardım edən arada, ananın tam danışığını dinləyə bilərsən, tamammı? yaxınlaşıb Aylının əlininin qanını silib ilac damladıb, yarasını yudu. Binti götürüb tələsərək əlini sarımaga başladı k,i axan qanı saxlaya bilsin. Aylın əlini sarıyan Kamilin üzünə baxaraq, niyə dedin deyə üzündə narazı bir ifadə yarandı. Kamil əsəbi və çox kefsiz idi bu olanlardan, Aylınin heç üzünədə baxmırdı əlini baglamaga davam edirdi.

Ramiz kənara gedib anasının sısini dinləyirdi telefonu qulağına tutub, dinlədikcə dəhşətə gəlirdi, üzünün ifadəsi dəyişirdi. Birdən bagiraraq telefonu götürüb otaqdan çıxıb getdi, Aylın səslədi ardınca – Ramizə: qayıt hara gedirsən? Aylın – Kamilə: durdur onu. Kamil elə bil heçnə eşitmirdi, əlini sarıyıb düyümlədi bintin uclarını. Aylın ayağa qalxıb Ramizin ardınca getmək istədikdə, Kamil çiynindən tutub geri otuzdurdu imkan vermədi, Aylın Kamilə baxdı. Kamil – Aylına: inan ki o getməsə mən gedecəkdim, Aylın nə isə demək istəyirdi imkan vermədi, Kamil o qədər əsəbi idi başıyla işarə etdi ki, heç bir şey deməsin. Aylının əlini sarıyanda köynəyinə qan ləkəsi dəymişdi görməmişdi. Aylın Kamilin köynəyinə bulaşmış qan ləkəsinə baxıb nə isə demək istədi, ancaq demədi susdu.

Anası otağında telefonla danışırdı, Ramiz qapını döymədən içəri girdi əsəblə, anası dönüb baxdı oğluna təcüblə ki, bu nə ədəbsizlikdir mənasında. Telefonu kənara tutub – Ramizə: bu nə mədənyətsizlikdir? Ramiz o qədər əsəbi idi ki, anasının əlindən alıb telefonu kənara tulladı. Anası oğlunun üzünə baxdı, – Ramizə: sən nə edirsən? bu nə həddir aşırsan? Ramiz anasının üstünə – üstünə yeriyərək, dişlərini bir – birinə sıxaraq, -ansına: sən həddini aşanda heçnə olmur hə? sənə olar hədd aşmaq eləmi? hətta o qədər aşarsan ki, başqalarının qanını axıtmaqdan həzz alarsan. Sən manyaksanmı? anasına elə bagırdı ki, oğlunun yüksək səsindən qorxdu səksəndi, – anasına: Aylının əlini kəsməkdə yardımcı olduğundan xəbərim var, anası tez özünü təmizə çıxarmağa çalışdı. Bax sən ifritəyə, əlini özü kəsib mənimi günahkar hesab edir? məni sənlə düşman salır oğlum, inanma ona. Ramiz bagırdı anasına suss danışma, burda ifritə varsa oda sənsən ana sən, duydunmu? başqa heç kimi günahlandırma, ifritəlikdə yerini tutan olmaz sənin. Sənə inamım itdi lənət olsun sən məni itirdin ana, anlaya bilirsənmi dedklərimi? oğlunu itirdin, sənə ana deməyə dilim belə gəlmir artıq. Bezdim sənin oyunlarından acı sözlərindən bezdim, bezdim, bagırdı! – Ramizə: mən indi ona göstərərəm şər atmaq nə deməkdir, getmək istədikdə Ramiz qolundan tutub qarşısında saxladı, əsəblə anasının qolunu bərk sıxaraq buraxmadı. Dur hələ hara gedirsən? telefonda yazılan səsini dinlətdi özünə, oğlunun əlində sıxılıb qalmış qolu acıyırdı, qorxusundan dartınada bilmirdi. Telefondakı Aylını təhtid etdiyi sözlərini dinlətdirdikcə, bi ixtiyar anasının qolunu birazda bərk sıxırdı. Anası oğlunun əlindən qolunu çəkməyə çalışdı, gücü yetmirdi qalmışdı çıxılmaz vəziyyətdə, nə deyəcəyinidə bilmədi artıq sübut vardı əlində, – Ramizə: oğlum qolumu acıtirsan burax. Ramiz dişlərini bir – birinə sıxaraq, – anasına: sən hər kəsin canını hər gün, hər saat acıtırsan, anasının qolunu buraxıb nifrətlə baxdı gözlərinə. Anası oğlunun baxışlarından anladı ki, hər şey pisliyə dogru gedirdi və əməllərinə görə gözdən düşürdü, artıq üzünün maskasını dəyişmək zamanı çatmışdı.

Yaltaqlanmağa başladı, oğlum bağışla məni, Ramiz barmaqlarıyla saymağa başladı – anasına: 1- ci, artıq Aylına ilişməyəcəksən, 2 – ci atamın ürəyi xəstədi bilirsən ama səndə o iman hardadır ki? atamı əsəbləşdirəcək hərəkətlər etməyəcəksən, 3 – cü Aylın bu evin üzvüdür beyninə sox qəbul et və qıza davranışını dəyiş toxunma ona, 4 – cü bu evdə çalışan insanları acılamayaçaqsan, əsasda Məlik dayıya hörmətlə yanaşacaqsan, anladınmı? 5 – ci, dilinə hakim olacaqsan duydunmu məni? əks halda bu səs atama çatacaq. İnan ki heç sənin gözünün yaşına baxmaram, dinlətərəm bütün danışıqlarını, bilirsən atam bunu eşitdiyində səni o günü boşayacaq, mənidə tamami ilə itirmiş olacaqsan, anladın sən. Anasına tərs – tərs baxıb otaqdan çıxdı, arvad əliylə sinəsini tutub Aylına qarğış etdi. Səni lənətə gələsən, mənimlə hər danışanı yazaraq şantaj edirsən? elə olsun, sən dayan mənim adım Sənubər olmaz bunu belə qoyarsam.

Ramiz otağa gəlib telofonu Kamilə qaytardı, yanında əyləşib – Aylına: bu dəqiqədən sonra daha sənə toxunmayacaq o, Aylın Ramizin çiyninə əlini qoyub dərindən nəfəs alaraq, – Ramizə: ananı acılamadın inşallah. Ramiz təcüblə baxaraq – Aylına: sıgalmı çəkəcəkdim ona bütün bu etdiklərindən sonra? Aylına xəcalət oldu. O sənin anandı səni çox istəyir, onun işi mənimlədir səninlə deyil, sən qarışma xayiş edirəm, Ramiz Kamilə baxdı nə deyəcəyini bilmədi. Kamil – Aylına: mənim ailəm səninlə tanış olmaq istəyir, söz verdim bir gün gətirəcəm səni bizə, o gün bu gün olsun, gedək mənimlə bizə bacımda var tanış olarsınız, oda sənin gəlməni çox gözləyir. Kamil Aylını özlərinə aparmaq istəyirdi ki, biraz evdən uzaqda qalsın başı qarışsın fikri dağılsın. Aylın – Kamilə: çox sağol, ailənə adımdan salamımı və təşəkkürümü çatdırarsan, qismətdirsə bəlkə bir gün gəlib tanışarıq yaxından. Kamil daha zor etmədi bilirdi qız çox kefsiz idi, Kamil – Ramizə: əlini elə qoymaq olmaz, mütləq həkim baxmalıdır yarası dərindir. Ramiz – Aylına: qalx canım üzmə məni gedək, çox qalmarıq tez qayıdarıq. Tanış həkimimiz var o baxsın əlinə, Aylın Ramizin sözünü yerə salmadı, həmdə evdən uzaqlaşmaq bəlkə yaxşı gələrdi ürəyinə az vaxlıqda olsa. Ramiz qolundan tutub Aylını oturduğu yerindən qaldırdı. Aylın gəldiyindən az yeyirdi, iştahmı qalardı adamda belə yerdə? olan qanınıda axıtmışdı, başı fırlandı gözləri qaraldı. Ramiz tez qolundan tutdu yardım etdi, anladı başı fırlandığını, – Aylına: yaxşısanmmı? – Ramizə: yaxşıyam narahat olma. Ramizin qolundan tutaraq, gedək gedəcəyimiz yerə, otaqdan çıxdılar ardlarıncada Kamildə çıxdı qapını örtdü.

Aylının əlinə həkim baxıb sarıdı bağladı, – Aylına: çox ciddi kəsmişsən qızım yaran dərindir, əlinə görə bir neçə ilac yazacam yaran tez sağalsın, həmdə ağrıları götürsün. Həkim – Ramizə: atan necədir oğlum? çoxdandır görmürəm imkanım olmur işdən çıxam harasa. Ramiz – həkimə: şükür yaxşıdı Davut dayı çox sağol, – Ramizə: salamımı çatdırarsan atana mütləq. Ramiz – həkimə: baş üstə Davut dayı deyərəm, həkim yazdıgı kağızı Ramizə verdi, buları alın mütləq işlədin, yarayada mikrob düşməməkçün ehtiyat etsin qorusun. Ramiz kağızı götürüb həkimə təşəkkür etdi bir daha, sagol Davut dayı Allah səndən razı olsun.

Aylın ayağa qalxıb otaqdan çıxarkən geri dönüb, – həkimə: sagolun, həkim – Aylına: ehtiyatlı ol qızım, gülümsədi. Həkim qapıdan çıxmamış yavaş səslə – Ramizə: sənin sevgilindirmi? – həkimə: yox Davut dayı rəhmətlik bibimin qızıdır, bizimlə yaşayır ailəsini maşın qəzasında itirdi. Həkim duyduğunda kədərləndi, – Ramizə: Allah rəhmət eləsin oğlum, olardan kəsən ömürlərini evladına versin, mən deyirəm bu qız niyə bu qədər üzgün – fikirlidir? of yazıq qız yetim qalmış. Ramiz – həkimə: amin sagolun Davut dayı ölənlərinizə rəhmət olsun, biz varıq yetimliyini hiss etdirməməyə çalışırıq, icazənizlə mən gedim. Həkim – Ramizə: buyur oğlum icazə sizindir.

Ramiz qapını örtüb Aylının ardınca yetişdi, Kamil maşının yanında söykənib gözləyirdi, Aylınla Ramizin gəldiyini görüb – olara: hər şey yaxşıdırmı? Ramiz – Kamilə: yaxşıdı indi. Tikdilər yarasını ən azından qanı az axar, Kamil tez sukan arxasına əyləşdi. Ramiz maşının arxa qapısını açıb Aylını otuzdurdu, özüdə yanında əyləşdib qapını örtdü. Kamil güzgüdən baxıb – olara: bəlkə bizə gedəyin? anamda nigarandı, məndə bayaq qaçaraq evi tərk etdim. Demədim çıxarkən nə olduğunu, sizi görsə çox sevinər nə deyirsiniz? Ramizdə istəmirdi Aylın tez evə getsin və atasıda görsün sarıqlı əlini. Ramiz – Aylına: gedək çanım Solmaz xala yaxşı insandır, mənim anama bənzəmir. Hələ bizim şıltaq Nərgiz bacımızı demirəm, mən onu görməyəni çox oldu, darıxdım gedək sevinəcək bizi gördüyündə. Kamil dərindən nəfəs alaraq – Ramizə: şıltaqlığından danışma dostum, imtahanlara elə bil o deyil mən hazırlaşıram. O qədər kömək edirəm hələ boynuma borç qoyub ki, imtahanı qazansam onu özü istədiyi yerə gəzməyə aparmalıyam, Ramiz gülümsədi. Kamil artıq soruşmadı Aylından gedək ya getməyək deyə, anlayırdı ki artıq Aylınada fərqi yox idi hara getsədə. Maşını işə salaraq qaza basdı getdilər, yol gedərkən Kamilə – Ramiz Aylının zarafat edərək başını qatmağa çalışırdılar. Kamil Ramizlə başlarına gələn hadisədən danışırdı. Aylın gülümsəməyə çalışırdı, ama olanları bir anlıqda olsa başından ata bilməsədə, bütün gücünü toplayaraq oları üzməməkçün dinləyirdi. Bu ikisinin başlarına gəlmiş hadisələri duyduqca, gülməməkdə mümkün deyildi. Ramiz arxadan Kamilin çiyninə vurub danışıb gülürdülər, çox yaramazlıq etdikləri anlaşılırdı, Aylın olara baxırdı.

Sənubər oyana – buyana gəzirdi, acığından nə edəcəyini bilmirdi, telefonu götürüb kiməsə zəng etdi, alo səninlə görüşməyim lazımdır. Bu gün mütləq vaxt tab mənimçün anladınmı? biraz qulaq asıb, mən birazdan gəlirəm, telefonu söndürdü. Xidməni səslədi, maşını hazırlasın şoferə bildir gəlirəm, xadimə baş üstə xanım getdi şoferə bildirsin, arvarda əsəblə yuxarı getdi.

Kamil gil evə çatmışdılar, Kamil anasını səslədi ana biz gəldik. Nərgiz gəldi qaçıb Ramizin boynuna sarıldı uşaq kimi qucaqladı, – Ramizə: xoş gəldin Ramiz qardaşım, hardasan bir aydır gəlmirsən niyə? Ramizdə Nərgizi bağrına basıb qucaqlayıb öpdü. Xoş günün olsun mənim gözəl bacım, bax həmdə kimlə gəldim deyəcəkdi, Nərgiz qoymadı Ramiz sözünü desin – Ramizə: dur mən tapım kim gəlmiş bizə. Nərgiz Aylına baxdı, Kamil qardaşımın bəhs etdiyi qızdır Aylındır, düz tapdımmı? Kamil – bacısına: hə Aylındır düz tapdın. Nərgiz mehribanlıqla yaxınlaşıb Aylının boynuna sarılıb, – Aylına: ayy gərçəkdən şirinsənmiş, qardaşım o üzdən adını tez – tez çəkir evdə. Sevindim gəldiyinə xoş gəldin gözləyirdik səni. Aylında bir əli ilə Nərgizi bagrına basaraq – Nərgizə: çox sagol xoş günün olsun, haqqında eşitdim yol gələrkən qardaşlarından. Həqiqətəndə şirin istəməli bir bacısanmış, səninlə tanışmama məmmun oldum, Aylın zarafatla – qıza: gərçəkdən qardaşlarının fəxrisən çox sevirlər səni, özləri eşitməsinlər. Nərgiz gülümsəyərək, – Aylına: məndə oları çox istəyirəm, ara – sıra incidirəm məni gəzməyə aparın deyə aparmırlar. Kamilnən Ramiz bir – birinə baxdılar, Nərgiz elə dediyində. Səndə qardaşımın anlatdığı kimi gözəl qızsanmış, buyurun keçin ayaqda qalmayın. Kamil bacısına baxdı ki, sus hər şeyi açıb ağartma anlamında. Nərgiz – olara: mən indi anama xəbər verim gəldiyinizi getdi. Kamil divanı göstərərək – Aylına: əyləşin buyurun çəkinməyin, Aylın keçib əyləşdi. Ramiz – Kamilə: mənim telofonumun enerjisi bitir, – Ramizə: get qoy otağımda enerji yığsın, atan zəng edər sönülü olmasın telefonun.

Ramiz gedirdi Solmaz xanımla rastlaşdı, – Ramizə: ayy mənim yaraşıqlı oğlum xoş gəldin, qucaqlaşıb görüşdülər, necəsən oğlum? Ramizdə arvadı qucaqlayıb mehribanlıqla, yaxşı olmağa çalışırıq anam. Siz necəsiniz? arvad mehribanlıqla gülümsəyərək, – Ramizə: qurban olaram mən sizə, səni gördüm dahada yaxşı oldum oğlum, nə yaxşı gəldin darıxmışdım. Kamilədən soruşurdum niyə gəlmir deyə, – arvada: mən telofonumu enerji yığmağa qoyub gəlirəm, danışarıq anam. Arvad mehribanlıqla – Ramizə: get qoy oğlum, Ramiz getdi. Aylın Kamilin anasının gəldiyini görub ayağa qalxdı. Arvad gülər üzlə gəlib sanki çoxdan tanıyırmış kimi – Aylına: xoş gəldin qızım, səni çoxdan gözləyirdik sevindim gəldiyinə. Aylını qucaqlayıb öpdü, Aylında arvadla quçaqlaşıb görüşdü, – arvada: sağ olun Solmaz xala xoş gününüz olsun, məndə sizinlə tanışmama çox sevindim. Arvad mehribanca Aylının əlindən tutaraq oğluna baxdıb, – Aylına: sən gəldiyindən deyirik bizi tanış et qızı qonaq dəvət et. Ancaq cavanlar belədirlər, tamam deyirlər sonra unudurlar, Aylın kəsik əlini ardında saxladı ki, arvad görməsin. Aylın – arvada: dəfələrlə təklif etdi Kamil çox sagolsun, çox tərbiyəli mərəfətli evladlarınız var. Sizin adınızıda Ramizdən duydum, gözlərimin şahidi oldum gərçəkdən adlarınıza layiq seviləcək insanlarsınızmış. Duymaq başqa, gözlə şahid olmaq başqa demişlər, – Aylına: qarşılıqlıdır fikirlərimiz qızım, tanışdığımıza çox sevindim. Gülər üzlə mehribanlıqla – Aylına: buyur keç əyləş qızım, öz evin bil. Aylının sarıqlı əlidə gözündən qaçmadı, keçib əyləşdi. Ramizdə gəldi, Solmaz – Ramizə: səni bir aydı görmürəm oğlum gərçəkdən çox darıxdım, gəlsənə mənimlə qəhvə hazırlayaq ikimiz. Ramizdə anladı, nələr olduğunu soruşmaqçün çagırdığını özüylə mətbəxtdə, canım anam məndə darıxmışdım sizinçün gülümsədi, gedək yardım edim sizə mətbəxtdə getdilər. Aylın sıxılırdı, Kamil anladı narahat olduğunu, – Aylına: indi atamda gələcək, səninlə oda tanış olmağa istəyirdi çoxdandı. Aylın yavaş səslə – Kamilə: mehriban – hörmətçil ailən var, Allah sizi qorusun. Kamil – Aylına: çox sagol, sənidə valideyinlərin çox tərbiyəli – hörmətçil böyütmüşlər, olarında ruhları şad olsun. Aylın ailəsinin adını duyduqda, dahada sıxıldı – üzüldü. Kamil analadı Aylının yarasını təzələdiyini, – Aylına: bağışla səni incitmək istəmədim. Aylın – Kmilə: yox incitmədin narahat olma, məcburən alışıram artıq yoxluqlarına.

Ramiz mətbəxtdə Solmaz anasına anlatırdı olanlar bir – bir. Ramiz anlatdıqca əsəbləşirdi, köynəyinin boynunu dartırdı ürəyi sıxılırdı, arvatda duyduqlarından dəhşətə gəlirdi, əlini ağzına tutub dinləyirdi. Ramizin anasının bu çürə qəddarlıqlarına inana bilmirdi. Ramiz əlini danışdıqca yanmışdığından, masanın kənarına vururdu yavaş – yavaş. Bütün olanlar Ramizi sarsıltmışdı çox xəcalət çəkirdi üzülürdü, arvatda başını narazılıqla sirkələyərək, əlini gah ağzına tutur, gahda ürəyinin üstünə qoyurdu.

Atası gəldi Aylını görüb Kamilə baxdı, haqqına duydugum Aylın xanımdırmı? Kamil – atasına: hə ata, ayağa qalxdılar ikisidə. Atası yaxınlaşıb əlini uzatdı mehribanlıqla – Aylına: xoş gəldin qızım səni görməyimə şadam. Aylında kişinin əlini sıxaraq – kişiyə: məndə sizi görməyimə şadam Nadir bəy. Kişi – Aylına: Nadir dayı deyə bilərsən qızım, bəy sözü ailə üzvülərinə ait deyil. Aylın bir anlıq sarsıldı başqalarından gördüyü mülayim davranışdan, özünü toparlayıb – kişiyə: çox sağol Nadir dayı. Atası – Kamilə: hanı mənim gözəl qızım? Nərgiz gəldi, burdayam atacan gəlib atasını qucaqladı uşaq kimi, atası qızını sinəsinə sıxaraq alnından öpüb – Aylına: bax buda mənim ərköyün şıltaq qızım. Nərgiz – atasına: biz tanış olduq Aylınla, sevdim onu görən kimi çox şirindir, atası – qızına: çox gözəl qızım, sevindim tanışmışsınız. Əyləşin buyurun ayaqda qalmayın, Aylınla – Kamillə oturdular. Nərgizdə gəlib Aylının yanında əyləşdi, başını çiyninə qoyub baxdı. Atası – olara: anan yoxmu? Kamil – atasına: Ramizlə mətbəxtdədilər. Atası oturmadan – olara: mən bir baxım Ramizi görməyən bir aydır, darıxdım oğlumçün getdi.

Nərgiz Aylının əlini sarıqlı görüb, əlinə nə olub? Aylın əlinə baxıb – Nərgizə: ehtiyatsızlıqdan qab yuyarkən kəsdim. Aylın Kamilə baxdı ki, başqa söz deməsin Nərgizin yanında. Kamil dərindən nəfəs alıb kənara baxdı. Nərgizin ürəyi yandı Aylının əlinin kəsilməsinə – Aylına: ayy yazıq çox acıtmışdır, ehtiyat et birdə kəsmə tamammı? Aylın Nərgizə baxıb gülümsədi. Tamam olaram ehtiyatlı sən üzülmə, Nərgiz – qardaşına: Aylınla məni gəzməyə aparacaqsınızmı? Kamil bacısına kefsiz baxdı. Aylın tez cavab verdi Kamiln əvəzinə, – Nərgizə: nə hünərləri var bircəcik bacılarını aparmasınlar. Sən hara desən aparacaqlar, elə deyilmi qardaşı? Kamilə baxdı ki, qızın xətrinə dəyməsin. Kamil sevindi Aylının bir anlıq başqa bir şeydən danışaraq, fikrini dağıta bildiyinə görə. Kamil – Aylına: əlbətdə səndə gələcəksənsə gedərik, apararam hara istəsəniz. Nərgiz uşaq kimi şad oldu Aylına qısılıb qucaqladı, urra nə yaxşı gəzməyə gedəcəyik birlikdə, qardaşım hara desək aparacaq. Aylın Nərgizin çiynindən tutub özünə sıxaraq, şiltaqlığına baxaraq gülümsədi.

A nası gildə gəldilər əllərində qəhvə dolu sini ilə, Ramiz yardım etdi qəhvələri paylamağa. Ramiz – Solmaza: anam əyləş mən həll edərəm, atasıda keçib əyləşdiyində, Aylının kəsilmiş əlinə baxaraq dərindən nəfəs aldı. Mətbəxtdə arvadı anlatmışdı ərinə olanları, kimsə Aylının əli haqda soruşmadı artıq Nərgizdən başqa, hamı keçib əyləşdilər yerlərində. Solmaz – Aylına: bax qızım bu gündən səndə bizim qızımız sayılırsan, tez – tez gələcəksən bura, danışdıqmı? qızımda tək darıxır evdə, birlikdə vaxtınız geçər darıxmazsınız. Aylın – arvada: çox sağolun gələrəm Solmaz xala, əridə arvadının sözünə dəstək oldu – Aylına: öz evin bil qızım, utanmağnı – çəkinməyini istəmirik. Nərgiz Aylının qəhvəsini birazda yaxınına qoydu, sənin əlin yaralıdır mən qulluq edim sənə. Aylın Nərgizin uşaq kimi xasiyyətinə – danışığına baxıb gülümsəyərək, təşəkkür etdi. Aylın – Nərgizə: çox sağol bacım, artıq belə bacım var müharbəyə belə könüllü gedərəm, yaralanmaqdan da qorxmaram. Nərgizin sözündən hamı bi kef olsalarda, Aylının zarafatına gülümsəyərək baxdılar. Solmaz – Aylına: bu gün burda qalmanı bizimlə söhbət etməni istəyirik, yaxındanda tanış olarıq söhbət edərik, nə deyirsən qızım? Aylın – arvada: başqa vaxt gələrəm Solmaz xala. Birdən xatırladı nəyi isə – Ramizə: unutduq şirinyatı maşında. Ramiz tez ayağa qalxıb – Aylına: indi gedib mən gətirərəm, Kamildən maşının açarlarını götürüb getdi. Arvad – Aylına: nə şirinyatdı qızım? Kamil – anasına: yolda maşını zorla saxladıb şirinyat aldı bildiyində bura gəldiyini, qonaq gəlirəm əli boş olmaz deyə tutdurdu. Anası gülümsəyərək, – Aylına: qızım sənin gəlməyin bizi çox şad etdi, gərək deyildi zəhmət çəkmisən. Sən gəl şirinyatı məndən olsun, tamammı? – arvada: bir şey deyil Solmaz xala. Böyüklərimdən elə gördüm, adətimizdə var gedilən evə əli boş getməzlər deyərdilər. Əri gülümsəyib, arvadına baxaraq Aylının mətəfətindən – mədənyyətindən xoşu gəldiyini işarə etdi.

Ramizlə Aylın gec gəldilər evə hamı yatmışdı. Aylın – Ramizə: gecən xeyrə qalsın birdənəm, çox sağolun ikinizdə bu günkü günçün. Ramiz – Aylına: gecən xeyrə canım xoşdur, əlini gözlə yatarkən əzilməsin -acımasın. Çəkinmək yox nə isə lazım olsa məni oyat, tamammı? – Ramizə: Allah rahatlıq versin, lazım olsa deyərəm yat səndə, otagına getdi. Ramiz – Aylına: sənədə canım, otagının qapısını açıb otağına keçdi.

Kamildə yatagına uzandı dərindən nəfəs alıb fikirləşirdi, axlından çıxmırdı bu gün olanlar ürəyi sıxıldı, yerində oturdu. Dərindən nəfəs alıb telefonunu götürüb, bu günkü Aylınla – Sənubərin danışığına qulaq asdı təkrar. Qulaq asarkən gözlərini bir nöqtəyə zilləyib baxdı, öz – özünə: sən bunu belə qoymayacaqsan bilirəm pis qadın, yenə bir şeylər qarışdıracaqsan dayanmasan rahat əvəz çıxmadan. Yazıq qıza daha nələr edəcəyini bir Allah bilir, birdə pis əməlləri olan sən. Ramizə zəng etdi, alo yatmamısan ki? qulaq as nə deyirəm. Çoxda rahat yatma, gözün – qulağın Aylında olsun, anladınmı məni? mən çox narahatam bu gecədən. Kamil biraz qulaq asıb dərindən nəfəs aldı, – Ramizə: yaxşı sənədi ümidim gecən xeyirə qalsın, telefonu söndürüb kənara qoydu yatağına uzandı, ancaq gözünə yuxu getmədi baxa qaldı.

Səhər açılmışdı, Aylın yerindən qalxıb həyətə gəldi. Məlik həyətin qapısından çıxırdı ki, Aylın arxadan səslədi, Məlik dayı gözlə məndə səninlə gəlirəm. Kişi Aylını gözlədi, Aylın çatıb – kişiyə: sabahın xeyir Məlik dayı, mehribanlıqla – Aylına: sabahın xeyir qızım, xanım əsəbləşməsin yenə mənimlə gəldiyinə görə. Aylın əliylə Məliyin qolundan tutub – kişiyə: gedek sən ona fikir vermə, birdəki unutdunmu özün dedin səbir edim, bax edirəm sənin xətrinə, gülümsədi. Özün duydun o dəfə mənə dayım icazə verdi səninlə hara olsa gedə bilərəm dedi. Qapıdan çıxdılar Məlik Aylının əlinə baxdı, – Aylına: əlinə nə olub qızım? Aylın olduğu kimi dedi – Məliyə: xanım qabların içinə kəsik fincan qoyub ki, mən əlimi kəsim. Kişi Aylına baxdi dayanıb getdiyi yerindən ayaq saxladı, – Aylına: qızım anlayıram səni sevmir xanım, ama bu qədərinidə etməz, arxadan səs eşidildi – Məliyə: etdi düz deyir Məlik dayı. Aylınla Məlik dönüb baxdılar Ramiz idi gələn, yaxınlaşıb – kişiyə: Aylın düz deyir Məlik dayı anam etmiş bilərəkdən. Ancaq bundan sonra Aylına yan baxışlarıyla belə baxa bilməyəcək, əks halda bilir başına gələcəkləri. Kişi eşitdiklərindən baxa qalmışdı pərt, – Ramizə: necə yəni düz deyir? xanım bilərəkdənmi etmiş bunu? Ramiz kişinin qolundan tutub, gedəyin çoxdandır məndə getməyən dostuma – xalama. Məlik sağ – solunda özüylə məzarlığa doğru addımlayan Aylınla – Ramizə baxıb fəxr etdi. Gözlərində sevinc işığı göründü, eyni andada göz yaşlarına hakim ola bilmədi, gözlərinin yaşını qoluna sildi uşaq kimi. Aylınla Ramiz anladılar kişinin kövrəldiyini, Aylın bir qoluna, Ramizdə o bir qoluna -qollarını salaraq, mehribanlıqla yanınca getdilər.

Kamil gecəni yata bilməmişdi, anası gəlib yanında oturdu, oğlunun saçlarını sığallayıb mehribanlıqla – oğluna: oglum səhər yeməyinə qalxmadın, yatmadınmı sən gecə? Kamil gözlərini açıb anasına baxı. Anası – Kamilə: oğlum xəstələnməmisən ki? bu qədər yatmazdın sən heç, hər səhər qaçardın idman edərdin, bu gün qalxmadında yerindən. Kamil anladı yatıb qaldığını – anasına: yox anacan narahat olma, xəstə deyiləm. Bu gecə gec yatdım oyana bilmədim, anası oğlunun saçlarını mehribanca sığallayaq, Aylına olanlarla əlaqəlidir bilirəm narahatsan bu aralar, ancaq bax Sənubəri lazımı yerinə otuzdurdu Ramiz. Çalış artıq üzülmə, tamammı oğlum? Kamil yerində oturub əlini üzünə çəkib baxdı, – anasına: Aylın böyük təhlükədədir ana, bilmirsən sən. Sənubəri mən yaxşı tanıdım qıza təhtid edərək dediklərindən, dinç durmayacaq o qisas almağa yeni çirkin planlar quracaq. Qurmuşdur bəlkədə kim bilir? anası üzüldü – oğluna: vah – vah yazıq qızdan nə istəyir axı bu qadın? bu qədər qəddarlıq yetimə edilməz Allah cəzasını verər qısa zamanda. Kamil fikirli, fikirli, – anasına: elələrinə çox təssüf ki heçnə olmur ana. Anası ayağa qalxdı, – Kamilə: sən qalx oğlum əl – üzünü yu gəl yeməyini ye, bu haqda Ramizi bura çağırıb söhbət edərik. Qızın biraz vaxlıq bizimlə qalmasına atasını razı salsın. Kamil anasına baxaraq, gözəl fikirdir ancaq atası razı olmaz bunu bilirəm, anası mehribanca – oğluna: sən qalx məsləhətləşərik birlikdə, otaqdan çıxdı. Kamilə biraz ümid yeri oldu anasının deyi bu sözdən sonra, ancaq bilirdi bu xəyal idi alınmazdı dedikləri kimi. Üstündən yorğanı atıb tez qalxdı yerindən, köynəyini geyinib otaqdan çıxdı köynəyinin düymələrini bağlaya – bağlaya.

Sənubərə zəng gəldi kimdənsə, telefonu götürüb cavab verdi alo, biraz qulaq asıb, nə oğlumda olarladırmı? oğluma zərər gələrsə səni məhv edərəm bilirsən. İfritə oğlumuda aparmış özüylə demək ki səhər tezdən, başını qaşıyaraq əsəblə oyana – buyana gəzdi. Gözə görünmə tez uzaqlaş ordan, oğlum olmayan zaman dediklərimi edərsən, eşitdinmi? oğlum yanında olmadığı vaxtı, qulaqlarını aç dinlə məni diqqətlə. Telefonu hirslə söndürüb kənara atıb deyindi öz – özünə: sənə qurtuluş yoxdur məndən, telefona səsimi yazdıraraq mənə qalib gəlmişmi sanırsan özünü? indidə oğlumu aparmışsan yanında məzarlığa. Allah cəzanı versin yetim zibil, demək sən düşündüyüm qədərdə axılsız biri deyilmişsən, olsun bir günün geci – tezi sayılmaz mən səbir edərəm. Mətbəxtdə tərəf ağzını tutub səslədi xadiməni, mənə qəhvə hazırla tez ol yatma orda, keçib divanda əyləşdi əsəblə üzünü turşudaraq.

Məlik çox şad olmuşdu oğlunu arvadını ziyarətə Ramizlə Aylın gəlmişdilər deyə, Ramiz dostunun məzarının yanında oturmuşdu sakitcə baxırıdı. Artıq səhər açılmışdı çoxdan, Mılik sıxılırdı evə gec olmuşdular deyə, Ramiz tələsmirdi getməyə, dostunun məzarına baxıb fikirə getmişdi. Yavaş səslə Məlik əyilib Aylına tərəf, xanım bizi yaxşıca danlayacaq evə çatdığımızda. Ramiz gözünü məzardan çəkmədən, Məlik dayı anam bundan sonra nə səni, nədə Aylını danlamayacaq. Narahat olma sən inan dediklərimə, mən sözümü demişəm ona çiddi olduğumu yaxşı bilir. Məlik heçnə anlamadı, Ramiz nə demişdi anasına? kişiyə anasının Aylına etdiyi hədə – qorxusunu anlatmamışdılar ki, yazıq çoxda üzülməsin, Aylın kənara baxdı. Olanlara görə xəcalət çəkirdi, Ramizin anasına qarşı nə isə deməsini istəmirdi heç. Özü anasına həsrət qalmışdı, istəmirdi Ramiz özünə görə anasıyla tərs düşsün, aralarında düşmənçilik yaransın sonsuza qədər.

Kamil yeməyini yeyib ayağa qalxdı, anası – Kamilə: oğlum Ramizi gətir bura mən söhbət edəcəm onunla, yaxşı ana gətirəcəm söz, üzündən öpüb getdi. Anası Kamilin acı çəkdiyini anlayırdı Nərgiz gəldi, anacan qardaşım getdimi? hə qızım getdi, vacib bir şeymi lazımıydı? Nərgiz əlindəki kitabı masanın üstünə qoyub əyləşd, i – anasına: gecmi gələcək? anası anladı ki, qızına kömək lazımdı dərs çlışmasıçün. Qardaşının biraz fikri dağınıqdır qızım, mən sənə kömək edim gəl yanıma. Nərgiz – anasına: yox ana sən anlamassan çətindir dərslərim, – Nərgizə: mən iki unversitet bitirdi qızım. Mən o qədərdə savadsız deyiləm, yardımımı istəmirsənsə o zaman qardaşının gəlməsini gözləyəçəksən, başqa çarən yoxdur. Ayağa qalxıb sinidəki qabları aparıb mətbəxtdə getdi. Nərgiz öz – özünə: iki unversitetmi bitirmisən? tez kitabını götürüb anasının ardınca mətbəxtdə getdi. Anacan niyə demirdin indiyə kimi? anası mətbəxtdə qabları sinidən götürüb yumaqçün qoydu gülümsədi, qızının özünün ardınca uşaq kimi tələsərək gəlməsinə ürəyi dözmədi, dönüb baxdı.

Aylın gildə gəlmişdilər evə, anası gəlib şirin dillə – oğluna: Məlikləmi getmişdiniz oğulum? Ramiz kefsiz – anasına: hə Məlik dayıyla getmişdik, bir narazılığınmı var yoxsa? anası tez dilləndi, – oğluna: yaxşı etmisiniz oğlum. Məndə bir ara vaxt tapıb gedim gərək ziyarətlərinə, oğlum axşama qonaqlarımız gələcəklər evdə ol xayiş edirəm. Ramizdə istəyirdi evdə hər şey yaxşı olsun söz – söhbət olmasın, atasıda üzülməsin xəstələnməsin. Anasının səhvini başa düşdüyünü düşünərək artıq onu kobutlmadı, – anasına: tamam evdə olacam. Anası şad oldu, – Ramizə: gedim axşama yemək hazırlasınlar tapşırım, sizdə yeməyinizi yeyin əyləşin, mənim işim çoxdur mənə baxmayın. Aylın arvadın hərəkətinə baxa qalmışdı, necə yəni? acı sözlərsiz zəhərini tökmədən yeni bir günün başlaması mümkün idimi? Aylın Ramizə baxdı. Ramiz – Aylına: gəl canım gedək yeməkyəmiizi yeyək, görünür artıq səhvini başa düşmüş anam. İnsanlar bəzən səhv edərlər, ancaq səhvlərini anlayaraq yarı yoldan dönəni bağışlamaq lazımdır, elə deyilmi? Aylın gülümsəyərək, – Ramizə: hə birdənəm. Allahda bağışlamağı sevir, biz ondan böyük deyilik ki? olan oldu keçdi. Ürəyinə rahatlıq gəldi Ramizin, dərindən nəfəs alıdı, Aylın anladı arvad özünə qarşı murdar əməlləri ilə hazırlaşırdı. Belə sifət edərək oğlunun gözünə girərək baş qatırdı ki, şüpələnməsinlər.