скачать книгу бесплатно
– Mən gülüb özümü nişan verdim. Şairin sözü yerini tutdu.
"Məlumat”, 21 iyul 1911, № 18
Məmmədəli Sidqi[2 - Məmmədəli Sidqi bundan başqa Sabir haqqında daha bir neçə xatirə yazıb çap etdirmişdir. ("Sabir və dostları", "Kommunist qəzeti", 28 dekabr, 1936, "Sabirin xəstəliyi", "Kommunist qəzeti", 24 iyul, 1936). Bu xatirədə nağıl olunan əhvalatlar sonrakı xatirələrdə təkrar edildiyi üçün biz həmin bu ilk xatirəni verməklə kifayətləndik. Məmmədəli Səfərov Sidqi (1888–1956) – məşhur müəllim və yazıçı Mirzə Məmmədtağı Səfərov Sidqinin (1854–1903) oğlu, jurnalist, "Molla Nəsrəddin jurnalının köhnə əməkdaşlarından biri. 1910-cu il noyabr ayının 13-dən 1911-ci il mart ayının 16-na kimi, Cəlil Məmmədquluzadənin şəxsi işlərilə məşğul olduğu üçün, "Molla Nəsrəddin" jurnalı Məmmədəli Sidqinin müvəqqəti redaktorluğu altında çıxmışdır. Sovet hakimiyyəti illərində Məmmədəli Sidqi uzun müddət "Kommunist" qəzeti redaksiyasında, ömrünün son illərində isə "Sosialist Sumqayıtı" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir.]
Kiçik bir xatirat
Yeri gəlmişkən acizləri də möhtərəm şairimiz Sabir haqqında bir parça xatirat yazıb bu gecə[3 - 1922-ci ilin ilk aylarında Bakıda Sabir adına kitabxanada M.Ə.Sabirin xatirəsinə həsr edilmiş ədəbi yığıncaq nəzərdə tutulur.] onu yad edənlərə təqdim etməyi faydadan xali görmədim.
Sabir Tiflisdə
1911-ci ilin əvvəllərində Sabir müalicə üçün "Molla Nəsrəddin" idarəsi tərəfindən Tiflisə gətirilmiş idi. Sabirin xəstəliyi günü-gündən şiddət etməkdə idi. Xəstəliyinə baxmayaraq, Sabir yenə də yazmaqdan əl çəkmirdi. Hər gün Bakıdan alınan türk (Azərbaycan) qəzetlərini təqib edib əhvali-zəmanəni mütəzəmmən şeirlər yazmaqda davam edirdi. Hətta Kürdəmirdən vaqona oturub Tiflisə gələnə qədər yolda:
Ağladıqca kişi biqeyrət olur,
Necə ki, ağladı İran oldu.
– Şeirini yazıb gətirmişdi. Sabir ilə bir otaqda yaşadığıma görə bəzən Sabir yatdığı bir halda oyanıb məni oturmuş gördükdə "qələmi al, bu taziyanəni yaz, bu qəmçini yaz" – deyərdi.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: