banner banner banner
“Martiroloq” və Tarkovski haqqında xatirələr
“Martiroloq” və Tarkovski haqqında xatirələr
Оценить:
Рейтинг: 0

Полная версия:

“Martiroloq” və Tarkovski haqqında xatirələr

скачать книгу бесплатно

Əgər həyat baxışımda hansı əmniyyəti dəstəklədiyimi (əlbəttə, əmniyyəti “dəstəkləmək” mümkündürsə) soruşsaydılar, deyərdim: birincisi, dünya dərkedilməzdir, ikincisi, qondarma dünyamızda hər şey mümkündür. Mənə elə gəlir ki, birinci ikincini şərtləndirir. Ya da ikinci birincini – necə rahatdırsa.

Bizi tərk edən ruhların niyə bu dünyada darıxdığını indi anlayıram (Ölümündən sonra Axmatova mənə deyirdi: “Əvvəlki tək məni sevib, xatırlayırlarmı?”, “Mən sevdiyim kimi!” və ya buna bənzər nəsə.

).

İnsanı – ananı, qadını, uşaqlarının anasını, kişini – həqiqətən, sevmək üçün gərək bütöv şəxsiyyət, daha doğrusu, Dahi insan olasan. Anna Semyonovna da beləydi, anam da, nənəm də… Dekabristlərin bütün arvadları beləydi. Sevgi həqiqətdir! Riyakarlıqla həqiqət birləşə bilməz.

28 fevral 1982, Moskva

Heç vaxt özümə kiminsə qarşısında əyilməyi arzulamamışam (axmaq rolunda olmağa utanmışam). İstəmişəm ki, lazımlı insan olum.

27 fevral 1983, bazar günü, Via di Monserrato

“Cindar”

a arayış yazdım.

Gərək bütün gündəliklərdə eşələnib, bütün altdüşüncələri ayrıca dəftərə yazım. Gündəliklərdən iş üçün istifadə etmək qəti rahat deyil. Zamanla rahatlıq üçün onlardan çıxarışlar etməlisən.

Tyapa ilə telefonda söhbət etmək necə də kədərlidir! Çox darıxır… Necə insani duyğularsız cəmiyyət ola bilər ki, girov saxlamaq məqsədilə ailəni bir-birindən ayrı salsın. Vəziyyət get-gedə pisləşir, burası aydındır.

Və aydındır ki, Tanrı bütün bunların hamısını görür.

3 aprel 1983,Via di Monserrato

Sabah doğum günümdür – Romada artıq ikinci dəfədir.

Tyapadan ötrü çox darıxıram.

Bu gün ağlıma ayıq fikir gəldi – indi hara gedirəm-gedim, eyni şeydir: indi hər yerdə tənha olacağam – elə burada da, Moskvada da.

Burada nostalgiyaya görə, oradasa taleyimi dəyişən imkandan, azadlıqdan istifadə etməməyə görə.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)