скачать книгу бесплатно
İşə necə qəbul etməli
Müəllif kollektivi
“Məsləhət kitabı” seriyası idarəçilərin iş həyatında hər gün qarşılaşdıqları və geniş yayılmış problemlərə təcili həll yolları təklif edir. Seriyada yer alan hər kitabda sizin güclü və zəif tərəflərinizi müəyyənləşdirməyə, kritik anlarda hərəkət qabiliyyətinizi artırmağa kömək edəcək və istifadəyə münasib vasitələr haqqında danışılır, testlər və real həyatdan misallar təqdim edilir. İstər iş başında, istər toplantıda və ya yolda olun – bu kitablar işinizin tələb etdiyi şəkildə daha sürətli, dəqiq və effektiv nəticə çıxarmağınıza kömək edəcək.
HARVARD BİZNES MƏKTƏBİNİN NƏŞRLƏRİ
İŞƏ NECƏ QƏBUL ETMƏLİ
Məsləhət kitabı
1
İÇİNDƏKİLƏR
“Məsləhət kitabı”nın xəbərdarlığı: İşə götürdüyünüz adama hislə deyil, ağılla yanaşmaq faydalıdır................. İşə götürmək: Əsas biliklər...........................
İşə götürmə prosesini anlamaq........................................
Uğurlu işə götürmə üçün atılacaq beş addım:................
1-ci addım: İş üçün tələb olunan şərtləri müəyyənləşdirmək…
Tərcümeyi-halın ideal tərəflərini təsbit etmək...................
Vacib olan fərdi xüsusiyyətlərin müəyyənləşdirilməsi.......
Müəssisənin strukturunu və korporativ mədəniyyəti
nəzərə almaq.............................................................................
İşin təsvirini inkişaf etdirmək..............................................
Baş mühasib üçün örnək iş təsviri.......................................
2-ci addım: Gələcək vəd edən namizədləri üzə çıxarmaq…
Tərcümeyi-halı ələkdən keçirmək.........................
Namizədləri toplamaq üçün atılacaq addımlar...........
3-cü addım: Namizədlə müsahibə aparmaq...............
Müsahibə prosesini anlamaq...................................
Müsahibəyə yanaşmanı müəyyən etmək..................
Müsahibəyə hazırlaşmaq..................................................
Nümunəvi müsahibə planı...........................................
Müsahibəni aparmaq................................................................
Müsahibəni yekunlaşdırmaq....................................................
Müsahibə prosesinə nəzarəti əldə saxlamaq...............
Düzgün suallar vermək...............................................
Ehtiyac duyduğunuz informasiyanı əldə etmək..........
4-cü addım: Namizədləri dəyərləndirmək.........................
Qərarvermə matrisindən istifadə etmək..............
Geniş yayılmış xətalardan qaçmaq................................
Referansları yoxlamaq..................................................
5-ci addım: Qərar verib iş təklifi etmək..................................
Seçim etmək.............................................................................
Cəlbedici iş təklifi etmək.........................................................
Təklif məktubuna nümunə.......................................................
İşə götürmə vasitələri..............................................................
Özünüzü sınayın......................................................................
Test suallarının doğru cavabları...............................
2
”Məsləhət kitabı”nın xəbərdarlığı:
İşə götürdüyünüz adama hisslə deyil,
ağılla yanaşmaq faydalıdır.
Kimisə yanlış olaraq işə götürdüyünüz olubmu?
Əgər bu hal baş veribsə, onda bunu yaxşı xatırlayırsınız. Böyük ehtimalla bu hadisənin sizin və
ya işçi qrupunuz üçün nə ilə nəticələndiyi də yadınızdadır. İşçi seçimi uğursuzdursa, bu həm kollektivə baha başa gəlir, həm də yol verilən səhvin düzəldilməsi çox əziyyətli prosesə çevrilir.
İşə götürmə prosesinə ağılla yanaşmaq və düzgün seçim etmək şirkətiniz üçün böyük əhəmiyyət daşıyır. Çünki məhz bu seçim sayəsində rəqiblərinizdən bir addım öndə olmaq, şirkətinizin ehtiyac duyduğu işçi qüvvəsini formalaşdırmaqla istehsala yardım etmək mümkündür. Bu, qrupunuzun və
ya firmanızın performansı ilə birgə idarəçi kimi sizin şəxsi imicinizlə də, işə götürmə prosesində ağıllı qərar vermə bacarığınızla da sıx bağlıdır. Əgər söhbət işə götürmə prosesindən gedirsə, tələblər gözü qorxudacaq dərəcədə yüksək olur.
Bu kitab sizə işə götürmə prosesini nəzarətdə saxlamaq üçün əməl etməli olduğunuz qaydalar və
vasitələr təqdim edir.
Bu qaydalar belədir:
– iş üçün lazım bildiyiniz xüsusiyyətləri müəyyən etmək;
– müəssisə üçün perspektiv vəd edən namizədləri aşkara çıxarmaq;
– namizədlərlə müsahibə aparmaq;
– görüşdüyünüz namizədləri dəyərləndirmək;
– bir qərara gəlib birinci yerdə dayanan şəxsə iş təklifini etmək.
Doğru seçim vəd edən bir insanı işə götürmək hər idarəçi üçün mürəkkəb və çətin vəzifədir.
Lakin bu kitabdan istifadə edərək şirkətinizin də, özünüzün də uğurlarında birbaşa iştirakı olacaq yeni kadr və ya mütəxəssislər qrupu formalaşdıraraq çətinlikləri azalda bilərsiniz.
Linda E.Hill, professor
Linda E.Hill iyirmi ildən çoxdur ki, öz geniş səpgili araşdırmaları ilə ixtisaslaşmaqda olan bir çox şirkətin menecerlərinə effektiv idarəetmə şərtləri yaratmağa kömək edir. Harvard Biznes Məktəbində
professordur və Liderlik Təşəbbüsü (HBS Leadership İnitiative) İdarə Heyətinin sədridir. “Menecer Olmaq” (Harvard Business School Press/ Becoming a Manager) adlı populyar kitabın müəllifidir.
3
İŞƏ GÖTÜRMƏK:
ƏSAS BİLİKLƏR
4
İŞƏ GÖTÜRMƏ PROSESİNİ ANLAMAQ
5
Yaxşıları seçib işə götürmək xidmət etdiyiniz quruma verə biləcəyiniz ən önəmli töhfədir. İşə
götürmə məsələsində uğurlu qərar sizin də, mütəxəssis qrupunuzun da, şirkətinizin də effektiv fəaliyyətinin təməlini təşkil edir. İşəgötürmə prosesində verilmiş yanlış qərarlar isə əldə edəcəyiniz uğurun səviyyəsini aşağı salır. Bu xoşagəlməz vəziyyətdən çıxmağın özü də çətin başa gələn əziyyətli prosesdir.
İşəgötürmədə düzgün seçimi təmin etmək üçün qəbul prosesinə ümumi nəzər salmaqla işə
başlamaq yerinə düşər.
UĞURLU İŞƏGÖTÜRMƏ ÜÇÜN
ATILACAQ BEŞ ADDIM
İşə götürmə – nəzərdə tutulan mövqenin tələblərini, məsuliyyəti uğurla daşımaq üçün hansı xüsusiyyətlərin lazım gəldiyini, kimin daha yaxşı namizəd olduğunu diqqətlə düşünməyi əhatə edir.
İşə qəbul prosesi zamanı insan resursları şöbəsi ilə əməkdaşlıq düzgün seçim ehtimalını artırır. Bu proses aşağıdakı beş addımdan ibarətdir.
1. İş üçün tələb olunan şərtləri müəyyən etmək
Bunu aydınlaşdırmağa başlamazdan öncə, işin nələri əhatə etdiyini, reallaşdırılması üçün tələb olunan təhsil, bacarıq, təcrübə və fərdi xüsusiyyətləri bilmək xüsusi əhəmiyyət daşıyır.
2. Perspektiv vəd edən namizədləri üzə çıxarmaq
İş üçün tələb olunan keyfiyyətlər aydın olduqdan sonra bu xüsusiyyətlərə sahib namizədləri axtarıb tapmaq lazım gələcək. Bunun ən yaxşı yolu isə professional əlaqələrinizdən və işəgötürmə
resurslarından istifadə edərək iş elanını yaymaqdır.
3. Müsahibə aparmaq
Perspektiv vəd edən namizədləri müsahibəyə dəvət edərək onların çalışdığınız qurum üçün uyğun olub-olmadığını öyrənməklə yanaşı, bacarıq və təcrübələri haqda daha çox məlumat sahibi ola bilərsiniz. Bundan başqa, bu cür müsahibələr həm iş yerini, həm də şirkəti tanıtmaq üçün imkan yaradır, namizədlərə isə qərar vermək üçün ehtiyac duyduğu informasiyanı verir.
4. Namizədləri dəyərləndirmək
İş üçün müraciət edən insanlarla söhbətdən sonra işə qəbul olunmağa haqqı çatan hər namizədin tərəfsiz, soyuqqanlı dəyərləndirilməsi aparılmalıdır.
5. Qərara gəlib təklif etmək
İşəgötürmə prosesinin son addımı yekun qərara gəlmək və iş təklifini verməkdir. Bu addımı atarkən şirkətinizin qazanacağı uğurlara daha çox töhfə verə biləcək namizədi hədəfə almağa çalışmalısınız.
Bu addımların hər biri sizə namizədə dərindən bələd olmağa kömək edəcək.
Sonrakı fəsillərdə hər addımı təfərrüatı ilə təhlil edəcəyik.
6
1-Cİ ADDIM:
İŞ ÜÇÜN TƏLƏB OLUNAN
ŞƏRTLƏRİ MÜƏYYƏNLƏŞDİRMƏK
7
Münasib namizədi işə qəbul etməzdən öncə görüləcək işin nələri əhatə etdiyini bilmək lazımdır. Eyni zamanda, namizədin bacarığı və fərdi xüsusiyyətləri ilə işin və müəssisənin vacib tələbləri arasında “uyğunluq” təşkil edən cəhətləri müəyyən etməlisiniz. Bunun üçün sizə yardımçı olacaq üç faktor var:
Tərcümeyi-halda təqdim edilən məlumatlar; təhsil, iş təcrübəsi və s.
Fərdi xüsusiyyətlər; yaradıcı qabiliyyətlər, qərar qəbul etmə tərzi və s.
Qurumun strukturu; iyerarxiya və idarəetmə, dəyərlərlə qarşılıqlı təsirdə olmağın məqbul xüsusiyyətlərini özündə birləşdirən korporativ mədəniyyət və s.
Məlum bir vəzifəyə vacib olan prioritet məsuliyyəti və öhdəlikləri anlamaq üçün özünüzə