banner banner banner
Araya girən qadın
Araya girən qadın
Оценить:
Рейтинг: 0

Полная версия:

Araya girən qadın

скачать книгу бесплатно

Araya girən qadın
Müəllif kollektivi

“Cib kitabları” seriyasından olan dördüncü kitabda – “Araya girən qadın”da Amerika yazarlarının hekayələri toplanıb. Bu dəfə Amerika nəsrinin ən tanınmış və ən istedadlı nümayəndələri olan Cek London, Ernest Heminquey, Oktavio Pas, Uilyam Folkner, Cerom Selincer kimi yazıçıların bir-birindən fərqli üslubda yazılmış maraqlı hekayələrini oxuyacaqsınız.

AMERİKA YAZARLARI

Araya girən qadın

cib kitabları / 4

Hekayələr

İÇİNDƏKİLƏR

Cek London…………………………      5

Əlvida, Cek

Ernest Heminquey…………………      ..27

Yağış altındakı pişik

Oktavio Pas………………………      37

Mənim dalğa ilə keçən həyatım

Cerom Selincer……………………………      49

Günahkaram, səhvimi düzəldərəm

Xorxe Luis Borxes……………………      57

Araya girən qadın

Çarls Bukovski………………………      …67

Mənə eşqini gətir

İlyam Folkner……………………      …..77

Həyətdə qatır

Cek London

ƏLVİDA, CEK

Tərcümə: Rüfət Əhmədzadə

Havay adaları qeyri-adi yerdir. Oranın cə-miyyətində də hər şey baş-ayaqdır. Amma de-sək ki, orda nəsə düzgün olmayanşeylər baş ve-rir, yox. Əksinə, hətta demək olar ki, hər şey çox düzgündür. Amma yenə də, sanki nəsə öz ye-rində deyil.

Ən nəfis çevrə “Missioner tayfası” sayılır. Desəm ki, Havay adalarında zəngin aristokrati-yanın başında məhz missionerlər durur, heyrət-lənərsiniz. Amma bu, həqiqətdir!

Bu nəcib Yeni İngiltərə mühacirləri öz və-tənlərini hələ ötən əsrin otuzuncu illərində tərk edərək, Havay adalarına ali bir məqsədlə tələ-sirdilər: kanakalara əsl imanın işığını gətirmək və onlara tək, adil vəəvəzsiz Tanrının böyüklü-yünü aşılamaq.

Onlar bunu bacardı. Kanakaları dinə gə-tirərək, elə səyləsivilləşdirdilər ki, ikinci və ya üçüncü nəsildən sonra, yerlilərin soyuaz qala tükəndi. İncil toxumları münbit torpaqda öz bəhrəsini verdi. Missionerlərə gəldikdə isə: on-ların oğulları da, nəvələri dəyaxşı bəhrə götürə bildilər – torpaq sahələri, buxtalar, yaşayış məs-kənləri və şəkər plantasiyaları şəklində. Vəhşi-lərə həyat çörəyi vermək naminə bu adalara gə-lən ruhanilərin özləri, nəticədə kafirlərin süfrə-sində pay sahibi oldular.

Mən heç də Havay adalarında baş verən qəribə şeylər haqqında danışmaq istəmirdim. Amma məsələ ondadır ki, ancaq bir adam bur-dakı hadisələr barədə missionerlərdən söz aç-madan danışa bilər: Cek Kersdeyl – məhz onun hekayəsini nəql etmək istəyirəm. Deməli, onun özü də missioner nəslindəndir. Düzü, nənəsi tə-rəfdən. Onun atası isə Ştatlardan olan qoca Ben-jamen Kersdeyl idi. O, gəncliyində ucuz viski və cin alveri edərək, milyon qazanmağa başlamış-dı. Bu da sizəəcaib lətifə. Vaxt var idi, mission-nerlər və tacirlər amansız düşmənlər idilər. Onların maraqları toqquşurdu. Sonradan isə on-ların xələfləri bir-biri ilə evləndi, adanı bölüş-dürdü, indi isəəla yola gedirlər.

Havayda həyat lap nəğmə kimidir! Bu ba-rədə Stoddard öz “Havayyalar”ında yaxşı de-yib:

Taleyin əsrarəngiz melodiyası altında,

Burda hər ada bir dördlük kimidir.

Və həyat da, sanki bir nəğmədir!

Necə də haqlıdır! Burdakı insanların də-risi qızılı rəngə çalır. Yerli qızlar sanki yunona-lardır

, Günəş kimi işıq saçırlar. Kişilər isə bü-rünc apollonlar

. Gül çələnglərini, müxtəlif bə-zək əşyaları üstlərini doldurub əylənir, oxuyur-lar. Həm də ki, missioner çevrəsini sevməyən ağ adamlar da günəşli iqlimin sərməstedici təsirinə düşür, onlar da rəqs edir, nəğmələr oxuyur və tellərinə gül düzürlər. Cek Kersdeyl də belələ-rindən idi.

Amma demək lazımdır ki, o, mənim tanı-dıqlarım arasında ən işgüzar adamlardandır. Onun nə qədər milyonu var – saya gəlməz! Şə-kər kralı, qəhvə plantasiyalarının sahibi, kauçuk hasilatına ilk başlayanlardan biri, bir neçə mal-darlıq rançosunun sahibi və demək olar ki, ada-larda təşkil olunan bütün xeyriyyə tədbirlərinin daimi iştirakçısı… Eyni zamanda, cəmiyyət ada-mı idi. Klubun üzvü, yaxta həvəskarı, subay oğ-lan, həm də o qədər yaraşıqlı ki, beləsi ərə get-məli qızları olan anaların yuxusuna da girməz. Yeri gəlmişkən, “Yale”də

kurs keçib, odur ki, başı da rəqəmlərlə dolu idi və bildiyim qədərilə, Havay adaları haqqında ondan çox məlumatlı adamyerli sakinlər arasında yoxdur.

İşləməyi də yaxşı bacarırdı, mahnı oxu-mağı da, hələ avara gənclər kimi saçlarının ara-sına gül taxıb rəqs də edirdi.

Cekin çox tərs xasiyyəti də var: iki dəfə duelə çıxıb, əlbəyaxa döyüşüb. Hər ikisində də siyasi motivlərə görə. Hələ yaşıl gənc olaraq, si-yasətdə ilk addımlarını atırdı. Yerli dinastiyanın devrildiyi inqilabda Cek böyük qəhrəmanlıq göstərmişdi. Onda isə Cekin cəmi 16 yaşı var idi.

Yəni ki, heç də qorxaq adam deyil. Bütün bunları ona görə danışıram ki, sonra baş verən-ləri yaxşı anlayasınız. Bir dəfə öz gözlərimlə gördüm ki, iki il boyunca Fon Tempskinin kov-boylarının yaxınlaşa bilmədiyi dörd yaşlı kəhəri Cek Haleakal rançosunda necə çapır. Və bir ha-disə barədə də danışım. Bu hadisə Konada, də-niz sahilində baş verib. Daha doğrusu, bir qədər yuxarıda. Bilirsiniz, oranın sakinləri min fut hündürlükdən aşağıda məskən salmağı özlərinə sığışdırmırlar. Deməli, biz həkim Hudhyunun evinin artırmasında oturmuşduq. Mən Dotti Ferçald ilə çənə döyürdüm.

Birdən tavandan onun saçına böyük bir qırxayaq düşdü – sonra onu ölçmüşdük: yeddi düym uzunluğunda idi. Etiraf edim ki, dəhşət-dən donub qalmışdı. Şüurum mənə tabe olma-dı, barmağımı da tərpədə bilmədim. Hələ tə-səvvür edin: Cəmi bir addımlıqda həmsöhbəti-min başına murdar bir həşərat düşür. Bu həşə-rat hər saniyə onun çılpaq çiyinlərinə düşə bi-lərdi – biz masa arxasından təzəcə durmuşduq.

– Nə olub? – Dotti təəccüblənərək, əlini saçına apardı.

– Tərpənməyin, – deyə mən qışqırdım.

– Axı nə olub? – o, mənim dodaqlarımın əsdiyini və gözlərimin dəhşətdən bərəldiyini görərək, qorxu ilə bir də soruşdu.

Mənim səsim Kersdeylin diqqətini cəlb et-di. O, bizim tərəfə baxaraq, dərhal məsələni an-ladı. Cəld, amma həyəcansız şəkildə özünü bizə çatdırdı:

–Tərpənməyin, Dotti, xahiş edirəm!

O, bir saniyə belə özünü itirmədi. Soyuq-qanlı və çox çevik idi.

– İcazə verin, – dedi.

O, Dottinin şərfini onun çiyinlərinə qal-dırdı və bir əli iləşərfin digər uclarını birləşdir-di ki, qırxayaq Dottinin korsajından içəri düş-məsin.

Sağ əlini qızın saçlarına uzatdı, həşəratı baş və şəhadət barmaqları arasında bərk-bərk tutaraq uzaqlaşdırdı. Belə şeyi tez-tez görməz-siniz. Tüklərim biz-biz olmuşdu. Yeddi düym uzunluğunda olan qırxayaq havada çabalayır, fırlanır, Cekin barmaqları arasında vurnuxaraq onun dərisini cızırdı. Bu həşəratın bir dəfə onu dişlədiyini gördüm, amma Cek onu ayağı altın-da əzişdirərək bizi inandırmağa çalışdı ki, təh-lükə dişləmsiz sovuşub. Beş dəqiqə sonra, Cek həkim Hudhyunun kabinetində idi. Hudyu onun barmağını çərtərək, permanqanat inyek-siyası etdi. Növbəti gün Kersdeylin barmağı pi-və çəlləyi kimi şişdi və bu şiş ancaq üç həftədən sonra yatdı.

Bütün bunlar da mənim hekayəmlə bir-başa bağlı deyil, mən sadəcə göstərmək istəyir-dim ki, Cek Kersdeyl hər kim olsa da qorxaq deyildi. O, kişi dözümlülüyünün ən yaxşı nü-munəsi idi. Heç vaxt ağrısını dilə gətirməzdi. Dodaqlarından təbəssüm əskik olmazdı. O, əl-lərini Dotti Ferçayldın saçları arasına elə sal-mışdı ki, sanki şoraba bankasına salırdı.

Amma yenə də, mən onun üzündə qorxu hiss eləmişdim: o zəhərli qırxayaq hər saniyə sürüşüb Dottinin üzünə və ya sinəsinə düşə bi-lərdi.

O zamanlar müxtəlif cür qoturayoluxma olayları iləmaraqlanırdım, bu sahədəisə Kers-deyl sözün əsl mənasında ensiklopedik bilgilərə malik idi – adalardakı vəziyyət haqqında hər şe-yi bilirdi. Qotur xəstəliyi məsələsi, belə deyək, onun “kəhər atı” idi. Cek Kersdeyl, Molokaidə-ki koloniyanın qısqanc müdafiəçisi idi. Bütün azarlıları o koloniyaya yerləşdirirdilər. Yerlilər arasında söz gəzirdi ki, koloniyada insanlar nə-inki doğmalarından ayrı salınır, həmçinin ölənə qədər məhbus kimi yaşamağa vadar olunur. Ora düşən adam bu cəzanın yüngülləşməsinə, ya da təxirə salınmasına nail ola bilməzdi. Ko-loniyanın girişində bu cür lövhə var idi: “Ümi-dini tərk et…”

– Sizə bəyan edirəm, ordakı insanlar ta-mamilə xoşbəxtdir, – Kersdeyl inadla deyirdi. – Lap belə sağlam dostlarından, qohumlarından da yaxşı yaşayırlar. Molokaidəki dəhşətli şeylər barədə danışılan bütün söhbətlər cəfəngiyyat-dır. İstənilən böyük şəhərin hər hansı xəstəxa-nasında, ya da yoxsul məhəllələrində olun, min dəfə qorxunc şeylər görərsiniz! Canlı ölülər! Nə vaxtsa insan olmuş varlıqlar! Necə də axmaq fi-kirlərdir! Hələbir görəsiniz, bu canlı ölülər 4 iyulda

necə at yarışı təşkil edirlər… Bəzilərinin şəxsi qayıqları da var. Biri hətta katerə malikdir. Onlar vaxtlarını şən keçirməkdən savayı heç nə etmirlər. Yemək, içmək, paltar, tibbi xidmət – hər şey yerli-yerindədir. Onlar özləri özlərinə ağadır. Ordakı iqlim də Honoluludakından yax-şıdır, yer gözəl yerdir. Mən özüm də orda qal-maqdan imtina etməzdim. Əntiqə yerdir!

Beləcə, Kersdeyl şən qotur xəstəsi hesab edilirdi. Özü isə qoturdan qorxmurdu. İddia edirdi ki, qotura yoluxmaq boş şeydir, milyon-da bir hadisədir. Lakin bir dəfə etiraf etdi ki, onun sinif yoldaşı Alfred Starter nə cürsə bu xəstəliyə yoluxaraq Molokaiyə göndərilib, elə orda da ölüb.

– Məsələ ondadır ki, əvvəl dəqiq diaqnoz qoya bilmirdilər, – Kersdeyl izah edirdi. – Hər hansı yaxşı tanınmayan simptomlar və ya nor-madan artıq nəsə olanda, xəstəni Molokaiyə aparırdılar. Nəticədə, ora onlarla qotur xəstəsi göndərildi. Elə bizim kimi normal adamlar. İndi daha nöqsan baş vermir. Səhiyyə Bürosunun tətbiq etdiyi metod tamamilə güvəniləndir. Ən maraqlısı isə: bu metod kəşf edilən zaman, Mo-lokaidə olan bütün xəstələr təkrar müayinədən keçirildi. Nəticədə, bəzi adamların sağlam ol-duğunu aşkarladılar. Sizcə, o adamlar Molokai-dən çıxmağa sevinirdilər?

Heç də belə deyil! Onlar koloniyanı tərk edərkən elə ağlayıb-sızlayırdılar ki, heç Hono-luludan gedəndə o cür ağlamamışdılar. Hətta evə getməkdən imtina edən də olmuşdu, onları güclə çıxarmağa məcbur qaldılar. Bir nəfər hətta xəstəliyin son mərhələsində olan bir qadınla ev-lənmişdi. O, Səhiyyə Bürosuna ruhu parçalayan bir məktub yazmış, bildirmişdi ki, onun yaşlı və xəstə arvadına heç kim onun kimi baxa bilmə-yəcək.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)