banner banner banner
Fiesta
Fiesta
Оценить:
Рейтинг: 0

Полная версия:

Fiesta

скачать книгу бесплатно


– Küçədə də gəzmək istəmirsən.

– Əgər çarə varsa, niyə də istəyim?

Biz ən yaxın pivəxanaya girdik və mən ofisiantı taksi tapmaq üçün göndərdim.

– Belə, – mən dedim, – biz onlardan uzaqlaşdıq.

Biz hündür bara söykənib heç bir söz demədən bir-birimizə baxırdıq.

Ofisiant gəlib taksinin bayırda olduğunu deməsi bizi özümüzə gətirdi. Bret mənim əlimi möhkəm sıxdı. Mən ofisianta bir frank verdim və biz oradan çıxdıq.

– Deyək, hara sürsün? – mən soruşdum.

– Ah, hara istəyirsə, ora da getsin.

Biz əyləşdik, qapını bağlayıb sürücüyə Monsori Parkına sürməsini söylədim. Bret küncdə gözləri yumulu, arxaya tərəf əyilmişdi. Mən onun yanında əyləşdim. Maşın yola düşdü.

– Ah, əzizim, mən elə bədbəxtəm ki! – Bret dedi.

4

Taksi təpəni yuxarı qalxıb işıqlı meydandan keçərək, üzüyuxarı qaranlığa girib, sonra San Etyen du Mont küçəsinin arxasındakı qaranlıq küçəyə daxil olaraq ehtiyatla üzüaşağı düşüb ağacların və Kontreskarpdakı avtobus dayanacağının yanından keçib, Muftar küçəsinin çay daşlari ilə örtülmüş yollarına doğru buruldu. Burada səhərə qədər barlar işıq gəlir, mağazalar açıq olur. Bir-birimizdən aralı otursaq da, köhnə küçəni üzü aşağı düşdükcə bir-birimizə yaxınlaşırdıq. Bretin şlyapası başından düşmüş, başını arxaya söykəmişdi. Mən bir anlığa mağazalardan düşən işığın altında onun çöhrəsini gördüm, sonra yenidən qaranlıq oldu, daha sonra biz Qabelin prospektinə çatdıq və mən onun üzünü daha aydın gördüm. Yol dağıldığından fəhlələr asetilen işığı altında yolda işləyirdilər. Bretin bəyaz çöhrəsi və uzun boynu parlaq işıq altında aydın görünürdü. Küçə yenidən qaranlıqlaşanda mən onu öpdüm. Bizim dodaqlarımız möhkəmcə bir-birinə yapışmışdı, ancaq o üzünü çevirdi və bacardığı qədər oturacağın küncünə tərəf sıxıldı. Başını aşağı salmışdı.

– Mənə toxunma, – o dedi. Xahiş edirəm, toxunma.

– Nə olub axı?

– Bacarmıram.

– Ah, Bret.

– Lazım deyil. Mən bacarmıram, vəssalam. Ah, əzizim, xahiş edirəm məni başa düş!

– Məni sevmirsən?

– Sevmirəm?! Sənin bircə toxunuşun kifayətdir ki, mən əriyim.

– Necə ola bilər ki, bunun bir çarəsi olmaya?!

O artıq qamətini düzəltmişdi. Mən qolumu ona dolamış, o isə mənə söykənib sakitcə oturmuşduq. O, gözlərini zilləyib mənə elə baxırdı ki, sanki bu gözlər onun deyildi. O, mənə baxanda sanki bütün dünya dayanırdı. O, elə baxırdı ki, sanki dünyada bu cür baxılası ikinci bir şey yoxdur, əslində isə o, həyatda çox şeydən qorxurdu.

– Əldən gələn bir şey yoxdur, – mən dedim.

– Mən bilmirəm, – o dedi. Yenidən o cəhənnəmi yaşamaq istəmirəm.

– Yaxşısı budur, bir-birimizdən uzaq duraq.

– Amma, mən sənsiz qala bilmirəm. Məsələ təkcə bunda deyil.

– Elədir, amma həmişə bura gəlib çıxır.

– Bu mənim səhvimdir. Məgər, hər insan öz əməllərinin cəzasını çəkmir?

O, elə hey mənim gözlərimin içinə baxırdı. Onun gözlərinin müxtəlif dərinlikləri olsa da, bəzən onlar tamamilə düz olurdu. Ancaq indi ora gedən bütün yollar görünürdü.

– Bəzən kişilərə nə qədər əzab verdiyimi fikirləşirəm. İndiyədək bunun cəzasını çəkirəm.

– Səfehləmə, – mən dedim. Məsələn, mən başıma nə gəlirsə, gülüşlə qarşılayıram. Heç vaxt keçmiş barədə düşünmürəm.

– Ah, buna şübhəm yoxdur.

– Yaxşı, gəl söhbəti bağlayaq.

– Mən özüm də nə vaxtsa onlara gülmüşəm. O, mənə baxmırdı.

– Qardaşımın dostu Monsdan belə vəziyyətdə qayıdıb. Bu bizə axmaq bir zarafat kimi görünürdü. Görəsən, doğrudan insan heç vaxt heç nəyi başa düşmür?

– Hə, – mən dedim. Heç kim hər şeyi bilə bilməz.

Mən bu mövzuda xeyli məlumatlıyam. Vaxtilə mən bu məsələyə mümkün olan müxtəlif aspektlərdən baxaraq müəyyən etmişəm ki, bəzilərində olan eyib və qüsurlar lağ yeri olsa da, həmin şəxs üçün ciddi problemdir.

– Bu, gülməlidir – mən dedim. Çox gülməlidir. Qəribə olsa da, eşqə düşmək də gülməlidir.

– Belə düşünürsən? – onun gözləri yenidən mənə zillənmişdi.

– Mən o mənada demirəm. Yəni ki, xoş bir hissdir.

– Yox, – o dedi. Məncə, bu yer üzündəki cəhənnəmdir.

– Yaxşı ki, görüşdük.

– Məncə, burada yaxşı bir şey yoxdur.

– Məni görmək istəmirsən?

– Buna məcburam.

İndi biz iki yad insan kimi oturmuşduq. Sağımızda Monsuri parkı var idi. Alabalıq hovuzu olan qaranlıq və bağlı restoranda əyləşib parka tamaşa etmək olardı. Sürücü başını bizə tərəf çevirdi.

– Hara getmək istəyirsiniz? – mən soruşdum. Bret başını yana çevirdi.

– Oh, de ki, kafe Selektə sürsün.

– Kafe Selektə sürün, – mən dedim, Monparnas Bulvarına.

Biz düz aşağı düşüb, Montruj tramvaylarına keşik çəkən Belfort şirinin ətrafında fırlandıq. Bret yola baxırdı. Raspay bulvarında, Monparnas işıqlarının önündə Bret dedi:

– Səndən bir şey istəsəm, etiraz etməzsən?

– Bu nə sözdür?!

– Çatmamışdan qabaq məni bir dəfə də öp.

Taksi saxlayanda mən düşdüm və borcumuzu ödədim. Bret şlyapasını başına qoyub aşağı düşdü. O, aşağı düşəndə əlini mənə uzatdı. Onun əlləri titrəyirdi.

– Çox səliqəsiz görünürəm?

O, kişi papağını xatırladan şlyapasını gözünün üstünə salıb bara sarı getdi. Bardan və stollardan başqa rəqs zalında olanların çoxu burada idi.

– Salam, dostlar! – Bret dedi. Mən içmək istəyirəm.

– Ah, Bret! Bret! – özünü hersoq adlandıran, hamının Zizi çağırdığı balaca yunan portret rəssamı onun gözünə girmək üçün canfəşanlıq edirdi.

– Sənə deyiləsi yaxşı xəbərlərim var.

– Hello Zizi, – Bret dedi.

– Səni bir dostumla tanış etmək istəyirəm, – Zizi dedi. Kök bir kişi bizə yaxınlaşdı.

– Qraf Mippipopolus, – rəfiqəm Eşli xanım.

– Salam, – Bret dedi.

– Yaxşı, ülyahəzrət Parisdə yaxşı vaxt keçirə bilir? – saat zəncirinə sığın dişi taxmış qraf Mippipopolus soruşdu.

– Belə də, – Bret dedi.

– Paris gözəl şəhərdir, – qraf dedi. Ancaq mən duşunürəm ki, Londonla bağlı daha gözəl xatirələriniz var.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)