banner banner banner
Nazim Hikmətlə 3 il yarım
Nazim Hikmətlə 3 il yarım
Оценить:
Рейтинг: 0

Полная версия:

Nazim Hikmətlə 3 il yarım

скачать книгу бесплатно

gözləyirsən gecəni.

Mən ki biləklərimdə dəmir qandalı

altun bilərzik kimi gəzdirmişəm

mən ki ilgəkləri sabunlu iplərə baxıb

tüklü, yoğun peysərimi qaşımışam,

təhdidindən qorxarammı heç?

* * *

Yaşamaq nə gözəl şeydi

TARANTA-BABU

yaşamaq nə gözəldi…

bir öyüd kitabı kimi anlamaq

bir eşq şərqisi kimi eşidib

uşaq kimi təəccüblənərək

YAŞAMAQ…

Yaşamaq:

Təklikdə

və hamımız birgə

ipək qumaş toxuyurmuşuq kimi.

Dəftərxanadan astaca çıxdım. Kameraya gedib, mənim kimi şeir yazan, özünü şair hesab edən iki dostuma, katibdən eşitdiyim xəbəri çatdıracaqdım.

Dostlarımdan biri Necati idi, ona yeddi il hökm oxunmuşdu, beş ilini yatmışdı. Heç kəsdən bir qara köpük pul köməyi olmadan illərin dizini qatlamışdı. Nazim Hikməti İstanbul həbsxanasından tanıyırmış, bir müddət yaxın olublar… Mən Nazim Hikmət haqqında ilk dəfə onu canlı görmüş, yaxınlıq eləmiş Necatidən eşitmişdim. Necati həbxsana idarəsinin təmizlik işlərinə baxırdı. Ona aşağı mərtəbədəki “görüş yeri”nin tikanlı məftillərinin yanında rast gəldim və dedim:

– Xəbərin varmı, Nazim Hikmət gəlir?

İnanmadı. And içdim. Uşaq kimi əllərini bir-birinə çırpıb: “Ay can, ay can!” – deyə qışqırdı. Mənə

Nazim Hikmətdən, İstanbul həbsxanasındakı çəkələyindən, uzun, yaşıl jaketindən danışdı, sonra dedi:

– Sən allah, İzzətə tapşıraq gedib ona şeir-zad oxumasın, zəhləsi gedir kimsə onu narahat edəndə…

Bəzi yersiz suallar vermək olmaz… İstəyirsən onun gələcəyini İzzətə de-mə. Pisikib, mir-mitilini yığıb toplayıb başqa kameraya köçər.

Necatinin dediyi bu cür xüsusiyyətlər “böyük və məşhur adam”larda olur. Fəqət necəsə, onunla tanış olandan sonra yaxınlıq eləməsəm belə, barı üzünü görəcək, səsini eşidəcəkdim, bu da mənə bəs idi.

Fikirləşirdim ki, kamerasına getmərəm, heç nə soruşmaram, heç şeir də oxumaram.

4

Kameramıza gəldim, İzzət məndən aldığı “Kira Kiralina”2 kitabını oxuyurdu. Digər məhbusların hərəsi bir işlə məşğul idi: biri maltıza3 kömür qoyur, kimi öz yanan maltızında balaca qazanının qaynamağını gözləyir, biri düyü təmizləyir, heç bir iş görməyənlər səliqəylə yığılmış yatağına dirsəklənib düşünür, bir nəfər də qəzet oxuyurdu.

Qəlbimi aşıb-daşan sevinc qasırğası ağuşuna almışdı. İzzətin yanında oturdum. O, kitabdan gözlərini çəkib mənə baxdı. Həmişəki kimi adi baxışla – daşı, torpağı, çiçəyi belə əzbərləmiş, həbsxanada danışmağa bir sözü qalmamış insanın bezgin ağrısıyla…

İzzətin arxasındakı pəncərələrdən dağlar görünürdü. Qurğuşun ağırlığındakı bir gölün altında, təpələri qarla örtülü dağlar bu gün ürəyimi həmişəki kimi sıxmırdı. Əksinə, qəlbimdə qızılı işıqlar və

sevinc şimşəkləri parıldayırdı…

İzzət:

– Bu gün kefin yaman sazdır, – dedi.

– Nə bilim, doğrudan, sevincli görünürəm?

– Təzə-təzə gələndə necəydinsə, indi eləsən… Sonra necə qaşqabaqlı oldun?

İzzət düz deyirdi. Son günlər qəlbimdəki sıxıntılar daha da artmışdı. Bu da səbəbsiz deyildi… Üç ay əvvəl Almaniyanın hansısa universitetinin fizika fakültəsində təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan müəllimlə dostlaşmışdım. Universitet təhsili cəhənnəm, o fizikanı mən, yaxud İzzət qədər də bilmirdi heç… Çox keçməmiş paxırı açılmışdı, kamerada “saxta müəllim” deyib onu ələ

salırdılar. Hamıyla razılaşan bu adam elə mağmın gündəydi ki, hər sözə, hər hərəkətə dözüb gülümsəyirdi.

Mənimsə ona yazığım gəlirdi… Cəzası elə də çox deyildi. Bəzən nəzarətçinin müşayiəti ilə çölə

çıxıb gəzir, özünün də onlardan biri olmaq xəyalına düşdüyünü sonradan öyrəndiyimiz “millət vəkili”

və “hərbiçilərlə” görüşüb cib xərcliyi aldığı haqda basıb-bağlayardı. O qədər kasıb və bədbəxt gündəydi ki, çölə gedəndə ona əynimdən maykamı, ayağımdan ayaqqabımı çıxarıb vermişdim. O mənim alt paltarlarım, geyimlərim, ayaqqabımla getsə də haqqımda yalan-palan məlumatlar ötürürmüş… Onun ucbatından sorğu-sual elədilər, ifadə verdim, səbəbsiz yerə haqsızlıqlara qatlaşmalı oldum. Belə

vaxtlarda o da başqa dostlarımla birgə təəssüflənir, məni satanları söyüb-yamanlayırdı, hətta cəzası bitib çıxanda həbsxana qapısında ağlayaraq boynumu qucaqlayıb dedi: “Mən sənin kimi dostu bir də hardan tapacam…”

Çox keçməmiş, yəni üç gün sonra öyrənmişdim ki, məni satıb, həqiqətlə daban-dabana zidd yalanlar danışıb, həm məni zibilə salan, həm də bu işlərlə əlaqədar orqanları mənasız yerə məşğul edən

“xeyirxah”, maykamı, paltarımı, ayaqqabımı geyinən, azad olunanda da boynumu qucaqlayıb, “sənin kimi dostu mən bir də hardan tapacam?” – deyən həmin adam imiş.

Bu hadisədən sonra qətiləşdirmişdim ki, bir də heç kəsə inanmayım, insanın bu qədər alçalmağını görüb az qala hamıya düşmən kəsilmişdim. Təbii ki, belə fikirləşməyə haqqım yox idi, ancaq neynim, başqa cür düşünməyi bacarmırdım və bilmirdim ki, insanları necə tanımaq olar.

Başqa səbəblər də vardı…

Həbsxanada gündə ən azı bir bıçaqlanma hadisəsi baş verdi. Balıqçı Nəzirlər, Çamur Şevkətlər, Antepli Təkqol Həsənlər, Feriköylü İsmaillər, Konyalı Dəli Məhmədlər və onların tərəfdarları elə gün olmurdu ki, qumar və nəşə üstündə kiməsə tələ qurub namərdcəsinə vurdurmasınlar… Bəli, namərdlik eləyirdilər. Onların pulu vardı, bir də vardı pul üçün kimi gəldi bıçaqlayanlar…

Necati tapşırsa da, İzzətə “Sənə bir söz deyəcəm” – dedim: “Sənə bir söz deyəcəm, heç kəsə demə

ki, məndən eşitmisən”.

Üzümə maraqla baxırdı.

– Nazim gəlir, – dedim.

Elə bilirdim ki, o da mənim kimi sevinəcək, qalxıb boynumu qucaqlayacaq. Biganəliklə:

– Hansı Nazim? – deyə soruşdu.

2 Kira Kiralina – məşhur rumin yazıçısı Panait İstratinin ilk romanı 3 Maltız – kustar üsulla hazırlanan, əsasən Anadolu bölgəsində işlədilən soba növü 5

– Nazim Hikmət, əzizim”.

Eyni soyuqqanlıqla xəbər aldı:

– Nə vaxt?

– Nə vaxt? Bilmirəm… Katib mənə bu barədə bir sənəd göstərdi. Yaxşısı budur ki, kim soruşsa de ki, katibdən eşitmişəm.

Çiyin atdı.

– Sən sevin, mənim nəyimə lazımdı?

Təəccübləndim. Deməli, Nazim Hikmətin gəlişinə sevinməyənlər də ola bilərmiş.

Onun kitab oxumasına mane olmayıb, üst mərtəbədəki kameralara – Sarıyerli Emin bəyin kamerasına təpildim. Emin bəy cibgir idi və İstanbul həbsxanasında Nazimlə tanış olmaqları barədə

vaxt-bivaxt danışmışdı, dəqiq bilmirəm, ya şahmat, ya da dama oynamağı xoşlayarmışlar… Badam gözlü, qaraşın, ucaboy Emin bəy cəhrayi rəngli şapkasını sağ qaşının üstünə basıb, kameranın qapısının ağzında, qaynayan quru lobyanın rəngli suyunu süzürdü…

– Sənə bir xəbər deyəcəyəm, amma… – deyib içəri girdim.

– De görək…

– Məndən eşitməmisən.

– Yaxşı.

– Nazim Hikmət gəlir.

– Doğrudan?

– Vallah.

Ayağa qalxdı. Şapkasını geri itələyib dedi:

– Düz deyirsən?

– Yalan deyənin atasına lənət. Bayaq prokurorluğun sənədlərindən oxudum. Sinir iltihabından əziyyət çəkirmiş…

Emin bəy həyəcandan bir az özünü itirdi:

– Ey qoca, Nazim.

Və onunla İstanbul həbsxanasındakı günlərini xatırladı. Bütün bunları vaxt-bivaxt dinləmiş, az qala əzbərləmişdim. İstəyirdim ki, Emin bəy söhbətini tez bitirsin, gedib başqalarını da “müjdə”ləyim.

Çox keçməmiş, haradasa bir-iki saat içində xəbər həbsxananı başına götürmüşdü: “prokurorluğun bir sənədində yazılıb ki, Nazim Hikmət gəlir”.

Necati dedi:

– Ayə sənin dilində söz qalmırmış ki…

Və beləcə söhbətə başladıq:

– Şeirlərimizi oxuyarıq.

– Yox əşi, biz yazan guya şeirdi?

– Səninkilər yenə yaxşıdır.

– Sənin şeirlərin də pis deyil.

– Mən heç məktəbə də getməmişəm.

– Mən də orta məktəbi bitirə bilmədim.

– Sən yenə çox oxumusan, əski əlifbanı bilirsən… Bəs mən?

– Dözümsüzdü…

– …

– …

– Heç onun şeir oxumağına qulaq asmısan?

– Asmışam. O şeir oxuyanda insanın üzü dalğalanır. “Həm də bilirsənmi, o ağlayan uşağı qucağına götürsə, uşaq kiriyər”.

– Mən də belə bir hadisə eşitmişəm: Guya çayxanaya girib, özü də belə babat bir çayxanaya, təbii ki cibiştanı da pulla ləbaləb… Yaxınlaşıb ən kasıb adama və deyib: “… bax, bu mənim pullarım, sən də

çıxart pullarını görək!”

6

O adam da çaşqın halda çıxardıb cibindəki qəpik-quruşunu. “Sənin pulun niyə azdır?” – deyib Nazim. Həmin adam boynunu büküb susub. Nazim deyib: “Gətir pullarımızı bir yerə qoyub, sonra dədə malı kimi bölək”. Pullarını bir yerə qoyub, sonra da bölüblər”.

– …

* * *

Həftələr keçdi. Havalar soyumuşdu. Bu səhər hava yenə tutqun idi… Nəcati hövlnak içəri girib dedi:

– Bir az əvvəl Nazim Hikməti gətirdilər.