banner banner banner
İkiyə bölünmüş Vikont
İkiyə bölünmüş Vikont
Оценить:
Рейтинг: 0

Полная версия:

İkiyə bölünmüş Vikont

скачать книгу бесплатно

İkiyə bölünmüş Vikont
İtalo Kalvino

Avstriyalılarla Osmanlılar arasında savaşa qatılan Terralbalı vikont Medardonu bir Osmanlı mərmisi ikiyə bölür. Vikont öz ölkəsinə yarım insan olaraq qayıdır. Bu maraqlı əhvalat sonradan bir oyun kimi böyüyən gözəl nağıla dönür. Nağıl boyunca yarımvikontun ətrafında onun özündən pis parçalanmış olan insanlar hərəkət edirlər. İtalo Kalvino məşhur bir xalq nağılının motivləri əsasında qələmə aldığı bu gözəl romanda özünün bitib tükənməz düşüncələrindən birinimi mövzuya çevirmək istəyib, yoxsa getdikcə dəyişən, şikəst qalan, düzəlməsi mümkünsüz görünən müasir insana düşündürücü mesajmı göndərmək istəyib – bu sualın cavabını kitabla tanış olduqdan sonra biləcəksiniz.

İtalo Kalvino

İKİYƏ BÖLÜNMÜŞ VİKONT

İtalo Kalvino 15 oktyabr 1923-cü il tarixində Kubanın Santyaqo de Las Veqas kəndində anadan olmuşdur. Gənc yaşlarında İtaliyaya köçmüş, Kommunist Partiyasına üzv yazılmış, “L`Unita” qəzetində və müxtəlif dərgilərdə çıxan yazıları sayəsində II Dünya müharibəsindən sonra italyan mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdi. İlk əsərlərindən başlayaraq İtaliyanın ən önəmli yazıçılarından olan Kalvino bu ölkədə bir çox ədəbiyyat mükafatı almış və 1960-cı ildə nəşr olunan “I nostri antenati (atalarımız)” kita-bına salınan fantastik hekayələri ilə beynəlxalq miqyasda şöhrət qazanmışdır. 1950-ci illərdə fantaziya və alleqoriyaya maraq göstərən yazıçı üç povesti sayəsində imzasını oxucu-ların yaddaşına yaza bildi: “İkiyə bölünmüş vikont”, “Ağaca qonan baron” və “Mövcud olmayan cəngavər”.

Kalvinonun şüur axını üslubunda yazdığı və kainatla insanların yaradılışından bəhs edən “Kosmokomik hekayə-lər”indən, Marko Polo-Kubilay Xan münasibətləri çərçivəsin-də arzu, yaddaş, həyat, ölüm kimi mövzular haqqında bö-yük incəliklə və şeiriyyətlə qələmə aldığı “Görünməz şəhər-lər”indən, yazma və oxuma bacarığını, oxucunun mətnlə qarşılıqlı əlaqəsini anladan “Bir qış gecəsi əgər bir yolçu”dan, tərtib etdiyi və onun düşüncəsinə görə iqtisadi yükü olan “Fiabe İtaliane”yə qədər (“İtaliya nağılları”) bir çox əsəri əha-tə edən yazarlıq həyatının son məhsulu “Amerika Dərslə-ri”dir.

Kalvino 19 oktyabr 1985-ci ildə beyninə qan sızması nə-ticəsində Sienada vəfat etmişdir.

I

Türklərlə xristianlar arasında müharibə gedirdi. Dayım, Terralbalı vikont Medardo atını Bohema düzənliyində xristianların ordugahına doğru çapırdı. Arxasınca da nökəri Kursio.

Səmada ağ leylək dəstəsi alçaqdan uçur, donuq və dur-ğun havanı dağıdırdı.

– Niyə bu qədər çox leylək var? – Medardo Kursiodan soruşdu, – Hara gedirlər belə?

Müharibəyə qoşulmuş qonşu hersoqu məmnun etmək üçün könüllü olaraq orduya yazılan dayım, hələ ki təcrü-bəsiz idi. Xristianların əlində olan son qaladan bir at və bir nökər götürərək imperatorun qərargahına gedirdi.

– Döyüş meydanına gedirlər, – nökər qısaca cavab verdi. – Yol boyu bizə yoldaşlıq edəcəklər.

Vikont Medardo o tərəflərdə leylək görməyin yaxşı əla-mət sayıldığını bilirdi, ona görə də leylək gördüyü üçün se-vinməyə çalışırdı. Amma nədənsə özünü narahat hiss edirdi.

– Kursio, bu çöpayaqlı quşların döyüş meydanında nə işi var ki? – soruşdu.

– Qıtlıq tarlaları acınacaqlı hala saldıqdan və quraqlıq çayları qurutduqdan bəri, – nökər cavab verdi, – onlar da in-san əti yeyirlər. Ölülərin olduğu hər yanda qarğalarla kər-kəslərin yerini indi leyləklər, durnalar, flaman quşları alıb.

O vaxtlar dayım gənc idi; hisslərin qarışıq və coşqun ol-duğu, yaxşı ilə pisin hələ meydan çıxmadığı, ölüm-itimli ol-sa belə, yaşadığı hər yeniliyin təsirli və həyat sevgisi ilə dolu olduğu bir yaşda idi…

– Yaxşı, bəs, qarğalar, kərkəslər, o biri yırtıcı quşlar hara getdilər? – soruşdu. Üzü saralmışdı, amma gözləri hələ də parlayırdı.

Nökər bığlı, qarabuğdayı, danışarkən başını aşağı salan bir əsgər idi. O, ümumiyyətlə heç vaxt başını yerdən qaldır-mazdı.

– Vəbadan ölənləri yeyə-yeyə onlar da vəbaya tutuldu-lar, – dedi və nizəsini uzaqda qaralan kolluqlara tərəf tuş-ladı. Diqqətlə baxanda, bunların əslində kolluq yox, yırtıcı quşların tükləri, ya da qurumuş ayaqları olduğu başa düşü-lürdü.

– Quşunmu, yoxsa insanınmı daha əvvəl öldüyü, qarnı-nı doyurmaq üçün kimin kimin üstünə atıldığı bilinmir, – Kursio dedi.

İnsanları qırıb tökən vəbadan qaçmaq üçün onlar kütlə-vi şəkildə uzaqlara köçməyə çalışmış, amma burada can ver-mişdilər. Bomboş düzənlik boyunca ora-bura sərələnmiş, ya-ralardan üz-gözü tanınmaz hala düşmüş, skelet qalağına dönmüş çılpaq kişi və qadın cəsədləri görünürdü. Üstəlik, nədənsə lələkləri də vardı; sanki cılız qollarından, sinələrin-dən lələkli qanadlar çıxmışdı. Bunlar insan cəsədlərinə qarış-mış kərkəs leşləri idi.

Ərazidə vuruşma izləri gedərək artırdı. Atların ikisi də gah yana qaçdıqlarından, gah da şahə qalxaraq irəli getmək istəmədiklərindən daha ağır hərəkət edirdilər.

– Yaxşı, bu atlar niyə belə edirlər? – Medardo nökərdən soruşdu.

– Ağam, atlar öz bağırsaqlarının iyini heç xoşlamazlar.

Həqiqətən də keçdikləri düzənlik arxası üstə qalmış, nalları yuxarı qalxmış, bəzisi üzü torpağa batmış, ya da yanı üstə düşmüş at leşləriylə dolu idi.

– Kursio, burada niyə bu qədər at ölüb ki? – Medardo soruşdu.

– Adətən atlar qarnının deşildiyini hiss edəndə, bağır-saqlarını tutmağa çalışırlar, – Kursio izahat verdi, – bəzisi üzüaşağı uzanır, bəzisi də bağırsaqları tökülməsin deyə ar-xası üstə yatır. Amma hər iki halda da çox keçmədən ölürlər.

– Deməli, bu müharibədə ən çox atlar ölür?

– Türklərin qılıncları sanki atların qarnını deşmək üçün hazırlanıb. Bir az irəlidə insan cəsədlərini də görəcəksiniz. Əvvəl atlar, sonra atlılar vurulub. Baxın, gəlib çatdıq, ordu-gah oradadır.

İrəlilədikcə üfüqdə yüksələn çadırların təpələri, impera-tor ordusunun sancaqları və duman görünürdü.

İrəliyə doğru addımladıqca son döyüşdə həlak olanların demək olar ki, hamısının cəsədinin yığışdırılaraq dəfn edil-diyini gördülər. Aradabir saman yığını üstünə atılmış içalat-lar, xüsusilə də barmaqlar gözə dəyirdi.

– Bəzən, bizə yolu göstərən bir barmaq da görmək olur. – Medardo dayım dedi. – Bunun mənası nədir?

– Tanrı günahlarını bağışlasın, üzükləri almaq üçün diri-lər ölülərin barmaqlarını kəsirlər.

– Kim var orada? – şimala baxan bir ağacın gövdəsi kimi kif basmış yosun örtülü bir növbətçi çığırdı.

– Yaşasın müqəddəs İmperatorluq tacı! – Kursio bağırdı.

– Lənətə gəlsin Sultan! – növbətçi cavab verdi, – nolar, komandanlığa gedən kimi deyin növbəni dəyişmək üçün bir nəfər göndərsinlər, yoxsa burada lap ağaca döndüm.

Nəcis yığını üstündə vızıldaşan milçək buludundan qaç-maq üçün atlar artıq daha sürətlə irəliləyirdilər.

– Dünənki döyüşdən sonra nə qədər igidin bağırsaqları hələ də yerdədir, özləri isə göy üzündə, – Kursio xaç çəkdi.

Ordugahın girişində buruq saçlı, qat-qat uzun ipək pal-tar geyinmiş, sinələri görünən qadınların qışqıra-qışqıra, ça-ğırış dolu qəhqəhələrlə onları qarşıladıqları talvarın yanın-dan keçdilər.

– Saray qadınlarının çadırıdır, – Kursio dedi. – Başqa heç bir orduda belə gözəl çadır görə bilməzsiniz.

Dayım qadınları görmək üçün arxaya boylana-boylana at sürürdü.

– Diqqətli olun, ağam, – nökər xəbərdarlıq etdi, – hamısı kir-pas içindədir, özü də vəbalı. Türklər belə savaş qəniməti kimi bunlara əl vurmaz. Üstlərində sadəcə hamamböcəyi, taxtabiti, bit deyil, kürəklərində əqrəblər, kərtənkələlər yuva salıb bunların…

Səhra toplarının yanından keçdilər. Topçu əsgərlər su ilə şalğamdan ibarət yemək paylarını gün boyu atəş açmaqdan qızışmış tunc karabinlərin, topların üstündə isidirdilər.

Arabalarla torpaq gətirilir, topçular isə onu ələkdən ke-çirirdilər.

– Barıt azalmağa başlayıb, – Kursio izahat verdi, – dö-yüşlərin getdiyi yerdə torpağa o qədər çox qarışıb ki, yalnız ələyərək bir neçə atımlıq barıt əldə etmək olur.

Sonra süvarilərin axuru gəlirdi. Buradan milçək əlindən keçmək olmur, baytarlar isə kişnəyən, təpik atan dördayaq-lıların dərisini tikişlə, sarğı ilə, qaynar qətran bulamacı ilə sa-ğaltmağa çalışırdılar.

Sonra bir müddət piyadaların çadırları bir-birini əvəz et-di. Axşam düşmüşdü. Çadırların önündə çılpaq ayaqlarını ilıq su dolu ləyənə salaraq oturmuş əsgərləri görmək olurdu. Onlar gecə də, gündüz də qəfildən “silahlan” əmri verildiyi üçün “ayaq dincəltmə” fasiləsi zamanı belə dəbilqələrini baş-larına taxmış, mizraqlarını əllərində tutmuşdular. Yüksək, köşklərdə olduğu kimi parça döşəməli çadırlarda isə zabitlər qoltuq altlarını pudralayır, lələklərdən hazırlanmış yelpik-lərlə sərinlənirdilər.

– Bu, qadınları təqlid etmək üçün deyil, – Kursio dedi, – sadəcə, əsgərlik həyatının çətinliyinə baxmayaraq, keflərinin yerində olduğunu göstərmək istəyirlər.

Terralba vikontu dərhal imperatorun hüzuruna apar-dılar. O, xalçalarla döşənmiş, gerblərlə bəzənmiş çadırında xəritə üstündə səhər olacaq vuruşmanın planını incələyirdi. Xəritələr masanın üstünə sərilmişdi, imperator isə marşallar-dan birinin uzatdığı iynə qabından aldığı iynələri ona san-cırdı. Masada o qədər iynə vardı ki, xəritə anlaşılmaz hala düşmüşdü; nəyəsə baxmaq üçün hər dəfə iynələri çıxartmaq, sonra yenidən yerinə taxmaq lazım gəlirdi. Bu çıxartmalar-taxmalar əsnasında imperator da, marşalları da əlləri boş qalsın deyə iynələri dodaqları arasında saxlayır, ancaq mırıl-danaraq danışa bilirdilər.

İmperator önündə ikiqat olan gənci görəndə sual verir-miş kimi mızıldandı və o dəqiqə ağzındakı iynələri çıxardı.

– İtaliyadan yeni gələn bir cəngavər, əlahəzrət, – gənc adamı təqdim etdilər. – Genuya bölgəsinin ən zadəgan ailə-lərindən olan Terralba vikont.

– Dərhal leytenant rütbəsi verilsin!

Dayım dabanlarını bir-birinə vurub hazır vəziyyətə ke-çərkən, imperator krallara xas ağır hərəkətlə salamı aldı və bütün xəritələr bir-birinin üstündə qıvrılaraq yerə düşdülər

Medardo yorğun olduğu halda, o gecə gec yatdı. Çadırı-nın qarşısında irəli-geri addımlayır, növbətçilərin səsini, atla-rın kişnərtisini, bəzi əsgərlərin yuxuda sayıqlamasını eşidir-di. Göy üzündə Bohema ulduzlarına baxır, yeni rütbəsini, sa-bahkı vuruşmanı, uzaqdakı ana yurdunu düşünürdü. Ürə-yində nə həsrət, nə şübhə, nə də qayğı vardı. Onun üçün hə-lə ki, hər şey yerli yerində və qanunauyğun idi; Onu gözlə-yən qorxunc aqibəti qabaqcadan görə bilsəydi, bu qədər acı olmasına baxmayaraq, bəlkə onu da təbii və qaçılmaz hesab edəcəkdi.

Gözlərini düşmənin olduğu gecə üfüqünün bitdiyi yerə dikmiş, qollarını sinəsində çarpazlamış, uzaq və müxtəlif hə-qiqətlər və özünün bunların arasında olması haqqında düşü-nürdü; bundan doğan məmnunluq içində əlləriylə çiyinlərini qucaqladı. Bu döyüşdə tökülən və çay kimi, bulaq suyu kimi bütün yer üzünə yayılan qanının ruhuna qədər çatdığını hiss edir, hirs, ya da mərhəmət hissi duymadan onun ayaqlarını yalamasına və vücuduna yayılmasına icazə verirdi.

II

Savaş ertəsi gün düz saat onda başladı. Leytenant Me-dardo hücuma hazır xristian ordusunun hərəkətini at üs-tündə oturaraq izləyir, özünü tozlu bir əkin yerindən sünbül qoxusu gətirən Bohema küləyinə qarşı durubmuş kimi hiss edirdi.

– Arxaya baxmayın, ağam, – çavuş rütbəsində düz ya-nında dayanmış Kursio bağırdı. Sonra bu xəbərdarlığına haqq qazandırmaq üçün alçaq səslə davam elədi, – deyilənə görə, döyüşdən əvvəl uğursuzluq gətirirmiş.

Əslində isə o, Vikontun xristian ordusunun yalnız ni-zamsız əsgərlərdən, ehtiyat qüvvələrin isə taqətsiz düşmüş bir neçə piyada dəstəsindən ibarət olduğunu görüb cəsarə-tinin qırılmasını istəmirdi.

Dayım uzaqlara, üfüqdə yaxınlaşan buluda baxır və dü-şünürdü: “Bu bulud türklər, əsl türklərdir, böyür-başımda yerə tütün tüpürənlər isə xristian döyüşçüləridir; indicə gə-lən zəng səsi hücum çağırışı, həyatımın ilk hücum çağırışı, qulaqları kar edən bu gurultu, bu titrəmə, döyüşçülərlə at-ların böyük bir sıxıntıyla baxdıqları torpağa batmış bu göy-daşı isə top mərmisi, qarşılaşdığım ilk düşmən mərmisidir. “Bu son mərmidir” deyəcəyim günün heç gəlməməsini dilə-yirəm”.

Qılıncını çəkmiş, gözlərini duman içində gah itib, gah görünən İmperatorluq bayrağına zilləmişdi; düzənlikdə dördnala çaparkən dost toplarının atdığı mərmilər göy üzündə, başının üstündə dolanır, düşmən topları isə hələ indidən xristian cəbhəsində dəliklər açır, torpağı qəfildən çətir kimi havaya sovururdu. “Türkləri görəcəm! Türkləri görəcəm!” – düşünürdü. İnsan üçün düşmən sahibi olmaq, sonra da onun təsəvvür etdiyi kimi olub-olmadığını görmək qədər maraqlı bir şey yoxdur.

Türkləri gördü. İkisi düz qarşıdan gəlirdi. Atları örtüklü idi, balaca yumru qalxanları dəridən, paltarları isə qara və zəfəran rəngli çizgili parçadan hazırlanmışdı. Sarıqları, tor-paq rənginə oxşayan üzləri və bığları Terralbada “Türk Mi-ke” adı ilə tanınan birininkinə çox bənzəyirdi. Türklərdən bi-ri öldü, digəri isə birini öldürdü. Amma kim bilir, daha neçə-si gəlirdi; artıq təkbətək döyüş başlamışdı. İki türkü görmək hamısını görmüş olmaq kimi idi. Onlar da əsgər idi, bütün təchizatları ordunun malı idi. Üzləri kəndli üzü kimi yanmış və inadkar görünürdü. Medardo onları görməsinə görmüş-dü; artıq Bildirçin keçidindən yanımıza – Terralbaya qayıda bilərdi. Amma gec idi, orduya könüllü yazılmışdı. Yatağan zərbələrindən qorunaraq qaçırdı. Sonunda piyada bir türk tapıb öldürdü. Öldürməyi öyrəndikdən sonra, bu dəfə qısa boylu bir atlının qarşısına çıxdı, amma səhv elədi. Çünki ki-çiklər daha təhlükəli olurlar. Atların altına soxulur, yatağan-la heyvanların qarınlarını cırırdılar.

Medardonun da atı ayaqlarını aralayıb dayandı.

– Neyləyirsən? – Vikont çığırdı. Həmin an özünü yetirən Kursio aşağını göstərərək:

– Ora baxın, – dedi, – heyvanın bütün içalatı yerə tökü-lüb.

Yazıq heyvan altdan yuxarı sahibinə baxdı, sonra bağır-saqlarını toplamaq istəyirmiş kimi başını aşağı əydi, amma bu, sadəcə bir igidlik nümayişi oldu; özündən getdi və öldü. Terralbalı Medardo piyada qalmışdı.

– Mənim atımı alın, cənab leytenant, – Kursio çığırdı.

Amma atını saxlaya bilmədi, bu dəfə özü bir türkün oxu ilə vurulub atdan salındı, heyvan isə qaçaraq uzaqlaşdı.

– Kursio! – Vikont qışqırdı və yerdə inildəyən nökərinə tərəf qaçdı.

– Məni düşünməyin, ağam, – nökərin səsi eşidildi, – xəs-təxanada ərik arağı olsun, yetər. Deyirlər ki, hər yaralıya bir kasa düşür.

Medardo dayım tünlüyə qarışdı. Savaşın gedişi müəy-yən deyildi. O qarışıqlığın içində qalib gələnlərin xristianlar olduğu düşünülürdü. Türklərin sıralarını dağıtmış, mövqe-lərini ələ almışdılar. Dayım başqa igidlərlə birlikdə düşmən topçularınadək gedib çıxmışdı; Türklər isə xristianları atəş altında tuta bilmək üçün tez-tez topların yerini dəyişdirir-dilər. İki türk topçusu təkərli bir topu ora-bura döndərirdi. Onlar öz ağır davranışları, saqqalları, ayaqlarına enən ge-yimləri ilə iki münəccimə oxşayırdılar. Dayım:

– İndi gəlib topu necə döndərməyi göstərərəm sizə, – dedi. Coşqulu, təcrübəsiz olduğu üçün, toplara sadəcə yan-dan, ya da arxa tərəfdən yaxınlaşmaq lazım gəldiyini bilmir-di. Qılıncını çəkib, topun lüləsinin qarşısına keçdi; o iki mü-nəccimi qorxudacağını düşünürdü. Qorxmaq bir yana, adamlar düz onun sinəsinə atəş açdılar. Terralbalı Medardo havaya uçdu.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)