banner banner banner
Canlı heykəl
Canlı heykəl
Оценить:
Рейтинг: 0

Полная версия:

Canlı heykəl

скачать книгу бесплатно


– Qardaş, icazənlə mən gedib yatardım. Çünki yol məni yaman yorub.

– O nə sözdür, əlbəttə, get yat. Elə bayaqdan fikirləşirəm ki, Vaqifin arxasıyca mən də gedim. Bir baxım görüm fermada nə var, nə yox. Həm də ki, çobanlara, baytara baş çəkim. Məsləhətləşim görüm bu xəstələnən heyvanları sağaltmaq mümkün olacaqmı? Əgər olacaqsa, onların müalicəsilə ciddi məşğul olaq. Yox, əgər olmayacaqsa, elə beləcə kəsim getsin, yalan yerə boş-boşuna iynə-dərmana pul tökməyim.

– Oldu, yolda ehtiyatlı ol. Gecən xeyrə, qardaş.

Onlar sağollaşdılar. Raul masadan qalxıb ehtiyatla yeriyərək anasının otağına daxil olub səssizcə ona baş çəkdi. Səmayə xanım ora-bura qaçaraq yorulub əldən düşmüş balaca uşaqlar kimi şirin-şirin yatmışdı. Uşaqlığını xatırladı. Qaçar, atılıb-düşər, yorular və necə gəldi yatardı. Anası onun üstünü yorğanla hər axşam yatmazdan öncə örtər, yoxlayar, nəvazişini əsirgəməzdi. Bunları xatırladıqca çöhrəsinə sövqtəbii gülümsəmə qondu.

Onu belə görüb qapını ehmallıca örtdü və öz otağına getdi. Sərin havada yorğana bürünüb yatmaq uşaqlıqdan onun çox xoşuna gəlirdi. Qalxıb pəncərəni açdı, bayırı bir az seyr edib sinəsinə ciyəri dolusu dağ havası çəkdi. Yerinə uzanaraq yorğanı başına qədər çəkib anasını fikirləşə-fikirləşə yuxuya getdi. Rahib isə pencəyini çiyninə ataraq damağına bir siqaret qoyub yandırdı. Maşına əyləşərək fermaya tərəf üz tutdu. Elə bir az getmişdi ki qaranlıqda bir nəfər Rahibə əl edərək onun adını qışqırdılar. Rahib maşını saxlayıb arxa-arxaya gedərək həmin bu adamın qarşısında saxlayan kimi qapını kimsə açıb maşına əyləşdi. Bu, onların kəndliləri Akif idi. O, balacaboy, qarayanız, üzündən biclik yağan cavan oğlan idi. Rahibin gözündə o həm xasiyyətcə, həm də bir insan olaraq çox eybəcər idi. Heç xoşuna gəlmirdi, amma kənddə üz-üzə gəldiklərinə görə məcburi olaraq xətri qalmasın deyə salamlaşırdı. İndi Akif maşına əyləşərək dedi:

– Rahib, axşamın xeyir. Mən səninlə Vaqif haqqında danışmaq istəyirəm.

Rahib onun danışıq tərzindən hiss etdi ki, bu söhbət xeyirli bir mövzu haqqında deyil. Əslində belə xeyirgəlməz bic insanlar özləri üçün nəsə bir xeyir güdməsələr, heç kimi gecə vaxtı qışqıraraq yolundan edib söz deməzlər, heç salam verməyə də lüzum görməzlər. Rahib də yaxşı başa düşürdü ki, belə insanların xeyir güddüyü şey qarşısındakına yalnız ziyanlı nəsə ola bilər. O, Vaqifə Akifdən uzaq durması üçün həmişə xəbərdarlıq edirdi. Amma əksər insanlar belədir ki, onlara nəyi qadağan etsən, nəyə olmaz desən, hər zaman o qadağan etdiyin şeyə qarşı meylləri daha da çox artır. Rahim bir az qaş-qabaqlı formada ona dedi:

– Hə, eşidirəm, de görək Vaqif haqqında danışacağın şey nədir?

– Bax Rahib, səninlə açıq danışacağam. Qardaşın Vaqifin mənə borcu var, həm də elə-belə borc yox.

– Nə borc? Onun sənə nə borcu ola bilər axı? –deyə Rahib bir daha sual verdi.

– İki gün bundan qabaq qumar masasında qardaşın mənə maşınını uduzub.

– Nə, nə, nə? Sən nə axmaqlayırsan? Qumar hara, mənim qardaşım hara?

– Rahib, həmin o qumaq masasında başqa adamlar da var idi. Əgər inanmırsansa, onlar şahidlik edə bilərlər. Elə biri də Pakizə xalanın oğlu Nicat idi. İstəsən, Nicata zəng edib soruşa bilərsən. Mən Vaqifə zəng edirəm, ancaq o mənim telefonlarıma cavab vermir. Ona görə də, məcbur qalıb real vəziyyəti sənə deməli oldum. Bilirsən, bir söz var, qumar borcu namus borcudur.

Rahib gözünü ona zilləyib baxaraq bu qumarı namusu ilə bir tutan bədbəxt adama nə desə boş olacağını fikirləşirdi. Qardaşından – güvəndiyi yerdən aldığı ağır zərbənin şokunu yaşayırdı. Onun dili ağzında əsəbdən sanki düyümlənmişdi. Akif maşınn qapısını açaraq düşdü və qapını örtmədən Rahibə tərəf çevrilərək “səndən xəbər gözləyəcəyəm” dedi və qapını örtdü.

Bir müddət donub yerində qalan Rahib onun dediklərinə inanmaq istəmirdi. Xeyli keçəndən sonra maşını işə salaraq Nicatgilin evinə tərəf sürdü. Yol boyu “axı bu necə ola bilər?” – deyərək özünə suallar verə-verə Pakizə xalanın evinə çatdı. Qapının ağzından “Nicat, Nicat” deyə ucadan səsləməyə başladı. Nicat başını pəncərədən çıxararaq qaranlıqda kim olduğunu seçməyə çalışırdı. Rahibin gəldiyini və çox əsəbi olduğunu görüb hər şeyi başa düşdü və dedi:

– Gəlirəm, gəlirəm, iki dəqiqə gözlə.

Nicat Rahibgilin uzaqdan-uzağa qohumu idi. O, bakalavr təhsilini bitirmişdi. Amma dövlət işində işləməyə qarşı idi, ona görə də işləmirdi.

Rahib ona həmişə yazıq bir insan kimi baxırdı. Nicatı görəndə ürəyində çox vaxt Allahdan ona ağıl arzulayırdı. Çünki o öz həyat yolu ilə səfeh-səfeh fırlanmağı bütün işlərdən üstün tutduğunu göstərirdi. Amma gəl ki, qardaşı Vaqif nə iş tutmuşdusa, bu gün Rahibin işi-söhbəti ancaq biclər və səfehlərlə düşmüşdü. Bu ona ağır gəlirdi. Əslində ona qalsa, Nicat kimi avaralığı seçmiş, Akif kimi üzündən-əməlindən biclik tökülən adamlarla heç kəlmə də kəsməməyi seçərdi. Amma biri maşınına minib ondan xəbər gözlədiyini yüksək tonla səsləyir, hələ Rahibi xoşlamadığı başqa birisinin qapısına yönləndirirdi.

Hava tutulmuşdu, uzaqdan eşidilən şimşək səsləri bir azdan yağacaq leysanın xəbərçisi idi. Nicat köynəyinin yaxasını düymələyə-düymələyə darvazadan bayıra çıxdı. Rahib onu görüb maşınına əyləşdi, içəridən yandakı qapının şüşəsini endirib ona da maşına əyləşməsini qışqırdı. Nicatın ürəyinə elə qorxu düşmüşdü ki, bir anlıq qaçıb evə girmək xəyalına gəldi. Amma cəsarətini toplayaraq maşına əyləşdi. O, evdən çıxa-çıxa beynində Rahibə verəcəyi cavabları hazırlamışdı. Canına gələn qorxudan fikirləşdiyi sözlərin çoxunu unutmuşdu. İndi xatırlamağa çalışırdı. O, maşına minər-minməz Rahib təhdidedici tərzdə səslənərək soruşdu:

– Akifin dedikləri düzdürmü?

Nicat vaxt qazanmaq üçün nə edəcəyini bilmədi. Bu durumda işlədilə biləcək ən ucuz variantı – ona yaraşanı işlətdi: özünü bilməzliyə vurdu. Halbuki Rahibin səsini tanıyıb kimin gəldiyini bildiyi andan etibarən ondan soruşulacaqları təxmin etmişdi, hətta cavablarını da hazırlamışdı. Amma buna baxmayaraq birbaşa cavab vermədi. Aid olduğu insan tipinin xüsusiyyətlərini dana bilmədi. Axı o Nicat idi.

– Haaansı sööözləəər? – deyə kəkələdi.

– Akif mənə Vaqifin qumarda maşını ona uduzduğunu və sənin də o masada olduğunu dedi.

Nicat bu ani dəqiqləşdirmə izahatından sonra özünü, nəhayət, küncə qısılmış kimi hiss etdi. Ürkək səslə dedi:

– Hə, düzdü. Elə dediyi kimi də oldu. Hamı ona masadan qalxmağını dedi, amma o isə masadan qalxmaq istəmir, daha da hirslənirdi. O, özündə deyildi.

Rahib bunu eşidib lap özündən çıxmışdı.

– Özündə deyildi? Necə yəni özündə deyildi?

Doğrudur, Nicat olduqca qorxaq və lüzumsuz adam idi. Amma yetəri qədər də hiyləgər adam idi. “Özündə deyildi” ifadəsini tam zamanında körpü kimi istifadə etdi. Bu körpüdən Rahibi keçirib özünə qarşı olan təhdidi sovuşdurdu. Qaldı son həmlə. İndi bir gedişlə Rahibin kəskin nəzərlərini özündən yayındırıb onun bu qəzəbini özünə doğru yönəldəcəkdi.

– Rahib, mən sənin qardaşına qarşı bu qədər laqeyd olduğunu təsəvvür edə bilməzdim. Sən doğrudan məsələni bilmirsən? Demək olar ki, kənddəki bütün cavanlar Vaqifin narkotik istifadə etdiyini bilir. Bircə sən bilmirsən? Vaqifə ən yaxın olmalı adam ondan ən uzaq və ən xəbərsiz adam imiş. Son zamanlarda o artıq iynədən istifadə edir. Onun qollarının necə göyərdiyini görməyibsən? Bir yerdə dura bilmir. Elə tez-tez qollarını qaşıyır. Həm də ki, bu qədər arıqlayıb.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)