Читать книгу Səməd Vurğun xatirələrdə ( Коллектив авторов) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Səməd Vurğun xatirələrdə
Səməd Vurğun xatirələrdə
Оценить:
Səməd Vurğun xatirələrdə

5

Полная версия:

Səməd Vurğun xatirələrdə

1941-də Nizaminin yubileyi ilə əlaqədar “Xosrov və Şirin”i tərcümə etdi. Həmin il “Fərhad və Şirin”i yazdı. Əsər əvvəlcə Bakıda, sonra isə Moskvada Stanislavski adına teatrda tamaşaya qoyuldu. Moskvaya bizi də aparmışdı. Özümüzlə pul götürmüşdük ki, evin çatmayan şeylərini alaq. Səməd o pula teatrın artistlərinə böyük bir banket verdi…

Biz ailədə çox mehriban olmuşuq: mən ona “şairlər şahı”, o isə mənə “cananım” deyirdi. Moskvada Kreml xəstəxanasında yatarkən Yusifdən bir portaxal göndərmiş(elə bil uşağam) və məktubda yazmışdı ki, “Yaman günün ömrü az olar. Sənə bir portaxal göndərirəm:

Vurğunun cananı ləzzətlə yesin,

Şairlər şahına çox sağ ol desin.

Sənin qara Səmədin”.

Mən də, uşaqlar da çoxlu kitablar oxumuşuq. Bizim evə “aspirantura” deyirdilər. Mən Səmədin də ilk oxucusu idim. Gənc yaşlarımda gənclik və qadın mövzusunda yazdığı əsərləri ilk dəfə mənə oxuyur, həm bir qadın, həm də bir gənc kimi fikrimi öyrənirdi. Bəzən, onunla razılaşmadığım məqamlar da olur və o, bunları nəzərə alırdı. Qələbə mövzusunda yazdığı şeirə:

Yazılsın tarixə bir qızıl xətlə,

Qırx beşinci ilin 9 May günü – misralarını mənim tövsiyəmlə əlavə etmişdi.

Qəribə yazı tərzi vardı. Yazı stolunun arxasına, hansısa bir rəsmi tədbirə gedirmiş kimi – ayaqqabısını, kostyumunu geyinib, qalstukunu bağlayıb keçirdi. O, bunu yazı masasına ehtiramı ilə izah edirdi.

Səməd çox əliaçıq adam idi. O, “Vaqif”ə və “Fərhad və Şirin”ə görə Stalin mükafatları almışdı. Aldığı böyük məbləğdə pulları “Müharibə Fondu”na keçirdi. Səmədin Akademiyanın vitse prezidenti kimi məvacibi 15 000 manat idi. Bu, çox böyük pul idi. Ondan evə cəmi 2000-2500 verir, qalanını imkansızlara paylayırdı.

Müharibə vaxtı mənə evdə yeməklər bişirtdirir, xəstəxanaya yaralılara aparırdı.

Evimiz çox qonaq-qaralı olub, tanınmış və tanınmayan, gənc və yaşlı, o dövrün, demək olar ki, əksər ziyalıları bizdə olmuşdu: O.Şmidt, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, Ə.Bədəlbəyli, hətta, İrandan, Rusiyadan da qonaqlarımız olardı.

Səməd böyük nüfuza malik idi. O, nüfuzundan istifadə edərək, vəzifəli şəxslərə müraciət edər, kəndlərə yol çəkilməsinə, bağçalar tikilməsinə, yetimxanalar açılmasına nail olardı. Yetimxanalara, pioner düşərgələrinə cibindən də yardım edərdi.

İmkansız adamlara əl tutmaqdan daxilən rahatlıq duyar, zövq alardı. Bəzən xörəyini çəkirdim, amma masaya yaxınlaşmaz, telefonla hansı mənsəb sahibiləsə danışıb, bir imkansızın ehtiyacını həll edərdi. Adətən, şad xəbəri o imkansıza çatdırıb, onu sevindirdikdən sonra masaya oturardı. Onda yediyim mənə halal olur – deyirdi. Öz ətrafımızda da kasıb adamlar az deyildi. Bayramlarda onlara da, hökmən yardım edərdik.

Vyetnama gedəcəkdi, təyyarə uçmamış, evə dönmüşdü. Səhərisi gün uçdu. Yolda xəstələnib, Pekində xəstəxanaya qoymuşdular. Evə qayıdandan sonra, əvvəlcə “epidemiyadır” demişdilər. Sonra Mustafa bəy Topçubaşov xərçəng diaqnozu qoydu. Səmədi Moskvaya yola salanda o da gəlmişdi. Yazıq əllərini göyə qaldırıb, yalvarırdı ki, “Ay Allah, razıyam, qoy mən rüsvay olum, amma qoyduğum diaqnoz yalan çıxsın”. Təəssüf ki, yalan çıxmadı. Çox pis oldu. Bir şeirində deyir e:

Sən də de, yarıyaq, qarıyaq qoşa – nə yarıdıq, nə də birgə qarıdıq.

Ölənəcən özüm, sonra da torpağım “Səməd” deyib ağlayacaq.

Xəstə vaxtı bilirdim ağırdı, xoşladığı paltarlarımı geyib, çətin də olsa, üzümə təbəssüm qondurub, ona qulluq eləyirdim ki, öləcəyini ağlına gətirməsin. O isə Mirzə İbrahimova deyibmiş ki, mən dünya görmüş adamam, bilirəm vəziyyətim pisdi, günü-gündən geri gedirəm. Bu biçarə, yəni mən – bilmir, vəziyyəti ona deməyin.

Son məqamında dedi ki, məni öz yatağına keçir, keçirdim. Bir az sonra dedi ki, Xavər, deyəsən, mən gedirəm. Dedim, qoymaram gedəsən, qucaqladım onu – elə qucağımda da keçindi…Qonaq otağındakı saatın əqrəblərini dayandırdım. Əqrəblər o andan 7.30-un üstündə dayanıb. Əlbəəl qohumlar, dostları (çoxları elə bizdəydi), Az.dramanın aktyorları, rəsmilər gəldilər…

Mənimçün çox böyük bir itki oldu – evim yıxıldı, qapım bağlandı… Amma, onu da deyim ki, Səməd kimi nüfuzlu bir kişinin, çox istedadlı bir şairin – şairlər şahının həyat yoldaşı olmağımla özümü dünyanın ən xoşbəxt qadını saymışam, elə indi də sayıram. Onun adı və kölgəsi üstümdədi və nə qədər yaşayıram üstümdə də olacaq…

“Vurğun ocağı” sənədli filmində Xavər xanımın çıxışından

Götürülüb (S.Vurğun ev-muzeyinin videotekası).

Yusif Səmədoğlu

ATAM HAQQINDA XATİRӘ

Bizim       evdә bir otaq var. Әvvәllәr bu otağın axşam sәkkizdәn yanan işığı bәzәn sәһәrә qәdәr sönmürdü. İndi isә artıq bir ilә yaxındır ki, bu otağın pәncәrәlәrindәn işıq gәlmir.

Bu otaq – atamın kabinetidir.

Burada һәr şey – uzun vә enli yazı stolu, stolun üstündәki qәlәm vә kağızlar: divar boyu qoyulmuş şkafların rәflәrindәki kitablar, һәr şey, һәr şey bizә son dәrəcә әzizdir.

Atamın kitabxanası çox zәngindir. Marks, Lenin, Nizami, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nәsrәddin, Turgenev vә vә s. və s. Onlarla müәlliflәr, onlarla cildlәr… Bu cildlәrin һәr birini atam dәfәlәrlә vərəqləmiş, һәr birindә atamın qeydlәri var. Budur, A. S. Puşkinin 1907 – ci ildә Sankt – Peterburqda nәşr edilmiş on iki cildliyi. “Yevgeni Onegin” çap olunmuş cildi rәfdәn götürüb vərəqləyirəm. Sәһifәlәr atamın qeydlәrilә doludur. Poemanın qurtaracağında, sәһifәnin tәmiz һissәsindә isә atam bu sözlәri yazmışdır: “Eşq olsun belә sәnәtkara!” …Yaxud başqa bir kitab: Sabirin “Hopһopnamә”si. Kitabın sonuna atam bu sözlәri yazmışdır: “Sәnә min rәһmәt!” …Bu misalların sayını istənilən qәdәr artırmaq mümkündür…

Atam çox oxuyurdu. Әlbәttә ki, onun әn çox sevdiyi şeir kitabları idi. O özü son vaxtlar tez – tez etiraf edirdi ki, onun yaradıcılıqda kamillәşmәsindә kitabların, mәһz bәdii әdәbiyyatın olduqca böyük rolu olmuşdur.

Yaxşı yadımdadır. Mәn Moskvada tәlәbә ikәn atam Moskvaya gәlmişdi. Mәnim yaşadığım otaqda oturub çay içirdik. Birdәn o, mәndәn soruşdu:

– Son vaxtlar bәdii әdәbiyyatdan tәzә nә oxumusan?

Mən cavab verdim ki, başım imtaһanlara yaman qarışıb, tәzә әsәrlәri oxumağa vaxtım yoxdur. Atam nəlbəkini stolun üstünә qoydu, külqabıdan sönmüş papirosunu götürüb yandırdı, dәrindәn bir neçә dәfә sümürdü. O, gözlәrini qıydı. Mәn başa düşdüm ki, atam əsәbilәşmişdir. Çünki o, һәmişә әsәbilәşәndә gözlərini qıyırdı. Atam başını buladı.

– İyirmi yaşında bir cavan deyәndә ki, tәzә әsәrləri oxumağa vaxtım yoxdur, tüklәrim ürpәşir, – dedi. A bala, necә yanı vaxtım yoxdur?! İnsanda arzu olsa, һәmişә vaxt tapa bilәr. Mәn sәnin yaşında olanda əlimә nә keçirdisә oxuyurdum. Bәzәn sәһәrә qәdәr yuxusuz qalırdım… Qәribә sözdür, vaxtım yoxdur…

Mən üzr istәyib söz verdim ki, bir dә belә sözlәri deməyəcəyəm.

Sonralar atam һәr dәfә Moskvaya gәlәndә mәn ona, necə deyәrlәr, oxuduğum әsәrlәr һaqqında һesabat verirdim…

Bir dәfә, yenә dә Moskvada, meһmanxanada әdәbiyyatdan, kitablardan söһbәt edirdik. Atam söһbәtin sonunda dedi:

– Eh, deyirәm ki, adamın imkanı ola, ucqar bir yerә çәkilib sәһәrdәn axşama qәdәr oxuya. Ömür keçir, amma cild – cild kitablardan insanın xәbәri olmur…

İndi mәn һәr dәfә atamın kabinetinә ayaq basanda onun kitablar vә bәdii әdәbiyyat һaqqında dediyi sözlәr qulaqlarımda sәslәnir: “Oxu, bacardıqca oxu oxumaqdan һәlә һeç kәs zәrәr çәkmәyib…”. “Mәn dünya әdәbiyyatını vərəqləmişəm, amma yadıma düşәndә bir kitab var, onu oxuya bilmәmişәm, min dәfә heyfsilәnirәm…”. “Bu kitablar olmasaydı, mәn indiyəcən yazdıqlarımın һeç yarısını da yaza bilmәzdim…”.

Bir һadisә ömrüm boyu yadımdan çıxmayacaqdır. Bakıya, yay tәtillәrinә gәlmişdim. Axşam saat on bir radәlәrindә bilmirәm, nә iş üçünsә atamın yanına – kabinetә girdim. Mәnim ayaq sәslәrimi eşidib başını qaldırdı. Mәn onun yaşarmış gözlәrini gördüm. Sözün düzü, özümü itirdim. Hәlә indiyә kimi heç bir vaxt atamı gözüyaşlı görmәmişdim. O, mәni yanına çağırıb, әlindә tutduğu “Hopһopnamә”ni stolun üstünә qoydu vә kövrәlmiş bir sәslә dedi:

– Deyirәm, görәsәn Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı?! Eh, namәrd dünya!.. Sәn Sabiri oxumusanmı?

Cavab verdim ki, oxumuşam.

– Oxu, һәmişә oxu. Yoldaşlarına da de ki, oxusunlar, – deyә atam bir an susdu, sonra әlilә kitab şkaflarını göstәrdi.

– Bax, mәn dünyanı tutub durmayacağam… Bu kitabların һamısı sәnin olacaq. Әgәr bir gün sәn bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mәn qәbrdә dә bundan xәbәr tutacağam…

Qalacaqdır dünyada…(S.Vurğun haqqında xatirələr). (Tərtib edəni: Cavid Məmmədbəyov; Redaktoru: prof. Kamal Talıbzadə). B.,“Azərnəşr”, 1973, s.48-50.

Yusif Səmədoğlu

Bağımızın qonşuluğunda, hasarın o üzündə yetimxana vardı…


Müharibә vaxtı biz uşaq idik. Yemәk-içmәkdәn korluq çәkirdik. Atam buna dözmәdi. Bir gün Şüvәlandakı bağbanımızı çağırıb, ona pul verdi vә dedi ki, “Get bir inәk al, saxla bağda. Çalış südlü inәk olsun. Hәm sәnin balalarının qarnı doysun, hәm dә bizә bir şey qalsın”. İnәk alındı vә biz hәftәdә bir-iki dәfә tәzә süd içmәyә başladıq. Yayda bağa köçәndә isә düz iki ay kef elәdik. Amma bir gün anam inәyi sağmağa gedәndә gördü ki, inәyin yelini boşdur. Әliboş geri qayıtdı vә dedi ki, “Ay Sәmәd, bu gün uşaqlar südsüz qalacaqlar, inәyi sağıblar”. Atam tәәccüblә anamın üzünә baxdı, o isә çiyinlәrini çәkdi. Ertәsi günü dә südsüz qaldıq. Üçüncü günü dә bizdәn qabaq gәlib inәyi sağdılar. Başladıq ondan-bundan şübhәlәnmәyә. Malı itәnin imanı itir deyiblәr, gümanımız bağbana gәldi, amma kişiyә heç bir söz demәdik. Dördüncü günü yuxudan duranda gördük ki, atam lap tezdәn oyanıb bağda gәzinir. Anam vedrәni götürüb inәyi sağmağa getmәk istәyәndә atam qoymadı. “A Xavәr, getmә, uşaqlar bu gün dә südsüz qalacaqlar” – dedi. Dönüb tәәccüblә üzünә baxdıq. Onun gözlәri hәm nәmlәnmişdi, hәm dә gülürdü. Heç nә başa düşmәdik. Hәm inәyimiz sağılmışdı, hәm dә atamın kefi kök idi. Sәn demә atam tezdәn oyanıb bağa çıxır. Bir dә görür ki, bir uşaq hasardan aşıb bağa gәldi vә sinә-sinә inәyin yanına getdi. Onu tumarladı, әmcәyini sığalladı, buzovu altına salıb әmizdirdi vә özü dә buzovla bәrabәr inәyin әmcәyini sormağa başladı. Aradan bir az keçәndәn sonra hasardan başqa bir uşaq atıldı. O da gәlib inәyi әmdi. Bunlar gedәndәn sonra başqaları gәldi. Atam gülә-gülә dedi: “Saydım, düz sәkkiz uşaq hasardan aşıb gәldi vә inәyi növbә ilә әmdi”.

Bağımızın qonşuluğunda, hasarın o üzündә, yetimxana vardı. Başa düşdük ki, inәyimizi әmәnlәr vә bizi südsüz qoyanlar yetimxananın uşaqlarıdır. Arxayınlaşdıq. Yәqin etdik ki, atamız yetimxanaya gedәcәk, direktoru çağırtdıracaq, әhvalatı ona danışacaq vә biz dә bundan sonra inәyimizin südünü özümüz içәcәyik.

Sәhәr çörәyimizi yeyәndәn sonra atam bağbanımızı çağırtdırdı. Özü inәyin çatısını açdı:

– Apar bu inәyi yetimxanaya ver. De ki, Sәmәd Vurğun göndәrib. Qoy südünü sağıb uşaqlara versinlәr.

İnәk getdi, biz dә südsüz qaldıq…

Hәmişә olduğu kimi, bir yay Kislovodskiyә, istirahәtә getmişdik. Yenicә kişilәşәn vaxtım idi. Evdә-eşikdә tapılmırdım. Şәhәrin ayağından vurub, başından çıxırdım. Atam nә qәdәr danlasa da, gecәlәr evә gec gәlirdim. Bir gün yenә evә gecәdәn xeyli keçmiş qayıtdım. Atam yatmamışdı. Amma bu dәfә acıqlı deyildi, gözlәri gülürdü. İstәdim yanından keçib yatmağa gedәm. Sözün düzü, yaman yorulmuşdum. Qolumdan tutub saxladı:

– Ayә, a Yoska, getmә. Tәzә bir şeir yazmışam, onu sәnә oxuyacam. Qxudu. Hәm yuxum gәlirdi, hәm dә kefim bir az yuxarı idi. Heç nә başa düşmәdim. Amma bircә kәlmә dedim:

– Pis şeirdir.

Tәәccüblәnsә dә, bir söz demәdi. Getdim yatmağa.

Sәhәri xeyli gec oyandım. Әl-üzümü yuyub gәlәndә gördüm ki, hamı çay-çörәyini çoxdan yeyib. Mәn dә özümә çay süzdüm. Atam fit çala-çala eyvanda gәzinirdi. Gördüm sözlü adama oxşayır, çörәyimi yeyәndәn sonra mәnә nәsә deyәcәk. Elә dә oldu:

– Ayә, a Yoska, bütün gecәni yatmamışam, şeiri tәzәdәn işlәmişәm. Çox yaxşı şeirdir, oxuyum, bir dә qulaq as.

Yerimi rahatladım:

– Oxu.

Özünә mәxsus ahәnglә oxudu vә gözünü üzümә zillәdi. Onun adәti idi: tәzә şeir yazan kimi mütlәq bizә oxuyar vә fikir soruşardı. İndi də mənim fikrimi bilmək istəyirdi. Tərəddüdsüz sözə başladım:

– Axşam da dedim, indi dә tәkrar edirәm, pis şeirdir. Hәm dә siyasi cәhәtdәn yanlışdır. Necә yәni “mәn tәlәsmirәm”? Bu saat bütün dünya, bütün ölkә tәlәsir, kommunizmә tez çatmaq istәyir, sәnsә ətәyimizdәn geri çәkirsәn vә deyirsәn: “Bu saat, bu dәm, mәn heç yana tәlәsmirәm, tәlәsmirәm”. Bu, әn azı siyasi savadsızlıqdır. Kommunizm quruluşu işinә kömәk yox, mane olmağın tәbliğidir.

Gördüm atamın gülümsәr çöhrәsi ciddilәşdi, amma sifәtindәki “təbәssüm” itmәdi. Ağarmış bığını sığallaya-sığallaya üzümә baxdığını gördüm. Mәn bu baxışlardakı istehzanı duydum vә daha da ciddilәşdim:

– Düz deyirәm, şeir zәmanәmizlә ayaqlaşmır.

Birdәn ayağa durdu vә üstümә acıqlandı:

– Ayә, mәnim dalımı yeyәn az idi, biri dә evimizdәn çıxdı?!

… Atam Moskvaya gәlmişdi. İki gün axtarıb tapa bilmәdim. Başı qarışıq idi. İclasları vardı. Üçüncü günü sәhәr tezdәn durub mehmanxanaya gәldim. Astaca içәri girdim. Gördüm hәlә yatır. Oyatmağa qıymadım. Qonaq otağında oturub gözlәdim. Atam hәmişә “Moskva” mehmanxanasında üç-dörd otaqlı lyuks nömrәdә qalırdı. İçәrinin havası ağır idi. Deyәsәn, gecә gec yatmışdı, yaman da papiros çәkmişdi. Pәncәrәni açdım. Stolun üstündәki böyük külqabı papiros kötüklәri ilә dolmuşdu. Bu kötüklәrin bәzilәrindә qırmızı lәkәlәr vardı. Pomadalı dodaq izinә oxşayırdı.

Qapı açıldı. Atam pijamada yataq otağından çıxdı vә mәnim papiros kötüklәrinә fikir verdiyim gözündәn yayınmadı. Gülә-gülә:

– Ә, a qırışmal, nәyә baxırsan, axşam yanıma tәrcümәçim gәlmişdi…

“Azərbaycan” j., 1990 №5, səh.44-46.

Aybəniz Vurğunqızı

ÖMRÜMÜN ATAMLA KEÇMİŞ XATİRƏLƏRİ

Hər gün atamın adıyla bağlı muzeyә gәlәndә qәribә һislәr keçirirəm. Düz on bir ildir ki, evimiz muzey olub. Bu, az müddәt deyil, lakin, bu evlә bağlı elә xatirәlәr var ki, onlar yada düşәndә evin muzey olduğuna inana bilmirәm. Bu xatirәlәri nә ekskursiya mәtninə daxil etmәk olar, nә dә eksponata çevirmәk… Bunlar ömrümün sonuna qәdәr qәlbimdә yaşayacaqdır…

1954-cü ilin fevralında atamın bәyәnib-seçdiyi bu evә köçdük. Anam, ev çox böyük olduğu üçün köçmәk istәmirdi. Bu barәdә öz narazılığını atama bildirәndә, o dedi: “Ay Xavәr, məni qınama, cavanlıqda o qәdәr darısqallıqda yaşamışıq ki, indi gözüm doymur, genişlik istәyirәm…”

Biz әvvәllәr Fioletov küçәsindәki 6 nömrәli evdә yaşayırdıq. İlk uşaqlıq xatirәm müһaribәnin başlandığı günlә bağlıdır.

Bir gün kimsә otaqdakı çilçırağa cuna keçirirdi, mәn dәһlizdә oynayırdım. Birdәn kimsә gәlib dedi ki, müһaribә başlayıb. “Müһaribə” sözünün dәһşәtli bir şey olduğunu böyüklәrin sifәtindәki һәyəcanlı ifadәdәn dә һiss etdim. Sonralar atamla anamın dәrdli-dərdli söһbәt etmәlәri, atamın tez-tez bizi bәrk-bәrk bağrına basıb evdәn һarasa çıxıb getmәsi, һəyәcan siqnalları eşidilәn kimi anamın bizi tәlәsik yuxudan oyatması (çox zaman üçümüzü dә paltarda yatırardı), Vaqifin anamın әlindәn qaçaraq oyuncaq tapançasını pəncәrәyә tuşlayıb “dayan, vurum faşist samalyotunu” demәsi, yuxulu-yuxulu kuklamı qucağıma almağım, zirzәmiyә düşmәyimiz, orada çoxlu həyəcanlı adamlar görmәyimiz, “müһaribә” sözünün dәһşәtini daһa da artırırdı.

O vaxtlar mәn atamın şair olduğunu da bilmirdim. Heç xәbәrim yox idi ki, o gün şair atam müһaribә mövzusunda ilk şeirini yazıb. Xәbәrim yox idi ki, atam – Sәmәd Vurğundur vә o, tez-tez evdәn cәbһәdә, xәstәxanalarda, radio vә ictimai tribunalarda çıxış etmәyә gedirmiş. Heç xәbәrim yox idi ki, şair atam “Ukrayna partizanları” adlı şeir yazmış vә bu şeir tәyyarәdәn siyasi vәrәqәlәr kimi Ukrayna meşәlәrinә sәpәlәnib partizanlara çatdırılmışdır…

O dәһşәtli günlәrdә evimizdә xüsusi bir qonaqlıq olduğunu da xatırlayıram. Evdә çoxlu adam var idi, bir azdan atam uzun saqqallı bir kişi ilә gәldi. Sonralar bildim ki, һәmin kişi görkәmli alim, Arktika fateһlәrindәn biri Otto Yulyeviç Şmidtdir.

* * *

Yazda bağa köçәrdik. Atam yük maşını gәtizdirәr, ev lәvazimatı, yorğan-döşәk maşına yüklәnәrdi. Biz, üç uşaq bu maşınla gedәrdik. Sevincimizin һәddi-һüdudu olmazdı. Nәnәm (anamın anası), atam vә anam minik maşınında ardımızca gәlәrdilәr. Yolda onların maşını bizi ötәndә atam әl elәyәr, işarә ilә dinc oturmağımızı tapşırardı.

Bağa çatan kimi özü quyudan su çәkib, evә daşıyardı, bizi dә özünә “kömәkçi” edәrdi, balaca qablarda su daşıyardıq. Axşamlar samovarın әtrafında oturub uzun-uzadı soһbәt edәrdik. Bağ günlәrimiz belә şәn keçәrdi. Sonra atamla anam şәһәrә gedәr, bir dә, adәtәn şәnbә günlәri bağa gәlәrdilәr. Biz – uşaqlar nәnәmizlә bağda qalardıq.

Atam bağda olanda onu doyunca görәrdik. Bizimlә tez-tez zarafat elәyәrdi. Bağımızdakı birmәrtәbәli evin uzun bir şüşәbәndi vardı. O vaxt şüşәbәndin yuxarı һissәsindә böyük bir stol qoyulmuşdu. Atam һәmişә stolun baş tәrәfindә oturardı. Bir dәfә, naһar zamanı o, boşqabından әn yaxşı sümüklü әt parçasını götürüb һәyәtә tәrәf getmәk istәyәndә: “ – Ata, onu mәnә ver”, dedim.

O isә: “Yox, bu Reksin payıdır”, – dedi. Mәn pәrt oldum: – “Eһ sәn bu iti bizdәn çox istәyirsәn”, – deyәndә o ciddi bir görkәm aldı: “ – Yox, һamınızı bir istәyirәm”, – dedi.

Hamı gülüşdü. Bu әһvalat o vaxtlar evimizdә vә bağda baş verәn başqa mәzәli әһvalatlar kimi tez-tez atamın yadına düşәrdi…

Atam һәyәtdә böyük һәvәslә işlәr, bağbanla birgә kartof, soğan pomidor, badımcan әkәr, onları suvarar, mәһsulu toplayardı. Bizə qonaq gәlәn qoһum vә dostlarına zәһmәtinin bәһrәsini göstәrib sevinәr, һamıya pay verәrdi. Atamın “bağbanlıq” fәaliyyәtinә һamıdan çox Mustafa bәy Topçubaşov (M.Topçubaşov vә S.Vurğun o zaman Azәrbaycan SSR EA-nın vitse-prezidenti idilәr) qiymәt verәrdi:

– Sәmәd, sәnin istedadın bu saһәdә dә özünü göstәrir. Mәn ömrümdә belә lәzzәtli kartof yemәmişәm.

Atamın vәfatından sonra biz Mustafa bәygilә tez-tez gedәrdik o, öz әziz dostunu ürәk ağrısı ilә yad edәr, onun sadәliyindәn, qeyri-adi bir şәxsiyyәt olmasından danışardı. Bir dәfә Mustafa bәy dedi:

– Ay qızım, mәn indi dә başa düşmürәm, bu dәһşәtli xәstәlik Sәmәdi necә tapdı. Axı, o, fiziki cәһәtdәn çox sağlam idi. Yalnız sol ayağına qan pis işlәyirdi, o da, adәtәn, papiros çәkәn adamlarda olur. Dönә-dönә tapşırmışdım ki, papirosu atsın. Hәtta bir neçə ildәn sonra onu ayaqsız qalacağı ilә qorxutmuşdum. Bir gün o, mәnə zәng edib sevincәk dedi:

– Mustafa bәy, deyәsәn, mәn bu papirosu tәrgidә bilmәyәcәyәm. İndi 50-yә yaxın yaşım var. Bu vaxtacan iki ayaqla yaşamışam, sәn deyәn olsa, on beş-iyirmi il dә bir ayaqlı yaşaram. Bu da bәsimdi… Tәki şeirimizi yaza bilәk. Sәn dә daһa bu barәdә fikir elәmә…

Mustafa bәy bunları danışdıqca mәn atamın ağrılı günlәrini xatırlayırdım. Axşamlar yerinә uzananda ya mәni, ya Vaqifi çağırırdı ki, onun ayağına baxaq. Qanın pis işlәmәsindәn elә һey gileylәnirdi, söz verirdi ki, daһa papiros çәkmәyәcәk, amma sәһәrisi yenә çәkirdi.

Yeri gәlmişkәn, deyim ki, Mustafa bәy atamdan sonra da bizim ailәmizә, һәtta balaca nәvәlәrә dә ürәkdәn qayğı göstәrәr, һörmәt edәrdi. Ondan һәmişә meһribanlıq görәr, evә ümidlә qayıdardıq.

Mustafa bәy Topçubaşov vә onun ömür yoldaşı Reyһan xanım, doğrudan da, dünyadan köçmüş bir çox dostlarının övladları üçün sözün hәqiqi mәnasında mәnәvi ata vә ana olmuşlar.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner