banner banner banner
Qasırğa
Qasırğa
Оценить:
Рейтинг: 0

Полная версия:

Qasırğa

скачать книгу бесплатно

Qasırğa
Teodor Drayzer

«İfritə» hekayəsi xristian kilsəsi tarixinin ən rüsvayçı səhifələrindən birini – inkvizisiya və “əcinnələr ovu” dövrünü bütün çılpaqlığı ilə göstərir. Hekayədə orta əsrlərin axırından və intibah dövrünün başlanğıcından danışılır. Balzak öz əsərində ilahi qüvvələrin iradəsindən azad olan insanın yaranışını, əvəzində ruhanilərin necə maddiyyətə yuvarlandıq-larını və “mentalitet” pərdəsi altında edilən bütün hərisliklərindən doğan cinayətlərini rəngarəngliyi ilə göstərir.

Teodor Drayzer

Qasırğa

İda Zobel hər şeyə biganə olan adi adamların əhatəsində dünyaya gəldi. Ciddi və səliqəli alman qadını olan anası onu üç yaşında atasının və bibisinin, ümidinə qoyaraq öldü. İda on yaşına çatanda Uilyam Zobel ciddilikdə özünə və əvvəlki arvadına oxşayan ikinci bir arvad aldı.

Hər ikisi onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluğu ilə heç vəchlə barışa bilmirdi. Simic, yerəbaxan, uzağı görməyən, həm də diribaş alman olan bu adamlar, rahatlıq bilməyən, həmişə nə isə axtaran, nəyinsə arzusunda olanların sırasında idilər. Zobelə elə gəlirdi ki, bu cür həyat həddindən artıq hay-küyçü olan gənc kişi və qadınların hər axşam küçələri dolaşıb, kefdən başqa heç nə düşünməməsindən çox-çox yaxşı idi. Hələ avtomobillərdə o yan-bu yana şütüyən bu gənc avaralar, onların gəzdikləri qızlar! Başlarını itirmiş biganə valideynlər! Bütün uşaqların müstəqil, özbaşına hərəkətləri! Belə millətin axırı nə olacaq? Evdə, boş vaxtlarında vərəqlədiyi qəzetlər də belə məzmunsuz yazılarla dolu deyildimi? Hər yerdə çılpaq qadın şəkillərinə rast gələrsən! Caz! Ehtiras mərasimləri! Kəmərlərinin altında butulka gəzdirən yuxarı sinif oğlanları! Hələ qızlar! Dizdən yuxarı yubka geyən, lüt baldırlı, yaxaları döşlərinin arasına qədər açıq, çılpaq qollu, kəsik saçlı, tünüklüyündən alt paltarları belə görünən qızlar!

«Necə? Onun qızı da bu cürmü böyüyəcək? Özünü bu əndazəsizliyin ağuşunamı atacaq? Heç vaxt!»

Düşüncələr içində qovrulan Zobel, İdanın böyüməsi və tərbiyəsi üçün ən ciddi qaydalar qoydu: Qızın saçı öz qaydası ilə uzun olmalıdır. Dodaqları və yanaqları heç vaxt oğlanlara gəl-gəl deyən ənlik-kirşan üzü görməyəcək. Sadə paltar geyəcək. Alt paltarı, corabları, ayaqqabısı və şlyapaları adi olacaq. Bir sözlə, geyimi çox sadə və ciddi olmalıdır! Məktəbdə dərslərə başı qarışmasa və ya atasının evi dolandırdığı boyalar satılan dükanında gərək olmasa, İda bütün günü evdə oturmalıdır. Ümumiyyətlə, qızı elə tərbiyə etmək lazımdır ki, onu heç bir qüvvə sürükləyib çürük, mənasız cəmiyyətə atmasın.

Bu məqsədlə Zobel, Elizabet Hohstaufer adlı yaşlı bir dindar alman qadını tərəfindən idarə olunan, öz qayda-qanunları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini hesab edilən məktəbi seçdi. Bu qadın illər uzunu yararlı xidməti sayəsində ətrafdakı yüzlərcə alman ailəsinin dərin rəğbətini qazanmışdı. Həddindən artıq açıq-saçıq tərbiyə verən abırsız şəhər məktəblərinə İdanı göndərməyə dəyməzdi. Elə ki, qız məktəbə girdi, evdə, hər gün qızı sorğu-suala tutur, ona nəsihət edirdilər ki, cığırını azmasın.

– Tələs! Dərsin başlanmasına cəmi on dəqiqə qalır. Vaxtı itirmə!… Necə oldu ki, bu gecə beş dəqiqə gecikdin? Nə edirdin?… Müəlliminiz saxladı? Dəftər almaq istəyirdin?… Niyə əvvəlcə evə gəlmədin, onu sonra birgə gedib alardıq. – Bütün bu sözləri İdanın analığı deyirdi.–Bilirsən ki, dərsdən sonra məktəbdə yubanmağını atan xoşlamır… Bəs, bu gün saat on iki ilə bir arasında Uorren avenyuda nə edirdin? Atan səni bir qızla görüb… Vilma Bəlet? Kimdir bu Vilma Bəlet? Harada yaşayır? Nə vaxtdan onunla tanış olmusan? Necə olub ki, onun barəsində indiyə kimi bizə bir kəlmə də deməmisən? Özün bilirsən ki, atan necə adamdır. İndi gərək hər şeyi ona danışam. Hirslənəcək. Atanın qayda-qanunlarına itaət etməlisən. Hələ o yaşa çatmamısan ki, hər şeyi özün həll edəsən. Axı, bu barədə atan neçə kərə deyib…

Buna baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyur, məğrur və sərbəst böyüyürdü. Gözqamaşdırıcı parıltıdan yalnız təsadüfi şüalar ona çatsa da, İda Uorren avenyunun parlaq, işıqlı dünyasında yaşayırdı. Saysız-hesabsız maşınların ötdükləri yerdə! Hələ kinolar, qızın sevimli şəkilləri, aktrisalar, məktəbdəki qızların yamsıladığı bəzi hərəkətlər. Səslər, öz maşınlarında belədən-belə keçən oğlan və qızların qəhqəhəsi, taqhataqla ötən tramvaylar, yanbayan düzülmüş dükanlar! Qol-qola, bədənlərini əsdirə-əsdirə küçə boyu var-gəl edən, xəlvətə çəkilib, yenidən əsas küçəyə çıxan, güzgülərdə və vitrinlərdə öz mütənasib əndamlarına tamaşa edən, hərdənbir oğlanlarla gizlincə baxışan, nəyisə hündürdən planlaşdıran, çənə döyən qızlar.

Qəşəngliyinə, zərifliyinə baxmayaraq, İda on, on bir, on iki, on üç, on dörd yaşlarına kimi atasının qanunları çərçivəsində qaldı. Düz saat yeddi otuzda səhər yeməyi, çünki saat səkkizdə atası dükanı açmalıdır; on iki otuzda atasının yanında günorta yeməyi; axşam saat altı otuzda isə şam – ticarət və ictimai işlərin həlli üçün hər gecə Uilyam Zobelin çiyinlərinə ağır yük düşür, kişinin başı qarışıq olurdu; odur ki, belə ertə şam edirdilər. Hər gün saat dörddən altıyadək, ya da axşam yeddidən ona qədər, şənbə günləri isə bütün günü İda atasının dükanında işləməli idi. Heç bir mərasimə gedə bilməzdi, yaxın rəfiqələrini evə çağırmağa ixtiyarı yox idi.

Ögey anası İdanın az-maz xoşuna gələn rəfiqələrin hərəsinə bir ad verir, ərinə də öz fikrini söyləyir, onu inandırırdı. Qonşularda söz gəzirdi ki, onun valideynləri çox ciddidirlər, onlar qızı icazəsiz addım atmağa da qoymurlar. Təsadüfən valideynlərinin xoşuna gələn kinoya getmək, valideynləri ilə birgə hərdənbir maşınla gəzinti olmasaydı, İda kino üzünə də, gəzinti üzünə də həsrət qalardı. Qız on beş yaşına çatanda atası ən ucuz bir maşın aldı və arabir qısa səyahətlərə çıxdılar.

İda həyatda yaşayan şən və gümrah gəncləri görürdü. Evdə isə valideynlərinin rəsmi münasibəti onu darıxdırırdı, o bir soyuqluq duyurdu. Qızıl sağanaqlı eynəyinin altından açıq mavi gözləri ilə baxan Uilyam Zobelə elə gəlirdi ki, İda hələ bir kəsin xoşu gələcək səviyyəyə çatmamışdı. Nazik, uzun sifətli, qonur gözlü, səliqə ilə daranmış qara saçlı ögey ana isə başqa cür fikirləşirdi. Əlbəttə, ciddiliyi ilə seçilən Zobel öz düşüncəsi, qaydaları və işgüzarlığı ilə özünü ata yox, allah kimi aparır, qızından uzaq gəzməyi üstün tuturdu. Bu da onları yaxınlaşmağa qoymurdu. Bununla belə İda valideynləri ilə salamlaşırdı, xudahafizləşirdi, süfrə başından qalxarkən təşəkkür də edirdi. Hərdənbir valideynləri onu özləri ilə qonaqlığa və ya restorana aparırdılar; ancaq Zobel heç vaxt qızı olmasını istəməmişdi, arvadı isə özgə uşağına çox da meyl salmırdı – nə kişi, nə də arvad yeniyetmə qızın daxili aləmi barədə düşünmürdü, ortada nə ruhi yaxınlıq, nə də həqiqi məhəbbət var idi.

Şəxsi ləyaqətə və özlərinin nüfuzuna rəğmən, qızın tərbiyəsində xüsusi əxlaq qaydalarına da ciddi əməl olunurdu. Ancaq İdanın böyüdükcə daha qəşəng və məlahətli olması atasının da, ögey anasının da ürəyinə qorxu salmışdı. Qızın ipək saçları, açıq mavi gözləri vardı. Onun yumru, mütənasib bədəni hətta miss Hohstauferin məktəbindəki başqa qızların da diqqətini cəlb edirdi. Balaca, düz burnu, dolğun, kiçik ağzı, həmişə təkəbbürlü dodaqları, yumru çənəsi qəşəng idi. Məgər İdanın güzgüsü yox idi və ya onunla bir məktəbdə oxuyan oğlanlar kor idilər ki, bu gözəlliyi görməyəydilər? Hələ yeddi yaşında ikən oğlanlar özlərini İdanın gözünə soxmaq istəmirdilərmi? Əlbət ki, onun atası, lap ögey anası da bunu yaxşıca görürdü. Ancaq qız başqaları kimi orda-burda ləngimirdi, güclü, məntiqli, hər şeyə məna verən nəsihətlər onun əl-qolunu bağlamışdı. Zobel və arvadı fikirləşirdilər ki, İda yalnız evə, dükana və məktəbə tələsməlidir. Əgər başqa iş dalınca göndərilsəydi, dəqiqələr hesablanacaqdı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)