скачать книгу бесплатно
Şairlərin həyatı
Edqar Lourens Doktorou
Bir çox nüfuzlu mükafatların – ABŞ Milli Ədəbiyyat Mükafatı (1986), “Faulkner” Mükafatı (1989), “William Dean Howells” Medalı (1990) sahibi amerikalı yazıçısı Edqar Lorens Doktorou 1931-ci ildə Bronksda (Nyu-York) yəhudi immiqrant ailəsində doğulub. Dünya şöhrətli yazıçının “Caz dönəmi” (“Ragtime”), “Danielin kitabı” (“The book of Daniel”), “Ümumdünya sərgisi” (“World’s Fair”), “Şairlərin həyatı” (“Lives of the Poets”) və başqa əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib.
Ayrı-ayrı zamanlarda Amerika kino və televiziya kompaniyası olan “Columbia Pictures”də ssenari şöbəsində, “Yeni Amerika Kitabxanası”nda və “Dial Press” nəşriyyatında baş redaktor vəzifələrində işləyib. 1969-cu ildən sonra isə özünü bütövlüklə yaradıcılığa həsr edən Doktorou ara-sıra bəzi ali məktəblərdə mühazirələr oxumaqdan da vaz keçməyib. Doktorounun romanlarından üçü ekranlaşdırılıb (o cümlədən “Danielin kitabı”). Ən məşhur romanı isə “Caz dönəmi”dir.
Yazıçı 2015-ci ildə 84 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.
Edqar Lourens Doktorou
Şaİrlərİn həyatı
Povest
1
Nədisə, sol əlimin baş barmağı keyləşib. Şiş-filan yoxdur elə bil, amma damarlar köpmüş kimidir, geri qatlayan-da, ağır bir şey qaldıranda ağrıyır. Əvvəllər məndə belə şey olubmu? Sanki tanış hisdir, bəlkə də keçib gedər, amma inanmıram. Qabarmış venalar, bütün qalanları… Bu ya po-daqradır, ya da artrit, hələ – allah göstərməsin! – Lu Geriqi1
məzara göndərən o dəhşətli naxoşluqdan olmasın, yoxsa, vay halına, yazıçı.
Boynum da ağrıyır: sinir sıxılmasıdır. Barmağımla bir əlaqəsi varmı görən? Nə baş verir orada? Mən ki, Oğlaq bürcündənəm, özümü üzmək qədərimdir.
Və üstəlik, əlbəttə, qulağıma da nəsə olub. Bəzən səsi eşidirəm, amma sözləri ayırd eləyə bilmirəm. Doğrudanmı, bu boyun sıxılması orada nəyisə basıb əzir və məni səslər aləmindən ayırır? Bunun öhdəsindən necə gəlim? Niyə həkimə getmirəm? Ah, xaraba! Eynən Altıncı küçədə gördüyüm yarıdağılmış ev kimi: damın dəliklərindən göy görünür, içəridə döşəməni yarıb keçən ağaclara qədər nələr bit-məyib, bütün dəlmə-deşiklərdən sıx-sıx ot-alaf çıxır, pən-cərələrdən sürünən və sarmaşan bitkilər sallanır – Manhettenin ortasınsında bir cəngəllik, Konqonun yuxarılarından bir mənzərə, zülmət və tukanların2 zılı. Meymun çığırtısı, o-o-o, əcəlim çatıb! Zirzəminin zil qaranlığından isə – gözləri acgözlüklə mənə zillənmiş yastı timsah sifəti.
Bütün vücudumun gümrahlığı – heç vaxt duymadığım bu quş yüngüllüyü harada qaldı?
Harada qaldı o, ruhla bədənin uyarlığı, o ideal yaşam ki, dalğın-dalğın cana faydalı qidasını çeynəyən və bulaq 1 Luis Geriq (1903-1941) – öz dövrünün tanınmış amerika beysbolçusu, iflicin nadir növündən ölüb. (Burada və bundan sonra – qeydlər tərcüməçinindir.) 2 Tukan – Güney Amerikada yaşayan ağacdələnə oxşar quş.
2
suyunu xırda qurtumlarla içən, fəlsəfi-elmi üsulla gəzən və
diafraqma ilə nəfəs alan o kamil insan, qəhvəyi dərili cılız bir quru1 kimi, heç nə ilə pozulmayan rahatlıq hissinə uyub, nə vicdan əzabından, nə günah komplekslərindən, nə də
xəcalətin verdiyi iztirablardan xəbəri var, varlığın hər ləh-zəsində özünü tam gerçəkləşdirir, keçmişindən məmnun-dur və gələcəyə sevgi ilə baxır. Mən isə heç ağrısız qəddimi də düzəldə bilmirəm.
Düzdür, siqareti tərgitmişəm, bunun özü də az şey deyil. Çalışıram pivə içməyim, təmiz havanın dadını bilmişəm, bilmişəm ki, kəpək faydalıdır, malpigiyanın2 giləmey-vələri faydalıdır, şəkər isə zərərdir, duz da, yumurta da, hər cür qaxac edilmişlər, duza qoyulmuşlar, şorabalar da zərərdir. Amma bu lap ağ oldu! Bütün şəhərə qaça-qaç düşüb, pəhriz ərzaqları alırlar, ağ çörəyin səbəb olduğu səhhət üçün zərərli yaşama son qoymağa çalışaraq, həkimlərlə
məsləhətləşirlər. Onların hamısı öz məşq paltarlarında, qol-tuqlarında şirəçəkən, qaçışırlar. Eh, özləri bilər, mənim isə
daha vacib işlərim var. Gərəyim olan bircə şey varsa, o da uca bilgəliyə yetməyin universal dərsliyidir. Belə deyək də, seçilmişlər üçün xüsusi bir xidmət bürosu açmaq. Yer kürəsinin elə bir ideal yerində ki, orada malik olduğun və nə
vaxtsa malik olacağını düşündüyün bütün pullarını verir-sən, əvəzində faydalı, gigiyenik tarazlaşdırılmış, təbii, zərərli həyat işığı şüasının toxunmadığı bolluca sovqatını alırsan və ən azı yüz əlli il yaşayıb yaradırsan özün üçün, üstəlik eşq-məhəbbət işlərində də heç vaxt oxun daşa dəymir.
1 Quru – induizmdə ruhani rəhbər.
2 Malpigiya – Mərkəzi və Güney Amerikanın tropiklərində bitən həmişəyaşıl çiçəkli bitki (kol və ya kiçik ağaclar şəklində) növü. Başqa adı – Barbados albalısıdır.
3
Bu da məni birbaşa bizim əsas mövzumuza gətirir.
Gözəl axşamların birində Bred öz rəfiqəsi ilə “Elio”ya gəlir, orada isə – arvadı Moyra ilə qarşılaşır. Arvadı özünün Qadın siyasi klubunun təşkil etdiyi nahara gəlibmiş.
– Bilirsən, dünən necə zibilə düşdüm? – ertəsi gün Bred telefonda soruşdu.
– Bilirəm, arvadın səni gözəlçənlə görüb, – deyə cavab verdim, ona görə ki, arvadım Encel, iki daşın arasında bu əhvalatı mənə danışmışdı, çünki Moyra artıq onunla da bö-lüşmüşdü. “Elə xəcalət çəkdim ki, – deyə Moyra gileylənir-miş. – Özüm də bilirəm ki, Bredin macəralarından bütün şəhərin xəbəri var, o, bunları gizlətməyə cəhd də eləmir axı.
Amma bu lap ağ oldu: mən orada həmkarlarımın qarşısında elə feminist1 mövzuda gəvəzəlik eləyirəm – və buyurun, ərim öz yelbeyini ilə qol-qola zühur eləyir”.
– Nə sifariş eləmişdiniz, – deyə Breddən soruşdum.
– Əla spagetti ilə qırmızı Kaliforniya çaxırı. Düşündüm ki, evə gəlirəm – və nöqtə, hər şey bitmişdir, ancaq Moyra yalnız bunu dedi: “Bred, mən nikahımızın üstündən xətt çəkmirəm, axı onda o qədər yaxşı şeylər var”. – O, rişxənd-lə güldü. Bred özünün daimi qəzet sütunu üçün material toplaya-toplaya bütün dünyanı dolaşır, evə döndükdə isə
tennis kortlarından çıxmaq bilmir. Həmin qadınla da elə
orada tanış olubmuş.
– Bredin rəfiqəsi yelbeyin deyil, – deyə ehtiyatsızlıqla qeyd etdim. – O, idmançıdır.
– İşə bir bax, – Encel dedi. – Təhər-töhrü necədir onun?
1 Feminizm – qadınlara kişilərlə bərabər hüquq verilməsini tələb edən qadın hərəkatı.
4
– Yaxından gördüyüm olmayıb, onu yalnız qonşu mey-dançadan görmüşəm. Komikslərdəki kimi bir nazənindir.
Qorxu-hürküsüz bir qəhrəman tipi.
Qəfildən Encelin sarsılmaz ötkəmliyi cilov gəmirməyə
başladı:
– Moyranın bitkin portreti! – deyə o səsləndi. – Göz açandan belə görmüşük: onlar öz arvadlarına bənzəyən qadınlara önəm verirlər.
Encel kişilərin vəfasızlığı haqqında əhvalatlardan boğça düzəldir: orada, Nyu-Heyvendə, rəfiqəsi ilə arası dəyən-dən sonra, Ralf belə bir ədəbsizlik etmişdi, evə Reyçelin yanına, həmin xanımla birlikdə aldığı parlaq tumanda qayı-dıb gəlmişdi. “Bir də sənin alt paltarını yumayacağam”, –
Macarıstan əsilli Reyçel demişdi. Cananın öz müəllim və
şair məşuqu üçün aldığı qısa tuman qırmızı imiş, yuyulma zamanı necə isə uğursuz və yersizcəsinə rəmzi bir şəkildə
tumanın rəngi çıxır və Reyçelin paltaryuyan maşında olan bütün mələfələri, məhrəbaları və pal-paltarı qırmızının bütün çalarlarına boyanır. Bundan başqa, Ralf həmin xanımın ona verdiyi qrammofon vallarını da evə gətirməkdən utan-mamışdı. Və o, bunlardan feyzyab olanda, Reyçel üst qat-dakı öz otağına qaçıb, qapı-pəncərəni bağlayırdı: qırmızı boya pal-paltarını bulaşdırdığı kimi, bu musiqi də onun şü-urunu kirləndirirdi.
– Kişilər niyə belə qəddar olur? – Encel təəccüb eləyirdi. Düz sözə nə deyəsən. Ralf qəddarcasına doğruculdur, onun etiraf etmək kimi bir düşkünlüyü vardır. O, Reyçelə
öz macərası haqqında, bu, başlayar-başlamaz danışmışdı.
Deməyə ehtiyac varmı ki, onun kənarda kiminləsə yatıb-durması faktı, ona özünün bu faktı Reyçellə müzakirə etmək arzusundan daha kiçik qəbahət kimi görünürdü. O, 5
eyni bir pozğun məntiqlə, bunu Reyçelin bəyənməsini də
istəyə bilərdi.
Ümumiyyətlə, hamı ucundan tutub ucuzluğa gedir, –
kim bu Reyçeli məcbur eləyirdi ki, bütün bunları aləmə car çəksin? – bizim qadınlarımız, arvadlarımız daim söz gəzdi-rirlər, bir-birinə elə şeylər çatdırırlar ki, onlar haqqında ağılları çatsaydı susmalıydılar. Onlar kənar adamlara öz şəxsi yaşam sirlərini bildirirlər və hər şey o saatca hamıya bəlli olur, sanki biz ümumi bir ailə ocağında yaşayırmışıq.
Ədəb-ərkan, qürur harada qaldı? Bu yersiz açıq-saçıqlıq bizdə haradandır?
Həm də bunun əzabını da mən çəkməli oluram axı.
Məsələn, tanış ailə cütlüyü boşanır və mən arvadımdan eşidirəm ki, bəs budur, daha bir anormal kişi, belə gözəl bir qadının həyatını puç elədi. Bəs zavallı neçə il öncə bir xəta eləyib ona ərə gedib.
– Tanışlarımız arasında istənilən cütlüyə baxsan, – Encel deyirdi, – görərsən: qadının dünya görüşü daha üstün-dür, o, öz ərindən həm mütaliəli, həm ağıllı və həm də əlbəttə ki, xeyirxahdır. Yaxud süfrə söhbətlərini götür – burada da qadın daha cəlbedicidir.
Deyəsən, topuğumdakı şiş gözgörəsi böyüyüb. Lənətə
gələsən. Boğazım da səhərdən acışır. Laringitdən1 indi-indi özümə gəlirdim, bu başıma gələnlər nədir axı?
Ancaq digər tərəfdən, Qrinviç-Villejdə yaşamaq da bir ayrı aləmdir, burada sənə bəlanı sovuşdurmağın ağla gələn bütün üsullarını təklif eləyərlər, bu üzdən mən ölçü götürməyə hazıram. Vestibüldən götürülmüş müftə məcmuədə
bütün gərəkən bilgilər var: başlanğıc üçün mən Eliqzander 1 Laringit – tib. xirtdək iltihabı.
6
üzrə plastika dərslərinə üz tuta bilərdim, bu dərslər özünü-təsdiqin, poza və hərəkətlərin fiziki olaraq oriyentasiyasını dəyişməyin və harmonizasiyasının sınanılmış metodudur, sonra gedib Baxın Çiçək müalicə vasitələrini ala, yolda Düzgün tənəffüs Mərkəzinə dəyə, Yəhudi meditasiya və rahatlanma Mərkəzinə baş çəkə, tay çi döyüşü dərslərinə yazıla bilərdim – bu səlis bədən hərəkətləri adama yaşam gü-cü və sağlamlıq verir, yox əgər bütün bunlar da kömək et-məzsə, onda mən özümü ixtisaslı rolferə – toxumaların dərindən masajı mütəxəssisininə tapşıra bilərdim. Qurciyev dərnəyi də mənə yardım əlini uzatmağa hazırdır; işdi-şayət, dost şəfqətinə ehtiyacım olsaydı, onda Sevgi qardaşlığı mənim xidmətimdə olardı, onların qayğıları – “planetimizi elə bir yerə çevirmək ki, adamlar bir-birini xata-balasız sevə
bilsinlər”. Buna qarşı çıxa bilməzsən. Nə vaxt bəzi-bəzi mətbəx qab-qacağı ələ keçirsəm, vegetarian qurmanın1 re-septləri üzrə bir qədər biş-düşlə məşğul ola bilərəm. Sonra isə, özümün enerji balansımı bərpa eləyib, Feldenkrays metodu ilə hansısa funksional inteqrasiyaya könül verməyi sı-naya bilərəm. Vedanta cəmiyyəti mənə bütün bunları bir tam halına gətirməyə yardımçı olar, belə baxanda mən hələ
Xatircəmlik Rezervuarına da baş çəkə və vücud hərarəti məhluluna dalıb, çəkisizlik vəziyyətində üzə bilərəm. Artıq halım yüngülləşdi.
Hələ ki, bu kimi türlü-türlü yollarla kamilliyə doğru yürüyəcəyəm, bir neçə karate, yaxud cüdo dərsləri götür-mək pis olmaz. Kimsə məni yolumdan sapdırmağa cəhd eləsə, dərsini necə lazımdır verə bilim deyə.
1 Qurman – zərif və ləzzətli yeməkləri həddindən artıq sevən adam, ağzının dadını bilən adam.
7
Hamımızın göz qoyduğumuz daha bir cütlük, Luellin və Enndir. Luellin, zen-buddaçıdır, Vermonta gedib, orada üç ay zahidlik eləyəcək. O, evə qayıtdıqda yenidən saç bu-raxacaq, amma gələn il nə vaxtsa yenidən saçını qırxacaq və
dörd aylıq, ya da beş aylıq çıxıb gedəcək. Sözsüz ki, onun niyyəti çox ciddidir və bütün bunların nə ilə bitəcəyi, deyəsən, artıq şübhə yeri qoymur, axı onlar gec-tez nikahsızlıq əhdinə girirlər, düzdür? Bəs onda Ennin halı necə olacaq?
O, artıq indidən əri ilə görüşmək üçün Vermonta getməlidir. Luellin uzun illərdir ki, zenə etiqad edir və faktiki olaraq rahib dərəcəsinə qədər qalxıb. Bu, əlbəttə, hələ sensey deyil, amma yenə də yetərincə ciddi irəliləyişdir. Bu sonuncu dəfə Enn Luellinin gedişi öncəsi yola salma mərasimi düzəltdi, özü bütün görkəmi ilə yenilməzlik və yaşarılıq ifadə eləyərək möhkəm dayandı. Biz hamımız yeyir, içir, gülür və şənlənirdik, lakin Luellin yaman tutulmuş, qaşqa-bağını töküb oturmuşdu. Məncə, bizə bərk acığı tutmuşdu ki, onu qalmaq üçün dilə tutmuruq – onda o, özünü əsl qəhrəman kimi hiss eləyərdi. Ancaq biz onu niyə dilə tut-malıydıq? Onsuz da o, artıq başını qırxmışdı. Zavallı acıdil Luellin. Bu tərki-dünya – zahid görkəmi ona çox yaraşır.
Alçaqboyludur, dəyirmi, möhkəm qarnı var, buynuz sağa-naqlı gözlüyünü çıxardıqda isə, siz onun necə də yastı, açıq-aşkar asiyalılara xas almacıq sümükləri, üzünün necə
də zəfəran rəngində olduğunu görürsünüz; ümumiyyətlə, o, zeni nə qədər dərindən dərk eləyirsə, onun zahiri görkəmi də bir o qədər çox dəyişilir. Mən, Luellinin bir zen-buddaçı rahib kimi qabiliyyətlərinə zərrəcə şübhə eləmirəm, ümumiyyətlə ona hər şeyi bağışlayaram, ona görə ki, o, yaxşı şairdir. Bundan başqa, bu rahiblərin çox bəyəndiyim bəzi özəllikləri də var. Məsələn, onlar yalnız özləri ilə məş-8
ğul olurlar, snobizmə biganə deyillər, murdar xarakter yi-yəsidirlər, özlərinin bütün uğursuzluqlarında arvadlarını suçlayır, uşaqlara donquldanır və uduzduqları zaman cin atına minirlər. Ola bilsin ki, mən özüm də nə vaxtsa zen-buddaçı rahibi olmağa çalışacağam.
Lakin mən o cütlüklərdən söz edirəm ki, onlar artıq tamamilə vəhdət halında deyillər, mən “hədsiz dərəcədə çətin ürək-könül məsələsi”ndən söz edirəm. Delmor Şvartsın1
misrasından. Encellə mənim aramda gedən savaşda, biz elə
bir mərhələyə çatmışıq ki, burada döyüşə başqa ailə cütlükləri göndərilir. Luellin – mənim ağır artilleriyamdır, onun örnəyi, əsrarəngiz bir tələbatın varlığına işarədir – ciddi obyektiv analizə gəlməyən. Qarşısıalınmaz bir özünütəsdiq meylinə işarədir – bizim yaşda kişilərə xas olan və əxlaq elmləri ilə izahı olmayan. O, günün iyirmi saatını türksa-yağı, yel vurub yengələr oynayan bir fermer komasında oturur, demək istəyirəm ki, bu zen-buddaçılar gerçəkdən öz zahid hücrələrində meditasiya ilə məşğul olurlar, seks-dən söhbət belə gedə bilməz, əsla. Və Encelin müdafiə üçün irəli sürə bildiyi yeganə etiraz da o idi ki, o, guya, zen-bud-dizmdə həmişə xudbinlik ruhunu hiss eləyirmiş. Lakin mən yəqin ki, bunun cavabını biləcəyəm – əgər öz zenimi dərk etsəm, mən onu dərk etməmişəm, bu da məhz o deməkdir ki, dərk etmişəm.
Aha, budur daha biri, onlar bura axın eləyirlər. Dərhal görünür ki, bunlar əsl fədakar dəliqanlılardır. Axı onlar sü-rünür və nifrət doğururlarsa, bu, onların günahı deyil ki.
Əgər üstlərinə borat turşusu çiləsən, onları daha rahat gözdən keçirərsən, – onda onlar qütb tədqiqatçıları inadcıllığı 1 Delmor Şvarts – amerikan şairi, nasiri və ədəbi tənqidçisi.
9
ilə irəli sürünəcəklər. Biz onlara niyə belə nifrət bəsləyirik?
Bu balaca, küçə səviyyəsindən doqquzuncu mərtəbəyə dırmaşıb, o memarlıq mükafatına layiq görülmüş bir göydələni məskunlaşdırır, o, şövqlə bu bərk və parlaq işıqlandırılmış boş və məchul müstəvilər aləminə, Ayın səthi kimi heç nə bitirməyən bu bərəkətsiz mineral səltənətinə tarakan si-vilizasiyasını gətirir. Burada mən onların birinin arxasında əlimin içi ilə mətbəx masasını şappıldadıram – dedim ba-xım, o nə edəcək. Demək o, başılovlu özünü masanın kənarına çatdırıb, üst taxtanın altında gizlənmək yerinə, özünü masa ilə soyuducu arasındakı dərəyə tullayır. Onlar məhz nicat tapmaq üçün nə gərəkdirsə, onu eləyirlər, əsl Buç Kes-sidi və Sanden Kiddirlər1; onların çoxbilmişliyinə sadəcə
mat qalırsan, onlar özləri də özlərinə təəccüb eləyirlər, st-ress situasiyasında onların hərəkətləri, eynən bizimki kimi, öncəgörülməyəndir; bəlkə, elə buna görə onlardan zəhlə-miz gedir.
Məncə, Enceli mənim arxamca bura köçməkdən daşın-dıran da onlardır. Evə hər dəfə gəldiyimdə, baqajımda onlardan gətirəcəyimdən qorxur. Özü isə şəhərə gəldikdə mənimlə birlikdə bir şey içmək üçün yanıma qalxdığı zaman, əyləşməzdən qabaq, divarlara, tavana, döşəməyə göz gəzdirir. Bəlkə, onlar onun gözünə nə qədər tez-tez görünsələr, o da onlara bir o qədər çox öyrəşərdi. Ancaq inanmağım gəlmir: Encel dəhşətli dərəcədə vasvasıdır, beləsi yer üzündə görünməyib; hətta Təbiət özü onun amansız səliqə-sahman sevgisi qarşısında acizdir, o, daima nəyisə təmizləyir, kəsir, qırxır, dik çıxan hər şeyi çapmaq onun xoşuna gəlir –
özüm dəfələrlə ona bu haqda eyham vurmuşam; ancaq əs-1 Eyniadlı filmin qəhrəmanları.
10
lində, onun evində, kainatın səliqə-sahmanı o dərəcəyə çat-dırılıb ki, pintiliyə burada sadəcə şans tanınmır, o, rüşeym ikən kəsilib atılır. Mən yarımçıq içdiyim qəhvə fincanını göydə qapmalı oluram, yoxsa masadan uçub gedər, qala-ram baxa-baxa. Öz nahar boşqabımı bir an əldən buraxma-mağa, açılmamış poçtu zibil qabından çıxarmağa, səhər qə-zetini sinəmə sıxmağa artıq öyrəncəliyəm. Pilləkən sürahi-sindən yapışmaqla, onun səhər yır-yığışının tufanında sov-rulmaqdan qurtuluram. Bəlkə, o, məni süpürüb atmaq üçün belə əlləşir? Bir dəfə ötən həftə o, ən yaxşı əhvalda və
xoşbəxt səslə zəng vurub bildirdi: usta indicə ayaqyolunda yeni anaerob bakı quraşdırıb. Onun sevincini paylaşmaq üçün ürəyim atlandı. Dedim: gəl bu münasibətlə böyük qonaqlıq düzəldək, qonaqlar da bir-bir tualetə keçib, həm də
yeniliklə tanış olsunlar.
Səhər açılandan bu ağ şapkalı adamlar taxtabənd qu-rurlar. Özü də qarşı evin üzərindəki “Yunayted tred milz”
lövhəsi bərabərində. Uzaqdan rəngsazlara bənzəyirlər, am-ma bunlar rəngsaz deyillər – onlar kərpic divara nəsə çalır-lar.
Dünən axşam Pol, Bricitin ad günü münasibətilə nahar verdi. Sevir onu, amma subaylığın daşını atmağa tələsmir.
Pol – kino ssenariçisidir və Bridjiti də məhz aktrisa olmadığı, teatrla bağlantısı və ssenari yazmaq, film çəkmək kimi bir iddiası-filanı olmadığı üçün sevir. O, “Teksarkana”da masa sifariş edib, çünki Teksarkana şəhəri onun doğma Ye-ni Orleanı ilə demək olar ki, yan-yanadır. Bricitin gözləri yaşıl, saçı kürəndir, o, orada, Güneydə demokratik partiya-dan olan siyasətbazlarla curluq eləyirmiş. Atı at yanına bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olar. O, boğça-sında bizim üçün lətifə saxlamışdı:
11
– Qadına … nə üçün gərəkdir? – Biz kirimişcə gözləyir-dik. – Kişidən söz çəkmək üçün!
Encel Bricitin çox cəlbedici olduğu qənaətindədir. Masa arxasında biz üç cütlük idik – üçüncü Freddi ilə Piya idi.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: