banner banner banner
Subay zadəgan
Subay zadəgan
Оценить:
Рейтинг: 0

Полная версия:

Subay zadəgan

скачать книгу бесплатно


Ridinqə çatanda həm avtomobil həm də stansiya dəyişdirmək məcburiyyətində qaldım, amma Eyforda gedən son qatara çatdım və saat on biri azacıq keçmiş, kiçik, işıqlandırılmamış stansiyaya çatdım. Orada enən tək yolçu mən idim və platformanın üzərində, əlində lampası yarı yuxulu bir qapıçıdan başqa heç kəs yox idi. Kiçik qapıdan çölə çıxanda, səhərki qonağımı küçənin qarşısındakı kölgədə məni gözləyən gördüm. Heç bir söz demədən qolumdan tutub qapısı açıq dayanan bir arabanın içinə soxdu. İki tərəfdəki pəncərələri qaldırdı, taxtaya bir neçə dəfə vurdu və sürətlə yola düşdük.

– Tək atlı? – deyə müdaxilə etdi Holms.

– Bəli. Yalnız bir.

– Rəngini görə bildinizmi?

– Bəli, arabaya minəndə yanlardakı işığından gördüm. Şabalıdı idi.

– At yorğun idimi, yoxsa istirahət etmişdi?

– İstirahət etmiş və qıvraq idi.

– Təşəkkür edirəm. Sözünüzü kəsmək məcburiyyətində qaldığım üçün təəssüf edirəm. Lütfən bu son dərəcə maraqlı hekayənizi danışmağa davam edin.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)