скачать книгу бесплатно
Ölüm qədər sadə
Piter Ceyms
Dünyaca məhşur romanda hadisələr Mayklın dostları tərəfindən diridiri torpağa basdırılması ilə başlayır. Gərgin süjet xəttində oxucu dörd cəsəd və tabutdakı adamın sonrakı taleyini öyrənə bilirlər. Bir müddət sonra dostları gəlib çıxaracaqdı. Düşünə bilmədikləri yol qəzasında hamısı öldü. Ratsiya yoxa çıxdı. Onun tabutda olduğunu dostlarından başqa bilən yox idi..
Piter Ceyms
ÖLÜM QƏDƏR SADƏ
roman
ÖN SÖZ
Baxmayaraq ki, bir qayda olaraq yazıçı tək işləyir, əgər müxtəlif sahələrdən olan insanlar öz biliklərini mənimlə bölüşməsəydilər, bu kitab işıq üzü görməzdi. Elə onlara da, ən səmimi təşəkkürlərimi çatdırıram.
Mənim üçün cinayət axtarışları üzrə superintendent Deyv Geylorun köməyi həqiqətən, əvəzsiz oldu, hansı ki, dəfələrlə romanın əlyazmasını müxtəlif mərhələlərdə oxumuş, mövzuya uyğun bir çox cümlələr əlavə etmiş, həmçinin məni Susseks polisinin iş üsulları ilə ətraflı tanış etmişdi. Susseksi polisinin işçiləri mənə qarşı olduqca ürəyiaçıq idilər və səbirlə mənim çoxsaylı suallarımı cavablandırırdılar.
Onların arasında çavuş-xəfiyyə Kit Xalleti, müvəkkil-xəfiyyə Uilyam Uorner və baş müstəntiq Stüart Leonardı xüsusi qeyd etmək istərdim.
Pataloji anatomiya mütəxəssisi-həkim Naycel Kirkemə və morqun başqa işçiləri Brayton və Houvarda təşəkkür etmək istəyirəm.
Ümid edirəm ki, hələ uzun müddət burada sadəcə müsafir olaraq qalacam. Təşəkkürlərimi xeyirxah dostum Ceyms Simpson və birgə bir sıra film və telessenarilər yaratdığım Karina Koulmana çatdırıram. O, mənim qeyri-rəsmi redaktorum oldu və bir neçə parlaq fikir irəli sürdü. Mayk Harris, Piter Uinqeyi, Sol, Qrek Şeklton, polis həkimi, həkim-koroner Piter Din, həmçinin, ən kədərli günlərimdə mənə inam verən və yanımda olan, güc-qüvvət verən Şenstona minnətdarlığımı bildirirəm. Mənə olan inama görə yeni ecazkar ədəbi agentim Kerol Breykə razılığımı bildirirəm. Mən “Mak millon” nəşriyyatının heyətinin inanılmaz işinə heyranam. Xüsusilə Debug Kort və Ceff Daffrild, redaktor Stef Borvert isə əsl xəzinədir. Ceffri Barli və Toni Mallikenə səbir, tərəfdaşlıq və inama görə təşəkkürlər. Və həmişəki kimi itlərim vəfalı Berti və bir az gec peyda olmuş Fibə təşəkkürlərimi bildirirəm. Hər ikisi səbirlə, lakin həvəssiz şəkildə mənim nə zaman yazını bitirəcəyimi və onları gəzintiyə aparacağımı gözləyirdilər.
Piter Ceyms
Susseks, İngiltərə
1
Bir neçə çatışmazlığı nəzərə almasaq, onların bəxtindən “A” planı olduqca uğurla işləyirdi, sanki, onlarda “B” planı onsuz da yox idi.
Dostlar ümid edirdilər ki, mayın sonlarında saat 20:30-da hava hələ də işıqlı olacaq. Hər halda, dünən onlar özləri də tabut və dörd kürək götürüb bu yolu qət edərkən hər yan hələ də işıqlı idi. Lakin indi yaşıl “Ford Tranzit” mikroavtobusu Susseks kəndarası yol ilə şütüyürdü, yuyulmuş neqativ rəngli səmada isə, çiskin vardı.
– Axı nə vaxt çatacağıq? – Uşaq görkəmli Coş zarıdı.
– Hər yolçuluğa məxsus olan şüarı xatırla: ”Hara gedirsən get, lazım olan yerə çatacaqsan”, – Rabbo cavab verdi. Sükanda əyləşdiyinə görə, o, başqalarından daha ayıq idi. Son saat yarım ərzində onlar əsaslı surətdə üç yerdə oturmuşdular, dörd yerə isə yolüstü dəyib çıxmışdılar. Rabbo bildirdi ki, zəncəfilli sadə pivə içəcək, lakin buna baxmayaraq, iki bakal porter
içmişdi. Onun inancına görə tünd içkidən sonra beyində aydınlanma olur və avtomobili idarə etmək asanlaşır.
– Deməli, biz lazım olan yerdəyik! – Coş sevindi.
– Kim şübhə edirdi ki!
Qaranlıqda üzərində maral təsviri olan xəbərdaredici yol nişanı göründü və o an da gözdən itdi. Avtomobilin fənərləri meşəyə gedən yoldakı parıltılı qara çınqıl örtüyünü işıqlandırdı. Onlar kiçik, ağ kottecin
yanından ötüb keçdilər. Maykl arxada damalı xalça üzərinə sərilmişdi, başının altına isə balış əvəzi qayka açarını qoymuşdu. İçkinin təsirindən hər şey gözləri önündə fırlanırdı.
– Bir az da artırmaq lazımdır, – dolaşan dili ilə mızıldandı.
Əgər Maykl bir azca da olsun dərketmə qabiliyyətini saxlasaydı, dostlarının simasından nəyinsə qaydasında olmadığını anlayardı. Adətən o çox içmirdi, lakin bu gün həddi aşdı: birnəfəsə bir-birinin ardınca pivə pintalarını
və araq qədəhlərini boşaldırdı. Bu qədəhlərin sayını isə xatırlamaq mümkün deyil. Maykl Harrison uşaqlıqdan onların dəstəsində baş təşəbbüsçü sayılırdı.
Bu öz-özünə belə alınmışdı. Deyirlər ki, həyatda müvəffəqiyyətin sirri, düzgün valideyn seçimindən asılıdır. Mayklın burada bəxti gətirmişdi. Anasından ona açıq rəngli saçlar və gözəllik, atasından cazibə və fərasət, zəka keçmişdi. Lakin, özünə qəsd edən vərdiş və xasiyyətlər ,dular. Mayklın 12 yaşı olanda, Tom Harrison qarajda qazdan zəhərlənib öldü və arxasında sadəcə borclar qoydu. Maykl tez böyümək məcburiyyətində qaldı.
Hələ məktəbli olan zaman o qəzet paylamaqla anasına güc-bəla ilə dolanmağa kömək edirdi. Bir az böyüdükdən sonra isə tətillərdə müxtəlif işləyərək pul qazanırdı. Odur ki, pulun necə çətinliklə qazanılması və necə asan xərclənməsi haqqında o sadəcə eşitməmiş, həm də görmüşdü.
İndi iyirmi səkkiz yaşında olarkən, onda səriştə və işə yovuşma formalaşıb: onu çox yaxşı oğlan kimi tanıyırdılar. Dostları onu sözsüz olaraq başçı qəbul etmişdilər. Lakin həyatda mükəmməllik yoxdur. Maykl hədsiz sadəlövh idi və kobud şəkildə zarafat etməyi sevirdi.
Bu gün sonuncu iki çatışmazlıq kəskin qəzaya zəmin yaratdı. Qisas günü gəlib çatdı.
Nə isə, Maykl bu barədə hələ ki, duyuq düşməmişdi. O, yenə ləzzət dolu bihuşluğa qərq oldu. Başında yalnız, əsasən nişanlısı Eşli ilə bağlı olan xoş fikirlər fırlanırdı. Həyat gözəldir! Anası yaraşıqlı kişi ilə görüşür, qardaşı universitetə qəbul olub, bacısı Karli məktəbdən sonra fasilə götürməyi qərarlaşdırıb və indi Avstraliyada dincəlir. Onun biznesi inkişaf edir. Ən əsası isə, üç gündən sonra o, sevdiyi qadınla ailə həyatı quracaq. Sevdiyi və məftun olduğu! O, öz yarısını tapıb. Eşli!
Maykl, mikroavtobus hər dəfə çala-çuxura düşdükcə cingildəyən kürəyə fikir vermirdi. Və onunla birlikdə arxada oturmuş dostlarının simasındakı qəribə ifadəni də sezmirdi. Onlar yırğalanaraq, köhnə radioqəbuledicidən eşidilən Rod Stüartın qədim “Yola düşmə” hitini yersiz təkrarlayırdılar.
Yanacaq çənindən benzin sızdığına görə, avtomobilin salonunu kəskin benzin iyi bürümüşdü.
– Mən onu sevirəm, – Maykl mızıldandı, – Mən Eşlini sevirəm!
– Həə, o bir əvəzolunmazdı, – Robbo təsdiqlədi.
Həmişəki kimi dəyirmi, qırmızı sifətli, seyrək hamarlanmış saçları və köynəyin altından çıxan böyük qarnı ilə Robbo ona kömək etməsəydi, uşaqların öhdəsindən gələ bilməzdi.
– Dəqiq!
– Yaxınlaşırıq, – Lyuk xəbərdarlıq etdi.
Döngədə Robbo əyləci basdı və yanında oturan Lyuka göz vurdu.
Şüşə silənlər yeknəsəq olaraq yağışın buraxdığı izi şüşədən təmizləyirdilər.
– Bilirsiniz mən onu necə sevirəm?
– Bilirik, bilirik, – Pit başı ilə təsdiqlədi.
Sürücü oturacağına yayxanmış Coş Pitin çiynindən tutdu, necə lazımdı pivədən içdi və şüşəni Maykla ötürdü. Avtomobil silkələndi və boğazından köpük axdı. Maykl hıçqırdı.
– Bağışlayın!
– Eşli elə buna görə səni sevir? – Coş üz-gözünü turşutdu.
– Böyük penisinə görə.
– Deməli, nə puluna, nə də gözəl gözlərinə görə yox? Bəlkə cazibəyə görə?
– Əlbəttə, ona görə də Coş, – ancaq, əsas o mənim penisimə heyrandır.
Robbo maşını anidən yana verərək döndü. Mikroavtobus sol tərəfə əyildi, gurultu ilə məftil çəpəri əzdi, ardınca ikincisini, birtəhər çuxura tərəf istiqamətləndi. Robbo tərləmiş şüşəyə baxa-baxa ən dərin çuxurları keçərək, bacardıqca sükanı hərləməyə çalışırdı. Təkərlərin altından dovşan sıçradı və kolluğa tullandı. Fənərlərin titrəyən işığı qaranlıqda yalnız uzanan sıx kolluğu işıqlandırırdı. Robbo radioverilişi dəyişəndə Mayklın səsi yüngülcə dəyişdi, onun əhlikefliyi öz yerini narahatlığa verdi.
– Biz hara gedirik?
–Yenə içki içə biləcəyimiz yerə.
– Əla! – Bir saniyədən sonra isə:
– Mən Eşliyə söz vermişəm ki, donuz kimi çox içməyəcəm.
– Bax, görürsən, hələ evlənməmisən, amma artıq ayaqaltı olmusan, – Pit qeyd etdi. – Axı sən hələ azad insansan – Hələ düz üç gün.
– Üç gün yarım – Rob lütfkarlıqla yada saldı.
– Bəs siz qızları sifariş etməmisiniz?– Maykl soruşdu
– Mən Eşliyə xəyanət etmərəm.
– Biz mütləq bunu nəzərə alarıq.
– Necə də əclafsınız!
– Əyilmiş mikroavtobus dayandı. Robbo avtomobili arxaya verdi, yenidən sağa döndərdi və nəhayət, Rod Steartla birlikdə mühərriki söndürdü.
– Çatdıq. – O, bildirdi. – Növbəti dayanacaq – “Qəbirqazan” pivəxanasıdır.
– Murdar addır, – Maykl mızıldandı. – Yaxşı olardı ki, pivəxana “Əriyən gözəlçənin yanında” adlanardı.
– Gözlə, sənin üçün gözəlçə də olacaq.
Kimsə arxa qapını açdı, kimin açdığını isə Maykl dəqiq bilmədi. Görünməyən əllər onun topuğundan dartdı, Robbo onun bir əlindən, Lyuk isə o birisindən tutdu.
– Ey, siz nə edirsiniz?
– Necə ağırdır, əclaf. – Lyuk donquldandı.
Maykl bütün ağırlığı ilə şappıltıynan yaş torpağın üstünə düşdü. Daxili səsi nahaq yerə ona səhər-səhər xəbərdar etməmişdi ki, sevimli idman gödəkcəsi və bahalı cins şalvar oğlan qonaqlığı üçün heç də yaxşı geyim deyil.
O qədər qaranlıq idi ki, göz gözü görmürdü. İşıq yalnız avtomobilin arxa fənərlərindən və cib fənərindən düşürdü. Yağış güclənmişdi, su axını ağzına, gözlərinə dolurdu. Saçları alnına yapışmışdı.
– Mənim paltarım…
Bu zaman onu əllərindən və ayaqlarından tutub yellədilər və harasa aşağıya çalaya atdılar.
Maykl bir az çaşdı. Qurudur, lakin nə üçünsə ətraf bütünlüklə ağ atlasdır.
– Siz… Siz nə edirsiniz? Ağlınız təmiz çaşıb?
İçkili, istehzalı mimikalı dörd sifət ona tərəf əyildi. Yuxarıdan qarnının üstünə şappıltı ilə bir jurnal atdılar. Maykl təzəcə jurnalın üz qabığındakı kürən gözəlçəni görmüşdü ki, ardınca viski şüşələri, fənər və ratsiya tulladılar.
– Uşaqlar siz neynirsiz? Təmiz…
Kimsə rezin iyi verən çubuğu onun ağzına soxdu. Maykl ağzındakını tüpürməyə macal tapmamış ani cırıltı eşidildi və dostlarının üzü qəfildən yoxa çıxdı. Tam sakitlik oldu. Ağac, təzə parça və yapışqan iyi gəlirdi. Bir saniyəlik isti və rahat oldu amma sonra o təlaşa düşdü.
– Ey, uşaqlar!
Bu vaxt ərzində Robbo vintaçanı çıxartdı, Pit isə fənərlə tabutun qapağını işıqlandırdı.
– Neynirsiz, vintləri bağlayacaqsız? – Lyuk təəccübləndi.
– Əlbəttə, – Pit başı ilə təsdiqlədi.
– Sizcə bu vacibdir?
– Ona heç nə olmaz, – Robbo əmin etdi. – Onun hava almaq üçün çubuğu var.
– Mənə isə elə gəlir ki, vintləri bağlamaq lazım deyil.
– Lazımdır, lazımdır yoxsa çıxa bilər.
– Ey, kişilər! – Maykl qalxdı. Lakin onu artıq heç kim eşitmirdi. Və o da başının üstündəki yüngül cırıltıdan başqa heç nə eşitmirdi.
Robbo həvəslə dörd vintin hamısını bağladı. Əl işi ilə yüksək səviyyədə hind palıdından hazırlanmış bahalı qəbirə tuncdan tutacaqlar düzəltmişdilər. Dostlar tabutu dəfn bürosundan götürmüşdülər. Robbo özü də, sənət sahibi olmaq üçün orada bir neçə cəhd etmişdi, mumiyalayıcının şagirdi olmuşdu. Əla, möhkəm tunc vintlər oduncağa yağ kimi girirdilər. Maykl başını arxaya əydi, demək olar ki, burnu qəbrin qapağına toxunurdu. Onu hər tərəfdən fil sümüyü rəngli ipək əhatə etmişdi. O, ayaqları ilə yeri təpikləməyə çalışdı, lakin yer yox idi. Əlləri ilə itələməyə çalışdı, lakin, yenə nəticə vermədi.
Bir neçə saniyə fikirləşdikdən sonra Maykl birdən harada olduğunu anladı.
– Ey, ey qulaq asın! Məndə klaustrafobiya
var. Bu gülməli deyil. – Ey! – Vərdiş etmədiyi özünün boğuq səsini eşitdi.
Pit mikroavtobusun qapısını açdı və fənərləri yandırdı. Onlardan iki metr aralıda onların qazdığı qəbir görünürdü. Yanda bir yığın torpaq və əvvəlcədən ehtiyat üçün götürülmüş iplər var idi. Yaxınlıqda əyri-üyrü dəmir parçası və iki kürək atılmışdı.
Dörd dost qəbirə yaxınlaşdılar və baxdılar. Gözlənilmədən özlərini pis hiss etdilər. Onlar qisas planını hazırlayanda olduqca şən idilər, lakin indi məsələ işə çatanda. İndi çala daha dərin, daha qaranlıq görünürdü… O, elə, həqiqətən, oxşayırdı… bəli, bəli, qəbirə oxşayırdı…
Fənərin zəif işığı dərinlikdə oynadı.
– Fikir verin orada su var, – Coş qeyd etdi.
– Nə olsun ki, yağış damcılayıb, – Robbo laqeyd yanaşdı.
Coş üzünü turşutdu:
– Yox bir, yağış damcılayıb. Orada gölməçə var. Yəqin biz yeraltı su mənbəyini zədələmişik.
– Sənin ananı! – Hər zaman hətta işlə bağlı olmasa da, dəbli qısa kəsilmiş saçları, bahalı kostyum, parıldayana qədər təmizlənmiş ayaqqabıları ilə sözsüz səliqəli görünən “BMW” satışı üzrə agent Pit özünü saxlaya bilmədi:
– O, daim özündən əmin idi. Lakin indi bütün lovğalığın, təkəbbürün külək uçurtdu.
– Buna bax! – Robbo çiyinlərini çəkdi. – Cəmi bir neçə dyümdür
– Biz belə bir çuxuru qazmağı necə bacarmışıq? – Təzə vəkil Lyuk təəccübləndi. O, yenicə evlənmişdi, baxmayaraq ki, gəncliyi ilə vidalaşmaq istəmirdi, artıq başa düşməyə başlamışdı ki, həyat heç də “alma piroqu” deyil.
– Qəbirdən qəbirə fərq var, düzdür? – Robbo donquldandı. – Biz onu müvəqqəti basdırmağı qərarlaşdırdıq, – Coş gözlərini qıydı.