banner banner banner
Son yeniçəri
Son yeniçəri
Оценить:
Рейтинг: 0

Полная версия:

Son yeniçəri

скачать книгу бесплатно

Son yeniçəri
Reha Çamuroğlu

Reha Çamuroğlunun “Son Yeniçəri” əsərində Osmanlı sultanlığı zamanı ən məşhur təriqətlərdən biri olan Bəktaşilərdən, onlarla bağlı verilmiş Sultan Süleyman fərmanından, yüz illər boyunca bu təriqətin yeniçərilərinin Osmanlı dövlətini döyüşlərdə təmsil etməsindən danışılır. Baş verən əhvalatlar hadisələrin iştirakçısı olan əsir Sarı Abdullanın və son yeniçəri Sabit ağanın dilindən nəql edilir. İslam dinini sonradan qəbul etmiş rus əsiri Sarı Abdulla İstanbulda baş verən ən böyük yeniçəri qırğınının şahididir.

REHA ÇAMUROĞLU

SON YENİÇƏRİ

tarixi roman

Gülən və Yaşar İhsan Çamuroğluna

“Ağanın taleyi köləsinin alnında yazılır.”      

Türk atalar sözü

Bu adamda məni özünə bağlayan nəsə var. Düz dörd saatdır ki, qarşısında oturmuşam. Hələ də otururam. Əs-lində, durub getmək istəyirəm. Yox, bəlkə də, getmək istəmirəm. Qaçmaq istəyirəm. Qəflətən durmaq, dizimin üstündəki süfrə dəsmalını yığışdırmadan, dağılıb-dağıl-mayacağına fikir vermədən sürətlə durmaq, qaçaraq bur-dan uzaqlaşmaq istəyirəm.

Elə bil ki, o da bunu hiss edir. Ov üçün pusquda da-yanan pişik kimi davranır. Məni qorxutmamaq üçün əlin-dən gələni eləyir. Hərəkətləri olduqca yavaş, olduqca sa-kitdir. Bu ucu-bucağı olmayan səbir əsəblərimlə oynayır. Sanki yaradılmışlara görə deyil bu səbir. Yaradılmış məx-luq kimi dayanmır qabağımda. Məni lap özümdən çıxa-ran isə onun Yaradıcıya da oxşamamasıdır.

Həzrəti İsa əleyhissalamın şəkillərinə baxanda rahat-lıq tapıram. Qəribə bir əhvali-ruhiyyə yaranır məndə. Ya-radılanlardan olmadığı dərhal görünür. Amma gözləri heç “mən Yaradanam” da demir. Elə bir baxışla baxır ki, qullarını hayıl-mayıl edir. Biz aciz qullar isə ona təşəkkür etsək belə, bunun yenə də az olduğu hissinə qapılırıq.

Bu adam elə də baxmır. Ey uca Allahım, əsl tamaşaçı kimi baxır. Sanki hər şeyə tamaşa edir. Tamaşa edir, eyni zamanda da çox, həddindən çox əylənir. Əyləncəsi üzün-də bərq vurmur. Qətiyyən. Bu zövqü ancaq və ancaq onun gözlərində görə bilərsiniz. Mən də hiss etdiyim hə-min o əyləncəni sizinlə bölüşmək istəyirəm.

Hər dəfə məni bu dərgaha və o insanın hüzuruna gə-tirən qəribə duyğu da, deyəsən, elə budur.

Səhər yuxudan oyananda içimdə rahatlıq hiss etsəm, dərhal bura gəlirəm. Təpədən dırnağa təmizlənib, balaca şüşələrdə satılan gülabdan üstümə tökür, hazırlaşıram. Bu adama vermək üçün heybəmə tütün, şərab, çörək və duz qoyuram. Hər dəfə içimdə qəribə bir hiss yaranır: axı-rıncı gedişimdi, sanki gedib bir də qayıtmayacağam…

Əslində isə yolum çox qısadır. Əli Fakehdən keçib addımlayıram, İmraxor məscidinə çatandaYeddiqüllə ha-sarı qapısına doğru getməyə başlayıram. On ildir bu gö-zəl İslambuldayam. Mənə elə gəlir bütün ömrümü bu şə-hərdə keçirmişəm. Küçələrin hamısı tanış, insanların ha-mısı doğmadır. Yeddiqülləyə tərəf gedəndə dayanmadan insanlara salam verirəm. Onların salamımı almaları xo-şuma gəlir. Dəmirçilərə, meyxanaçılara, balıqçılara, simit satanlara, müsəlmanlara, müsəlman olmayanlara salam verirəm və salamlarını alıram. İçimdən bir səs “bura mə-nimdir” – deyə qışqırmaq istəyir. Bəli, bura mənimdir. Bu küçələr, bu mağazalar hamısı mənimdir, mənim.

Yeddiqüllə qapısına çatanda mühafizəçi yeniçərilərə əl eləyirəm. Eyni səmimiyyət və dərinliklə salamı alırlar. Yenə də içimdə qəribə hisslər oyanır. Nə vaxt gəlib bu qa-la divarının yanından keçsəm, bu əsgərləri və onların ba-şında duran qulluqçubaşını yaxından tanısam da, içimdə oyanan qəribə hisslərin qarşısında aciz qalıram.

Şəhərin qala divarlarından kənara çıxandan sonra da içimi qəribə hisslər bürüyür. Qaçmaq istəyirəm. Gözləri-min qabağında göz işlədikcə uzanan yamyaşıl düzənliklər peyda olur. Sağda və solda bostanlar var, mən bu bostan-ların arasından keçirəm. Çəmənliklər içində səhər tezdən dayanmadan işləyən dabbaqların səsini eşidir və Allah köməkləri olsun, gönün yaydığı ağır havanı duyuram. Bax elə həmin dəriçilərlə mənim aramda dərgahım, qa-pım, səadət mənbəyim dayanır.

Dərgahım taxtadan tikilmiş iki mərtəbəli böyük bir binadır. Qazlı bulağın bir az bu tərəfindədir. Ərikli baba təkkəsi mənim gəldiyim qapının adıdır. Firqeyi Naciyyə-nin, Təriqəti Bəktaşiyyənin Ərikli baba təkkəsi. Mənim sə-adət dərgahım…

Hal-hazırda oturduğum yer bu təkkənin ikinci mər-təbəsindəki meydan otağıdır. Bura “qonaq otağı” da deyə bilərsiniz. Qarşısında qəribə, izahı mümkün olmayan hisslərlə oturduğum şəxs təkkənin şeyxi, meydanı hər za-man açıq olan Əhməd babadır. Yaşadığım bu qədər hadi-sədən sonra yenə də həyata bir balaca marağım qalıbsa, o da onun sayəsində olub. Gözümün nurudur Əhməd baba.

Düz arxasında – divarda mənim elə-belə, yalandan tanıdığım bir işarə var, adına “cüt vav”

deyirlər. Məna-sını hələ təzə-təzə öyrənməyə başlamışam.

Aramızda balaca, yumru bir süfrə var. Mən sahibi-min düz qabağında oturmuşam. Onun iki dərvişi də bi-zimlə eyni süfrədə oturub. Necə də gözəl söhbətdir, İla-hi?! Uzun müddətdir, bax, beləcə ancaq gözlərimiz danı-şır. Təkcə arada dəm dolu piyalələri

qaldıranda “nur ol-sun!”, “eşq olsun” kimi sözlər işlədilir. Kənardan baxan olsa, elə bilər ki, mən olduqca vacib bir qonağam. Halbuki elə deyil. Bunu mən özüm bilirəm. Bilirəm, amma qəribə olan budur ki, özüm də özümü bu süfrədə olduqca vacib və qiymətli insan kimi hiss edirəm. Haqq Ərənlər özü mə-ni bu vəziyyətdən tezliklə xilas etsin!

Əlbəttə, xırda-para şeylərdən danışdıq. Elə bu cür oturmadıq. Bir-birimizin halını, əhvalını soruşduq.

– Nəzərimin kefi yaxşıdır, inşallah, – dedi Əhməd ba-ba.

– Allah razı olsun, Baba Ərənlər, – dedim.

– Otaqbaşı ağamızın da kefi yaxşı olar, inşallah, – de-yə soruşdu.

– Allah razı olsun, yaxşıdır, sizə salamlarını gətirmi-şəm, – deyə cavab verdim.

– Gözəl, gözəl, – deyərək astaca pıçıldadı. Sonra yenə ağzımız kilidləndi.

Bəlkə də, iki gündür dənizdən əsən külək bizi bu hala salıb. İki gündür dəniz özünü dəli kimi sahilə çırpır. Sa-hildə dərin, turş bir qoxu var. Küləklərin sahilə atdığı ba-lıq kimidir hamı. Yuxulu, sakit, kədərli. Bəli, neçə gündür dənizdən əsən külək bu gün Babadan feyz almağıma ma-ne olur. O da bir insandır nəticə etibarı ilə, onun da for-ması var, onun da qəlibi var. Bu qəlib də dənizdən əsən küləkdən təsirlənə, yorula və bezə bilər. Bəs səbəb dəniz-dən əsən külək deyilsə, bəlkə bayaqdan bəri anladır, mə-nim dolmuş ürəyim növbəti badəni qəbul edə bilmirsə? Deməli, bugünkü nəsibim bura qədərmiş. Bulağa getdim, suyu bu qədər oldu. Sol əlimi süfrəyə, sağ əlimi isə sol əli-min üstünə qoyub Babadan icazə istədim, ayağa durdum. O da, digər dərvişlər də qalxdılar. Sağ çiynini, sol çiynini, sonra təzədən sağ çiynini və köksünü üç dəfə öpdüm. Əlinin içinə üç kiçik niyyət elədim, dal-dala gedərək mey-dandan çıxdım.

Bu gün Həzrəti İsadan sonrakı 1780-ci ildir. Təqvim-lər 12 may 1780-ci ili göstərir. Ərikli Baba təkkəsinin bağ-çasına çıxan kimi içimdə duyduğum sevinc bu günün bir hissəsi olmalı idi.

Təkkədən hər çıxışımda olduğu kimi dəli küləklərin əsdiyi dəniz kənarına tərəf addımladım. Balaca uşaqlar tək sahildə qaçmağa başladım. Dənizdən əsən dəli külə-yin bütün vücuduma toxunmasına, ilıq nəfəsinin bütün bədənimə təmas etməyinə icazə verdim. Yeddiqüllə ha-sarının altından keçərək Samatya qapısına tərəf çınqıl və qayalıqlar arasından addımlamağa başladım.

Samatya qapısına kürəyinizi çevirib, hər iki tərəfdən uzanan kafir məhəllələrin arasından keçərək Qoca Mus-tafa paşa məhəlləsinə yox, azacıq Yeddiqülləyə tərəf get-səniz, bir anın içindəcə Əli Fakih məhəlləsinə düşəcəksi-niz. Bu məhəllədən sonra Hacı Həmzə məhəlləsi başlayır. Bu da müsəlman məhəlləsidir. Elə bu iki məhəllənin kə-sişdiyi yerdə böyük bağı olan ikimərtəbəli malikanəni görməmək mümkün deyil. Bu fağır da həmin malikanədə yaşayır. Malikanənin sahibi qibleyi-aləmin qapıqulların-dan, Yeniçəri ocağının camaat ortalarından birinin

– otuz səkkizinci camaat ortasının odabaşı, bütün camaat ortala-rının otaq kəndxudası, bığları yağa batmasın deyə şahla plov yeməyən ağaların ən qiymətlisi kəndxuda Arif ağa-dır.

İndi yəqin ki, ürəyinizdə “Sən kimsən axı?” – deyir-siniz. Bu fağırın əslini, nəslini araşdırırsınız. Tələsməyin, hər şeyin öz vaxtı var. Zamanı gələndə öyrənəcəksiniz. Bu Osmanlı məmləkətində heç bir iş tələsik görülməz. “Tələ-sən təndirə düşər”, – deyib atalarımız. Tələskənlik uğur-suzluq gətirir. Allah eləməsin, bu Osmanlı məmləkətində isə uğursuzluq çox dəhşətli nəticələrə aparıb çıxara bilər.

MİXAİLİN OĞLU PYOTRUN HEKAYƏSİ

Bəlkə də, İslambulda deyəcəyim yerin adını çox az adam eşidib. Yeniçərilərdən başqa heç kim gedib görmə-yib, amma şimalda – Moskva kafirlərinin torpaqları ilə həmsərhəd olan Bessarabiya adlı bir məmləkət var.

Həmin məmləkətdə çox böyük Dnestr adında çay, onun yaxınlığında Reut adlı başqa bir çay, o çayın üstün-də isə Beltsi adında bir şəhər yerləşir.

Həmin o Beltsi şəhərinin yaxınlığında Vişlov adında balaca bir kənd var ki, bu kənd bəndeyi-həqirinizin, yəni əvvəlki adı Mixailin oğlu Pyotr olan mənim anadan ol-duğum kənddir.

Bəndeyi-həqiriniz Mixailin oğlu Pyotr on doqquz ya-şına kimi bu kənddə yaşayıb və balıq tutmaqla, donuz saxlamaqla dolanıb. O zamana qədər bu gün həyatını mə-nalandıran şeylərdən xəbərsiz yaşayıb. Ta ki, günəşli may günlərinin birində voyvodamızdan gələn əmrlə türkə qar-şı müharibədə əsgər kimi iştirak edənə kimi. Beltsidə bizə – beş nəfər idik – üç gün təlim keçdilər. Həyatımda ilk də-fə tüfəngi orda gördüm. Üç gün boyunca bizə tüfəngdən istifadə etməyin qaydalarını, necə nişan almalı olduğu-muzu, necə doldurub atəş açacağımızı göstərdilər. Dedi-lər ki, “dinsiz türklərə qarşı müharibə zamanı bu silahlar sizin köməyinizə çatacaq”. Beləliklə, çariçamız II Yekate-rina ordusunun şanlı bir əsgəri oldum.

Vişlovdan çıxandan bir həftə keçmişdi. Zabitimiz bi-zə – cəmi on iki nəfər idik – Hotin qalasındakı türklərin giriş-çıxışlarına nəzarət etməyi tapşırmışdı. Qalaya qərb tərəfdən baxan balaca bir təpənin yamacındakı yaşıllıqda gizləndik. Gözləməyə başladıq. Yorğun və ac idik. Yuxu-ya getdik.

Nə qədər vaxt keçdi, bilmirəm, amma qəfil boğazıma soyuq bir dəmir parçasının təmasını hiss etdim. Dalınca göy gurultusuna oxşar səs gəldi: “Səsini çıxarma, kafir to-xumu!” Başımın üstündə bərq vuran ay işığında daha qorxunc görünən ağ keçə papaqlı, uzun bığlı, bədəni, san-ki tuncdan tökülmüş, otuz-otuz beş yaşında bir türk da-yanmışdı. Həmin türkün qılıncı boğazımda idi.

Cəsur bir xristian gənci idim. Əslində etiraf etməli-yəm ki, bu qədər cəsur olmağımın səbəbi nəyin nə oldu-ğunu bilməməyimmiş. İndi olsaydı, yəqin ki, ürəyim partlardı. Amma onda cənnətdəki müqəddəslərə qovuş-maq üçün əldən-ayaqdan gedirdim. Tələsirdim. Qılınc-dan xilas olub tüfəngimə əl atmaq istəyirdim ki, qəfildən boynumun ardında dəhşətli bir ağrı hiss etdim. Sanki gözlərimin qabağında şimşək çaxdı. Az qala ruhum bə-dənimdən çıxacaqdı.

Gözlərimi açanda bir tövlədə əli-qolu bağlı vəziyyət-də idim. Əlimi-qolumu zəncirlə bağlamışdılar. Bu zəncir-dən iki ayrı zəncir ayrılır, daha sonra hər biri ayaq bilə-yimdəki qandallarla birləşirdi. Əsir düşmüşdüm. Min yeddi yüz altmış doqquzuncu ilin may ayında, on doqquz yaşında ikən, əlli nəfərə yaxın mənim kimi gənc xristianla birlikdə əsir düşdüm.

Hotin qalasının tövlələrinin birində donuz kimi sax-lanılırdıq. Boynumun dalı hələ də ağrıyırdı, üst-başımdan qan iyi gəlirdi. Sonra Vişlovdan mənimlə birlikdə çıxan Nikolaya rast gəldim. Süründük, uzun müddət cəhd gös-tərəndən sonra axır ki, görüşə bildik. Təpədəki on iki nə-fərdən ancaq ikimiz sağ qalmışdıq. Bütün baş verənləri də elə ondan öyrəndim.

– Bəxtimiz gətirib, – Nikolay dedi.

– Doğrudan bəxtimiz gətirib? – soruşdum.

Əlahəzrət II Yekaterinanın orduları hələ də qalanı mühasirə altında saxlayırdı. Yəni bizim hələ də az-çox ümidimiz var idi. Belə olan halda istər-istəməz türklərin əsəbləri tarıma çəkilirdi. Onlar verdikləri hər yeməkdən əvvəl bizi əməlli-başlı əzişdirirdilər. Həyatımdakı türkcə ilk sözləri də elə burda öyrəndim. “Kafir, donuz, geri çə-kil, dəyyus…” Bu sözləri başa düşməkdə çətinlik çəkmir-dim, çünki hər söz deyiləndə onun hərəkətlə açıqlaması da verilirdi. Artıq hər şeyə öyrəşmişdik. Get-gedə azalan yeməklərə, hər gün təkrarlanan və bizim söz ehtiyatımızı zənginləşdirən söyüşlərə, təhqirlərə… Hər şeyə…

Günlər, həftələr bir-birini əvəzlədi, aylar keçdi. Artıq həyatımın geri qalan hissəsini burada keçirəcəyimi düşü-nürdüm ki, çöldən gələn “Allah, Allah” səslərinin, sevinc nərələrinin bundan sonra həyatıma dəyişiklik edəcəyini hiss etdim.

Rus ordularının bizi xilas edəcəyini düşündüyümüz üçün hər günü diqqətlə sayırdıq. Təqvim 12 avqust 1769-cu ili göstərirdi. Sən demə, həmin gün türklər böyük rus ordusunun üzərində qələbə çalmış və rusları geri çəkil-məyə məcbur etmişdilər.

Artıq xilas ümidimiz qalmamışdı.

Səhəri özümə gələndə əsir düşməmişdən öncə gör-düyüm son türkün üzünü bir də gördüm. Əlbəttə, gecə gördüyüm kabusları çıxmaq şərti ilə…

Sübh azanı veriləndən bir müddət sonra qəfil qapı açıldı və içəri altı silahlı yeniçəri girdi. Üç nəfərlik qrup halında iki sıra ilə düzüldülər. Çox ciddi görünürdülər. Bu ciddilikdə bir saxtalıq var idi və bu saxtalıq dərhal hiss olunurdu. Qorxurdum. Əgər ürəyimdə bir balaca qorxu hissi olmasaydı, onda onların bu yalançı ciddiyyətinə qəhqəhə çəkərək gülərdim. Sonra qəfildən o gəldi, neçə vaxt kabuslarımın, qarabasmalarımın qonağı olan həmin şəxs. Yüksək rütbəli zabit olduğu dərhal hiss olunan bu adam bəzəkli və bahalı paltar geyinmişdi. Başındakı ağ çalmanın üstünə quş lələyi taxmış, belinə silah qabının üs-tündən geniş ipək qurşaq bağlamış, ayağına par-par ya-nan sarı çəkmə geyinmişdi. Əynində olduqca bahalı əba var idi. Sol tərəfindən uzun qılınc asılmışdı, qurşağına soxduğu iki piştov və bir xəncər o dəqiqə diqqət çəkirdi.

Yazıq əsirləri bir-bir süzərək onların arasında gəziş-məyə başladı. Baxışlarını üzərimizdə dolandırdığı o qısa müddət ərzində artıq bizə qarşı törədilə biləcək bütün pislikləri düşünmüşdüm. Birdən baxışları mənim üstüm-də dayandı, gözucu yeniçərilərə baxıb, sakit, lakin amira-nə səslə: “Sarı”, – dedi. İki yeniçəri qaçaraq gəldi, məni qollarımın altından tutub düz onun qabağına gətirdi.O, mənə diqqətlə baxandan sonra qollarımı, ayaqlarımı tu-tub sıxdı, yüngül bir hərəkətlə saçlarımı dartdı, dodaqla-rımı aralayıb dişlərimə baxdı. Sonra yeniçərilərə tərəf çev-rildi: “Aparın,” – dedi. Hara olduğunu ancaq yeniçərilə-rin bildiyi o yerə aparıldığım zaman ayaqlarımın arasın-dan axan suyun yavaş-yavaş boşaldığını hiss etdim.

Hər şey haqqında düşünmüşdüm, hər şey haqqında. Bircə, məni hara apara biləcəklərini bilmirdim. O haqda düşünməmişdim. Amma ən çox buna ehtiyacım var idi.

Məni hamama apardılar. Yekəpər hamamçı o ki var yuyundurdu. Yuyundurduqdan sonra təmiz paltar geyin-dirdilər. İçimi qəribə bir hiss bürüdü. Sanki bir daha əv-vəlki Pyotr geri qayıtmayacaqdı.

Hamamdan çıxandan sonra bu dəfə yeniçərilər mə-nimlə dost kimi davrandılar. Qabağıma düşüb yol gös-tərdilər. Artıq arxalarınca sürümürdülər. Bu dəfə türklər-dən biri qəfildən, mənə heç də yad olmayan bir dildə mü-raciət etdi. O, rus dilində danışırdı. Uzun yola çıxacağı-mızdan, mənim kəndxuda Arif ağanın – yəqin ki, həmin zabitdən bəhs edirdi – qulu olduğumdan, sığınacaqda əsir götürüldüyüm gün İslambulda onun oğlunun dün-yaya gəlməsi xəbəri aldığından, bunun nəyəsə işarə ol-duğundan, indiyə kimi Tanrının Arif ağaya oğul payı bəxş etməməsindən, əsir götürüldüyüm gün bunun baş verdiyinə görə mənimlə yaxşı davranacağından, axmaqlıq edib qaçmamalı olduğumdan, bunun da cəzasının ağır olacağından danışırdı rus dilində həmin şəxs.

Rus dilində gedən bu qısa danışıqlar məni çox şey-dən agah elədi. Bir neçə cümlə ilə nələr öyrənmişdim, İla-hi?! Ən birincisi və ən vacibi yaşayacaqdım. Əslində, dus-taqlıq müddətim uzanmağa və bizə hər gün yemək veril-məyə başlayanda bunu anladım. Amma ola bilərdi ki, in-sanlar çox qısa müddət ərzində fikirlərini dəyişsinlər. Ruslar qalib gəlsələr, ümumiyyətlə vəziyyət pis olacaq, bizi qala divarlarından asacaqdılar. Belə hadisələr haqda çox eşitmişdik. İkinci öyrəndiyim şey bu günə kimi adını çox eşitdiyim, bəylərimizin, şahzadələrimizin bir gün mütləq bizim olacağına inandıqları İslambula getməyim idi. İslambulu görəcəkdim. İslambul bir nağıl şəhəri idi. Dumanlı zirvələrdəki müqəddəs şəhər idi. Amma mən o şəhərə fateh kimi, qələbə qazanmış əsgər kimi yox, türk zabitinin köləsi kimi gedəcəkdim. Rus dilində danışılan-lardan öyrəndiyim üçüncü şey isə o idi ki, sən demə, bu qorxunc insan da oğlu dünyaya gələndə, eynilə bizim ki-mi sevinə bilərmiş. O da atalarımız kimi ata, insanımız ki-mi insan idi. Bunu anlamışdım. Etiraf etməliyəm ki, öy-rəndiklərimin arasında mənə ən çox təsir edən məhz bu məqam oldu. Heç vaxt bunun belə olacağını düşünmə-mişdim.

İlk dəfə idi bir türk mənimlə danışırdı. Mənə heç nə əmr etmədi, sadəcə danışdı və məsləhət verdi.

− Mən, – dedi, – padişahımızın qapı qullarındanam. Qibleyi-aləmimizin adı Mustafadır, üçüncü Mustafa, bu-nu yaddan çıxarma. Adım Yusifdir, Yusif ibn Mürsəl. Ye-niçəri ocağının otuz səkkizinci camaat ortasının təcrübəli əsgəriyəm.

Bütün bunların nə demək oldğunu onda başa düş-mürdüm. Sonra qollarını çırmaladı və çiyninin altından döymə kimi çəkilən bir işarəni göstərib:

− Bax, – dedi, – bu bizim ortamızın işarəsidir. Yol-daşlarımız bu işarədən istifadə edirlər. Ölənə kimi nə bu işarə bizdən ayrılar, nə də biz ortamızdan.

Yusif məndən bir neçə yaş böyük olardı. Bunu təkcə gözlərindən başa düşürdüm. Hər vəziyyətdə yaşlı, dün-yagörmüş kişilər kimi davranırdı. Amma gözləri… Göz-lərində, gördüyü hər şeyə maraq göstərən balaca uşağın gözlərindəki kimi qəribə ifadə var idi. Bəlkə də, onu mə-nimlə danışmağa vadar edən də elə bu hədsiz maraq idi. Mənimlə, mənim kimi bir kölə ilə. Çünki görüb-götürmüş kişilərin gözlərində maraqdan əsər-əlamət olmaz.

− Kəndxuda Arif ağa, – dedi Yusif, – bizim ortamızda ən çox sevilən zabitdir. Hətta biz onu ortamızın koman-diri olan çorbacıdan da çox sevib, hörmət edirik.

Bir anlıq susdu və bir az kədərli səslə sözlərinə da-vam etdi:

− Onun qulu olmaq sənin kimi kafir üçün böyük şə-rəfdir. Bunu dərk et və buna uyğun davran. Heç vaxt ağa-mızı pis vəziyyətdə qoyma.

Bu nə demək idi axı? Mənim kimi zavallı bir əsir necə öz ağasını pis vəziyyətdə qoya bilərdi ki? Yusifin səsin-dəki ciddiyyətdən başa düşdüm ki, “pis vəziyyətdə qoy-maq” nədirsə, çox ciddi məsələdir. Mən Arif ağanı pis və-ziyyətdə qoymamaq üçün neyləməli idim? Yerə baxmaq, düz gözünün içinə baxmamaq, qabağında əl-əl üstdə da-yanmaq, yüksək səslə danışmamaq, arxasınca getmək, bo-yun əymək – bütün bunlar bizdə də olan bildiyim adət-lərdən idi. Biz bəylərimizə, voyvodalarımıza qarşı belə davranırdıq. Başqa nə ola bilərdi axı? Yaşamaq, ya da ən azından pis münasibət görmədən yaşamaq üçün qısa müddət ərzində digər şərtləri də öyrənməli idim.

Birdən başa düşdüm ki, niyə qaçmaq haqqında heç düşünmürəm? Halbuki qaça bilərdim. Amma sonuncu qəhrəmanlığım cəsarətimi öldürmüşdü. Qılınc boğazıma dirənmişdi. Mən qanrılıb tüfəngimi götürə biləcək qədər cəsur olduğumu düşünürdüm, amma təəssüf ki, o cür hə-rəkət edə bilmədim. Arif ağa boğazımı üzə bilərdi. Amma üzmədi. Kölənin qiymətli olduğunu bilirdim. Bizdə də elə idi. Arif ağanın boğazımı üzə biləcəyini dəqiqləşdirmiş-dim. Amma buna baxmayaraq təkcə başıma gürzlə vur-muş, bununla kifayətlənmişdi. Qılıncının qəbzəsi ilə vur-muşdu məni. Orta yaşlı bu insan mənim kimi gəncdən daha çevik idi. Cəsarətim qalmamışdı.

Lap tutaq ki, qaçdım. Hara gedəcəkdim? Burda artıq bilirdim ki, mənə heç kim toxunmayacaq. Tək hara ge-dim? Kimin yanına? Kimin əlinə düşəcəkdim, Allah bilir. Ən çox da tatarların əlinə düşməkdən qorxurdum. Onlar haqqında danışılan rəvayətlər canımı qorxuya salırdı. Dü-şünürdüm ki, türklərin əlinə düşməklə yenə az-çox bəx-tim gətirib.

Digər tərəfdən, hər şey maraqlı gəlirdi mənə. İstan-bul, türklər maraqlı gəlirdi. Bilmədiyim hər şeyi öyrən-mək istəyirdim. Bəs, atam Mixail, anam Anya? Onlar mənsiz neyləyəcəkdilər? Atam elə də qoca deyildi, güclü idi. Çox da vecinə olmazdı yəqin ki… Uzaqbaşı daha çox araq içər, masaya daha bərk yumruq vurar və bununla sa-kitləşərdi. Ancaq anam haqqında eyni şeyi düşünə bil-mirdim. Bəlkə öldüyümü eşitsəydi, daha yaxşı olardı. Bəl-kə də elə belə fikirləşəcəkdi. Amma yaşadığımı da hiss edə bilərdi. Dəqiq bilirəm: bundan sonra hər bazar kilsəyə gedəcək, şam yandırıb məni geri qaytarsınlar deyə keşiş-lərə pul paylayacaq. Hər gün şərab, çörək, balıq aparacaq keşişlərə. Mənim yazıq anam.

Ayrılanda, boynuma bu bürünc zəncirli xaçı taxanda necə ağlamışdı, İlahi?! Bu xaç üçün xüsusi ayin təşkil et-miş, dinsizlərin mənə toxunmaması üçün onu tilsimlədi-yini düşünmüşdü. Amma bizim əyyaş keşişlər də yaman iş görmüşdülər. Atam elə düz eləyib onlara inanmırdı.

Əvvəlki həyatımdan mənə yadigar qalan yeganə şey boynumdakı bu xaç idi. Hamamda toxunmamışdılar. De-məmişdilər ki, çıxart! Anama toxunmaq, onu qucaqlamaq istəyəndə xaçı köksümə sıxa bilərdim. Elə indi də yola düşməmişdən qabaq anamla, onun əllərinin dəydiyi mü-qəddəs xaçla danışmağa başladım:

Mənə kömək ol, Həzrəti İsa! Mənə kömək ol!

Avqustun sonlarına yaxın üç orta camaatı və iyirmi beş-otuz nəfər əsirlə bir yerdə iki yüz əlli adamlıq karvan-la yola düşdük. Qabaqda iki yeniçəri əsgəri və Arif ağanın da olduğu atlı zabit dəstəsi gedirdi. Əsirlərin bir hissəsi-nin əlləri bağlı idi. Yolda anladım ki, bunun da özünə gö-rə mənası var. Yəni əli açıq olan əsirlərin sahibləri daha yüksək çinli zabitlərdir.

Yusiflə əməlli-başlı dost olmuşduq. Müxtəlif bəhanə-lərlə tez-tez yanıma gəlir, suallar verir, mənə lazım olan məlumatlar söyləyirdi. Artıq sürətlə türk dilində danış-mağı öyrənirdim.

Dəstə öz yoluna davam edirdi. Yeniçərilər tez-tez ye-riyir, biz əsirlər onlara yetişməkdə çətinlik çəkirdik. Gecə yol kənarında qurulan karvansaraylarda qalır, demək olar ki, dayanmadan məsafə qət etməyə çalışırdıq. Elə ilk gün-dən yeniçəri olmadıqlarını anladığım üç qəribə geyimli adamın nə işlə məşğul olduğunu gecə karvansarayda qa-larkən anladım. Bu qəribə geyimli şəxslərin əlində balaca baltalar vardı. Onlara “təbər” deyirdilər. Başlarına kar-tonla dilimlərə ayrılan əmmamə qoymuşdular. Bellərin-dəki geniş qurşaqdan böyük on iki guşəli daş asmışdılar. Yeniçərilər bunlara xüsusi hörmət göstərir, gecə başlarına yığışır, bir yerdə içki içir və bizim dualarımıza oxşayan ilahilər oxuyurdular. Onların din xadimləri olduqları dər-hal hiss olunurdu. Dözməyib kim olduqlarını Yusifdən soruşdum:

− Bunlar kimdir, Yusif?

Yusifin üzünə təbəssüm çökdü:

− Bunlar Bəktaşi dərvişlərdir, Sarı, – deyə cavab ver-di, – sizin keşişlərə oxşayırlar, amma kəramətləri və hik-mətləri həddindən artıq çoxdur. Onlar olmadan müharibə meydanına girmirik.

Yol boyu maraqla ətrafıma baxırdım. Ömrümdə bir dəfə də olsun kəndimdən qırağa çıxmamışdım. Başqa yer-ləri görməmişdim. Ələxsus da böyük şəhərləri. İslambulu düşünür, onun böyüklüyünü bizim Beltsi ilə müqayisə et-məyə çalışırdım. Buxarestə gəlib çatanda artıq Beltsi gö-zümdə xeyli kiçilmişdi. İndi gör İslambul – Konstantin həzrətlərinin şəhəri nə boyda idi? Onu artıq Buxarestlə müqayisə etmək istəmirdim.

Ədirnəyə çatanda böyük bir yeniçəri qrupunun kar-vanı qarşılamağa çıxdığını gördük. Onlar bir-birini qu-caqlayır, gülüşür, şən zarafatlar edir və əylənirdilər. Ədir-nə şəhərindən yadımda qalan yeniçərilərin zarafatları, bir də möhtəşəm Səlimiyyə məscidi oldu. Elə bil Tanrı bu məscidin qübbəsində oturub bizi müşahidə edirdi. Həya-tımda heç bu boyda kilsə görməmişdim. Yaxşı, bəs biz bu türklərə niyə dinsiz deyirdik? Bax, onların da dinləri var. İnsan həm dinsiz olacaq, həm də sonra ibadət üçün bu qə-dər daşı, bu qədər gözəl şəkildə üst-üstə qoyacaq? Demə-li, dinləri var idi, ancaq biz onların dinini din saymırdıq. “Cavab hər halda bu olmalıdır”, – deyə düşündüm.

Türklərin Silivri adlandırdıqları, çox möhkəm görü-nən qalası olan qəsəbəyə gələndə, bir gün sonra İslambula çatacağımızı öyrəndim. Karvanda indidən gözlə görülə-cək dərəcədə həyəcan var idi. Demək olar ki, hamının ailələri, dostları, sevdikləri İslambulda idi və hamı həs-rətdən cana doymuşdu. Bəs mən? Bəs mənim yaxınlarım? Bəs mənim sevdiklərim? Onlar harda idilər?

Və mən bir də onları görə biləcəyəmmi?

İSLAMBUL, DƏHŞƏTİM

Bir ay olardı ki, yollarda idik. Yorulmamışdıq. Yorul-duğumuz anlarda mütləq qarşımıza ya bir karvansara, ya bir qəsəbə, ya da kənd çıxırdı. Osmanlı ordusunun bizim torpaqlara necə gəlib çıxdığını indi daha yaxşı başa dü-şürdüm. Əvvəllər isə bu orduların başqa dünyadan, baş-qa aləmdən gəldiklərini düşünürdüm. Güman edirdim ki, onlar hardasa qaranlıq bir yerdə gözləyir, sonra qəfildən hücuma keçirlər. Məhəllələrinin, ailələrinin, evlərinin, qə-səbələrinin, mağazalarının, hətta şəhərlərinin olacağını belə heç düşünməmişdim. Onlar eləcə gözləyirdilər. Qa-ranlıq bir guşədə. Lazım olanda silahlarını götürüb, atla-rına minir, yandırmaq və məhv etmək üçün hazır vəziy-yətdə gözləyirdilər. Qaranlıqdan bir səs qəfildən, “hü-cum”, – deyə qışqırır, onlar da hücuma keçirdilər.

Elə buna görə də bizim nəcib bəylərimizə heyran olurdum. Belə bir ordu ilə necə mübarizə aparmaq olardı axı? Amma mübarizə aparırdılar. Bəzən qalib gəlir, onları geri çəkilməyə məcbur edirdilər. Balaca olanda bunu gör-düyüm qarabasmaları anamın qovmasına bənzədirdim. Mən qova bilmirdim onları, ancaq yerimin içində çırpınır, səsimi çıxarmağa çalışırdım. Alınmırdı, əlacsızca yerimdə qıvrılırdım. Ancaq anam qovurdu. Gəlib məni öpür, ba-şımı sığallayır, adımı çağırır, “keçdi, Pyotr, keçdi, mənim balam”, – deyirdi. Beləcə, qarabasmadan xilas olardım. Bəylərimizin türklərə qarşı apardığı mübarizəni digər müharibələrdən fərqləndirirdim. Bizim müharibələrdə tə-rəflər bilinirdi. Gəldikləri şəhərlər, qalaları, geyimləri… Onlar hər şeyləri ilə tanış idilər bizə. Amma türklər fərqli idilər, onlarla müharibəni ancaq müqəddəslər apara bi-lərdi, ancaq müqəddəslər! Onlara qalib gələ biləcək yega-nə qüvvə müqəddəslər idi. Çünki qaranlığın sahiblərinə ancaq aydınlığın mələkləri qalib gələ bilərdi. Türklərə qa-lib gəlmək eyni zamanda aydınlıqda olmağımızın sübutu idi.

Ancaq indi bu qaranlığın paytaxtının qarşısında idim. Ucsuz-bucaqsız qala divarları, dumana bürünən qüllələri, hər biri mizraq kimi göyə yüksələn minarələri ilə bu möh-təşəm şəhər indidən qarşımızda dayanmışdı. Yaxınlaş-dıqca daha da böyüyür, yediyi sonuncu yeməyi həzm et-məyə çalışan divi xatırladırdı. Bu şəhərdən çıxan hər uğultu, hər səs, görünən hər mənzərə elə bil başqa bir aləmdən gəlir, məni mühasirəyə alır, işğal edirdi.

Karvandan qabaqda gedən süvarilər gedəcəyimiz ye-ri tanıyırdılar. Mən öz-özümə düşünürdüm ki, görəsən, qarşıdakı qala qapılarının hansından içəri girəcəyik? On-lar isə bunu düşünmürdülər. Yusif yenə təbəssümlə üzü-mə baxıb:

− Ədirnə qapısından keçib bir az vaxt öldürəcəyik, – dedi, – sonra da Arif ağa ilə bir yerdə evinə gedəcəksən.

− Evimə? – deyə soruşdum heyrətlə.

− Hə də, evinə, − dedi Yusif, – ora artıq sənin də evin-dir.

Susdum. Qəribə gəlmişdi mənə. Ağamın evindən bəhs edəndə, “evin,” – demişdilər. Mənim bu şəhərdə evimmi olacaq? Elə şey ola bilər yəni? Bir kölə kimi sahi-bimin evində necə yaşaya bilərdim? Və o ev necə mənim də evim sayıla bilərdi? Bəlkə ələ salırdı məni? Heç nə bil-mədiyim üçün lağ edirdi mənə? Amma yox! Bir ay bo-yunca heç bu cür hərəkət eləməmişdi. Mən nəyisə düz et-məyəndə bunu açıq şəkildə demişdi. Əgər gülməli hərə-kət eləmişdimsə, bir yerdə gülmüşdük. Amma heç vaxt mənə lağ etməmişdi.

Ədirnə qapısı yüksək qüllələrin arasında yerləşən bö-yük qapı idi. Onu keçən kimi hər yerdə olduğu təkburda da yeniçərilər bir-biriləri ilə qucaqlaşdılar. Gələnlərdən hardan gəldiyini soruşdular. Bir-birilərini tanıyanlar dərdləşdilər. Çoxu da bir-birini tanıyırdı və mənə qəribə gəlirdi ki, bir-birilərini hardan tanıyırlar? Bu qədər çox-dular və buna baxmayaraq, tanıyırlar.

Qısa fasilədən sonra şəhərə doğru addımlamağa baş-ladıq. Artıq bir az əvvəl eşitdiyim uğultunun mənbəyində idim. Yolun hər iki tərəfində dükanlar var idi. İnsanlar heç nə olmayıbmış kimi öz işləri ilə məşğul olur, yanla-rından keçəndə dayanıb bizi salamlayırdılar. Bəzən ya-xınlıqlarından ötəndə sürətlə dükandan bayıra çıxır, iki-qat olur, öndə gedən üç zabiti salamlayırdılar. Öndə ge-dən üç zabit isə başlarını dik tutur, salamı alırdılar.

Birdən yerimdə donub qaldım. Yerə qədər əyilib za-bitləri salamlayan iki keşiş gördüm. Yox, səhv görmür-düm. Eyni ilə bizim keşişlərimiz kimi geyinmişdilər. Qa-ranlığın mərkəzində iki keşiş?! İrəli getdikcə daha çox ke-şişə rast gəlirdim. Deməli, bu şəhərdə təkcə iki keşiş yox idi. Marağım get-gedə artır, beynim sualların məngənə-sində əzilirdi.

Karvan gəlib yüksək hasarları olan, böyük taxta və daş tikilinin damlarının az olsa da göründüyü yerə çatdı və dayandı. Onun yanında isə Ədirnədə gördüyüm məs-cidə oxşayan və elə onun kimi böyük, möhtəşəm bir məs-cid var idi. Yusif!.... Hə, Yusif! Nə yaxşı ki, o, yanımda idi. Bilmədiklərimi dərhal ondan soruşurdum.

− Bura haradır?

− Ağa qapısı, – deyə cavab verdi.

Heç nə anlamadım.

− Yəni?