banner banner banner
Zolaqlı pijamalı oğlan
Zolaqlı pijamalı oğlan
Оценить:
Рейтинг: 0

Полная версия:

Zolaqlı pijamalı oğlan

скачать книгу бесплатно

Zolaqlı pijamalı oğlan
Con Boyn

Bu romanı oxumağa başlayanda 9 yaşlı Bruno adlı uşaqla təsirli, həyəcanlı bir səyahətə çıxacaqsınız. Amma bu roman sadəcə uşaqlar üçün deyil. İnanırıq ki, hər yaş qrupundan olan oxucu bu təsirli romanı maraqla oxuyacaq. Ümid edək ki, yolunuz Bruno kimi tikanlı məftillərə gedib çıxmayacaq və tikanlı məftillərin o biri “üzünə” keçməli olmayacaqsınız.

Con Boyn

ZOLAQLI PİJAMALI OĞLAN

Ön söz

Ən qısa vaxtda yazılan möhtəşəm roman

Yazıçı Con Boyn (John Boyne) 1971-ci ildə İrlandiyada doğulub. Yaradıcılığına hekayələrlə başlayan yazıçı müxtəlif mükafatların, eləcə də ardıcıl iki dəfə İrlandiya Kitab Müka-fatının laureatıdır. 2006-cı ildə nəşr olunmuş “Zolaqlı pija-malı oğlan” (The Boy in the Striped Pyjamas) romanı həm müəllifin vətəni İrlandiyada, həm də dünyada müxtəlif nüfuzlu mükafatlara layiq görülüb və müəllifinə böyük şöh-rət qazandırıb.“Zolaqlı pijamalı oğlan” eyni zamanda dün-yada ən qısa müddətə yazılmış kitabların siyahısında ilk yerdədir.

“Nyu-York Tayms”ın bestsellerlərindən biri olan, dünya-da 5 milyon tirajdan artıq satılan “Zolaqlı pijamalı oğlan” romanı eyni gündə doğulan iki 9 yaşlı oğlanın – Bruno və Şmulun həyatından bəhs edir.

1943-cü ildə Faşist Almaniyasında baş verən hadisələr, Bruno adlı alman oğlanın dilindən nəql edilir. Əsərin sadə dili və axıcı təhkiyəsi, faciələrin və dəhşətlərin sadə şəkildə canlandırılması romanın uşaq ədəbiyyatına aid olduğunu deməyimizə əsas versə də, əsər İkinci Dünya Müharibəsi haqqında yazılan ən təsirli romanlardandır.

Yaşadıqları beşmərtəbəli evdən, geniş küçələri, kafe və böyük dükanları olan Berlindən Polşadakı əyalət şəhərinə köçərək əsir düşərgəsinə rəhbərlik edən faşist zabitinin oğlu tənhalıqdan əziyyət çəkir. Macəra romanlarını sevən və kaşif

olmağı qarşısına məqsəd qoyan Bruno, tikanlı məftil-lərlə əhatələnmiş düşərgənin ətrafında gəzərkən yəhudi oğ-lan Şmulu kəşf edir…

Düşərgəyə rəhbərlik edən faşist zabitinin oğlu Bruno ilə, yəhudi saatsazın əsir düşərgəsində yaşayan oğlu Şmulun taleyi düşərgə kənarındakı tikanlı məftillərin yanında kəsi-şir.

Və bu tanışlıq onları heç də xoş olmayan sonluğa doğru sürükləyir.

…Bu əyalət qəsəbəsində iki tip insan var: tikanlı məftil-lərin bir tərəfində azlıqda qalanlar – Bruno, ailəsi, alman əsgər və zabitləri, tikanlı məftillərin digər tərəfində çoxluq təşkil edənlər – Şmul, ailəsi və əsirlikdə olan başqa yəhudi-lər…

Yazıçının cəmi iki gün yarıma yazıb bitirdiyi bu romanda hadisələr bir-birini sürətlə əvəz etdikcə, həyəcan artır. Əsə-rin nəfəskəsən tempi, hadisələr zəncirinin qeyri-adi inkişafı, axıcı təhkiyə oxucunu arxasınca sürükləyir.

…Auşvitz(Osvensim) əsir düşərgəsində baş verənlər, Ho-lokost, yəhudilərə qarşı törədilən soyqırım əsərin əsas möv-zusu olsa da, müəllif bu faciəni çatdırmağın fərqli yoluna baş vurur. Müharibədən bəhs edən minlərlə romandan fərqli olaraq “Zolaqlı pijamalı oğlan” romanında faciə iki kiçik oğlanın taleyi fonunda daha da kədərli şəkil alır. Uşaqların heç biri müharibənin miqyasını, faciənin dəhşətini anlaya-caq yaşda deyillər. Bruno “böyüklər” kimi yəhudiləri düş-mən hesab etmir və əsir düşərgəsinin mahiyyətini dərk et-məkdən uzaqdır.

Əsərin sonlarına doğru böyüklərin də müharibədən və baş verənlərdən yorulduğu, bezdiyi hiss olunur. Yazıçı Bru-nonun ata-anasına, xüsusilə övladları ilə birgə düşərgədən uzağa – Berlinə qayıtmaq istəyən anaya mərhəmətli yanaşsa da, labüd final dəyişmir…

Brunonun otağının pəncərəsindən görünən zolaqlı pija-malı adamlar, yan-yana düzülmüş daxmalar, naməlum borularından qalxan dəhşətli tüstü əsərin sonunda həssas oxucunu ağlamağa məcbur edir…

Amerikalı rejissor Mark Herman 2008-ci ildə əsərin mo-tivləri əsasında romanın özü qədər təsirli və populyar film ərsəyə gətirib.

Cəlil CAVANŞİR

İçindəkilər

Ön söz

Ən qısa vaxtda yazılan möhtəşəm

roman (Cəlil Cavanşir)      3

I Bölüm

Bruno bir kəşf edir      9

II Bölüm

Yeni ev      17

III Bölüm

Ümidsiz hadisə      25

VI Bölüm

Pəncərədən görünənlər      32

V Bölüm

“Girmək hər zaman istisnasız qadağandır”      39

VI Bölüm

Layiq olduğundan çox pul alan xidmətçi      51

VII Bölüm

Anası etmədiyi şeyi necə boynuna götürdü      61

VIII Bölüm

Nənə niyə əsəbiləşib getdi      76

IX Bölüm

Bruno əvvəllər kəşf etməyi sevdiyini xatırlayır      83

X Bölüm

Nöqtə xal, xal damla, damla şəkil, şəkil uşaq oldu       89

XI Bölüm

Fyuri      99

XII Bölüm

Şmul, Brunonun sualına cavab axtarır      107

XIII Bölüm

Şərab şüşəsi      114

XIV Bölüm

Bruno son dərəcə məntiqli yalan danışır      127

XV Bölüm

Etməməsi lazım olan bir şey      135

XVI Bölüm

Saç kəsimi      147

XVII Bölüm

Ananın istədiyi olur      155

XVIII Bölüm

Son macəranı düşünmək      161

XIX Bölüm

Səhəri gün baş verənlər      167

XX Bölüm

Sonuncu bölüm      178

I BÖLÜM

BRUNO BİR KƏŞF EDİR

Bruno, günlərin bir günü axşamüstü məktəbdən evə qayıdanda, başınıhəmişə önə əyən, baxışlarını yerdən qal-dırmayan xidmətçiləri Mariyanı otağında, şkafındakıbütün əşyaları dörd böyük çemodana doldurarkən görüb çox təəc-cüblənmişdi. Hətta arxada gizlətdiyi, heç kəs üçün maraqlı olmayan xüsusi əşyalarını belə götürürdü.

– Nə edirsən? – Mümkün qədər nəzakətli olmağa çalışa-raq soruşdu.

Kiminsə əşyalarını qarışdırdığını görməkdən xoşbəxt ol-masa da anası ona, Mariyayla hörmətlə davranmağı və onunla atasının danışdığı tərzdə danışmamağın vacibliyini öyrətmişdi.

– Əllərini əşyalarıma vurma!

Mariya başını buladı və baxışları ilə arxasındakı pilləkən-lərə işarə etdi. Anası orada peyda olmuşdu. Hündürboy, qırmızı saçlı qadın idi, saçlarını başının arxasında tülün içinə yığmışdı. Söyləmək və ya inanmağa məcbur olmadığı bir şeyvarmış kimi, əsəbi şəkildə əllərini ovuşdururdu.

– Ana, –Bruno ona doğru irəliləyərək dedi, – Nə baş verir? Niyə Mariyaəşyalarımı qurdalayır?

– Onları yığır,– deyə ana açıqladı.

– Yığır? – deyə soruşarkən bir tərəfdən də son günlərdəki hadisələri yadına salmağa çalışırdı: Xüsusilə dəcəllik edib-etmədiyini və yasöyləməsi qadağan olunan sözləri yüksək səs tonu ilə deyib-demədiyini… Buna görə harasa göndər-mək istəyirdilər? Amma ağlına bir şey gəlmədi.Son günlər-də xüsusilə hər kəsə qarşı çox düzgün davranmışdı. Hər hansı bir problem yaratdığını xatırlamırdı. Niyə?– deyə soruşdu. Mən nə etmişəm ki?..

Ana öz yataq otağına getmişdi. Eşikağası Lars da onun əşyalarınıyığırdı. Qadın içini çəkib narahatlıqla əllərini qal-dırdı və təkrar pilləkənlərətərəf yönəldi. Bruno onu izlədi, cavab almadan yaxasını buraxmayacaqdı.

– Ana!– deyə israr etdi. – Nə baş verir? Köçürük?

– Mənimlə aşağıya gəl, – deyib, anası bir həftə əvvəl Fyurinin

yeməyəgəldiyi geniş yemək otağına doğru irəli-lədi:– Orada danışaq.

Bruno aşağıya qaçdı, anasından əvvəl yemək otağında olmaq üçün, onu qabaqladı. Heç bir şey söyləmədən bir anlıq anaya baxdı. “Bu səhər makiyajını düzgün edə bil-məyib”, deyə düşündü, çünki gözlərinin ətrafı hər zaman-kından dahaqırmızı idi. Eynilə başına bir iş açıb ağladığı zamanonun da gözlərinin ətrafı qırmızı olduğu kimi…

– Narahat olmağına ehtiyac yoxdur,Bruno, – Fyuri ilə yeməyə gələn,yola salma zamanı qapını bağlamaq üzrə olan atasına əl yelləyən gözəl,sarışın qadının oturduğu kürsüdəoturan ana: – Əslində möhtəşəm macəra olacaq. – dedi.

– Nə macərası? Evdən qovuluram?

– Xeyr, yalnız sən deyil, – Bir an gülümsəməyi düşünüb sonra imtina etdi. –Hamımız gedirik. Atan, mən, Qretel və sən. Dördümüz birlikdə.

Bruno düşündü və qaşqabağını tökdü. Qretelin harasa göndərilməsi vecinə deyildi, çünki o “ümidsiz hadisə” idi, ona yalnız problem yaradırdı. Yenə də hamısının birlikdəgetməliolmaları bir az haqsızlıq kimi gəlirdi ona.

– Yaxşı, hara? – deyə soruşdu. – Dəqiq hara gedirik? Niyəburada qala bilmirik?

– Atanın işi… – deyəana açıqladı. – Nə qədər əhəmiyyətli olduğunubilirsən, elə deyilmi?

– Bəli, əlbəttə! – Bruno başını yelləyərək cavab verdi. Çünki evlərinə çox qonaq gəlirdi; möhtəşəm uniformalı kişilər, murdar əllərindən uzaq dayanmalı olduğuyazı makinası ilə gələn qadınlar… Hamısı da atasına qarşı hər zaman çoxnəzakətli idilər. Atası haqqında aralarında danı-şarkən, onu diqqətlə izlədiklərini və Fyuriun onunla bağlı böyük şeylər düşündüyünüsöyləyirdilər.

– Bəzən biri çox əhəmiyyətli olduğunda, – deyə ana davam etdi, – ona xüsusi bir vəzifə verən adam, bu işlə bağlı başqa bir yerə getməyin lazım olduğunuda söyləyə bilər.

– Necə vəzifə? – deyə Bruno soruşdu.Çünki özünə qarşı dürüst olmalı olsa(adətən hər zaman dürüst olmağa çalı-şardı), atasının nə iş gördüyünü demək olar ki, dəqiq bil-mirdi. Yoldaşlarıyla bir gün məktəbdə atalarının işləri haq-qında danışmışdılar. Kari, atasının meyvəsatan olduğunu söyləmişdi. Bruno yoldaşının doğru söylədiyini bilirdi, çün-ki atası şəhər mərkəzində meyvə-tərəvəz dükanı işlədirdi.Denyil, atasının müəllim olduğunu söyləmişdi, bu da doğru idi, çünki uzaqdayanmalı olduğu böyük uşaqlara dərs deyir-di. Martin, atasının aşpaz olduğunu deyəndə, Bruno bunun da doğru olduğunu bilirdi, çünkiatası bəzən Martinı mək-təbdən götürməyə gələndə üstündə ağ iş köynəyivə önlük olardı.Lakin yoldaşları ondan, atasının nə iş gördüyünü soruşanda Brunobilmədiyini fərq etdi. Tək söyləyə bildiyi, atasının diqqətəlayiq biriolduğu və Fyuriun onun üçün böyük şeylər düşündüyü idi. Ah, eyni zamanda möhtəşəm uniforması da vardı.

– Çox əhəmiyyətli vəzifədir. – deyən ana bir anlıq tərəd-düd edərək daha sonra əlavə etdi: – Xüsusi özəlliyə sahib birini tələb edən, xüsusi bir vəzifədir. Bunu anlaya bilərsən, elə deyil?

– Hamımızın getməsi şərtdir?

– Əlbəttə şərtdir.Atanın yeni vəzifəsini icra etməyə tək getməsini vəorada təklikdən əziyyət çəkməsini istəməzsən, elə deyilmi?

– Düşünürəm ki, xeyr.

– Onunla birlikdə olmasaq, atan hamımız üçün çox darıxar.

– Ən çox kimin üçün darıxardı? Mənim üçün, yoxsa Qretel üçün?

– İkiniz üçün də bərabər dərəcədə darıxardı, – deyən anası hər zaman ayrı-seçkilik etməməklazım olduğuna ina-nardı.

Bruno anasının bu inancına hörmət edərdi, xüsusilə də ən çox onu sevdiyini bildiyi üçün.

– Yaxşı, bəs evimiz? – deyə soruşdu. – Biz yoxkən evi-mizlə kim maraqlanacaq?

Ana içini çəkib baxışlarını bir daha heç görə bilməyə-cəkmiş kimi otaqda gəzdirdi. Çox gözəl ev idi. Zirzəmini də nəzərə alsaq – bir də Brunonun,barmaq ucları üstə qalxaraq çərçivəsindən yapışıb Berlini başdan-ayağa görə bildiyi damdakı əyri şüşəli otağı əlavə etmək şərtiylə –beş mərtə-bəli idi.

Aşpaz bütün yeməkləri zirzəmidə hazırlayardı, o əsnada Mariya və Lars masadaoturub söhbət edər və qadağan olunmuş sözlərdən də istifadə edərək nəyinsə müzakirəsini aparardılar…

– Hələlik evin qapılarını bağlamaq məcburiyyətindəyik, – ana dedi. – Amma bir gün geri qayıdacağıq.