banner banner banner
Qanadlı körpü
Qanadlı körpü
Оценить:
Рейтинг: 0

Полная версия:

Qanadlı körpü

скачать книгу бесплатно


Onun qəfəsində neçə sərçə olduğunu da hamı əzbər bilirdi: ara günlər iki, cümə günləri beş sərçə. Hər sərçə on şekel qazanc gətirirdi. Həftəlik qazancı pitaya[13 - Pita – müxtəlif ölçülü dairəvi çörək.], hummusa[14 - Hummus – Qaynadılmış noxuddan əzilib hazırlanmış, küncüt, zirə, sarımsaq, limon şirəsi, zeytun yağı və duz qatılmış yüngül yemək.], bir də tütünlə qəhvəyə bəs eləyirdi. Bir-iki dəfə Luay Abdullah Aban Müəzzinə falafel[15 - Falafel – Noxud, lobya və başqa növ paxlalardan əzilib hazırlanmış, içi ədviyyatla doldurulub kündələnib kartof kimi qızardılmış təam.] təklif etsə də, o, “toxam” deyib ətirçinin əlini geri qaytarmışdı.

Aban Müəzzinin hara gedəcəyini də hər kəs bilirdi: sahildəki üç tərəfi qamışla hasarlanmış “Baradays Qahve va İstiraha” kafesinin müştəriləri həmişə əliaçıq olurdu, müştərilər onunla mərcə girməsələr belə, kafenin yiyəsi Cəmal Atamneh onu heç vaxt əliboş qoymazdı.

Aban Müəzzin, adəti üzrə, qumsallıqdan balıqqulağı götürüb Luay Abdullahın pəncərəsinə sarı tulladı. Ətirçi səsə başını qaldırdı, “Əl-Əyyam”ı[16 - “Əl-Əyyam” – Ramallahda (Fələstin) ərəbcə çıxan qəzet.] qatlayıb kənara atdı, əlini yelləyib ona salam verdi.

Sərçələrin cikkiltisi gəlmirdi, eləcə, Aban Müəzzin addımladıqca, millərin üstündə müvazinətlərini saxlamaq üçün qanadlarını çırpırdılar.

Aban Müəzzin əlində su qabı, gözü dolmuş Kənaanı qarşısında görəndə duruxdu. Kənaan ona yüngülcə təzim edib ləpədöyən qayalığı göstərdi. Aban Müəzzin gözucu o tərəfə baxdı, qayalara aramsız çırpılıb sönən dalğalardan, bir də leş üstündə dimdikləşən iki kərkəsdən başqa bir şey görməyib Kənaanın başını sığallayıb alnından öpdü, salavat çevirıb şəhərə doğru addımladı.

O, daş yoldan sağa, kafeyə tərəf dönəndə, Cəmal Atamneh özü onu qarşılayardı. Bu dəfə belə olmadı. Cəmal qaşqabaqlı idi, Aban Müəzzinə dilucu “Səbah əl-Nur” deyib küncdəki boş kətili göstərdi. Dirəyə bərkidilmiş radiodan kafeyə Fayruzun[17 - Fayruz – Nouhad Vadi Həddad (21 noyabr 1935-ci ildə doğulub). Dünya şöhrətli livanlı müğənni. Səhərlər əksər qəzzalılar Fayruzu dinləməyi çox sevir.] “Bektob esmak, ya habibi”[18 - “Bektob esmak, ya habibi” – “Sənin adını yazıram, əzizim”] sızıltısı axırdı. Cəmal Atamneh radionun səsini alıb Aban Müəzzinlə üzbəüz oturdu. Cəzvədəki qəhvəni qarışdırıb onun fincanına tökdü.

– Aban Müəzzin, həbibi, – Cəmal ayağının ucu ilə qəfəsi mizin altına itələyib dedi, – tezdən “müqavimət”çilər gəlmişdi, səni soruşdular, dedilər, mərc qoşmaq şəriətdə yasaqdı. Ehtiyatlı ol, ya Aban, yaman acıqlı danışırdılar!

Aban Müəzzin dinmədi. Şəriət yasaqlarından xəbəri vardı. Dodaqlarını tərpədib hər cümlənin başında işlətdiyi “mafii müşkila”sını[19 - Mafii müşkila – eybi yoxdur, problem deyil (ərəbcə)] deyib ayağa durdu, əlini bir neçə dəfə yüngülcə Cəmalın kürəyinə vurdu, qəfəsin quşqusunu barmağına keçirib qəhvəxanadan çıxdı.

* * *

Dənizdən əsən nəsim çirkab suların üfunətini ətrafa yayırdı. Aban Müəzzin arxasını dənizə çevirmişdi. Qayıqları batırılıb iki balıqçı yoldaşını itirəndən sonra o, dənizə ancaq gözucu, sabahın havasını öyrənmək üçün baxardı. Elə bilirdi dənizə çox baxsa, orda mütləq Ala’anın suya qarışmış qanını görəcəkdi.

Əl-Kəbir məscidindən günorta azanının ucalması ilə işıqların sönməsi bir oldu. Maqnitofona yazılmış azan bir dəfə “Allahu-Əkbər” deyib susdu. Generatorlar uğultu ilə işə düşdü. Azan səsi generatorların qara tüstüsünə qarışıb Qəzzanın içinə doğru süründü.

Sahildə gəzişən iki ahıl kişi Ərəfatın[20 - Ərəfat – Yasir Ərəfat (4 avqust 1929 – 11 noyabr 2004). Fələstin Milli Azadlıq hərəkatının (Harakat al-Tahrir al-Vatani al-Filastini – FATH) təşkilatının banisi. 1994-cü ildə Nobel Sülh mükafatı alıb. Yasir Ərəfatı Fələstində ümummilli lider, İsraildə isə terrorçu sayırlar. Ərəfatın Əl-Qüdslə (Yerusəlim) Ölü Dəniz arasında açdırdığı “Oazis” kazinosu islam ələmində böyük səs-küyə səbəb olmuşdu.] “Oazis” kazinosu haqda qızğın mübahisə eləyə-eləyə Aban Müəzzinin qarşısından keçib getdilər, amma bir azdan qayıdıb onun yanına gəldilər. Kişilərdən biri əlini açıb beş şnekeli Aban Müəzzinin gözü qabağına tutdu:

– Oynayaq?

Aban Müəzzin dinməzcə qəfəsdəki sərçələrdən birini çıxarıb ovcunda gizlədi. Sərçənin başı ilə quyruğu görünürdü.

Aban Müəzzin rəqibinə baxdı.

– Ölüdü! – rəqibi kefikök dilləndi.

– Yox, diridi!

Rəqibi dostuna baxıb irişdi, Aban Müəzzinin burnuna bir çırtma vurdu:

– Dedim. ölüdü!

– Di-ri-di!!! – Aban Müəzzin var gücü ilə bağırdı.

Sahildə top qovan uşaqlar bir anda çəkişənləri dövrəyə aldı.

Rəqibi gülüşüb qışqırmağa hazır durmuş uşaqlara baxıb əlini Aban Müəzzinin əlinin üstünə şappıldatdı:

– Diridisə, aç, baxaq.

Aban Müəzzin barmaqlarını aralayan kimi sərçə qanadlarını sürətlə çalıb dənizə tərəf uçdu, amma tez də burulub Əl-Kəbir məscidinə sarı uçub getdi. Uşaqların sevinclə atılıb-düşməsi xeyli çəkdi. Ahıl kişi beş şnekeli bir-bir qumun üstünə atdı. Aban Müəzzin ona təşəkkür etdi, yerdən dəmir pulları götürdü, tozunu üfürüb təmizləyib qəfəsin küncünə yığdı.

* * *

Gün Aşdoda tərəf əyilirdi. Qəfəsdəki dörd sərçə qoxusunu hələ unutmadıqları yuvalarına tərəf uçmuş, Aban Müəzzinə qırx şekel qazanc gətirmişdi.

Aban Müəzzin boyu şərqə uzanan kölgədə oturdu. Mərcə girən təzə müştəri olmadığından, qəfəsi açıb sonuncu sərçəni ovcuna aldı. Birinci dəfə idi, gətirdiyi sərçələrdən geri qaytardığı olurdu.

Gözlərini yumub dənizə tərəf çevrildi. “Get bacılarının yanına, qanadlı məxluq!” – deyib sərçəni başı üzərinə qaldırdı.

– Oyun bitdimi, Aban Müəzzin?! – kimsə onun qolundan yapışdı.

Gözlərini açdı. Qarşısında dənizin mavi yeləni ilə uyuşmayan tünd palıd köynəkli, qalın qara saqqallı pota bir oğlan, bir də ondan on-on beş yaş böyük, pırpız saçlı, çal saqqallı bir kişi dayanmışdı. Aban Müəzzin “müqavimət”çilərlə görüşün elə belə də olacağını ağlından yüz dəfə keçirmişdi.

– Yox, bitməyib, – cavab verdi. Səsinin titrədiyini özü də duydu.

Pota cibindən yüz şekellik əsginas çıxarıb Aban Müəzzinin gözü qabağında yellədi:

– Şekel deyir, diridi, – sifətinin bir tərəfini əyib istehza ilə qımışdı, – sən nə deyirsən?

Aban Müəzzin “Hə, diridi” deyib ovcunu açmaq istədi, amma potanın qurşağında parıldayan gümüş qundaqlı tapançanın, bir də uduzacağı yüz şekelin qorxusundan fikrindən daşındı:

– Yox, ölüdü, – mızıldandı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)