banner banner banner
Əfsanələr
Əfsanələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Əfsanələr

скачать книгу бесплатно


Karvan başçısı alimin təklifinə razı olur, ancaq səbəbini öyrənmək istəyir.

– Mən zınqırovların səsindən ecazkar musiqi yaradacağam. Bu bizi ölümdən qurtaracaq.

Bəli, alim zınqırovları dəvələrin boynundan elə asır ki, karvanın hər addımında sanki mizrab bir neçə telə dəyir. Zınqırovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır. Gecə yuvalarına çəkilən quşlar musiqinin səsindən vəcdə gəlib karvanın üstü ilə uçurlar. Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqsə gəlir, axşamdan bükülən güllər yenidən ləçəklənib ətir saçır.

Sizə kimdən xəbər verim, hökmdardan. Sarayına çatan kimi alimin onun hüzuruna gətirilməsini tələb edir. Alimi nə qədər axtarırlarsa da, tapa bilmirlər. Onda hökmdar bir dəstə atlını karvanın dalınca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişi ilə zınqırovdan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur, əsir aparmağa gələnlərin özləri alimin yaratdığına əsir düşürlər. Birdən atlılar yuxudan oyanan kimi görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının müşkül bir iş olduğunu görən dəstə əliboş geri qayıdır.

Alimin yaratdığı musiqinin adı "çahargah" adı ilə məşhur olur.

DAĞ, DAŞ, QAYA VƏ QALALAR HAQQINDA ƏFSANƏLƏR

DAĞLARIN AYRILIĞI

Alvız ana sac asıb yuxa bişirmək istəyirmiş. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə sərir, sacın qızmağını gözləyirmiş. Böyük oğlu Qoşqar, ortancıl oğlu Murov, kiçik oğlu Kəpəz də ocağın qırağında oturublarmış.

Alvız ana ilk yuxanı sacın üstünə salan kimi Kəpəzin tərsliyi tutur:

– Bu yuxa təkcə mənimdir, – deyir, – heç birinizə verməyəcəyəm.

Murov:

– Yox, mənimdir, – deyir. – Hər şeyin ilkini həmişə sən götürürsən. Bu dəfə mənə çatmalıdır.

Qoşqar onlara acıqlanır:

– İndi ki belə oldu, heç biriniz ona əlinizi vurmayın. Gözləyərik, üç yuxa bişər, hərəmiz birini götürərik.

Qardaşlar höcətləşirlər, yuxa bişməmişdən bir-birinin yaxasını cırası olurlar. Alvız ana onlara nə qədər təpinirsə, kirimirlər. Kəpəzlə Murov dalaşmağa başlayırlar. Qoşqar onların arasında oturub sakitləşdirmək istəyir. Ancaq Murov bir kösöv götürüb Kəpəzin peysərinə endirir. Kəpəz bar-bar bağırır. Boynunu tuta-tuta qaçır.

Qoşqar Kəpəzi çox istəyirmiş, kiçik qardaşının şivəninə dözmür, qızmar sacı qaldırıb Murovun başına çırpır. Murov da çığıra-çığıra başqa səmtə üz tutur.

Alvızın üzü bozarır. Qoşqar döyüləcəyindən qorxub günbatana yüyürür.

Üç qardaşın hərəsi ayrılıb bir yanda qərar tutur. Alvız ana tək qalır. O vaxtdan bəri qardaşlar öz analarına, ana da öz oğullarına baxa-baxa qocalmışlar. Hər bulaq, hər çay onların bir göz yaşıdır, onların bu həsrətləri, bu intizarları dənizlərdə, dəryalarda görüşür.

QIRXQIZ

(Kəlbəcər)

İstisuyun yanındakı qayalığa indi də Qırxqız deyirlər.

Rəvayətə görə, Zar şəhərində zalım bir hökmdar var imiş. Bu hökmdar gözəl qızları zorla öz hərəmxanasına aparırmış.

Qırx gözəl qız hərəmxanaya getməyib qayalığa qaçır və orda gizlənirlər. Zalım hökmdar qoşun göndərir ki, onları tutub hərəmxanaya gətirsinlər. Qızlar qoşunu görəndə allaha yalvarıb dua edirlər ki, onları daşa döndərsin. Allah da onları daşa döndərir.

BİBİHEYBƏT

(Bakı)

Deyilənlərə görə, İrandan iki qız Heybət adlı bir adamın gəmisi ilə Şıx kəndinə gəlir. Heybət bu qızlara bibi deyərmiş. Bu qızlara hamı hörmət edir, onları ziyarətə gəlirlərmiş.

Bir müddət keçir, qızlar ölür. Heybət bunların qəbirlərinin üstündə gümbəz tikdirir. Heybət öləndə də onu qızların qəbirlərinin yanında dəfn edirlər. Beləliklə, bura Bibiheybət adlanır.

ƏSHABİ-KƏHF

(Naxçıvan)

Keçmişdə Dağyanus adlı bir adam Ölən şəhərində çoban imiş, başqalarına qoyun otarırmış. Günlərin bir günü onun qulağına bir milçək qonur. Dağyanus milçəyi qovur. Milçək gedib bir oyuğa düşür. Dağyanus oyuğu qurdalayır ki, milçəyi tapıb öldürsün. Görür ki, oyuqda bir yastı daş var. Bu daşın üstündə yazılıb:

– Bu daşın altı xəzinədir. Hər kəs daşı qaldırıb xəzinəyə girsə, ölər.

Dağyanus qorxusundan daşı qaldırmır. Ölən şəhərinə gedib, molla Əhmədəli adlı bir nəfərə deyir:

– Filan yerdə bir yastı daş var, altı xəzinədir. Gedək daşı qaldır, xəzinənin yarısı sənin olsun. Mənim qolum ağrıyır, qaldıra bilmirəm.

Molla Əhmədəli sevinə-sevinə onun dalınca düşür, oyuğa gedir. Daşın üstünü oxuyur, görür ki, doğrudan da, daşın dalında xəzinə var. Amma yazılıb ki, kim bu daşı qaldırsa, ölər.

Dağyanus çox bic adam idi. Onu dilə tutub dedi:

– Əşi, bu yazılana inanmaq olmaz. Daşı qaldır, xəzinəyə sahib dur.

Molla Əhmədəli əvvəl qorxur. Amma dünya malı şirin olar. Xəzinə onuşirnikləndirir. Qolunu çırmayıb daşı qaldırır. Nə görür: bura böyük xəzinədir, içi ləl, cəvahir və qızılla doludur. Dağyanus da onunla birlikdə xəzinəyə girir. Görür ki, bir qılınc var, üstündə yazılıb "Xəzinəyə ilk girəni bu qılıncla öldürsən, xəzinəyə sahib ola bilərsən". Dağyanus tez qılıncı götürüb Molla Əhmədəlini öldürür. Gecə ikən xəzinəni yığır, varlı adam olur. Az zaman içərisində Naxçıvanda hökmranlığı öz əlinə keçirir, zalım bir padşah olur.

Dağyanus hər yerə elan edir:

– Allah mən özüməm. Sizin tanıdığınız allahı tanımıram.

Dağyanus şahın zülmü ərşə dayanır. Günlərin bir günü Dağyanusun qulağına yenə bir milçək girir. Şah nə qədər çalışır, milçəyi çıxara bilmir. Vəzirə, vəkilə deyir:

– Başıma döyün, milçək çıxsın.

Vəzir ona deyir:

– Şah, sənin ki bir milçəyə gücün çatmır qulağından çıxarasan, bəs niyə özünü allah adlandırırsan?

Dağyanusun acığı tutur, hamısının boynunu vurmaq əmrini verir. Vəzirlərdən Təmirxan, Müslüm, bir də bir nəfər qaçırlar. Bunların qabağına bir çoban çıxır. Çoban onlardan soruşur:


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)