banner banner banner
Daş yuxular. Rekviyem romanı
Daş yuxular. Rekviyem romanı
Оценить:
Рейтинг: 0

Полная версия:

Daş yuxular. Rekviyem romanı

скачать книгу бесплатно


Zevin küçəsinin tinindəki o təsadüfi görüşdən az qala 25 il keçəndən sonra Heydər Əliyevin teatrda dediyi bu sözlər indi artistin qulağında o qədər güclü və canlı səsləndi ki, elə bil xəstəxana koridorunun ölü divarları da bu səsi açıq-aşkar eşitdi.

“-Yox, indi Montində yaşayıram – yerdən bir mərtəbə aşağıda”.

“-Sabahdan şəhərin mərkəzində yaşayacaqsan – yerdən 10 mərtəbə yuxarıda”.

O axşam Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşasından sonra bütün yaradıcı kollektiv teatrın direktoru Mopassan Mirələmovun kabinetinə yığışmışdı. O tamaşada Nüvariş Qarabağlı Dərviş Məstəli şah rolunu oynayırdı və onun oynadığı rol, deyəsən, Mərkəzi Komitənin Birinci katibinin xoşuna gəlmişdi. – “Ölülər”də Şeyx Əhmədi də əla oynayırsan, – dedi. – Televizorda iki dəfə baxmışam. Sən belə rolları çox oyna”.

O gün teatrdan 4–5 adama ev verməyi H.Əliyev, görünür, əvvəldən planlaşdırıb gəlmişdi və bu plana görə, yəqin ki, Qreta Minasovanın adı o 4–5 adamın içində hökmən olmalıydı. “Burda bir köhnə işçi vardı: Minasova. O yenə burda işləyir?” – Kimin harda işlədiyni hamıdan yaxşı bilən H.Əliyev teatrın direktorundan soruşdu. Və bu gözlənilməz dəvətdən özünü itirib direktorun kabinetinə ağappaq, meyid sifətində girən Qreta Sarkisovna sonra o kabinetdən ağlaya-ağlaya çıxdı: “Спасибо, Гейдар Алиевич! Огромное Вам спасибо!”[1 - Sağ olun, Heydər Əliyeviç, çox sağ olun]

Qreta Sarkisovnanın o axşamkı sifəti ind də artistn gözünün qabağındaydı.