скачать книгу бесплатно
– Bir nəfər gözümə dəymir, – hamıya nəzər yetirəndən sonra Bəhram müəllim soruşdu:
– Qulu hanı?
– Gecə növbədə olub, – eynəkli kapitan cavab verdi.
Rəis müavini əsəbləşdi:
– Neçə dəfə demək olar ki, hamı iclasda iştirak etməlidir. Beş dəqiqə evə gec getsələr elə bil körpəsi əmziksiz qalacaq. Yaxşı. Ke-çən dəfə sizə verdiyim tapşırıqlar nə yerdədir? Cəbrayıl, sən dəstənə kaptorqşik tapa bildin?
– Xeyr, – qırx-qırxbeş yaşlarında, saçlarına dən düşmüş kapi-tan ayağa durdu.
– Durma, əyləş. Niyə?
– Bəhram müəllim, işləmək istəyən çoxdu, yaxınlaşan yoxdu…
– Axtar, yaxınlaşanı tap. Axtaran tapar. Məsələni uzatma. Sənədləriniz nə formadadır? Dəftərlərdə qeydlər aparırsız, protokollar yazılır? Divar qəzetlərini necə, təzələmisiniz? Bax, sizə yenə deyirəm, baş idarədən gəlib yoxlayanda kimin sənədində çatışmazlıq olsa özü “cavab verəcək”, mən kiməsə görə ziyana düşən deyiləm. Bu belə. Keçək başqa məsələyə. Qabaqdan yaz gəlir. İndidən barakların təmirinə hazırlaşın, məhkumlarla söhbət aparın. Sonra rəis sizi qısnayanda vurnuxa-vurnuxa qalacaqsınız. İndi buradan çıxan kimi hərə gedir öz dəstəsinə. Baraklarda bütün səliqə-sahmana, yataqların düzlənməsinə, çarpayıların altına, tumbalara, dəhlizə, ayaqyoluna, pilləkənlərə nəzarət edin. Yarım saatdan sonra rəislə bütün barakları “obxoda” çıxacağıq. Bunu ona görə deyirəm ki, sonra əlli bəhanə tapmayasınız. Bayaq rəis təqdim etdi, mən də edim, bu cavan oğlan, leytenant Şəfi Osmanlı, – Şəfi ayağa durdu, – əyləş, bu gündən həm-karımızdır. Nə çətinliyi olsa, kömək etmək, öyrətmək hamımızın borcudur. Cəbrayıl, təcrübəli işçi kimi Şəfini sənə həvalə edirəm. Hələlik səninlə aylansın, beş-on günə ona dəstə verəcəyik.
– Baş üstə, cənab mayor! – Cəbrayıl cavab verdi.
Bəhram müəllim bir daha Şəfiyə müraciətlə:
– Nə çətinliyin olsa, utanmaq, çəkinmək lazım deyil, mənə də deyə bilərsən. Gedə bilərsiz. Gedin “obxoda” hazır olun.
Zabitlər kabinetdən çıxıb həyətə düşdülər.
– Bəlkə bir siqaret çəkək, sonra dağılışarıq, – kimsə dilləndi.
– Sonra gec olar, – digəri etiraz etdi, – “obxod”u yola verək, siqareti həmişə çəkmək olar.
Hərə bir səmtə ayrıldı.
– Sən əvvəllər zonda işləmisən? – Cəbrayıl soruşdu.
– Xeyr. Nəzəri məlumatım var, amma əyani tanışlığım yox-dur, – Şəfi cavab verdi.
– Eybi yox, elə bu gün səni ən vacib məsələrlə yaxından tanış edərəm, gedək.
Həyətin yuxarı başında üçmərtəbəli, təzə ağardılmış yataq-xananın iki giriş qapısı var idi. Onlar sol girişdən pilləkənlərlə ikinci mərtəbəyə qalxdılar.
İkinci mərtəbənin qapısı ilə üzbəüz, üstündə “Dəstə rəisi” yazılmış otağın qabağında dayandılar. Cəbrayıl qapını aça-aça, üzünü dəhlizə tərəf tutub qışqırdı:
– Əhməd, Əhməd, – dəhlizdən keçən məhkumu səslədi, – Səftər, Əhmədə deynən tez bura gəlsin.
Qapını açıb otağa daxil oldular. Bir-birinin qənşərinə qoyul-muş iki stol, üç stul və adi yatacağı olan çarpayıdan savayı otaqda heç nə gözə çarpmırdı.
– Hə, qardaş, əyləş ürəyin istəyən yerdə. Özünü sıxma, öz otağında olan kimi hiss et. Xoşuna gəlsə, bir az xərci var, – gülüm-sədi, – bağışlayaram sənə, bütün mərtəbəsi ilə. Onsuz da canımı boğazıma yığıb, bezmişəm daha.
Onlar əyləşdilər.
– Neçə ildir işləyirsən? – Şəfi soruşdu.
– On iki. Siqaret çəkirsən?
– Xeyir, çəkmirəm.
– Düz edirsən, – siqaretini alışdırdı, – mən də sən yaşda olanda çəkmirdim. Sonra adamı gic eləyən vəziyyətlərə dözümlü olmaq üçün dözə bilmədim, çəkdim.
Qapı döyüldü.
– Gəl.
Orta yaşlı bir kişi qapını açdı.
– Sabahın xeyir, rəis. Necəsiz?
– Sağ ol, Əhməd.
– Mən lazımam?
– Əhməd, hamıya xəbər eylə, səliqə sahmana fikir versinlər, rəis “obxoda” çıxacaq. İndi özüm də gəlirəm. Çayın varsa, bizə bir stə-kan çay ver.
– Termosu göndərərəm. Başqa qulluğunuz?
– Sağ ol. Sən canın “üzdəniraqları” gözdən qoyma, üstlərində ol, tualetədək hər yeri parıldatsınlar.
– Yaxşı, rəis, – Əhməd qapını örtüb getdi.
– Üzdəniraqlar rejimi pozanlardır? – Şəfi maraqlandı.
– Xeyr, cəmiyyətin pozulmuş adamlarıdı. Onlar daxili, mənəvi, əxlaqi deformasiyaya uğradıqlarından, cismani deformasiya-ya da məruz qalıblar. Yəni “mavi”lərdir və ya belə də demək olar, rəis demişkən “müəssisənin qızları”. Yaxşı yadıma düşdü, deyim, sonra gec olar. Tanımadığın məhkumla əl verib görüşmə. Bu işçilər arasında yaramazlar var, səni məsxərəyə qoymaq üçün bir üzdənirağı gön-dərərlər, gəlib sənlə əl verib görüşər. Nəbadə belə şeyə yol verə-sən. Sonra, bu zonda işləyə bilməyəcəksən. Yadda saxla, üzdəniraqla əl ilə görüşmək olmaz.
Qapı sakitcə aralandı. Arıq, uzun, üzündən uşaqlıq cizgiləri getməyən məhkum bir əlində termos, digərində iki stəkan-nəlbəki içəri daxil oldu. Çay süzdü, sonra:
– Cəbrayıl müəllim, başqa qulluğunuz olsa çağırın, – deyib otaqdan çıxdı.
– Bəs bu kimdir? – Şəfi soruşdu.
– Bu “şusturyakdı”. Bayaqkı məhkumun – Əhmədin şusturya-kıdır. Sən otur, çayını iç, mən bir fırlanım, “obxod” edim, bunlara çox arxayın olmaq olmaz, gedim özüm yoxlayım.
Cəbrayıl dəhlizə çıxdı. Şəfi təklikdə otağa daha diqqətlə nəzər yetirdi. Stolun küncündə xeyli kitab-dəftər üst-üstə qalaqlanmışdı. Divar qəzeti ötən bayramdan qalan idi. Çarpayının üstünə sərilmiş adyalın rəngi bozarmışdı. Otaq adama cansıxıcı gəlirdi. İstər-istəməz azad dünyadan kənar olduğun duyulurdu.
Şəfi darıxan kimi oldu, ayağa durub pəncərənin önünə gəldi. Xeyli uzaqdan yanbayan düzülən doqquz mərtəbəli evlər görünürdü. Bir qədər aralıda isə meşənin kənarındakı şossedə sürətlə maşınlar şütüyürdü. Elə bil yaşadığın dünyaya kənardan, başqa dünyadan baxır-dın.
Pəncərənin altından, binadan iyirmi metr aralı nəzarət iz zolağı keçirdi. Əvvəlcə cırğa boyu adam hündürlüyündə tikanlı məftil uzanırdı. Məftildən sonra üç metrdən çox enlikdə toz kimi narın şumlanmış torpaq sahəsi gəlirdi. Sahənin ətrafı boyu dörd metrədık hündürlükdə, üstü tikanlı məftillərlə örtülü, qalın daşdan hörülmüş divar müəssisəni azadlıqdan ayırırdı. Bu divardan beş-on metr aralı daha hündür taxta hasar qurulmuşdu. Hasarların arası ilə çiyinləri avtomatlı əsgərlər gəzişirdi. Əslində bu hasarlar azad dünya ilə məhbəs həyatının arasında sərhəd idi, dövlət sərhəddindən də ayıq-sayıq qorunan sərhəd.
Dəhlizdən Cəbrayılın acıqlı səsi gəlirdi: “Adama nə qədər deyərlər, nə qədər başa salmaq olar, gərək bir biz alıb bir-bir bizləyə-sən ki, hərəkətə gələlər. Tualetə heç kimi qoyma, getsinlər həyətə, cəld olun, gəlib məni danlasalar, sonra mən bilirəm sizinlə necə rəf-tar edəcəyəm.”
Cəbrayıl qanıqara otağa qayıdanda Şəfi soruşdu:
– Nə olub, nədən əsəbiləşmisən?
– Qardaş, bizim günümüz belədi. Səhərdən başlayır haray-qışqırıq, qanqaraçılıq, axşamadək. Bunlarla başqa cür mümkün deyil. Biri anlayır, üçü özünü qoyur anlamazlığa, gərək gedib eşşəyi biz-ləyən kimi bizləyəsən ki, bulaşdırıb üstündə oturmasınlar. Yoxsa rəis gəlib səni danlayacaq ki, niyə səliqə-sahman yoxdur. Nə qədər qış-qırmaq, əsəbiləşmək olar, inan Allaha, axır vaxtlar ürəyimdə san-cılar olduğunu hiss edirəm. Belə getsə pensiya-filan gözləməyə-cəyəm, atıb işi gedəcəyəm. Bir parça çörəyi harda olsa Allahım yeti-rəcək, guya ki, burada qazancım başdan aşır. Əksinə, ömrüm puç olub gedir yaramazlar arasında.
– Cəbrayıl, – Şəfi onun sözünü kəsdi, – düzünü desəm mən bura qazanc dalınca gəlməmişəm, belə məsləhət bildilər ki, bu sahədə gözübağlı qalmamaq üçün, gərək müəyyən müddət kalonda çalışasan. Amma bayırda, adamlarda belə təəssürat var ki, burda işlə-yənlər pul içində üzürlər.
– Ölmüşdü Əliməmməd, qoysun özündən savayı kimsə qa-zansın. Bax mənim dəstəmdə kaptorqşik deyilən yer var. Məhkumların əşyaları, evdən göndərilən ərzaq burada saxlanılır. Əvvəl ora baxan evə buraxılıb, neçə vaxtdır yer boşdur. Müvəqqəti Əhmədə tapşırmışam, o baxır. Özün gördün, hər iclasda Bəhram müəllim məndən soruşur ki, adam tapmısan? Rəis də deyir işləmirsiz. Adamı haradan tapım? Elə qiymətə yaxın duran tapa bilirlər tapsınlar, onsuz da ordan mənə çatacaq bir şey yoxdur. Nə deyim özün işlədikcə hər şeyi öyrənəcəksən, görə-cəksən.
Otağa iki leytenant daxil oldu:
– Rəis, necədi işlər?
– Sağ olun, – Cəbrayıl eyni ahənglə cavab verdi, sonra Şəfiyə, – tanış ol, bu yoldaşlar bizim mərtəbənin operləridir, yəni əməliyyat işinə nəzarət edirlər.
Ucaboy leytenant – Fazil, ondan az gödək isə – Gəray, – deyə-rək özlərini təqdim etdilər.
– Əyləşin, çay için, – Cəbrayıl sözünə davam etdi.
– Yox, içmirik.
– Salamatlıqdımı? Sözünüz, qulluğunuz var? Lazımdırsa bara-kı aylanaq?
– Aylanmışıq, – Fazil cavab verdi, – yaxşıdır, səliqə-sahman qaydasındadır. Axşam baş verən “çepe” ilə bağlı Ağarəhimi axtar-dım, harasa çıxıb, onu mənim yanıma göndərərsən.
– Oldu. Obxoddan sonra göndərərəm. Arxayın ol.
Əməliyyatçılar gəldikləri qaydada bir an içində otaqdan çıx-dılar. Cəbrayıl səsini kimsə eşitdəcəkmiş kimi, az qala pıçıltı ilə Şəfiyə dedi:
– Bunlardan özünü qoru, ehtiyatlı ol ha… Mən baxıram, sən yaxşı oğlansan, xətrini istəyib deyirəm. Birdən gedib özlərinə deyər-sən.
– Nə danışırsan, Cəbrayıl, sən məni nə hesab edirsən? – Şəfi incidi.
– Sənə qəribə gəlməsin. Burda adətdir, çoxu görüşəndə ağız-ağıza öpüşür, arxada isə bir-birlərinin ağzını söyürlər. Ən qorxuluları isə operlərdir. Hamısını demirəm, aralarında yaxşıları olsa da, işləri-nin xətrinə hər yola əl atanlar da var. Məhkumdan sözləri qurtaranda, başlayırlar zabitlərdən çuğulluq etməyə.
Əhməd qapıda görsəndi:
– Rəis, Əliməmməd müəllim aşağı mərtəbələrdədir, indi bura qalxacaqlar.
– Belə et, sən olan-qalanı çıxart həyətə, barakda heç kim qalmasın, biz də gəlirik.
Cəbrayıl yerində otura bilmədi:
– Şəfi, furajkanı götür, çıxaq Əliməmmədin qabağına, xoşuna gəlir onu qarşılayanda.
Onlar dəhlizə çıxıb baraklara yollandılar. Barak səliqəsiz əsgər kazarmasına oxşayırdı. Böyük zalın sağ və sol tərəflərində iki cərgə iki-mərtəbəli çarpayılar düzülmüşdü. Çarpayıların baş tərəfində, aralarda tumbalar və müxtəlif cür düzəldilmiş alçaq stollar gözə dəyirdi. Barakda bir neçə məhkum vurnuxurdu. Cəbrayıl onları görüb açıqlandı:
– Ay balam, neçə kərəm deyərlər, yerini qaydaya salmısan, çıx get də həyətə, nə qurtdalanırsan, özünçün “priklyuçeniye” axta-rırsan, gəlib bir “zameçaniye” tapıb bassınlar karsa səni. Yeri get, obxod qurtarandan sonra gəlib işini görərsən.
Barakdan qayıdıb pilləkənlərə tərəfə gəldilər ki, rəisin gəlib-gəlmədiyini öyrənsinlər. Elə bu an rəis, iki müavini, əməliyyat rejim şöbəsinin iki əməkdaşı, rəisin növbə köməkçisi, həkim və daha bir neçə nəzarətçi mərtəbənin girəcəyinə varid oldular. Cəbrayıl və Şəfi farağat vəziyyətini alıb, hərbi təzim etdilər.
– Cəbrayıl, – rəisin gur səsi dəhlizə yayıldı, – ə, bu camaat sən-dən şikayət edir ki, qışqırığından barakda otura bilmirik. Qışqırmaq-la iş düzəlsəydi nə dərdimiz. Bir aydır zampalitlə baş sındırırsız, bir kaptorqşik tapa bilmirsiz. Belə qalsa özüm məşğul olacağam. Sonra orda-burda ağzıvızı Allah yolunda qoyub deyib gəzirsiz ki, Əliməm-məd adam dolandırmır.
Rəisin əhval-ruhiyyəsi yaxşı idi, o danışdıqca ətrafındakılar, xoşbəxtcəsinə gülümsəyirdilər. Onun sözləri canlarına yağ kimi yayı-lırdı. Rəis barakın yarısından geriyə döndü.
– Təzə leytenanta nə lazımdı başa sal, kömək eylə. Bax, pəncərənin üstündə tavanda hörümçək torunu görürsən? Təmizləmə-yiblər, fikir ver! Hər yerə, hər şeyə gərək fikir verəsən. Yaxşı, həkim, qeydlərini götür gedək.
Gələnləri yola saldıqdan sonra Cəbrayıl otağında canı yükdən azad olub dincəlirmiş kimi çarpayıya uzandı:
– Hə qardaş, bu günlük bunları belə yola verdik, sonrasına da Allah kömək olsun, baş-beynimizə yazığı gəlsin…
***
Cəbrayılın otağının qapısı karvansara qapısına dönmüşdü. Tez-tez məhkumlar, bəzən də işçilər otağa get-gəl edir, Cəbrayıla səhərdən qabağına qoyduğu yazını tamamlamağa imkan vermirdilər. Bir çox məhkumlar qapıdan içəri boylanıb Şəfini görcək söz demə-dən kənarlaşırdılar. Cəbrayıl da Şəfidən çəkindiklərinə görə bəziləri-nin ardınca dəhlizə çıxır, bəzilərinə içə heç əhəmiyyət belə vermirdi. Bütün bunları seyr edən Şəfi narahatlıqla Cəbrayıla dedi:
– Müvəqqəti də olsa, görürəm sənin işinə mane oluram. Lazım gələndə mənə işarə et, çölə çıxım.
– Heç bir maneçiliyin yoxdu. Əksinə tək olanda baş-beynimi lap çox aparırlar. O ki, qaldı mənə lazım olanları, onları əldən burax-mıram, qardaşın elə oğlan deyil. Gəlib baxıb gedənlərin bəziləri isə bizə nəzarət edənlərdir.
– Başa düşmədim, – Şəfi təəccübləndi, – məhkum bizə nəzarət edə bilər?
– Bəli. Onlar təkcə öz məhkum yoldaşlarından deyil, bizim bütün işlərimizdən, otaqda yatmağımızdan, ən adi görünən xırda məsələlərədək rəisə və əməliyyat şöbəsinə çatdırırlar. Bir şeyi daim yadından çıxartma ki, az qala bütün iş günü “efirdəsən”, sənə hər tərəf-dən göz qoyurlar və Əliməmməd kabinetində oturub “ekranda” sənə baxır. O “stukaç”ların demək olar ki, çoxusunu tanıyıram. İşləyə-işləyə sən də tanıyacaqsan.
– Mən belə baxıram, burada işləmək təhlükəsizlik xidmətində işləməkdən çətindir.
– Bəs nə bilmişdin?
Cəbrayıl qəhqəhə ilə güldü:
– Gör sənə necə böyük etimad göstərib belə şərəfli yerə işləməyə göndəriblər, – sağ əlini Şəfinin kürəyinə vurdu. – Yeri gəlmişkən, xərci bir otaqlı mənzilin qiymətinə yaxın olan işinin qədrini bil…
Şəfi onun nəyə eyham vurduğunu başa düşdü:
–Bilmirəm inanacaqsan, yoxsa inanmayacaqsan, mənim bu işə düzəlməyib üçün xərcim olmayıb.
– Onda belə çıxır ki, güclü “dayın” var. Düzdümü? – Şəfi susdu. – Burada hamının “dayısı” var. Fərqi yalnız böyük və ya balaca olmalarındadır…
***
Cəbrayıl əlinin yazısını saxlayıb təşvişlə Şəfidən soruşdu:
– Saat neçədir?
– Bir tamam.
– Dur, dur, tez elə, tez elə, gecikdik, – hövlank yerindən durub, furajkasını aradı.
– Hara?
– Obedə, nahara gecikdik, yeməkxanaya getmək lazımdı. Get-məyəndə, ya da gecikəndə rəisə çatdırırlar. O da iclasda adamın başını xarab edir.