banner banner banner
Azərbaycan yazıçılarının həyatından dəqiqələr
Azərbaycan yazıçılarının həyatından dəqiqələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Azərbaycan yazıçılarının həyatından dəqiqələr

скачать книгу бесплатно

Pirbudaq Simnan və Tehran yolunda, susuz bir dağın döşündə bağ salmaq istəyir. Lakin ona deyirlər ki, bu yerdə su yoxdur, burada ağac əmələ

gəlib meyvə gətirməz. Pirbudaq isə cavabında deyir:

İstəmirəm heyvasını, narını,

Qoy desinlər, Pirbudağın bağı var.

25

HƏBİBİ

XV-XVI əsrlər

Həbibinin uşaqlığı Bərgüşad kəndində qu-zu otarmaqla keçirmiş.

Sultan Yaqub bir gün ova çıxanda çöldə

quzu otaran bir uşaq görür. Öz mülazimlərindən birini göndərib quzuların kimə aid olduğunu öyrənmək istəyir. Mülazim uşağın yanına gəlir və

soruşur:

– Nə yığırsan?

– Çör-çöp.

– Çör nədir, çöp nədir?

– Çör dik duranlardır, çöp yıxılanlar.

– Bu quzular kimindir?

– Qoyunların.

– Kəndinizin böyükləri kimlərdir?

– Öküzlər hamıdan böyükdür.

– Onu demirəm. Kəndə gələnləri kim qarşılayır?

26

– Sənin kimi əziz adamlar gələndə, qarşı-lamağa itlər yüyürür.

Mülazim qəzəblənib deyir:

– Ay, nə çapaydım səni!

Uşaq cavab verir:

– Atını çap, gör ki, yoldaşların getdi.

Mülazim həmin söhbəti padşaha nəql edir. Hazırcavablığı, məzəli söhbəti sevən Sultan Yaqub uşağın çox istedadlı olduğunu başa düşüb, onu saraya gətirir, təlim və tərbiyəsi ilə məşğul olur. Sonralar Həbibi görkəmli sənətkar kimi məşhurlaşır.

27

ŞAH İSMAYIL XƏTAİ

1486-1526

Xətai elm, sənət adamlarını yüksək qiy-mətləndirirdi. Belə nəql edirlər ki, 1514-cü ildə

məşhur Çaldıran müharibəsində Şah İsmayıl döyüş meydanına getməmişdən əvvəl sarayın ən məşhur xəttatı Mövlanə Şah Mahmud Nişapurini və misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmiş və demişdir:

– Kim bilir, bəlkə müharibədə öldüm və

ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi.

Onlar niyə Sultan Səlimin əlinə əsir düşsünlər?!

Şah İsmayıl müharibədə məğlub olub geri qayıdarkən, ilk əvvəl məşhur xəttatı və misilsiz 28

rəssamı gizlətdiyi yerə gedir. Onları gizli saxla-dığı yerdə taparkən sevinir və “Allaha çox şükür!” deyir.

***

Şah İsmayılın ən çox sevdiyi şairlərdən biri Nəsimi olmuşdur. O, Nəsiminin qəhrəman-lığına, məsləkcə möhkəmliyinə heyran qalmışdır.

Onun faciəli ölümünü şair dönə-dönə yad etmiş, ölümün gözləri içinə dik baxan Həllac Mənsurun və Nəsiminin tutduğu yolu təqdir və təbliğ etmişdir:

Şah Xətai, didarə bax,

Mənsur ipin boynuma tax.

Nəsimi oldu haqla haqq,

O üzülən dərisidir.

***

Şah İsmayıl Xətaini əsrlər boyu türk-qızıl-baş xalq şairləri və Anadolu el aşıqları bir mürşid, mənəvi ata kimi qəbul etmişlər. Məclislərdə Xətai təxəllüslü şeir oxunarkən ayağa qalxar və kişilər çökərlər.

Şah İsmayıl Xətai Azərbaycan xalqı içərisində şöhrətli bir dövlət xadimi, yenilməz pəh-29

ləvan, gözəl şair kimi ad qazanmışdır. Seyid Əz-im Şirvani yazır ki, şairin:

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,Bar-ilahi, əfv qıl kim, tövbəkarəm doğrusu –

məqtəli qəzəli xanəndələr tərəfindən musiqiyə

uyğunlaşdırılıb tez-tez oxunardı. Mir Möhsün Nəvvab da “Şah Xətai” adlı musiqi havasının xalq arasında çox məşhur olduğunu göstərir.

30

MƏHƏMMƏD FÜZULİ

1494-1556

İnsan və sözün qiyməti Füzulicə belədir:

– … Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim, insan gövhərində isə sözdan bahalı cövhər tapmadım.

Sözün dərəcəsi və rütbəsi ucadır. Söz bilən ad-am hər yerdə olsa, hörmətli olar. Sözü tərif etmək mənim həddim deyil … Yaxşı söz kamalı doğru-luqdan alar. Doğruluq sözün qiymətini artırar, doğru zinət daha yaxşı görünər.

31

***

Füzuli şeirin əbədiliyi tərəfdarıdır:

– … Elə ki, şeir bağçasından doğruluq qo-xusu duydum, məsləhət gördüm ki, mən də bu bağçada bir ağac əkim ki, onun kölgəsində əbədi yaşayım… Bu qanlı bir çöl, cahilsiz bir dəryadır.

Bu sədəfdə deşilməmiş bir dürr tapmaq çətindir.

Bir söz qalmamışdır ki, deyilməmiş olsun. Döyül-müş xırmandan başaq yığmaq yaxşı deyil. Tap-danmış yoldan gedib-gəlmək faydasızdır… Məndən əvvəl gələn şairlərin hamısı yüksək istedadlı, dərin düşüncəli insanlar olmuşlar. Qəzəl üslubu-na yarayan hər gözəl ibarəni, incə məzmunu öylə


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)