скачать книгу бесплатно
14
***
Nizami söz ustasının, sənət aşiqinin vurğunu idi. O, həqiqi şairlər haqqında söyləyirdi: Ərşin bülbülləridir qələm çalan şairlər,Qırğı hey səy etsə də, olmaz bülbülə bənzər…
Səfin önü, arxası o zaman ki, düzəldi,Qabağa peyğəmbərlər, sonra şairlər gəldi…
***
“Xosrov və Şirin” poemasının yaranması haqqında şair deyirdi:
– Elə ki, könlümün gizli səsi mənə kömək-çi oldu, hümmət fəzasından səslənib dedi: Ey Nizami, tələs, gecdir, tez ol. Fələk əhdini pozan, dövran tez keçib gedəndir. Şirin bulaq suyu ilə
yeni bir şirni hazırla, sözə yeni bir xələt geyindir.
***
Nizami “Xosrov və Şirin” poemasına məhəbbətin, eşqin möhtəşəm abidəsi kimi baxırdı.
O, eşqdən alovlanıb, yanan bir aşiq kimi deyirdi:
– Mənim yanımda eşqdən gözəl bir şey yoxdur. Nə qədər ki, sağam, qoy eşqdən başqa işim olmasın. Fələyin eşqdən özgə mehrabı yoxdur. Eşq torpağı olmazsa, yer üzündə su tapıl-15
maz… Göylər eşqdən azad olsaydı, yer üzü abad olmazdı… Eşq dərdindən yaxşı dünyada heç nə
yoxdur, onsuz gül gülməmiş, bulud ağlamamış-dır… Əgər daşın qəlbində eşq varsa, o, gövhəri məşuqə kimi qucaqlayar. əgər maqnitdə eşq olmasaydı, dəmiri o qədər böyük bir şövq ilə özünə
tərəf çəkməzdi. Əgər kəhrəba aşiq olmasaydı, sa-man çöpünü axtarıb tapmazdı … Əgər dərindən düşünsən, bütün kainat eşq üzərində dayan-mışdır …
***
Hökmdar Axsitanın “Leyli və Məcnun”
poemasını Nizamidən qələmə almasını və “bu təzə gəlini fars və ərəb bəzəyi ilə bəzəməsini” ondan tələb etməsi şairi bərk əsəbiləşdirmişdir.
– Şahın halqasının qulağıma taxıldığını gördükdə, qan beynimə vurdu. Nə bu təklifi rədd etməyə cürətim var idi, nə də xəzinəyə yol tapmaq üçün gözüm …
O, şahın təklifini rədd etmək istəyəndə,
“canından əziz tutduğu” oğlu Məhəmmədin xahişini yerə sala bilmir, oğul məhəbbəti ürəyində
məşhur aşiqanə “Leyli və Məcnun” poemasını qəlbinin qanı ilə yazır və başa çatdırır.
16
***
Nizami həyatın mənasını çalışmaqda, ya-ratmaqda, xalqa fayda verməkdə görürdü. O, “İsgəndərnamə” poemasını qələmə alanda, gənc-liyini itirmiş, ömrünün baharı xəzana dönmüş, sərv qəddi bükülmüş, gücü-taqəti tükənmişdi.
Lakin şairin qəlbi hərarətlə döyünür, coşur, yuxu gözünə haram olur. O, qoca vaxtında öz varlığını unutmuş, daha yeni bir əsər yazmaq arzusu ilə
alovlanmışdı:
– Pərvanələr üçün yeni bir şam yan-dır-malı, barlı bir ağacın tumunu sancmalıyam.
Şairin iradəsi qalib gəlir, “İsgəndərnamə”
böyük sənət eşqi ilə yazılır və başa çatdırılır.
Nizami öz ölməzliyinə, əbədi yaşayacağına möhkəm inanırdı:
Yüz il sonra desən: Haradadır, o?
Hər yerdən səs gələr: buradadır, o!
17
***
Ölü siçan kimi suyun axını ilə axanlara, insanlıq şərəfini ləkələyən alçaqlara müraciətlə, Nizami deyirdi:
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucalıqla tut! …
Acizlik ürəyi ağrıdır, bilsən,
Bir alçaqlıq olar, hər zülmə dözsən.
Tikan tək çiynində tut yarağını,O vaxt qucaqlarsan gül budağını.
18
QİVAMİ
MÜTƏRRİZİ GƏNCƏVİ
XII əsr
Mütərrizini təzkirəçilər ya Nizaminin qardaşı, ya da onun əmisi oğlu kimi yazır. Şair çö-rəkçi olması və şairliyi ilə fəxr edirmiş: Şairlikdə yoxdur mislimi görən,
Çörəkçilikdə də hələ təkəm mən.
Dövrünün narazılıq edən, “bir quşam, dünyadır mənimçün qəfəs” deyən şair gördüklə-rinə acı-acı gülürdü:
Əcəb zəmanədir, türfə xəlayiq,
Cəhalət meyindən tapılmaz ayıq,
Nə adil bir şah var, nə doğru hakim,Nə dindar zahid var, nə təmiz alim.
19
MƏHSƏTİ XANIM GƏNCƏVİ
XII əsr
Yoxsul qızı olan, gözəl musiqiçi və şairə kimi tanınan Məhsətinin Gəncə xətibinin oğlu Əmir Əhmədlə sevgi münasibətləri haqqında çoxlu rəvayətlər yaranmışdır. Məhsəti xanım rübai ustası kimi daha çox şöhrət qazanmış, Ömər Xəyyam-dan təsirlənmişdir. Şairənin hər bir rübaisi oxucu-nu fikir dəryasında üzdürür. Məsələn: Bu dünya bir qızıl kuzəyə bənzər,Suyu gah şirindir, gah da ki zəhərÇox da öyünmə ki, uzundur ömür,
Əcəl köhlənində hazırdır yəhər!
20
Hünərin səfası acıdır, müdam,
Odur ki, hünəri içmir bir adam,
Alçaq adamların cəhalət odu
Hünəri küləyə vermişdir tamam.
ƏVHƏDƏDDİN ƏVHƏDİ
127…-1338
Rəvayətə görə, bir məclisdə eşqbazlığı ey-ib bilənlərə Əvhədi demişdir:
– Eşqbazlığı heç də özümüzə eyib hesab etmi-rik, bu yolda bizdən əvvəlkilər də çalışmışlar, biz də çalışırıq.
***
Əvhədi səyahəti çox sevirmiş. Ömrünün çoxunu da səyahətdə keçirmişdir. Onun nə üçün səyahət etdiyini xəbər alanda şair demişdir: 21
– Səyahət kamilliyə dəlalət edir. Özün ki, bir şey bilmədiyini hiss edirsən, səfərə çıxıb bütün dünyanı gəzməlisən. Mən də elə. Bir şey bil-diyimi hiss edincəyə qədər gəzəcəyəm …
***
Doğma vətəni hədsiz məhəbbətlə sevən Əvhədi, uzun illər qürbətdə yaşamış və peşman olmuşdu. O demişdir:
– Mən kiməm?
Özü-özünə cavab vermişdir:
– Mən behiştdən qaçıb cəhənnəmə girmiş, yolunu azmış, karvandan geriyə qalmış, səbəbsiz çöllərə düşmüş, fədakarlıq və mərdlik vaxtı baca-rıqsızlıq göstərmiş bir şəxsəm.
Şair səhvini düzəltmiş, tezliklə vətəni Az-ərbaycana qayıtmışdır.
22
SEYİD İMAMƏDDİN NƏSİMİ
1369-1417
Hələb şəhərində Nəsiminin çox istədiyi şagirdlərindən biri onun qəzəlinin ucadan, avazla oxuyurmuş. Eşidənlər gəncdən:
– Bu qəzəl kimindir? – soruşduqda gənc:
– Mənim şeirimdir, – cavabını verir. Gənci tutub qətl etmək istəyəndə Nəsimi özünü hadisə
yerinə çatdırır və deyir:
– Şeir mənimdir. O gənc mənim xatirim üçün qəzəli özünə isnad vermişdir.
Gənci buraxıb Nəsimini tuturlar və dərisi-nin soyulmasına hökm verirlər. Dərisi soyulanda qanı axan şairin rəngi saralır. Onu ələ salmaq məqsədilə:
23
– Şair, bərk dayan, bəs rəngin nə üçün saralır? – deyə ondan sual etdikdə, Nəsimi qürurla cavab verir:
– Bəli, rəngim saralır. Mən əbədiyyət üfiq-lərində doğmuş eşq günəşiyəm. Günəş qürub edəndə saralar.
***
Nəsiminin edamına hökm verən ruhani demişdir:
– Bu elə məlundur ki, onun qanından bir damcı hara düşsə, kəsilib atılmalıdır.
Təsadüfən, şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb etdikdə, o, qorxur:
– Mən söz məsəli demişəm, – deyə ya-xa-sını qurtarır. Bu zaman al-qan içində olan şairin əzəmətli səsi ucalır:
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,Gör bu miskin aşiqi, sərpa soyarlar, ağrımaz.
24
CAHANŞAH HƏQİQİ OĞLU PİRBUDAQ
XV əsr
XV əsr Azərbaycan tarixində görkəmli yer tutan şair Cahanşah Həqiqinin oğlu Pirbudaq da şair olmuşdur. Pirbudağın bu gün də zərb-məsəl kimi işlədilən bir beytinin maraqlı tarixi vardır.